Mahmud Heydər oğlu Cavadov (13 aprel 1999; Bakı, Azərbaycan — 27 noyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Mahmud Cavadov | |
---|---|
Mahmud Heydər oğlu Cavadov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Ağdərə döyüşləri |
Təltifləri | 2020, 2021, 2021 |
Mahmud Cavadov 13 aprel 1999-cu ildə, Bakı şəhərində anadan olub.[3] Əslən Cəbrayıl rayonundan idi. M.Cavadov 2005-2016-cı illərdə Yasamal rayon, A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnib. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goranboy rayonunda keçirib.[4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mahmud Cavadov Ağdərə döyüşlərində savaşıb. 27 noyabr 2020-ci il tarixində Ağdərə istiqamətində yaralandıqdan sonra şəhid olub. II Şəhidlər Xiyabanı'da torpağa tapşırılıb.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mahmud Cavadov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mahmud Cavadov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[9]