Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Phaethornis malaris
Phaethornis malaris (lat. Phaethornis malaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Alaria alata
Alaria alata (lat. Alaria alata) — chromista aləminin yastı qurdlar tipinin trematodlar sinfinin diplostomida dəstəsinin diplostomatidae fəsiləsinin alaria cinsinə aid heyvan növü. == Növün xarakterik morfoloji əlamətləri == Bədənin uzunluğu 2,2 – 6,0 mm, maksimal eni 1,26 – 1,66 mm-dir. Ağız sormacının diametri 0,054 – 0,160 mm-dir. Ağız sormacının yanlarında qulağabənzər iki çıxıntı yerləşir. Farinksin uzunluğu 0,110 – 0,150 mm-dir. Bağırsaq farinksin bilavasitə ardınca başlanır. Qarın sormacının diametri 0,086 – 0,149 mm olub, baş hissədən 0,34 – 0,70 mm məsafədə yerləşir. Udlağın uzunluğu 0,110 – 0,150 mm, eni 0,086 – 0,100 mm-dir. Qida borusu yoxdur.
Phaethornis malaris margarettae
Phaethornis malaris margarettae (lat. Phaethornis malaris margarettae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinın phaethornis malaris növünə aid heyvan yarımnövü.
Calvaria
Kəllə qapağı (lat. Calvaria) tam kəllənin yuxarı hissəsi hesab olunur və onu alın sümüyünün pulu, əsas sümüyün böyük qanadlarının gicgah səthi, təpə sümükləri, ənsə və gicgah sümüklərinin pulu təşkil edir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. alı sümükləri ilə təpə sümükləri arasında tac tikiş — lat. sutura coronalis, təpə sümükləri arasında orta xətdə — sagital tikiş — lat. sutura sagittalis, təpə sümükləri ilə ənsə sümüyü arasında lyambdayabənzər tikiş — lat. sutura lambdoidea, təpə sümüyünün aşağı kənarı ilə gicgah sümüyünün pullu hissəsi arasında pullu tikiş — lat. sutura squamosa.
Falaris
Falaris (q.yun. Φάλαρις; e. ə. VII əsr – e. ə. VI əsr) — e.ə. VI əsrin birinci yarısında Aqrigentin tiranı, Leodamın oğlu. O, qəddarlığı ilə tanınmışdır. Əfsanəyə görə, o, nifrət etdiyi insanları mis öküzə salaraq yandırmış, körpələri yemiş, əsir götürdüyü leontinililəri Etnaya atmağı əmr etmişdir. Onun adı 148 məktubdan məlumdur.
Kaleria
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Macarca
Macar dili (magyar). Fin-uqor (uqor qolu) dillərindən biridir. Macarıstanda və ona qonşu ölkələrdə (keçmiş Yuqoslaviya, Avstriya, Rumıniya) yayılmışdır. 15 milyondan çox daşıyıcısı vardır. Macar Respublikasının rəsmi dövlət dilidir. Yazısı latın əlifbası əsasında tərtib olunmuşdur.
Makaroa
Makaroa adası (fr. Makaroa) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,2 km²-dir. Maksimal hündürlüyü 137 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatımna əsasən adada yaşayış yoxdur.
Malacca
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Malakka
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Malatya
Malatya — Türkiyənin Malatya ilinin inzibati mərkəzi. Əhalisi 806.156 və səhəsi 12313 km².
Malaxis
Malaxis (lat. Malaxis) — səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Həmçinin bax == Malaxis monophyllos Malaxis unifolia == İstinadlar == Malaxis:The Plant List saytında takson barədə məlumat.
Malaxit
Malaxit – Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Bu qeyri-şəffaf, yaşıl zolaqlı mineral monoklinik kristal sistemində kristallaşır və ən çox su təbəqəsi və hidrotermal mayelərin kimyəvi çökmə üçün vasitələr təmin etdiyi sınıqlarda və dərin, yeraltı boşluqlarda botrioidal, lifli və ya stalagmitik kütlələr əmələ gətirir. Fərdi kristallar nadirdir, lakin acicular prizmalara qədər incə olurlar. Daha çox cədvəlli və ya bloklu azurit kristallarından sonra psevdomorflar da baş verir. == Xassələri == Rəng – parlaq-yaşıl, tünd-yaşıl, qaramtıl-yaşıl, bozumtul-yaşıldan ağadək; konsentrik-zonal aqreqatları müxtəlif rəngə boyanmış zonaların növbələşməsi ilə səciyyələnir; Mineralın cizgisinin rəngi – açıq-yaşıl; Parıltı – aqreqatlarda ipəyi (məxməri malaxit), tutqun, kristallarda–şüşə; Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf; Sıxlıq – 4,0; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {010} üzrə orta; Sınıqlar – qabıqvari; Morfologiya – kristallar: nadir rast gəlir; prizmatik, iynəvari; İkiləşmə: {100} üzrə; çox vaxt qarşılıqlı nüfuzetmə, nisbətən az hallarda–polisintetik; Mineral aqreqatları: radial-şüalı quruluşlu böyrək-və salxımvari əmələgəlmələr, sızmalar, torpaqvari (mis yaşıllığı), sıx kütlələr, stalaktitlər, qabıqlar, qaysaqlar, yaxmalar, aruzit, kuprit, sərbəst mis və b. üzrə psevdomorfozalar. Malaxitin çəkisi bir neçə tona çatan qaymaları məlumdur, onlardan ən böyüyü (çəkisi 300 t) Uralda Mednorudyanski yatağında tapılmışdır. == Mənşəyi və yayılması == Mis yataqlarının tipik hipergen mineralı olub, ilkin missaxlayan mineralların oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: azurit, xalkopirit, bornit, xalkozin, kovellin, kuprit, tenorit, sərbəst mis, hötit, hidrohötit və b.
Malaziya
Malayziya (malay Malaysia) — Cənub-Şərqi Asiyada dövlət. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış, 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla (keçmiş Şimali Borneo) birləşmişdir. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılmışdır. Şimalda Tayland, cənubda İndoneziya və Sinqapur ilə qonşudur. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır. Paytaxtı Kuala Lumpur şəhəridir. Lakin, federal hökumət Putracaya şəhərində yerləşir. 30 milyon nəfər əhalisi olan Malayziya dünyada əhalisinin sayına görə 44-cü yerdədir. Avrasiya materikinin cənub nöqtəsi olan Tanjunq Piai də Malayziyadadır.
Malperia
Malperia (lat. Malperia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Malperia tenuis S.Watson Sinonim Hofmeisteria tenuis (S.Watson) I.M.Johnst.
Malyariya
Malyariya — ölümcül qlobal xəstəliklərdən biri. Xüsusilə Afrikada geniş yayılıb. Ağcaqanadların yaratdığı bu xəstəlik əsasən Sahara Afrikasında üstünlük təşkil edir. == Xəstəliyin yaranması == Malyariya parazitləri insanın qanına düşdükdə dövr edərək qaraciyərə düşürlər, onun hüceyrələrinə nüfuz edirlər, orada böyüyərək çoxalırlar. Sonradan parazitlər qaraciyəri tərk edərək eritrositlərə daxil olurlar. Bu proses bir həftədən bir neçə aya kimi çəkə bilər. Parazitlər qaraciyərdə olduqda insan heç bir narahatlıq hiss etmir. Eritrositlərə daxil olan parazitlər öz inkişafını davam etdirir və çoxalırlar. Eritrositlərin qılafı partladıqdan sonra onlar digər eritrositlərə daxil olmağa imkan əldə edirlər. Bu cür halda parazitlər toksinlər ifraz edirlər (zəhərlər).
MamaRika
MamaRika və ya Erika (ukr. Еріка), əsl adı Anastasiya Aleksandrovna Koçetova (ukr. Анастасі́я Олекса́ндрівна Кочетова; 13 aprel 1989, Çervonoqrad[d], Lvov vilayəti) — Ukrayna müğənnisi və fotomodeli. == Həyatı == === Erkən illəri === Anastasiya Koçetova 13 aprel 1989-cu il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-də, Lvov vilayətinin Çervonoqrad şəhərində anadan olmuşdur. O, uşaqlıqdan "Reverans" uşaq studiyasında vokalla peşəkar şəkildə məşğul olmuşdur. Koçetova İvan Franko adına Lvov Milli Universitetinin Xarici Dillər fakültəsini tərcüməçi (ingilis dili) ixtisası üzrə bitirmişdir. O, ofis meneceri və vokal müəllimi işləmişdir. Koçetova 14 yaşında "Çervona ruta-2003" festivalının qalibi olmuşdur. O, 17 yaşında "Amerikan şansı" layihəsində (Los-Anceles, Kaliforniya, ABŞ) iştirak etmiş və qalib olmuşdur. Koçetovanın istedadı Stivi Vander və Brayan MakNayt tərəfindən yüksək qiymətləndirilmişdir.
Galearia
Yonca (lat. Trifolium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (lat. Medicaqo sativa) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (lat. Trifolium pratense) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çox bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var.
Hamaria
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Cataria
Pişiknanəsi (lat. Nepeta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Kalara
Kalara — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı Kalalı //Kalaley olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Kelare kimi qeyd edilir . Toponim türk dilində «dayaz dərə» mənasında işlənən kol sözü ilə, «hüdud», «sərhəd» mənasında işlənən ara sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Qukasavan qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır .
Maarif
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslər Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Marif Zeynalov — alim. Yaşayış məntəqələri Maarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Digər Maarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Mairia
Mairia (lat. Mairia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Malaqa
Malaqa — İspaniyanın cənubunda, Əndəlüsdə, yerləşən şəhərdir. Ərazisi 395 km², əhalisinin sayı 568.507 nəfərdir. Malaqa Aralıq dənizinin qərb sahilində, Piriney yarımadasının cənubunda, Cəbəllütariq boğazından 100 kilometr uzaqda yerləşir. Əhali sayına görə Malaqa İspaniyada 6-cı, Əndəlüsdə 2-ci, Avropa İttifaqında 46-cıdır.
Malavi
Malavi (ing. Republic of Malawi, Nıyanca: Dziko la Malaŵi) — Afrika qitəsinin cənub-şərqində yerləşən və dənizə çıxışı olmayan quru ölkəsidir. 1964-cü ilədək Nyasalend adını daşımışdır. Keçmiş Britaniya koloniyasıdır. Şimal-qərbdən Zambiya ilə, şimal-şərqdən Mozambik ilə, şərq, cənub və qərbdən isə Tanzaniya ilə həmsərhəddir. Tanzaniya və Mozambik sərhəddində Malavi gölü yerləşir. Malavinin sahəsi 118,000 km2, əhalisi isə 16,777,547 nəfərdir. Onun paytaxı və ən böyük şəhəri Lilonqve, ikinci Blantyre, üçüncü isə Mzuzudur. Ölkənin ləqəbi "Afrikanın isti ürəyi"dir. == Tarixi == İndiki Malavi kimi tanına Afrika sahəsində ovçuluq və yığıcıqlıqla məşğul olan çox kiçik sayda əhali var idi.
Maxara
Maxara - Unu süddə qarışdırmaqla sacın üstündə bişirilən xəmir xörəyi. Əsasən Zaqatala və Balakən rayonlarının kəndlərində yayılıb. Maxaranı bişirmək üçün müəyyən qədər un, süd, yumurta çalınaraq duru hörrə hazırlamaq lazımdır. Südün əvəzinə ayrandan da istifadə etmək olar. İçərisinə zövqə uyğun olaraq göyərti, zəfəran, sarıkök də qatmaq olar. Sonra sacın altına ocaq qalamaq lazımdır (adətən həyətdə). Sac qazdıqdan sonra hazırlanmış hörrəni fincana doldurmaq və isti sacın üstünə tökmək lazımdır. Sacın üzərinə töküləndə o, saçaqlar yaranır və günəşə oxşar forma alır. 3-5 dəqiqədən sonra onu çevirmək lazımdır ki, o biri tərəf də bərabər bişsin. Bişəndən sonra siniyə qoyulur və üzərinə yağ çəkilir.
Mağara
Mağara və ya Köhül — yerdə təbii oyulma nəticəsində əmələ gələn çuxur və ya girinti. Min illər boyu insanlar tərəfindən sığınacaq və məzar yeri kimi istifadə edilmişdir. Dünyanın bir çox mağaralarında qədim mədəniyyətlər və sivilizasiyalar haqqında dəyərli məlumatlar verən mağara rəsmləri və qayaüstü incəsənətin digər növləri tapılıb. Mağaralarda kristallar, qiymətli daşlar və filizlər kimi qiymətli mineral yataqları ola bilir. Mağaralar qış yuxusuna gedən heyvanlar üçün əlverişli yerdir. == Geomorfoloji termin == Mağara — (rus. пещера, ing. cave) yer qabığının üst qatında boşluq, yer sət-hinə bir, yaxud bir neçə çıxışlarla açılır. Əsasən suda asan həll olan süxurların (əhəng daşı, dolomit, gips və b.) yuyulması və həll olması, həmçinin suffoziya, abraziya və başqa proseslər nəticəsində əmələ gəlir. Ən böyük mağaralar — karst mağaralarıdır; mürəkkəb sistemli keçidlər və zallardan ibarət olur, ümumi uzunluğu bəzən bir neçə 10 km-ə çatır (məs: ABŞ-də Flint-Mamont mağaralar sisteminin uzunluğu , RF-də Optimistik mağarasının uzunluğu).