Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mahmut Özer
Mahmut Özer (5 may 1970, Tokat) — Türk akademik, Bülent Ecevit Universitetinin keçmiş rektoru, keçmiş ÖSYM prezidenti və hazırda Milli Təhsil Naziridir. == Həyatı == 1970-ci ildə Tokatda doğulan Özer 1988-ci ildə Tokat İmam Hatip Liseyini bitirib. 1992-ci ildə İstanbul Texniki Universitetinin Elektronik və Kommunikasiya Mühəndisliyi fakültəsini bitirib. 1992–1994-cü illərdə Dalaman Hava Limanı, Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyi Elektronik Mühəndisi olaraq çalışdıqdan sonra 1994–2002-ci illərdə Gaziosmanpaşa Universiteti Tokat Peşə Məktəbində müəllim olaraq çalışdı. 2001-ci ildə Karadeniz Texniki Universiteti Elm İnstitutu Elektrik və Elektronik Mühəndisliyi fakültəsində dokturluq dərəcəsini tamamlayan Özer 2002-ci ildə Zonquldak Karaelmas Universiteti (Bülent Ecevit Universiteti) Elektrik və Elektronik Mühəndisliyi Bölməsində dosent vəzifəsinə başlamışdır. Eyni universitetdə 2005-ci ildə dosent, 2010-cu ildə professor elmi adını almışdır. 2009-cu ildən prorektor vəzifəsində çalışarkən sonra Zonquldak Karaelmas Universitetinin rektoru təyin edildi. 2014-cü ildə rektorluq seçkilərində də qalib gələn Özer Bülent Ecevit Universitetinin rektoru vəzifəsinə yenidən təyin edildi. 1 avqust 2015 və 1 avqust 2016 tarixləri arasında Universitetlərarası İdarə Heyətinin Sədri vəzifəsində çalışdı. 2014-cü ilin oktyabr ayından etibarən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası tərəfindən nəşr olunan və Science Citation Index (SCI) daxilində incələnən Türk Elektrik Mühəndisliyi və Kompüter Elmləri Jurnalının baş redaktoru vəzifəsini davam etdirdi.
Mahdəşt
Mahdəşt— İranın Əlburz ostanının Kərəc şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,100 nəfər və 10,760 ailədən ibarət idi.
Mahmud
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Xəlilov — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998-1030).
Mandat
Mandat — hər hansı bir şəxsin, təşkilatın, dövlətin səlahiyyətlərini bildirən sənəd.
Marduk
Nibiru (tərcüməsi Keçid planeti, müasir dilimizdə X planeti) — Günəş sistemində yerləşdiyi güman edilən xəyali planet. Yer planetindən 4 dəfə böyükdür. == Tədqiqatlar == Bəzi tədqiqatçıların iddialarına görə bu səmavi cisim Şumer mətnlərində Günəş sistemində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur. Lakin bu məsələ ilə bağlı nə şumerşünaslıq, nə də astronomiya sahəsində konkret elmi işlər mövcud deyildir. == Şumer inancı == Əfsanəyə görə bu planet əvvəllər gəlmiş və insanlığı yaratmışdır. Şumerlər onları "Anunakilər" yəni tanrılar adlandırmışdırlar. Əfsanəyə görə onların kişilərinin boyu 5 metrə, qadınlarının boyu isə 3 metrə çatarmış. Şumer tabletlərində onlar qanadlı təsvir olunmuş üzləri isə sanki maska ilə örtülü olarmış. Bu da onu göstərir ki, onlar bu planeti mühitinə uyğun olmayan bir şəkildə tənəffüs edirlər.
Maskut
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır.Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır. Lakin Şirvan Xilafət tərəfindən istila edildikdən sonra bu vilayətin adını eşidən ərəblər onun Fars körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət adlandırmağa başladılar.
Mövdut
Mövdut — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Mövdut kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Mahdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. == Sünnilikdə == == Şiəlikdə == === Keysanilikdə === === İsmaililikdə === ==== Qərmətilikdə ==== ==== Dəruzilikdə ==== ==== On iki imam şiəliyində ==== == Əhmədiyyədə == == Babilikdə == == Bəhailikdə == == Mehdini inkar edən İbn Xəldun == Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Alessandro Mahmud
Alessandro Mahmud (12 sentyabr 1992, Milan, İtaliya) və ya sadəcə Mahmud — Ərəb əsilli İtaliya müğənnisi və bəstəkarı. O, ifa etdiyi "Soldi" mahnısı ilə 2019 Sanremo musiqi festivalında qələbə qazanaraq, İtaliyanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir. Mahmud Sanremoda iştirak haqqını festivaldan öncə gənc ifaçılar üçün keçirilən şouda "Gioventù bruciata" mahnısı ilə qələbə qazanaraq, əldə etmişdir. O, daha öncə İtaliyanın X Factor musiqi yarışmasının altıncı mövsümündə iştirak etmişdir. == Bioqrafiya == Alessandro Mahmud 12 sentyabr 1992-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Onun anası italyan, atası isə misirlidir. O, hələ kiçik yaşlarından musiqi ilə maraqlanmağa başlamışdır. 2012-ci ildə Mahmud İtaliyanın X Factor musiqi yarışmasının altıncı mövsümünə qatılmış və Simona Venturanın komandasında yer almışdır. Mahmudun yarışmadakı iştirakı yarışmanın üçüncü mərhələsində sona çatmışdır. Bu təcrübənin ardınca o, özü üçün mahnılar bəstələyib, ifa etməyə başlamışdır.
Gülnur Mahmud
Gülnur Mahmud (doğum adı: Gülnur Yaqub qızı Mahmudova; 28 oktyabr 1974, Bakı) — şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Gülnur Mahmud 1974-cü il oktyabrın 28-də Bakıda anadan olub. 1991-ci ildə Bakıdakı 175 nömrəli tam orta məktəbi bitirib. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində Mirzə Kazımbəy adına təqaüdlə oxuyub. G. Mahmud daha sonra 1997–2001-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsində ikinci ali təhsil alıb. 1998–2000-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim və 2000–2008-ci illərdə isə BDU-da müəllim işləyib. 2008-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosentidir.O, 2005-ci ildə "Ərəb ədəbi dilində sinonimlik" adlı dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Qahirə Universiteti (Misir), Əmman Universiteti (İordaniya), Dəməşq Universiteti (Suriya), Beyrut Ərəb Universiteti (Livan) və Tunis əl-Manar Universitetində (Tunis) elmi məzuniyyətdə olub. G. Mahmud 50 elmi məqalə, 25 tezis, bir metodik vəsait, 8 fənn proqramı və "Ərəb ədəbi dilində sinonimlik" kitabının müəllifidir. "Qarabağ: real tarix, faktlar, sənədlər", "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi", "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan Sarayı", "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri", "İrəvan xanlığı: İrəvan qalası — qəhrəmanlıq qalası" və "Çuxursəd hakimləri və İrəvan xanları" kitablarını isə ərəb dilinə tərcümə edib.
II Mahmud
II Mahmud (Osmanlı türkcəsi: محمود ثانى — Mahmud-i sânî) (d. 20 iyul 1785 — ö. 28 iyun 1839) — 30-cu Osmanlı sultanı və 109-cu İslam xəlifəsi. == Həyatı == === İlk illəri və taxta çıxışı === 20 iyul 1785-ci ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Nəqşidil Sultandır. Anasının fransız əsilli olması ilə bağlı məlumat düzgün deyil. Adli təxəllüsü doğumundan dərhal sonra verilmişdir. Əmisi Sultan Səlimin taxtdan endirilməsi (29 may 1807), böyük qardaşı Sultan Mustafanın cülusu və ardından Ələmdar Mustafa Paşa tərəfindən taxtdan endirilməsinin ardından 28 iyul 1808-ci ildə taxta oturdu. Sultan Səlimin öldürülməsi əsnasında o da təsadüflə ölümdən xilas olmuş, 31 il davam edən səltənəti yeniçəri üsyanları, mərkəzi idarəçiliyi zəiflədən özbaşına əyalət rəisləri və əyanların aradan qaldırılması, serb və yunan ayaqlanmaları, İran və Rusiya ilə gedən müharibələr və xüsusilə də, Misir hakimi Mehmed Əli Paşanın üsyanı ilə tarixə düşmüşdür.
I Mahmud
I Mahmud (Osmanlı türkcəsi: محمود اول — Mahmud-i evvel; 2 avqust 1696, Ədirnə – 13 dekabr 1754, Konstantinopol) — 24-cü Osmanlı sultanı və 103-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 2 avqust 1696-cı ildə Ədirnədə dünyaya gəlmişdir. Atası 22. Osmanlı sultanı II Mustafa, anası isə yunan əsilli Saliha Sultandır. Uşaqlıq illəri Ədirnədə keçmiş, ilk təhsilini də burada dövrün şeyxülislamı Seyid Feyzullah Əfəndinin oğlu İbrahim Əfəndidən almışdır. Atasının taxtdan endirilməsiylə nəticələnən Ədirnə hadisələrinin ardından (1703) qardaşlarıyla birlikdə İstanbula gətirildi. 2 il sonra isə qardaşlarıyla birlikdə sadə bir mərasimlə sünnət edildi. Adətən zərgərliklə məşğul olduğu 27 illik qəfəs həyatının ardından Patrona Xəlil üsyanı nəticəsində taxta çıxarılmışdır (2 oktyabr 1730). Üsyan nəticəsində taxtdan endirilən əmisi Sultan Əhməd onu öz əlləriylə taxta oturtmuş, xeyir-dualar verərək dövlət idarəsini öz əlində cəmləməsini məsləhət görmüşdür. === Patrona Xəlil dönəmi === Sultan Mahmud səltənətinin ilk həftələrində üsyan rəhbərlərinin tələblərini yerinə yetirməyə məcbur oldu.
Mahder Assefa
Mahder Assefa (d. 5 oktyabr 1987, Əddis-Əbəbə) — aktrisası.
Mahmud (ad)
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Xəlilov — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998-1030).
Mahmud (Əbyəlil)
Mahmut kəndi (başq. Мәхмүт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xəlil kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Mahmut kəndinin milli tərkibi: başqırdlar 100%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 27 km., kənd sovetliyindən (Xəlil): 8 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 17 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Mahmud Abbas
Mahmud Abbas (ərəb. محمود عباس‎) və ya Əbu Mazen (ابو مازن‎‎; 15 noyabr 1935, Safed, Britaniya Fələstini[d]) — Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin (FƏTH) sədri.
Mahmud Abbasov
Mahmud Abbasov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Mahmud Aslan oğlu Abbasov 31 mart 1969-cu ildə Laçın şəhərində azərbaycanın şərəfli bir ömür sürmüş ailəsində doğulub. 1976–1986-cı illərdə Laçın şəhər 1№-li məktəbdə təhsil albdır. 1987–1989-cu illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olmuşdur. Atası Aslan kişi də ömrünün 35 ilini azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Mahmudun uşaqlıq illəri çox keşməkeşli olub. Hələ uşaqkən Mahmudda qonşuluğunda olan ermənilərə qarşı böyük nifrət olub. Onlarla mübahisə və dava etməklə eləbil ki, öz gələcəyini qabaqcadan görmüşdü. Elə bil hiss etmişdi ki, böyüyəndə namərd erməni gülləsinə tuş gələcək.
Mahmud Abdullayev
Mahmud Abdulla oğlu Abdullayev (30 iyun 1941, Kirovabad – 6 iyul 2023, Bakı) — Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Mahmud Abdullayev 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş və həmin il göndəriş əsasında Azərbaycan Respublikası Elmlər Akademiyasının Bakı Torpaq Ekspedisiyasına işə daxil olmuşdur. Orada əvvəlcə texnik-kartoqraf, sonra isə mühəndis-torpaqşünas vəzifəsində çalışmışdır. 1964-cü ildə AzET Əkinçilik İnstitutunda aspiranturaya daxil olaraq 3 il müddətinə keçmiş SSRİ EA-nın Moskvadakı Biofizika İnstitutunda radiobiologiya ixtisası üzrə aspiranturaya göndərilmişdir. 1967-ci ildə aspiranturanı bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin AzET Əkinçilik İnstitutunun Cəlilabad Zona Təcrübə Stansiyasında Aqrokimya və Torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində 1971-ci ilə qədər çalışmışdır. İnstitutda işlədiyi dövrdə alim respublikanın torpaq-bitki örtüyünün süni və təbii radionuklidlərlə (radioizotoplarla) çirklənməsinə dair elmi tədqiqat işləri aparmışdır. 1980-ci ildə Moskva Dövlət Universitetində "Torpaqşünaslıq" ixtisası üzrə dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1989-cu ildən AzET Əkinçilik İnstitutunda böyük elmi işçi, sonra qrup rəhbəri və nəhayət, aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Daha sonra elmi tədqiqat işlərini davam etdirərək 1998-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqro-kimya İnstitutunda Torpaqşünaslıq ixtisası üzrə dissertasiya müdafiə edib kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır. M. Abdullayev 1999-cu ildən Dövlət Torpaq Kadastrı Monitorinqi və Elmi-İstehsalat Mərkəzində şöbə rəisi vəzifəsində çalışmışdır.
Mahmud Allahmanlı
Mahmud Qаrа oğlu Аllаhmаnlı (1960, Kəmərli, Qazax rayonu) — filologiya elmləri doktoru (2008), professor (2009), fоlklоrşünas alim, tənqidçi, publisist, Azərbaycan Milli Elmlər Akademiyasında Folklor üzrə Əlaqələndirmə şurasının sədr müavini. == Həyatı == Mahmud Allahmanlı 1960-cı ildə Qazax rayоnunun Kəmərli kəndində anadan оlub. Оrta məktəbi başa vurduqdan sоnra 1978-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (kеçmiş V.İ.Lеnin adına Azərbaycan Dövlət Pеdaqоji İnstitutunun) dil-ədəbiyyat fakültəsində оxuyub. === Ailəsi === Məhəmməd Allahmanlının qardaşıdır. == Elmi fəaliyyəti == 1990-cı ildə «Aşıq Valеhin həyat və yaradıcılığı» mövzusunda namizədlik, 2008-ci ildə isə «Aşıq yaradıcılığının inkişaf mərhələləri» mövzusunda dоktоrluq dissеrtasiyası müdafiə еtmişdir. Aşıq yaradıcılığının inkişaf mərhələlərinin öyrənilməsi sahəsində nailiyyət qazanmışdır. Azərbaycan Dövlət Pеdaqоji Univеrsitеtinin Azərbaycan ədəbiyyatı tarixi kafеdrasının prоfеssоrudur. Xalq yaradıcılığından, Azərbaycan ədəbiyyatının qədim və оrta əsrlər dövründən mühazirələr dеyir. Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Slavyan Universitetində, Bakı Avrasiya Universitetində, Dnepropetrovs Universitetinin Bakı filialında, Bakı Müəllimlərin Təkmilləşdirilməsi və Yenidən Hazırlanması İnstitutunda mühazirələr oxumuşdur. Fоlklоrşünas alim, tənqidçi, publisist kimi tanınıb.
Mahmud Allahverdiyev
Mahmud Qara oğlu Allahverdiyev (15 may 1930, İmirhəsən, Bolnisi, Gürcüstan SSR, SSRİ – 2 dekabr 1999) — teatr tənqidçisi, ədəbiyyatşünas, 1985-ci ildən Azərbaycan Yazıçılar birliyinin üzvü, sənətşünaslıq doktoru (1991), professor (1985). == Həyatı == 1931-ci ilin mayın 15-də Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi, qonşu Faxralı, Arıxlı kəndlərində orta məktəbi bitirmişdir (1950). Bir müddət kolxozda işlədikdən sonra Bakı Dövlət Teatr İnstitutunda təhsil almışdır. Bu dövrdə Nizami təqaüdçüsü olmaqla yanaşı, fəal ictimaiyyətçi-tələbə kimi tanınmış, institut həmkarlar təşkilatının katibi olmuşdur. M.Əzizbəyov adına Akademik Dövlət Dram Teatrında aktyor işləmişdir (1955-1962). Eyni zamanda teatr institutunda teatr tarixindən mühazirə oxumuşdur.Ədəbi fəaliyyətə 1963-cü ildə "Azərbaycan kommunisti" jurnalında çap olunan nitq mədəniyyəti haqqında məqaləsi ilə başlamışdır. Dövri mətbuatda müasir milli teatr və dramaturgiya problemlərinə dair məqalələrlə vaxtaşırı çıxış etmişdir. "Müasir aktyor yaradıcılığı Ələsgər Ələkbərov" mövzusunda namizədlik (1966), "Azərbaycan xalq teatrının kökləri, növləri və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Moskvada "Nauka" nəşriyyatının buraxdığı "SSRİ folklor teatrı" (1985) kitabının müəlliflərindən biridir.
Mahmud Ağayev
Mahmud Səfər oğlu Ağayev (1897-1937)—Azərbaycanın təhsil naziri. == Həyatı == Mahmud Səfər oğlu Ağayev 1897-ci ildə Bakıda anadan olub. 1910-cu ildə ibtidai rus-tatar (rus-Azərbaycan) məktəbini bitirib. Atası ilə İrana gedib, bir müddət orada yaşayıb. 1912-ci ildə Azərbaycana qayıtdıqdan sonra dərzi sənətinə yiyələnib. Fəal ictimai işlərə qoşulub, 1917-ci ildə bolşevik partiyasının üzvlüyünə qəbul olunub. 1922-1925-ci illərdə Moskvada Kommunist Universitetində, 1929-1933-cü illərdə isə Qırmızı Professura Ədəbiyyat İnstitutunda oxuyub. Dövrünün mötəbər ali məktəblərində təhsil almış Mahmud Ağayev Azərbaycana qayıtdıqdan sonra əvvəlcə AK(b)PMK-nın orqanı olan "Bolşevik" jurnalının redaktoru vəzifəsində çalışıb. Sonra o, "Kommunist" qəzetinə redaktor təyin edilib. Mətbuat sahəsindən AK(b)P Bakı Komitəsinə şöbə müdiri göndərilib, respublika marksizm-leninizm kurslarının direktoru vəzifəsində çalışıb.
Mahmud Canbaxışov
Mahmud Surxay oğlu Canbaxışov (1975, Daşkənd, Vardenis rayonu – 17 aprel 1994, Füzuli rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahmud Canbaxışov 1975-ci ildə Göyçə mahalının Vardenis rayonunun Daşkənd kəndində doğulmuşdur.1982-ci ildə Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, əvvəlcə Bərdə rayonunun Yeni Daşkənd kəndində, 1990-cı ildən isə Xanlar rayonunun Qarabulaq kəndində məskunlaşmışdır. 1992-ci ildə Quşçu kənd orta məktəbini bitirmişdir.1993-cü ildə Xanlar RHK-dan Milli Orduya çağırılmışdır. Sıravi əsgər, 181-ci hərbi hissənin avtomatçısı Mahmud Canbaxışov 1994-cü il aprelin 16-dan 17-nə keçən gecə Füzuli rayonunun Qızılqaya istiqamətində gedən döyüşdə minaya düşərək şəhid olmuşdur.Məzarının yeri bilinmir. İtkin-şəhid hesab edilir. 1995-ci ildə məhkəmə qətnaməsi ilə o şəhid hesab edilir. == Ailəsi == Mahmud subay idi. Professor Qələndər Canbaxışovun qardaşı, həkim Turab Canbaxışovun əmisidir. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Respublikası Xatirə Kitabı, II cild, C hərfi, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2002.
Mahmud Cavadov
Mahmud Heydər oğlu Cavadov (13 aprel 1999; Bakı, Azərbaycan — 27 noyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahmud Cavadov 13 aprel 1999-cu ildə, Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. M.Cavadov 2005-2016-cı illərdə Yasamal rayon, A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnib. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goranboy rayonunda keçirib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mahmud Cavadov Ağdərə döyüşlərində savaşıb. 27 noyabr 2020-ci il tarixində Ağdərə istiqamətində yaralandıqdan sonra şəhid olub. II Şəhidlər Xiyabanı'da torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mahmud Cavadov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mahmud Cavadov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mahmud Cəm
Mahmud Cəm (1884–1969, farsca: محمود جم) — İranın 1935–1939-cu illərdə baş naziri olmuşdur. == Həyatı == Mahmud Cəm, Təbrizdə dünyaya gəlibdir. Atası Məhəmmədsadıq Kirmani, Kirmandan Təbrizə mühacirət etmişdir. Cəm Təbrizdə fransız bir şəxsdən fransız dilini öyrəndikdən sonra Təbrizdəki fransız səfirliyində tərcüməçi olaraq çalışmağa başlamışdır. Oğlu Firudin Cəm İranın məşhur hərbçilərindən olmuşdur. == Karyerası == Fransız səfirliyində tərcüməçi kimi işləməyə başlayan Cəm, Kirman və Xorasan da qubernator vəzifəsində çalışmışdır. 1933-cü ilin sentyabr ayında daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Rza şahın rəhbərliyi altında maliyyə naziri vəzifəsində çalışmışdır.1935-ci ilin dekabr ayından 1939-cu ilin oktyabr ayına qədər baş nazir vəzifəsində çalışmışdır. Transiran koridoru onun baş nazirliyi dövründə açılmışdır. Bundan sonra o Misirə səfir təyin edilmişdir.
Mahmud Dərgahi
Məhəmməd Dərgahi (1890–1953)— İran ordusunun generalı. == Həyatı == Məhəmməd Dərgahi 1890-cı ildə anadan olmuşdu. Hərbi məktəbi bitirəndən sonra leytenant rütbəsi ilə orduya qatılmışdı. Mayor rütbəsi daşıyarkən qala komendantının müavini olmuşdu. Məhəmməd Dərgahi 1953-cü ildə vəfat edib.