Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Malaxit
Malaxit – Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Bu qeyri-şəffaf, yaşıl zolaqlı mineral monoklinik kristal sistemində kristallaşır və ən çox su təbəqəsi və hidrotermal mayelərin kimyəvi çökmə üçün vasitələr təmin etdiyi sınıqlarda və dərin, yeraltı boşluqlarda botrioidal, lifli və ya stalagmitik kütlələr əmələ gətirir. Fərdi kristallar nadirdir, lakin acicular prizmalara qədər incə olurlar. Daha çox cədvəlli və ya bloklu azurit kristallarından sonra psevdomorflar da baş verir. == Xassələri == Rəng – parlaq-yaşıl, tünd-yaşıl, qaramtıl-yaşıl, bozumtul-yaşıldan ağadək; konsentrik-zonal aqreqatları müxtəlif rəngə boyanmış zonaların növbələşməsi ilə səciyyələnir; Mineralın cizgisinin rəngi – açıq-yaşıl; Parıltı – aqreqatlarda ipəyi (məxməri malaxit), tutqun, kristallarda–şüşə; Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf; Sıxlıq – 4,0; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {010} üzrə orta; Sınıqlar – qabıqvari; Morfologiya – kristallar: nadir rast gəlir; prizmatik, iynəvari; İkiləşmə: {100} üzrə; çox vaxt qarşılıqlı nüfuzetmə, nisbətən az hallarda–polisintetik; Mineral aqreqatları: radial-şüalı quruluşlu böyrək-və salxımvari əmələgəlmələr, sızmalar, torpaqvari (mis yaşıllığı), sıx kütlələr, stalaktitlər, qabıqlar, qaysaqlar, yaxmalar, aruzit, kuprit, sərbəst mis və b. üzrə psevdomorfozalar. Malaxitin çəkisi bir neçə tona çatan qaymaları məlumdur, onlardan ən böyüyü (çəkisi 300 t) Uralda Mednorudyanski yatağında tapılmışdır. == Mənşəyi və yayılması == Mis yataqlarının tipik hipergen mineralı olub, ilkin missaxlayan mineralların oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: azurit, xalkopirit, bornit, xalkozin, kovellin, kuprit, tenorit, sərbəst mis, hötit, hidrohötit və b.
Qış sarayının Malaxit zalı
Malaxit zalı (rus. Малахитовая гостиная) - Sankt-Peterburqdakı Qış sarayının qonaq zallarından biridir. Zal, İmperator I Nikolayın xanımı İmperatriça Aleksandra Fyodorovnanın qonaq qəbul etdiyi şəxsi zalı kimi istifadə olunmuşdur. 1837-ci ildə Qış sarayında baş verən yanğın zamanı Yəşəm zalı tamamilə yanaraq məhv olmuşdur. Malaxit zalı isə Yəşəm zalının yerində inşa edilmişdir. Zalın interyerinin layihə müəllifi A.P.Bryulovdur. Memar şəxsən çarın tələbi ilə bu zalın dizaynında nadir yarımqiymətli daş olan malaxitdən istifadə etmişdir. 1830-cu illərdə Demidovların Uraldakı mədənlərində nəhəng malaxit yataqlarının aşkarlanmasından sonra, bu daşın Rusiyada geniş istifadəsinə başlanılmışdır. Çarın hakimiyyəti dövründə Malaxit zalı yalnız İmperatriçanın qəbul otağı olmamışdır, İmperator ailəsinin üzvləri rəsmi mərasimlərdən əvvəl bu zalda toplaşırdılar. Romanovlardan gəlin köçən qızlar gəlinlik donlarını bu zalda geyinərək bəzənir daha sonra Ərəb zalına keçir, oradan isə mərasim üçün Böyük kilsəyə keçirdilər.
Malaxis
Malaxis (lat. Malaxis) — səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Həmçinin bax == Malaxis monophyllos Malaxis unifolia == İstinadlar == Malaxis:The Plant List saytında takson barədə məlumat.
Malaxis monophyllos
Malaxis monophyllos (lat. Malaxis monophyllos) — səhləbkimilər fəsiləsinin malaxis cinsinə aid bitki növü.
Malaxis unifolia
Malaxis unifolia (lat. Malaxis unifolia) — səhləbkimilər fəsiləsinin malaxis cinsinə aid bitki növü.
Malaxis crenulata
Liparis crenulata (lat. Liparis crenulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin liparis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Blepharoglossum crenulatum (Blume) L.Li Leptorkis crenulata (Blume) Kuntze Malaxis crenulata Blume Stichorkis crenulata (Blume) Marg., Szlach.
Malaxis latifolia
Liparis latifolia (lat. Liparis latifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin liparis cinsinə aid bitki növü.
Malaxis loeselii
Liparis loeselii (lat. Liparis loeselii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin liparis cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === == Yarımnövləri == Liparis loeselii subsp. loeselii Liparis loeselii subsp. orientalis Efimov Liparis loeselii subsp.
Malaxis nervosa
Liparis nervosa (lat. Liparis nervosa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin liparis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Liparis nervosa subsp. granitica Carnevali & I.Ramírez Liparis nervosa var. khasiana (Hook.f.) P.K.Sarkar Liparis nervosa subsp.
Malaxis ovata
Neottia ovata (lat. Neottia ovata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü.
Kalamit
Kalamitlər (Calamitales) - paleozoyda mövcud olmuş qatırquyruğuna oxşar ağac bitkiləri qrupunu əhatə edir. Kalamitlər hündürlüyü 20 m-ə çatırdı. Xarici görünüşünə (gövdənin bu­ğum­lu quruluşu, buğum və yarpaqların çiçək göbə düzülüşü) görə onlar nəhəng qatırquyruğuları xatırladır. Gövdənin səthi hamar və ya uzununa şırımlarla örtülü olub. Qazıntı halında ən çox özəyin izlərinə rast gəlinir. Neştərəoxşar yarpaqlarının sayı çiçək köbəsində adətən 20-dən çox olur. Nisbətən erkən kalamitlər yarpaqları dəfələrlə şaxələnən sapşəkilli elementlər seriyasını xatırladır. Kalamitlər sporongiləri bərabər- və müxtəlifsporlu olub adətən kompakt strobillərdə (qozalar) toplanmışdır. Üst devon – alt perm. == Həmçinin bax == Paleozoy Qatırquyruğu Bitkilər Devon dövrü Perm dövrü == İstinadlar == Geologiya terminlərinin izahlı lüğəti.
Malaxay
Malaxay - türk və altay mifologiyasında cəza tanrısıdır. Mankalay və ya Mangalay olaraq da tanınır. Yakutların inancında, yeraltı aləmində günahkar insanların cəzalarını tərtib edən tanrılardan biridir. Adı süvari, atlı mənaları daşıyır.
Malavi
Malavi (ing. Republic of Malawi, Nıyanca: Dziko la Malaŵi) — Afrika qitəsinin cənub-şərqində yerləşən və dənizə çıxışı olmayan quru ölkəsidir. 1964-cü ilədək Nyasalend adını daşımışdır. Keçmiş Britaniya koloniyasıdır. Şimal-qərbdən Zambiya ilə, şimal-şərqdən Mozambik ilə, şərq, cənub və qərbdən isə Tanzaniya ilə həmsərhəddir. Tanzaniya və Mozambik sərhəddində Malavi gölü yerləşir. Malavinin sahəsi 118,000 km2, əhalisi isə 16,777,547 nəfərdir. Onun paytaxı və ən böyük şəhəri Lilonqve, ikinci Blantyre, üçüncü isə Mzuzudur. Ölkənin ləqəbi "Afrikanın isti ürəyi"dir. == Tarixi == İndiki Malavi kimi tanına Afrika sahəsində ovçuluq və yığıcıqlıqla məşğul olan çox kiçik sayda əhali var idi.
Malax
Aşağı Malax — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində kənd. == Tarixi == Qaşqaçay çayının sahilindədir. Keçmışdə bu zonada Malax adlı üç kənd mövcud idi. Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax, Baş Malax və Aşağı Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar.[mənbə göstərin] Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "Aşağıda yerləşən Malax kəndi" deməkdir.
Malamir xan
Malamir xan (bolq. Кан Маламир; bilinmir – 836) — Bulqar xanı (831-836). == Həyatı == Malamir xan Omurtaq xanın ən kiçik oğlu idi. Böyük qardaşı Enravota xristian olduğu üçün vərəsəliyi ləğv edilmiş, ortancıl qardaşı Zvinitsa isə xəstələnib cavan vaxtı vəfat etmişdi. Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi. Taxta çıxdıqdan 2 il sonra qardaşı Enravotanı edam etdirmişdi. === Bizansla münasibətlər === Omurtaq xanın sülh sazişinin vaxtının bitməsindən sonra imperator Feofil 836-cı ildə yenidən sərhədləri yağmalağa başlamışdı. Cavab olaraq hücuma keçən xan Plovdivi ələ keçirib xanlığa birləşdirdi. Lakin elə həmin il də öldü. Yerinə I Presian xan gəldi.
Phaethornis malaris
Phaethornis malaris (lat. Phaethornis malaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Lake Malawi
Lake Malawi — 2013-cü ildə Çexiyada qurulmuş indi pop qrupu. Qrup vokalist, gitaraçı və keybordist Albert Çerni, bassist və keybordist Yeronim Şubrt və barabançı Antonin Hrabaldan təşkil olunmuşdur. Lake Malawi Çerni tərəfindən Charlie Straight musiqi qrupunun parçalanmasından sonra yaradılmışdır. 2015-ci ildə qrupun We Are Making Love Again adlı mini-albomu, 2017-ci ildə isə Surrounded by Light adlı debüt studio albomu buraxılmışdır. Lake Malawi qrupu Çexiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Yaranma tarixi == Lake Malawi qrupun vokalisti Albert Çerni tərəfindən Charlie Straight musiqi qrupunun parçalanmasından sonra 2013-cü ilin sentyabr ayında qurulmuşdur. Qrupun adı Bon Iver qrupunun "Calgary" mahnısından ilhamlanaraq, qoyulmuşdur. 2014-cü ildə qrupun debüt sinqlı "Always June" təqdim olunmuşdur. Həmin ildə Lake Malawi Çexiyanın Colours of Ostrava, Rock for People festivallarında və Böyük Britaniyada isə The Great Escape Festivalında çıxış etmişdir. 2015-ci ildə qrupun We Are Making Love Again adlı mini-albomu buraxılmışdır.
Malavi Respublikası
Malavi (ing. Republic of Malawi, Nıyanca: Dziko la Malaŵi) — Afrika qitəsinin cənub-şərqində yerləşən və dənizə çıxışı olmayan quru ölkəsidir. 1964-cü ilədək Nyasalend adını daşımışdır. Keçmiş Britaniya koloniyasıdır. Şimal-qərbdən Zambiya ilə, şimal-şərqdən Mozambik ilə, şərq, cənub və qərbdən isə Tanzaniya ilə həmsərhəddir. Tanzaniya və Mozambik sərhəddində Malavi gölü yerləşir. Malavinin sahəsi 118,000 km2, əhalisi isə 16,777,547 nəfərdir. Onun paytaxı və ən böyük şəhəri Lilonqve, ikinci Blantyre, üçüncü isə Mzuzudur. Ölkənin ləqəbi "Afrikanın isti ürəyi"dir. == Tarixi == İndiki Malavi kimi tanına Afrika sahəsində ovçuluq və yığıcıqlıqla məşğul olan çox kiçik sayda əhali var idi.
Malavi bölgələri
Afrika qitəsi ölkələrindən Malavi inzibati və coğrafi şərtlər göz qarşısında saxlanılaraq üç bölgəyə ayrılmışdır. Bu üç bölgə isə ayrıca 28 rayona ayrılmışdır. Malavidəki ən böyük inzibati vahid olan bölgələr mahalları də əhatə edir.
Malavi dairələri
Afrika qitəsində yerləşən Malavi üç bölgədə olan 28 dairədən ibarətdir.
Malavi mahalları
Afrika qitəsində yerləşən Malavi üç bölgədə olan 28 dairədən ibarətdir.
Malavi şəhərləri
== Malavi şəhərləri == Bu siyahıda Afrika ölkəsi olan Malavinin şəhərləri verilmişdir. Malavinin paytaxdı Lilonqve şəhəridir. Malavinin 33 şəhəri var.
Meli Malani
Meli Malani (17 noyabr 1996) — Ficili üzgüçü. Meli Malani Ficini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Meli Malani birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.88 saniyəlik nəticəsi ilə 52-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Malavi bayrağı
Malavi bayrağı ilk dəfə 6 iyul 1964-cü ildə ölkənin Birləşmiş Krallıqdan müstəqilliyini əldə etməsi nəticəsində istifadə edilmiş, 2010-2012-ci illər arasında ölkə konstitusiyasında edilmiş olan dəyişikliklər nəticəsində qısa bir müddət ərzində başqa bir bayraq istifadə edilmiş olsa da, 2012-ci ildə vəzifəyə başlayan yeni hökumət, Malavi ictimaiyyəti tərəfindən də müsbət qarşılanmayan yeni bayraqla bağlı qanun dəyişikliyini ləğv etmiş və köhnə bayrağın yenidən ölkənin rəsmi bayrağı olması haqqında qərar qəbul etmişdir. Bayraq bayrağı üç bərabər hissəyə ayıran üç üfüqi zolaqdan ibarətdir. Yuxarıdan aşağıya doğru qara, qırmızı və yaşıl olaraq düzülən zolaqlardan ən yuxarıda olan qara zolağın mərkəzi hissəsində üfüqdən yenicə yüksələn 31 şüası olan ilə qırmızı günəş yerləşdirilmişdir. Bu şəfəq azad və vahid Afrika üçün olan ümidin simvoludur. Üfüqi zolaqları təşkil edən rənglər arasında olan qara rəng Afrika qitəsinin qara xalqını, qırmızı rəng ölkənin müstəqilliyi naminə şəhid olanları və tökülən qanları, yaşıl rəng isə ölkənin bərəkətli meşələrini ifadə edir. 2010-2012-ci illərdə arasında ölkədə istifadə edilmiş olan bayraq sonra dəyişdirilmiş və o bayraq bu gün də istifadə olunan bayraqla çox böyük oxşarlıqlara malik idi. Bayrağın üstündə edilmiş olan dəyişikliklə əsasən qara zolağın üstündəki qırmızı doğan günəşin əvəzinə bayrağın mərkəzi hissəsində yerləşdirilmiş olan ağ günəş qoyulmuşdur. Bu günəşlə ölkənin müstəqilliyini əldə etməsindən sonra nail olduğu tərəqqisi dilə gətirilməyə çalışılmışdır. Bundan əlavə, bu bayraqda qara və qırmızı zolaqlar bir-birləri ilə yerlərini dəyişdirmişdirlər.
Malavi gerbi
Malavi gerbi Afrika ölkələrindən biri olan Malavi tərəfindən rəsmi olaraq istifadə edilən gerbdir. 30 iyun 1964-cü ildə ölkənin hələ Nyasaland kimi müstəqilliyini əldə etmədiyi dövrdə qəbul edilmiş olan gerb rəsmi gerb kimi istifadə edilmiş, daha sonra isə ölkə 6 iyul 1964-cü ildə Malavi adı ilə Birləşmiş Krallıqdan tam müstəqilliyini əldə etdikdən sonra yeni ölkənin rəsmi dövlət gerbinə çevrilmişdir. Gerbin mərkəzi hissəsində yerləşən qalxan yuxarıdan aşağıya doğru üç hissəyə bölünmüşdür. Qalxanın yuxarı hissəsində gümüşü fonda yaradılmış iki mavi dalğa yerləşir. Qırmızı fonlu mərkəzi hissədə hərəkət edən qızılı şir, qalxanın aşağı hissəsində isə qara fonda yerləşdirilmiş üfüqdən çıxan yeddi şüalı günəş təsvir edilmişdir. Qalxanın yuxarı hissəsində isə sağda və solda qırmızı-sarı tükləri olan cəngavər dəbilqəsi vardır. Dəbilqənin üstündə isə eyni rəngləri olan dəbilqə qabarığı vardır. Dəbilqənin üstündə həm də üfüqdən çıxan günəşin qarşısında dalğalı mavi-ağ xətlər üzərində yerləşdirilmiş qanadları açılmış balıq qartalı təsviri var. Qalxanın hər iki tərəfində isə təbii rənglərində verilmiş və dağın üstündə dayanan aslan və bəbir ön pəncələri ilə qalxanı tuturlar. Heraldik nöqteyi-nəzərdən aslan qalxanın sağ tərəfində, bəbir isə qalxanın sol tərəfində yerləşdirilmişdir.
Maçaxı
Maçaxı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Maçaxı kəndi Girdiman çayı sahilində, dağətəyi ərazidə yerləşir. Bəzi tədqiqatçılar toponimi çeçenlərin mıçıqıç tayfasının, yaxud da massaketlərin adı ilə bağlayırlar. Adın dəqiq mənası müəyyənləşdirilməmişdir. Əhalisi 126 nəfərdir ki onunda 73 nəfəri kişi, 53 nəfəri qadındır.
Xalaxı gölü
Xalaxı — Azərbaycanın Zaqatala rayonu ərazisində göl. Xalaxı dağının ətəyində, 2800 m. yüksəklikdə şirin sulu, axarlı kiçik göl. Muxax çayının başlanğıcını təşkil edən Xalaxı çayı bu göldən axır. Hidronim avar dilindəki xala (uzun) və xe (su) sözlərindən düzəlib, "uzun çay" mənasındadır. Göl öz adını çayın adından almışdır.