WILD

wild1

n (the ~s) səhra, biyaban; cəngəllik (qalın meşəlik); the ~s of Africa Afrika cəngəllikləri; to live out in the ~ ≅ təbiətin qoynunda yaşamaq, vəhşi həyat sürmək

wild2

adj 1. 1) vəhşi, yırtıcı; ~ animals yırtıcı heyvanlar; a ~ cat / duck vəhşi pişik / ördək; 2) yabanı (bitki və meyvələr haq.); ~ flowers / roses / strawberries yabam bitkilər / qızılgüllər / çiyələklər; 2. xam, becərilməmiş; boş, kimsəsiz; əl dəyməmiş; ~ land əl dəyməmiş / xam torpaq; 3. hürkək, bürkəyən (quşlar, heyvanlar və s. haq.); The deer are rather wild Marallar çox hürkəkdirlər; 5. coşğun, azğın, özbaşına, cilovlanmayan; They seem to let their children run wild Onlar deyəsən öz uşaqlarını özbaşına buraxırlar; a ~ life azğın həyat; ~ delight coşğun heyranlıq / məftunluq; 6. qəzəbli, qeyzli; qudurğan; acıqlandırılmış, hirsləndirilmiş; təxərrüşə gətirilmiş; haldan / özündən çıxmış; ağılsız, dəli-divanə; to be ~ about smth. bir şeydən ötrü dəli-divanə olmaq; in ~ spirits özündən çıxmış halda; It drives me wild Bu məni qəzəbləndirir / özümdən çıxarır, ~ with anger qəzəbdən özündən çıxmış; ~ with joy sevincdən özündən çıxmış; 7. bərk, fırtınalı, boranlı, tufanlı, coşğun; ~ wind bərk / coşğun külək; ~ night / weather fırtınalı / tufanlı gecə / hava; ~ waves coşğun dalğalar; 8. lazımınca düşünülməmiş, fikirləşmədən edilən; qarasına, hər nə cür gəldi; ~ shot qarasına / təvəkkülə atılan güllə; 9. d.d. intizamsız, əxlaqsız, pozğun; a ~ fellow avara, veyl; He had a wild life in his youth O, gəncliyində çox pozğun bir həyat sürüb; 10. səliqəsiz; pərişan, dağınıq; ~ hair pərişan / dağınıq saçlar;

◊ to run ~ 1) basmaq (ot, tük, kol və s.); 2) pozğun / avara / nəzarətsiz / özbaşına həyat tərzi keçirmək; They allow their children to run wild Onlar öz uşaqlarına avara həyat tərzi keçirməyə icazə verirlər

WIGGLE
WILD BOAR
OBASTAN VİKİ
De Wild.
Emil Oqust Jozef De Vildeman (fr. Emile Auguste Joseph de Wildeman; 19 oktyabr 1866[…] – 24 iyul 1947[…], Brüssel) — Belçika botaniki. == Elmi fəaliyyəti == Emil Oqust Jozef De Vildeman bitkilər toxumlu bitkilər, mikologiya və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Wildeman, E. A. J. de (1897). Prodrome de la flore algologique des Indes néerlandaises. 193 p. Wildeman, E. A. J. de; Durand, T. A. (1898–1907). Prodrome de la flore belge. 3 vols., 1112 p. Wildeman, E. A. J. de (1899–1909).
League of Legends: Wild Rift
League of Legends: Wild Rift – Riot Games tərəfindən Android və iOS platformaları üçün hazırlanmış, çoxoyunçulu onlayn döyüş arenası mobil oyunu. Oyun PC oyunu "League of Legends"in modifikasiya edilmiş mobil versiyasıdır. "League of Legends" oyununda olduğu kimi bu oyunda da oyunçular hər biri unikal bacarıqlara malik personajlarla ("çempion") oynayıb qarşı komandanın Neksusunu məhv etməyə çalışırlar. Hər oyun diskretdir; bütün çempionlar oyun davam etdikcə güclənirlər. == Geympley == "League of Legends: Wild Rift" izometrik baxış bucağından oynanılan çoxoyunçulu onlayn döyüş arenası oyunudur. Oyunun geympleyi PC versiyasına çox yaxın olsa da, mobil versiya olduğu üçün bəzi adaptasiyalara malikdir. "Wild Rift"də xəritənin ölçüsü daha kiçik, yenidən doğulma müddəti daha qısa və qızıl qazancı daha yüksəkdir. Buna görə də oyunlar daha qısa çəkir. Oyunun iki əsas modu var: Wild Rift və ARAM. Wild Rift əsas moddur, bu modda oyunçular istədikləri çempionları seçirlər. ARAM modunda isə bir koridor olur, oyunçular təsadüfi çempionlarla oynayırlar.
Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
ATSC Sparkasse Wildcats Klagenfurt
Klagenfurt — 1979-cu ildə yaradılmış Avstriya qadın voleybol klubudur. Avstriyanın avro kuboklarda oynayan tək-tük komandalarındandır.
ATSC Sparkasse Wildcats Klaqenfurt QVK
Klagenfurt — 1979-cu ildə yaradılmış Avstriya qadın voleybol klubudur. Avstriyanın avro kuboklarda oynayan tək-tük komandalarındandır.
Aloe wildii
Aloe wildii (lat. Aloe wildii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Wildfell Zalı icarəçi
Uayldfell-Holldan olan yad qadın (ing. The Tenant of Wildfell Hall) — Enn Brontenin 1848-ci ildə yazdığı roman. 1968 və 1996-cı ildə əsərin mini-serialı çəkilmişdir. == Məzmun == 'Wildfel Hall'ın kirayənişi' - Bronte bacılarının ən kiçiyi olan Enn Brontenin qələmə aldığı ikinci romanıdır. İlk dəfə 1848-ci ildə nəşr edilən əsərin əsas mövzusu, yarı xaraba bir qəsrə yerləşən əsrarəngiz və bir qadının ətrafında cərəyan edən hadisələrdən ibarətdir. Gilbert Markham adlı bir gəncin məktubları ilə başlayan roman, əvvəlcə bir çox əsrarəngizlik daşısa da, hadisələr, romanın əsas qadın obrazı olan Helenin gündəliklərinin nəql edilişindən sonra aydınlıq qazanmağa başlayır. Klassik dünya ədəbiyyatının şedevrlərindən olan roman əsrlər keçsə də maraqla oxunmağa davam edir. == İstinadlar == == Xarici keçidlər == The Tenant of Wildfell Hall information and free ebook Arxivləşdirilib 2013-04-22 at the Wayback Machine The Tenant of Wildfell Hall, London: Thomas Cautley Newby, 1848. Scanned first edition, first, second and third volumes from Internet Archive. Online edition of The Tenant of Wildfell Hall with the prologue and the chapters headings included Arxivləşdirilib 2012-03-10 at the Wayback Machine at AnneBronte.com Arxivləşdirilib 2012-03-10 at the Wayback Machine The Tenant of Wildfell Hall Arxivləşdirilib 2009-07-03 at the Wayback Machine at PublicLiterature.org Arxivləşdirilib 2008-05-09 at the Wayback Machine The Tenant of Wildfell Hall - Free Public Domain Audiobook at LibriVox.
İstanbul Wildcats
İstanbul Wildcats (azərb. İstanbul vəhşi pişikləri‎) və ya sponsorluq razılaşmasına əsasən DenizBank İstanbul Wildcats – 2006-cı ildə İstanbulda qurulmuş Türkiyə kiberidman klubu. Türkiyənin ilk kiberidman klubudur. 2019-cu ilin aprelinə qədər HWA Gaming adı ilə çıxış etmişdir. Hazırda "League of Legends", "Starcraft", "Counter-Strike Go", "Apex Legends" və "Fortnite" komandalarına malikdir. Anadolu parsı klubun talismanıdır. == League of Legends == Klub 2013-cü ildə "HWA Gaming" adı ilə Türkiyə Çempionluq Liqasında mübarizə aparmağa başlamışdır. 2013-cü ilin həm qış, həm yaz, həm də yay splitlərində finalda "Dark Passage" klubuna uduzaraq ikinci yeri tutmuşdur. 2014-cü ilin qış splitində yenə "Dark Passage" klubuna məğlub olaraq ikinciliklə kifayətlənmişdirlər. 2015-ci ildə Türkiyə Çempionluq Liqası yeni sistemə keçmişdir.
Lobelia wildii
Erinus firəngotu (lat. Lobelia erinus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna erinus (L.) Kuntze Rapuntium erinus (L.) Mill.
Lobelia wildii var. arcana
Erinus firəngotu (lat. Lobelia erinus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna erinus (L.) Kuntze Rapuntium erinus (L.) Mill.
Wildpretia
Sonchus (lat. Sonchus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Wildberries
Wildberries (rus. «Вайлдберриз») — Rusiyanın marketplace (onlayn satış platforması) şirkəti, 2004-cü ildə Vladislav və Tatyana Bakalçuk tərəfindən təsis edilib. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, İsrail, Türkiyə, Özbəkistan və Azərbaycanda fəaliyyət göstərir. 2016-2020-ci illərdə Rusiyada ən böyük dövriyyəyə malik internet-mağaza oldu. 2024-cü ilin iyun ayında şirkət Rusiyanın ən böyük reklam operatoru olan Russ ilə birləşməsini elan etdi. Bu birləşməni həyata keçirmək üçün yaradılmış hüquqi şəxs çərçivəsində Wildberries-in payı 65%, Russ-un payı isə 35% təşkil etdi. == Tarixi == === Şirkətin yaranması === İnternet-mağaza 2004-cü ildə Vladislav və Tatyana Bakalçuk cütlüyü tərəfindən təsis edilib. 2000-ci illərin ortalarında layihəyə Sergey Anufriyev qoşuldu, o, Bakalçuklara bir neçə topdansatış alıcının imtina etdiyi böyük bir Adidas məhsulu partiyasını almağı təklif etdi. Təxminən bir il ərzində Adidas malları şirkətin əsas çeşidini təşkil edirdi. === 2010-cu illər === 2012-ci ildə KİV Anufriyevi Wildberries-in həmtəsisçisi kimi təqdim etdi.
Phyllanthus wildemannii
Phyllanthus profusus (lat. Phyllanthus profusus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.

Digər lüğətlərdə