Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gideon Mantell
Gideon Alcernon Mantell (ing. Gideon Algernon Mantell; 3 fevral 1790[…] – 10 noyabr 1852[…], London, İngiltərə) — Böyük Britaniyalı tibb baxıcısı, geoloq və paleontoloq. == Tərcümeyi-halı == Gideon Alcernon Mantell 3 fevral 1790-cı ildə Luisdə anadan olmuşdur. Onun iquanadontun xarici görünüşünü və həyat tərzini bərpa etməyə cəhd göstərməsi dinozavrların elmi cəhətdən öyrənilməsinin əsası hesab olunur. 1822-ci ildə o, əvvəlcə, daşlaşmış dişləri, daha sonra isə iquanodontun skeletinin böyük bir hissəsini (və son nəticədə identifikasiyasını) aşkar etdi. Gideon Mantellin İngiltərənin cənub ərazilərinin təbaşir dövrünə aid tarixinin araşdırılması sahəsindəki tədqiqatları mühüm elmi əhəmiyyət kəsb etmişdir. 1849-cu ildə alim London Kral Cəmiyyətinin Krallıq medalı (ingilis dilində; Royal Medal) ilə təltif olunmuşdur.. Gideon ALcernon Mantell 10 noyabr 1852-ci ildə London şəhərində vəfat etmişdir. == Əsərləri == Outlines of the natural history of the environs of Lewes. 4to, 24pp, 3pl.
Qabriela Mantellato
Qabriela Mantellato (d. 28 sentyabr 1991) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Qabriela Mantellato, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Omantel
Oman Telecommunications Company (ərəb. الشركة العُمانية للإتصالات‎) və ya qısaca «Omantel» (ərəb. عمانتل‎) — Omanın ilk telekommunikasiya şirkəti və əsas internet xidmətləri provayderi. Oman hökuməti şirkətin səhmlərinin 51%-nə sahibdir. 2007-ci ildə Omantel «Zain Group» səhmlərinin 21.9%-ni satın almışdır. «Omantel» böyük bir beynəlxalq şəbəkəyə malikdir. Şirkət çoxlu sualtı kabel xəttinin tamamilə və ya qismən sahibidir. 2015-ci ildə şirkət ölkədə FTTx texnologiyasından istifadə etmək layihəsini açıqladı. Həmin il şirkət il keyfiyyət üzrə mükafata layiq görülmüşdür.
Andrea Mantea
Andrea Mantea - tanınmış fotomodel, musiqiçi == Həyatı == Andrea Mantea 1986-cı il sentyabrın 20-də Rumıniyanın paytaxtı Buxarest şəhərində anadan olub. Əsl adı Andrea Kərimlidir. Bioqrafiyasında atasının adı haqda məlumat olmasa da, azərbaycanlı olduğu bildirilir. Buxarestdə Sfantul Pantelimon Liseyini bitirib. Eyni zamanda, Buxarest Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur. Andrea modellik karyerasına yeniyetmə yaşlarından başlayıb və bir neçə gözəllik müsabiqəsinin qalibi olub. Andrea Manteanın ilk iş yeri doqquzuncu sinifdə oxuyarkən Buxarestdə işlədiyi bir restoran idi. Müştərilərdən biri onun nə qədər gözəl olduğunu görüb fiziki keyfiyyətlərindən istifadə etməyi təklif etdikdən sonra bu, onu modellərin dünyası ilə tanış edir. Beləliklə, Andrea moda kastinqlərində görünməyə başlayır. Bu təklifdən sonra İspaniyaya gedəndə heç 18 yaşı yoxdu.
Con Manuel
Con Manuel (port. João Manuel) (3 iyun 1537 – 2 yanvar 1554, Lissabon) — Portuqaliya kralı III Con və Avstriyalı Ketrinin yetkinlik yaşına çatan yeganə oğlu, Portuqaliya infantı. == Həyatı == Con Manuel 3 iyun 1537-ci ildə Evora sarayında dünyaya gəldi. Atası Portuqaliya kralı III Con, anası isə Kastiliyalı Yuanna və Habsburqlu Filipin ən kiçik qızı Ketrin idi. Özündən öncə dünyaya gələn 4 qardaşı körpə yaşlarında vəfat etdiyi üçün hələ 2 yaşında ikən 1539-cu ildə Portuqaliya taxtının vəliəhdi - infant elan edildi. Bununla yanaşı səhhəti olduqca zəif idi. Yaxın qohumluq əlaqələri olan İspaniya və Portuqaliya monarx ailələri arasında baş tutan evliliklər gənc infantın zəif səhhətinin başlıca səbəbi olaraq görülür. 11 yanvar 1552-ci ildə Con Manuel həm dayısı, həm də bibisi qızı olan Avstriyalı Yuanna ilə evləndirildi. Ancaq çox keçmədən 2 yanvar 1554-cü ildə Con Manuel vəfat etdi. Onun ölüm səbəbi vərəm və ya diabet olaraq göstərilir.
II Manuel
II Manuel (port. Manuel II; 15 noyabr 1889[…], Belensk sarayı[d], Lissabon və ya Lissabon – 2 iyul 1932[…], Fulvell[d], Midlseks[d] və ya London) — Portuqaliyanın sonuncu kralı. Saksen-Koburq-Qota evinə mənsub idi, rəsmi olaraq Braqanza sülaləsinin nümayəndəsi sayılırdı (lakin əslində onlar yalnız qadın xəttində, Saksen-Koburq-Qota ailəsinə mənsub idilər). == Bioqrafiyası == Kral I Karloşun və Orleanlı Ameliyanın ikinci oğlu. 198 yaşında, 19 fevralda atası və taxtın varisi Luiş Filipenin böyük qardaşı Lissabonda 1 fevral 1908-ci ildə öldürüldükdən sonra taxta çıxdı. Manuel özü də bu sui-qəsd cəhdində yüngül yaralandı. Sosialistlər və Respublikaçıların qəti bir qələbə qazandığı demokratik seçki adlanan diktator hökuməti qovdu. İki il sonra (1910), inqilab tərəfindən devrilən Portuqaliya bir respublika elan edildi. Sürgündə Manuel orta əsr Portuqal ədəbiyyatı haqqında bir kitab yazdı. Böyük Britaniyada öldü.
I Manuel
I Manuel (port. Manuel I de Portugal) və ya Uğurlu Manuel (port. Dom Manuel O Venturoso) (31 may 1469, Lissabon – 13 dekabr 1521, Lissabon) — Portuqaliya kralı. Aviz sülaləsinə mənsub olan Manuel əmisi oğlu II Conun ardından taxta çıxmadan öncə Beja və Vizey hersoqu idi. Saysız-hesabsız coğrafi kəşflər səbəbilə Portuqaliya krallığının ən güclü dönəmində səltənət sürən Manuel, Vasko da Qamaya göstərdiyi maddi dəstəklə Hindistana dəniz yolunun kəşf olunmasını təmin etdi. == Həyatı == == Mənbə == Sanceau, Elaine (1970). Reign of the Fortunate King, 1495–1521: Manuel I of Portugal. Hamden, Conn.: Archon Books. ISBN 0-2080096-8-X Rebelo, Luis (2003). "Manuel I, King of Portugal".
Manoel adası
Manoel (malta Il-Gżira Manoel) — Malta arxipelaqına daxil olan ada. Aralıq dənizinin suları ilə əhatələnir. Valletta və Qzira şəhərləri arasında qərarlaşır. İnzibati olaraq Gzira bələdiyyəsinə aiddir. == Coğrafiyası == Manoel adası düz, yüksək, bir ağacın yarpağına bənzəyir. Marsamxett limanının mərkəzində, Lazaretto körfəzinin şimalında və Sliema körfəzinin cənubunda yerləşir. Manoel Malta adasına körpü ilə bağlanır. Bütün adanı paytaxt Valletta bastionlarından görmək olar. == Tarixi == 1570-ci ildə ada Mdina kafedral başçısı tərəfindən alındı, Malta yepiskopunun mülkünə çevrildi. Buna görə l'Isola del Vescovo (malta Il-Gżira tal-Isqof) adı verildi.
Mansel adası
Мansel (ing. Mansel Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Adada yaşayış yoxdur (2012). == Coğrafiya == Ada Hudzon körfəzinin şimal-şərqində, Unqava yarımadasının şimal-qərbindən 58 km qərbdə yerləşir. Yaxınlığında yerləşən adalar: Kots (115 km qərbdə), Sauthempton (150 km şimal-qərbdə) və Hottinhem (120 km şimal-şərqdə). Adanın uzunluğu 112 km, eni 48 km, sahəsi 3 180 km² təşkil edir. Dünyada sahəsinə görə 159-cu yerdədir. Sahil həttinin uzunluğu 298 km-dir. Kvebek vilayəti ərazisinə yaxın yerləşməsinə baxmayaraq, inzibati cəhətdən Nunavut vilayətinin Kikiktani rayonu ərazisinə daxildir. Ada əsasən düzənlik əraziyə malikdir.
Manuel Belqrano
Manuel Belqrano (isp. Manuel José Joaquín del Corazón de Jesús Belgrano; 3 iyun 1770[…], Buenos Ayres – 20 iyun 1820[…], Buenos Ayres) — argentinalı hüquqşünas, siyasətçi və general. Argentina bayrağının müəllifi və Argentina dövlətinin qurucu atalarından biri. == Xatirəsi == 1873-cü ildə Buenos-Ayresdə Manuel Belqranonun atlı heykəli qoyulmuşdur. 1938-ci ildə Manuel Belqranonun vəfat tarixi olan 20 iyun Argentinada dövlət bayramı — Bayraq günü (isp. Día de la Bandera) elan edilmişdir. 1956-cı ildə Argentinanın kreyserlərindən biri "General Belqrano" adlandırıldı (1982-ci ildə Folklend müharibəsi Britaniya sualtı qayığı tərəfindən batırılıb). Buenos-Ayresin şimalında yerləşən prestijli rayonlarından biri Belqrano adlanır. Kordova şəhərini təmsil edən "Belqrano" futbol klubu onun şərəfində adlandırılmışdır.
Manuel Blyum
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim. == Həyatı == 26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Manuel Blüm
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim. == Həyatı == 26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Manuel Lokatelli
Manuel Lokatelli (8 yanvar 1998, Lekko[d], Lombardiya) — İtaliyalı futbolçu. İtaliya milli komandasının və Sassuolo FK klubunun oyunçusu. Yarımüdafiə mövqeyində oynayır. == Klub karyerası == Manuel Milan və Atalanta futbol klublarının yetirməsi sayılır. 2009-cu ildə Milan klubunun uşaq komandasına qoşulub. Milanın heyətində "A Seriya"sında debütu, 21 aprel 2016-cı ildə baş tutub.
Manuel Noryeqa
Manuel Antonio Noryeqa Moreno (isp. Manuel Antonio Noriega; (11 fevral, 1934, 29 may, 2017) — Panama dövlət xadimi. == Həyatı == Manuel Antonio Noryeqa Moreno 1934-cü il, fevral ayının 11-də Panamada çox yoxsul bir ailədə anadan olub. Onun valideynləri vaxtilə müəyyən səbəblər üzündən Panamaya köç etmişdilər. Manuel uşaq yaşlarında anası vəfat etdi. Atasının onun tərbiyəsi ilə məşğul olmağa vaxtı yox idi. Buna baxmayaraq, Noryeqa lazımi təhsili ala bildi. O, əvvəlcə, psixiatr olmaq niyyətində idi. Bu məqsədlə də Panama Universitetinin tibb fakültəsini bitirdi. Amma ixtisası üzrə işləmədi.
Manuel Noyer
Manuel Pitr Noyer (27 mart 1986[…], Helzenkirxen, Şimali Reyn-Vestfaliya) — alman qapıçı. Avropanın ən yaxşı qapıçısı (2011, 2013, 2014, 2015, 2016). Münhenin Bavariya klubunun və Almaniya milli yığmasının əsas qapıçısıdır. == Klub karyerası == === Şalke 04 FK === Noyer 4 yaşından "Şalke 04"ün məktəbində futbolla məşğul olmağa başlayıb. 2003-cü ildə 16 yaşlı qapıçı Regional liqada "Şalke 04"ün ehtiyat komandasında oynamağa başladı, lakin elə onunla birlikdə bütün mövsümü keçirdiyi (2002/03 mövsümündə Regional liqa sistemi Almaniya liqasının sistemində çətinliyə görə indiki kimi 4-cü yox, 3-cü yerdə idi) 4-cü alman divizionuna düşür. 2005/06 mövsümündə ilk dəfə olaraq ehtiyat qapıçı kimi komandaya çağırılır, əsas yeri o zaman Frank Rost tuturdu. Buna baxmayaraq Manuel Bundesliqada yalnız 2006-cı ilin avqustunda Alemaniya Aaxen FK (1:0) ilə oyunda debüt edə bilir. Bundan az sonra 10-cu turda "Bavariya" (2:2) ilə matçda oynuyur və bu matçda onun oyunu helzenkirxenlilərin baş məşqçisi Mirko Slomkanın diqqətini cəlb edir, o komandanın əsas qapıçısı olur, nəticədə Rost Hamburqa transfer olur. Ümumiyyətlə Noyer 2006/07 mövsümündə "Şalke 04" klubunda 26 matç keçirib. 5 mart 2008-ci ildə pley-off mərhələsinin birinci turunda o demək olar ki, Portu FK-a qarşı tək mübarizə aparır, bir neçə seyv reallaşdıraraq oyunu penaltilər seriyasına qədər aparır, hansı ki, Bruno Alvesin və Lisandro Lopezin zərbələrini dəf edir və nəticədə alman komandası 1/4 finala yüksəlir.
Manuel Pelleqrini
Manuel Pelleqrini (16 sentyabr 1953, Santyaqo) — Çilili keçmiş futbolçu və baş məsqçi. Hal-hazırda Mançester Sitinin baş məşqçisidir. == Futbolçuluq karyerası == Futbolçu kimi karyerasının hamısını ölkəsinin Universidad de Çili komandasında keçirmiş öz klubuna 13 il ərzində xidmət etmişdir == Baş məşqçilik karyerası == Baş məşqçi kimi, əsasən, Argentina və Çili klublarında işləmişdir. San Lorenzo klubu, Pelleqrini dövründə Argentinada ilk çempionluğunu əldə etmişdir. === Çili komandaları === Çilidə "el ingeniero" (mühəndis) ləqəbi ilə tanınan Pelleqrini baş məşqçilik karyerasına 1987-1988-ci illərdə ölkənin ən məşhur komandalarından biri olmağına baxmayaraq həmin il yaxşı oynamayan Universidad de Çili'də başladı. Palestino və O Higgins klublarını idarə etdikdən sonra Çilinin ən güclü klublarından biri olan Universidad Katolika'nın sükanı arxasına keçdi. O, Alberto Akosta və Nestor Qorosito kimi yaxşı futbolçulardan ibarət klubu 1993-94 və 1994-95-ci illərdə yalnız ikinci liqaya apara bildi. === Vilyarreal === Pelleqrini 1 iyul 2004-cü ildə La Liqa klublarından biri olan Vilyarreal ilə razılaşdı. Klubu ilə ilk sezonunda liqada üçüncü olaraq Çempionlar Liqasında iştirak etmiş, UEFA Kubokunda dörddə bir final oynamışdır. 2005/06-cı illərdə isə Çempionlar Liqasında uğurla çıxış edərək yarı finala qədər yüksəlmişdir.
Manuel Qarsiya
Manuel Qarsiya Valinas (d. 20 aprel 1955) — İspaniyalı biatlonçu. Manuel Qarsiya İspaniyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Manuel Qarsiya birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Qarsiya 40:16.6 saniyəlik nəticəsi ilə 64 atlet arasında 56-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Manuel Uribe
Manuel Urube (isp. Manuel Uribe Garza) — Meksikanın Montorey şəhərində anadan olmuş Manuel Urube öz çəkisi ilə dünyanın ən ağır ikinci adamı seçilmişdir. Təxminən 597 kiloqram çəkiyə sahib olan Urube Dünyanın ən kök insanlarının siyahısında Con Brouer Minokun ardından ikinci yeri tutmuşdur. Minokun ölümündən sonra Urube bir müddətlik birinci yerə yüksəlmişdir. Manuel Urube Meksika dövlət televiziyasına müsahibə verərək, xalqdan və həkimlərdən kömək istəmişdir. Bu müsahibədən sonra məşhurluq qazanan Urubeni bir çox həkimlər müaiyyənə etmişdilər. Artıq çəkisi səbəbindən hərəkət edə bilməyən və yatağa bağlı şəkildə yaşayan Urube ciddi pəhriz nəticəsində 369 kiloqrama qədər arıqlamışdır.
Manuel Urube
Manuel Urube (isp. Manuel Uribe Garza) — Meksikanın Montorey şəhərində anadan olmuş Manuel Urube öz çəkisi ilə dünyanın ən ağır ikinci adamı seçilmişdir. Təxminən 597 kiloqram çəkiyə sahib olan Urube Dünyanın ən kök insanlarının siyahısında Con Brouer Minokun ardından ikinci yeri tutmuşdur. Minokun ölümündən sonra Urube bir müddətlik birinci yerə yüksəlmişdir. Manuel Urube Meksika dövlət televiziyasına müsahibə verərək, xalqdan və həkimlərdən kömək istəmişdir. Bu müsahibədən sonra məşhurluq qazanan Urubeni bir çox həkimlər müaiyyənə etmişdilər. Artıq çəkisi səbəbindən hərəkət edə bilməyən və yatağa bağlı şəkildə yaşayan Urube ciddi pəhriz nəticəsində 369 kiloqrama qədər arıqlamışdır.
Manvel Qriqoryan
Manvel Sektori Qriqoryan (erm. Մանվել Սեկտորի Գրիգորյան; ləqəbi: Tuşonka Manvel, erm. Տուշոնկա Մանվել; 14 iyul 1956, Körpəli, Üçkilsə rayonu – 19 noyabr 2020) — Ermənistan hərbçisi, siyasətçisi, general-leytenantı (2000), Yerkrapanın sədri (1999–2018), Qondarma Dağlıq Qarabağ Respublikası Ali Sovetinin deputatı (1992–1996), Ermənistan Milli Məclisinin deputatı (2012–2018), Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. O, 2018-ci ildə qeyri-qanuni yolla silah-sursata sahib olmaqla təqsirlənərək həbs edilmişdir. == Bioqrafiya == Manvel Qriqoryan 14 iyul 1956-cı ildə Ermənistan SSR-nin Armavir mərzində yerləşən Körpəli kəndində anadan olmuşdur. O, 1975–1977-ci illərdə Qızıl Orduda xidmət göstərmişdir. O, 1993-cü ildə Xankəndi Pedaqoji İnstitutundan, 1998-ci ildə isə İrəvan Dövlət Universitetindən məzun olmuşdur. Manvel Xocalı soyqırımında iştirak etmişdir. 1993-cü ildə Manvel Ermənistan Respublikası Silahlı Qüvvələrinin 83-cü briqadasının komandiri təyin edilmişdir. O, komandirlik dövründə Cəbrayılın və Füzulinin işğalı zamanı azərbaycanlı vətəndaşların mülklərini yağmalamış, dinc sakinlərə işgəncə vermişdir.
Riçard Manuel
Riçard Corc Manuel (ing. Richard George Manuel) - Məşhur kanadalı musiqiçi.
Yann Martel
Yann Martel(ing. Yann Martel; d. 25 iyun 1963[…], Salamanka, Kastiliya və Leon) — Kanada yazıçısı. == Həyatı == Yann Martel, 25 iyun 1963-cü ildə İspaniyanın Salamanka şəhərində kanadalı diplomat ailəsində dünyaya gəlib. Valideynləri ilə birlikdə Avropanı, Mərkəzi və Şimali Amerikanı dolaşıb, Alyaskada, Kosta-Rikada yaşayıb. Yaşa dolduqdan sonra Türkiyəyə və Hindistana səyahət edib. Kanadanın Trent Universitetində fəlsəfə öyrənib, yoqa ilə məşğul olub. Y.Martelin ikinci romanı olan “Pinin həyatı” yazıçıya böyük uğur qazandırıb, bu əsərə görə 2002-ci ildə Booker mükafatınına layiq görülüb. Əsərdə 15 yaşlı yeniyetmə Pinin başına gələn inanılmaz hadisələr, onun Sakit Okeanda kiçik bir qayıqda amansız təbiətə və onunla birlikdə sağ qalmış vəhşi pələngə qarşı müqaviməti, yaşamaq uğrunda mübarizəsi öz əksini tapıb.
Şantel (kommuna)
Şantel (fr. Chantelle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03053. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1062 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 565 nəfər (15-64 yaş arasında) 414 nəfər iqtisadi cəhətdən, 151 fəaliyyətsizdir (fəaliyyət göstərici 73.3%, 1999-cu ildə bu 68.9%). Fəal olan 414 nəfərdən 374 nəfər (198 kişi və 176 qadın), 40 nəfər işsiz (17 kişi və 23 qadın) idi. 151 hərəkətsiz 32 nəfər arasında şagird və ya tələbə, 58 nəfər təqaüdçü, 61 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Juan Manuel
Con Manuel (port. João Manuel) (3 iyun 1537 – 2 yanvar 1554, Lissabon) — Portuqaliya kralı III Con və Avstriyalı Ketrinin yetkinlik yaşına çatan yeganə oğlu, Portuqaliya infantı. == Həyatı == Con Manuel 3 iyun 1537-ci ildə Evora sarayında dünyaya gəldi. Atası Portuqaliya kralı III Con, anası isə Kastiliyalı Yuanna və Habsburqlu Filipin ən kiçik qızı Ketrin idi. Özündən öncə dünyaya gələn 4 qardaşı körpə yaşlarında vəfat etdiyi üçün hələ 2 yaşında ikən 1539-cu ildə Portuqaliya taxtının vəliəhdi - infant elan edildi. Bununla yanaşı səhhəti olduqca zəif idi. Yaxın qohumluq əlaqələri olan İspaniya və Portuqaliya monarx ailələri arasında baş tutan evliliklər gənc infantın zəif səhhətinin başlıca səbəbi olaraq görülür. 11 yanvar 1552-ci ildə Con Manuel həm dayısı, həm də bibisi qızı olan Avstriyalı Yuanna ilə evləndirildi. Ancaq çox keçmədən 2 yanvar 1554-cü ildə Con Manuel vəfat etdi. Onun ölüm səbəbi vərəm və ya diabet olaraq göstərilir.
Manuel Qonsales
Manuel del Refuxio Qonsales Floores (isp. Manuel del Refugio González Flores; 18 iyun 1833 – 10 aprel 1893) — Meksika hərbi və dövlət xadimi. O, 1 dekabr 1880-ci ildən 30 noyabr 1884-ci ilə qədər Meksika Prezidenti olmuşdur. == Həyatı == Manuel Martínes 1853-cü ildə sıravi əsgər kimi orduya qatılmışdır. O, İslahat müharibəsində liberallarla vuruşmuşdur. Fransa müdaxiləsi zamanı Benito Xuaresə xidmətlərini təklif etmiş, Porfirio Diasın komandanlığı altında döyüşmüşdür. Milli Sarayın qubernatoru və Mexiko şəhərinin hərbi komandiri olmuş, gələcək üsyanlarda Diası dəstəkləmişdir. 1877-ci ildə Mixoakan qubernatoru olmuşdur, 1879-cu ildə Hərbi və Dəniz Qüvvələri naziri kimi xidmət etmiş və 1880-ci ildə Diasın dəstəyi ilə Meksika Prezidenti seçilmişdir. Rəhbərliyi dövründə dəmir yollarının tikintisinə və teleqraf şəbəkəsinin böyüməsinə kömək etmiş, Meksika Milli Bankını təsis etmişdir. Digər tərəfdən, o, ciddi maliyyə böhranı ilə üzləşməli olmuşdur.
Mark Martel
Mark Martel — Kanadalı Xristian rok musiqiçisidir. O 1999-cu ildə Downhere qrupunu qurmuşdur. 2013-cü ildə isə, solo karyerasına başlamışdır. Martel, həm də Queen qrupunun musiqi aranjimanları və solist Freddi Merkyuri ilə oxşarlıq təşkil edən vokalı ilə tanınır. "Bohemiya Rapsodiyası" filmində Merkyurinin ifalarını təmin etmişdir. == Başlanğıc == Mark Martel Kanadanın Monreal şəhərində Mişel Martel və Barbara Beresford Martelin ailəsində anadan olmuşdur. O, Saskaçevanın Karonport şəhərində Brayrkrest Kolleci və Seminariyasında təhsil almış, burada otaq yoldaşı Ceson Cömeyn və bir neçə dostu ilə birgə musiqi qrupu yaratmışdır. == Karyerası == === Downhere (1999–2012) === Martel 1999-cu ildə Downhere (bəzən "downhere" kimi stilizə edilir) adlı musiqi qrupu yaradır. Dörd illik kollecdən sonra qrup Tennessi ştatının Naşvill şəhərinə köçür və burada Word Records ilə müqavilə bağlayırlar. Qrup fəaliyyəti ərzində bir sıra mükafatlara layiq görülür.