Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maratxlar
Maratxlar (marathi मराठी माणसं və ya marathi महाराष्ट्रीय) — Hindistanda xalq, Maxaraştra ştatının əsas əhalisi, == Haqqında == Maxaraştra ştatına qonşu ştatlarda kiçik qruplar halında yaşayırlar, İsraildə və Mavrikidə disporaları mövcuddur. Maratxların sayı 1997-ci ilin məlumatlarına əsasən 68 milyon nəfər , 2007-ci ilin məlumatına görə isə 80 milyon nəfər olmuşdur. Maratx dilində danışırlar. Əksəriyyəti induizm, qalanları isə caynizm, islam, xristianlıq dinlərinə sitayiş edirlər. Əsas məşğuliyyətləri əkinçilikdir. == Tarixi == Hindistanın bir çox xalqlarına nisbətən çoxsahəli kustar istehsalın mövcudluğu və qədim tarixə malik ənənəvi dəniz ticarəti maratxlarda daha əvvəl kapitalizm münasibətlərinin inkişafına, fəhlə sinfinin və milli burjuaziyanın yaranmasına səbəb olmuşdur. XV əsrdə rus taciri və səyyahı Afanasi Nikitin maratxların qonağı olmuşdur. Onun hindlilərin məişəti, adət və ənənələri barədə qeydləri ilk növbədə bu xalqa aid olmuşdur. Bir neçə yüzilliklər ərzində maratxlar Böyük Moğol imperiyasına (məsələn, XVII əsrdə Şivacinin rəhbərliyi altında ), portuqaliyalılara, daha sonralar isə ingilis müstəmləkəçilərinə qarşı gərgin mübarizə aparmışlar. İngilis-maratx müharibələri nəticəsində maratx əraziləri ingilislər tərəfindən işğal edilmişdir.
Maraşılar
Mərəşilər, Maraşılar (maz. مرعشیون)-İranın Təbəristan regionunda qurulmuş ərəb əsilli və Şiə sülaləsi idi.Bu sülalənin banisi Mirbozorg idi.O, Mərəşi seyidlərindən idi ki, nəsəbləri İmam Zeynül-Abidinin törmələrindən olan Əli əl Mərəşə yetişirdi.Paytaxtları Sari, Amul və Vatasan şəhərləri olub.
Marallar
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib. Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Aratlar
Aratlar (monqolca ard — əməkçi, xalq) — Monqolustanda əməkçi maldar kəndlilər. Aratlar feodalların istismar etdiyi təhkimli kəndlilər idi. Aratlar üç qrupa, yəni silkə bölünürdü: Albatu, inabinar, xamçilqa. 1921-ci il Monqolustan inqilabında aratlar həlledici rol oynamışdılar. Monqolustan Xalq Respublikasında aratlar fəhlə sinfi və əməkçı ziyalılarla birlikdə sosializm quran azad sinfə çevrilmişdir. Onlar kənd təsərrüfatı kooperativlərində birləşmişdilər. Tıvadakı kəndlilər də aratlar adlanır.
Malaxlar dağı
Malaxlar dağı — Qax rayonu ərazisində dağ. == Ümumi məlumat == İlisu kəndindən cənubda yerləşir. Hündürlüyü 2199 metrdir. Ehtimal ki, həmin rayonun ərazisində mövcud olmuş Malaxlar kəndinin adı ilə adlandırılmışdır, yəni adın köçürülməsi baş vermişdir. Bu kəndin adı 1917-ci ildə Malıx,1933-cü ildə Malax variantında qeydə alınmışdır. Güman ki,oykonim Malay etnotoponiminin tələffüz variantıdır. Hazırda Qax rayonunda Aşağı Malax və Ləkit Malax adlı iki kənd mövcuddur.
Əsl marallar
Əsl marallar (lat. Cervinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Milli maraqlar
Milli maraqlar — bütövlükdə milli dövlətin obyektiv əhəmiyyətli məqsəd və vəzifələri. Milli maraqlar siyasi maraqların bir növüdür. Ayrı-ayrı dövlətlərin maraqları haqqında doktrina ilk dəfə Makiavelli tərəfindən əsaslandırılmış, 16-17-ci əsrlərdə Covanni Botero və Jan Boden tərəfindən hərtərəfli işlənib hazırlanmış və 18-ci əsrə qədər hər bir fəal siyasətçiyə yaxşı tanış olmuşdur. Bu təlimin mahiyyəti Rohan hersoqu tərəfindən tapılan düstur idi: “Knyazlar xalqlara əmr verir, knyazlara isə maraqlar əmr edir”. Əsrlər boyu bu sırf praktiki təlim fəlsəfə və tarixşünaslıqda hakim olan təbii hüquq təlimi ilə bağlı olmadan, mənəvi cəhətdən təcrid olunmuş bir varlığa səbəb olmuşdur. Pufendorf 17-ci əsrin sonlarında sərt və birtərəfli əzəmətin köməyi ilə müasir dövrün tarixinə dair böyük əsərlərində dövlət maraqları doktrinasını siyasi fəaliyyəti dərk etmək prinsipinə çevirə bildi. Henri Bolinqbrokun bir qədər səthi “Tarixin öyrənilməsi və istifadəsi üzrə məktubları” ( 1735 ) haqqında ən yaxşı cəhət onun müasir siyasi tarixə maraqlar doktrinasının ruhunda baxışları idi. Maraqlar doktrinasına həsr olunmuş son böyük ümumiləşdirici iş Jan Russenin “Avropa hökmdarlarının həyati maraqları və iddiaları” ( Les intérêts présents et les prétentions des puissances de l'Europe, birinci nəşr - 1733, 341-17 ) arayış kitabı idi. 18-ci əsrin ortalarında o, Maarifçilik fəlsəfəsinə mexaniki şəkildə daxil edildi: “Dövlət marağı kralların suveren müdrikliyidir ” ( Volter ). Tarixi aspektdə milli maraqlar kateqoriyası Fridrix Meyneke tərəfindən dərindən və hərtərəfli öyrənilmişdir.