Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meşari
Meşari (alb. Meshari) - alban dilində çap edilmiş ilk kitab. Hal-hazırda tək bir nüsxəsi mövcuddur. Kitab 188 səhifədən ibarət olmuşdur və yazılar səhifələrdə iki sütunla yazılmışdır. == Tarixi == Kitab təxminən 1555-ci ildə Venesiyada katolik yepiskopu Gön Buzuku tərəfindən nəşr edilmişdir. Meshari 1740-cı ildə Skopyedə aşkar edildi, bir müddət sonra isə onun haqqında məlumatlar itdi. 1910-cu ildə kitabın bir nüsxəsi Katolik Yepiskopu Luzi Skiroi tərəfindən yenidən aşkar edildi. 1930-cu ildə kitabın fotonüsxəsi, 1968-ci ildə isə elm adamlarının rəyləri ilə kitab yeni formada nəşr olundu. Hal-hazırda orijinal kitab Vatikan Kitabxanasındadır. Vatikan nüsxəsində kitabın titul vərəqi və ilk 16 səhifəsi yoxdur.
Asiya hepardı
Asiya hepardı (lat. Acinonyx jubatus venaticus) və ya İran hepardı, Fars hepardı — Hepard növünə daxil olan yarımnövlərdən biri. Əvvəllər əsasən Yaxın Şərq və Hisndistanın müxtəlif ərazilərində yayılmışdır. Onların ümumi arealı Şimalda Qafqaz, Mərkəzi Asiya, cənubda Ərəbistan yarımadası, Hind okeanı sahilləri, qərbdə Suriya, Aralıq dənizi sahillərindən tutmuş şərqdə Hindistana qədər uzanırdı. Hazırda isə onlar kiçik bir populyasiyalar şəklində ancaq İran ərazisində qalmışdır. XX əsrdən etibarən ancaq kiçik bir ərazidə qala bilmişlər. 2011-ci ilin dekabr ayından 2013-cü ilin noyabr ayına qədər yayıldığı ərazidə onların 84 fotoşəkili çəkilmişdir. 2017-ci ilin dekabr ayına görə İranın mərkəzi yaylasında 140 min km² ərazidə bu canlıların 50-dən çox populyasiyasına rastlanmışdır. 2014 FIFA Dünya Kubokunun İran Milli Futbol Komandası rəmzi olmuşdur. Asiya hepardı 32 min ildən 67 min ilədək öncə Afrika hepardından ayrılmışdır.
Keşarxı (Şot)
Keşarxı (fars. كش ارخي‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Cilyi mişarı
Cilyi mişarı (ing. Gigli saw ; alm. Gigli Säge‎) — florensiyalı ginekoloq Leonardo Cilyi (1863–1908) tərəfindən icad edilmiş iki dəstəkli, yüksək keyfiyyətli, 400–500 mm uzunluğa və 0,5 mm qalınlıqlı paslanmayan polad trost məftil cərrahi mişar. Cərrahiyyədə ondan sümüklərin kəsilib yarılmasında xüsusən sternotomiya, amputasiya, trepanasiya zamanı istifadə edilir. Son zamanlar texniki imkanların artması nəticəsində Cilyi mişarını elektrik cərrah mişarları əvəz etmişdir.
Ciqli mişarı
Cilyi mişarı (ing. Gigli saw ; alm. Gigli Säge‎) — florensiyalı ginekoloq Leonardo Cilyi (1863–1908) tərəfindən icad edilmiş iki dəstəkli, yüksək keyfiyyətli, 400–500 mm uzunluğa və 0,5 mm qalınlıqlı paslanmayan polad trost məftil cərrahi mişar. Cərrahiyyədə ondan sümüklərin kəsilib yarılmasında xüsusən sternotomiya, amputasiya, trepanasiya zamanı istifadə edilir. Son zamanlar texniki imkanların artması nəticəsində Cilyi mişarını elektrik cərrah mişarları əvəz etmişdir.
Optimallıq meyarı
Optimallıq meyarı (optimallaşdırma meyarı) — tapılan həll yolunun optimallığının dəyərinə görə qiymətləndirilən problemin həllinin xarakterik göstəricisi, yəni müəyyən edilmiş tələblərin maksimum dərəcədə ödənilməsi. Bir tapşırıqda bir neçə optimallıq meyarı müəyyən edilə bilər. == Optimizasiya tapşırıqları == Optimizasiya — verilən kriteriyalar üçün problemin (parametrlər dəsti) ən yaxşı və ya optimal həll yolunu tapmaqdır. Bir obyekti xarakterizə edərkən tələblərin bütövlüyünü təmin edəcək belə meyarı seçmək çətindir. Və hərtərəfli bir həll yolu tapmaq və çox sayda meyar təyin etmək vəzifəni çox çətinləşdirir. Bu səbəbdən fərqli tapşırıqlarda meyarların sayı fərqli ola bilər. Tək meyarlı optimallaşdırma problemləri (bir optimallaşdırma meyarı ilə) bəzən skaler, çox meyarlı isə vektor optimallaşdırması adlanır. Bundan əlavə, optimallaşdırılan obyekti (tapşırığı) xarakterizə edən parametrlərin sayı da fərqli ola bilər və parametrlər davamlı və ya diskret olaraq dəyişə bilər (diskret optimallaşdırma). Məhdud halda praktik problemlərin həlli meyarları "qiymət" və "keyfiyyət" (sözdə "qiymət-keyfiyyət") olan iki meyarlı optimallaşdırma probleminə endirilə bilər. Bu açıq şəkildə həm iqtisadi (qiymət), həm də istehsal və texniki (məhsul keyfiyyəti) tələbləri nəzərə almağa imkan verir.
Məşədi Dadaş məscidi
Məşədi Dadaş məscidi — Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 37-də ("Kubinka" ərazisində) yerləşən tarixi məscid. Bu məscid təkiyyə olaraq tikilib, yəni İmam Hüseyn üçün əzadarlıq məclisləri təşkil olunan yer olub. Sonradan bura məscid kimi fəaliyyətə başlayıb. Məscid sovet dövründə anbar, kitabxana və klub kimi istifadə olunub. 1990-cı ildən yenidən ibadətgah kimi fəaliyyətini bərpa edib. Müstəqillik dövründə ilk dəfə 2001-ci ildə təmir olunub. 2014-cü ildə məscidin nəzdində "Darul-Hikmət" Elm və Tədris Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin mərkəz nəzdində tələbələrin ixtiyarına verilmiş kitabxana da mövcuddur. Hazırda məscidin ön hissəsində bu məsciddə ibadət edən İkinci Qarabağ müharibəsi şəhidlərin adları olan lövhə və xatirə tablosu qoyulub. İbadətgahın içəsində də şəhidlərin şəkilləri olan tablo var.
Məşədi Qərib məscidi
Məşədi Qərib məscidi — Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən məscid. == Haqqında == Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən məscid 1876-cı ildə yerli əhali tərəfindən tikilib. Məscidin sahəsi 250 m² təşkil edir və burada eyni vaxtda 160 nəfər ibadət edə bilər. Məscidin dini icması dövlət qeydiyyatından keçib.
SSRİ xalq memarı
SSRİ xalq memarı (rus. Народный архитектор СССР) — SSRİ Ali Sovetinin 12 avqust 1967-ci il fərmanı ilə təsis olunmuşdur. Azərbaycanlılardan bu ada Mikayıl Hüseynov (1970) layiq görülmüşdür.
Azərbaycan Respublikasının əməkdar memarı
Azərbaycan Respublikasının əməkdar memarı — Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilən fəxri ad.
Məsiri
Məsiri- İranın Fars ostanının şəhərlərindən və Rüstəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,365 nəfər və 1,178 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti məməsəni elinin rüstəm oymağından ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
Məsudi
Məsudi (?-956; ərəb. أبو الحسن ، علي بن الحسين المسعودي‎) — "ərəb Herodot" kimi tanınan tarixçi, səyyah. İbn Xəldun Məsudini "bütün tarixçilərin imamı" (başçısı) adlandırmışdır. == Həyatı == Əbülhəsən Əli ibn Hüseyn ibn Əli əl-Məsudini bəzi şərqşünaslar "ərəblərin Herodotu" adlandırmışlar. Əslən Bəni-Hüzeyl qəbiləsinə mənsub olan Məsudi Babil şəhərində doğulmuş, Bağdadda yaşamışdır. O, məşhur səhabə Abdullah ibn Məsudun nəslindən olduğu üçün bu ləqəblə tanınır. Məsudi elm ardınca Fars, Kirman, Gürgan, Azərbaycan, Taliqan, Herat, Şam, Fələstin, Antakiya, Çin və Hindistana səfərlər etmiş, bu ölkələrin tarixini, adət-ənənələrini və coğrafi quruluşunu mükəmməl öyrənmişdir. Nəhayət, Misirdə dünyasını dəyişmişdir. Məsudi həm tarix, həm də sırf dini-etiqadi mövzularda yazıb-yaratmışdır. Əsərlərinin bir neçəsinin, hətta adından da göründüyü kimi, o, şiə əqidəsinə inanırmış.
Alpan məscidi
Alpan məscidi — Azərbaycanın Quba rayonunun Alpan kəndində yerləşən tarixi-memarlıq abidəsi. Alpan məscidi miladi təqvimlə 1806-cı ildə İbrahim bəyin rəhbərliyi ilə kənd camaatının iştirakı ilə usta Pirqulu tərəfindən tikilmişdir. 1814-cü ildən dini ayinlərin icrası üçün istifadəyə verilən kənd məsçidi SSRİ-nin yarandığı ilk dövrlərə qədər dini məqsədlər üçün istifadə edilmişdir. Amma, sonrakı illərdə məlum səbəblərdən kənd məsçidi 70 il ərzində kolxoz və sovxozun taxıl anbarı kimi istifadə edilmişdir. (tarixi məlumatlar daş kitabəyə istinadən verilmişdir) SSRİ dağıldıqdan sonra kənd camaatının öz dini etiqadlarına gizlin sitayiş etmələri artıq tarixdə qaldı və camaatın dini ayinlərin icrası üçün anbar kimi istifadə edilən məsçidin yenidən bərpasına ehtiyac duyuldu. 1995-96-cı illərdə kənd əhalisinin təkidi ilə məsçidin anbar kimi istifadə edilməsinə son qoyuldu. Bu qərarın verilməsində həmin dövrdə sovxozun direktoru olmuş Tofiq Qubatovun da əməyi olmuşdur. Məsçidin təmiri ilə əlaqədar təkliflə ilk çıxış edənlərdən biri də kənd sakini Əlipaşa Murtuzov olmuşdur. 1996-cı ildə həmkənlilərimiz hüquq elmləri doktoru Ələsgər Ələsgərov və şəqsünas Vidad Ələsgərov məsçidin təmir edilməsində yaxından iştirak etmiş və kənd camaatının yanında olmuşdur. 1998-ci ildən etibarən kənd məsçidi Dini İcmanın Qərargahı və ibadət mərkəzi kimi fəaliyyət göstərir.
Altunizadə məscidi
Altunizade məscidi (türk. Altunizade Camii) və ya İsmayıl Zühtü Paşa məscidi (türk. İsmail Zühtü Paşa Camii) — Türkiyənin İstanbul şəhərində yerləşən 19-cu əsrə aid Osmanlı məscidi. Məscid İstanbulun Üsküdar ilçəsinin Altunizadə məhəlləsində yerləşir. Məscid, həyətində dəfn olunmuş Altunizadə İsmayıl Zühtü Paşa (1806–1887) tərəfindən sifariş edilmişdir. Tikili 1865-ci ildə inşa edilmişdir. Məscidin, İstanbulun Anadolu hissəsində Osmanlı üslubunda tikilmiş məscidlərinin son nümunəsi olduğu düşünülür Məscid əvvəllər sosial kompleksin, külliyyənin bir hisəsi olmuşdur, lakin bu kompleksə aid yalnız bəzi dükanlar günümüzə qədər gəlib çatmışdır. Məscid bu gün də yaxşı vəziyyətdədir. == Memarlıq == Məscid ən azından böyük pəncərələri ilə tanına bilən Barokko-intibah üslubunda dizayn edilmişdir. Bu üslubda inşa edilən məscidlər son Osmanlı imperiyası dövrünün nümunələridir.
Alyssum gerardi
Alyssum alpestre (lat. Alyssum alpestre) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü. == Sinonimləri == Alyssum gerardi Rouy & Foucaud Odontarrhena saxatilis Jord. & Fourr. Odontarrhena pyrenaica Jord. & Fourr. Odontarrhena murcica Jord. & Fourr. Odontarrhena microphylla C.A.Mey. in Ledeb.
Ambaras məscidi
Ambaras məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid Naxçıvan memarlıq məktəbinə aid edilir. Plan quruluşunun həllində, eləcə də fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları binanın XVII-XVIII əsr tikililərinə uyğun gəldiyini göstərir. Məscidin tavanında taxta üzərində rənglə yazılmış kitabə vardır. El arasında yerləşdiyi məhəllənin adı ilə adlandırılan Ambaras məscidində tədqiq olunan bu kitabədən aydın olur ki, məscid hicri 1284-cü (1867-1868) ildə Cəfərqulu Ağababa oğlu tərəfindən təmir etdirilmişdir. Kitabədə məscidin adı "Ağa Mirzə Cəfər məscidi" kimi qeyd olunmuşdur. Məscidin XVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxs tərəfindən inşa edildiyi ehtimal olunur. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, səh.
Anabad məscidi
Anabad məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən orta əsrlərə aid məscid == Coğrafi mövqeyi == Anabad məscidi Ordubad çəhərindən 4 km şimal-şərq tərəfdə, Gənzəçay çayının sol sahilində yerləşən Anabat kəndinin şimal-şərq tərəfində inşa olunmuşdur. == Tarixi dövrləşdirilməsi == Məscidin içərisində üzərində yazı olan bir ədəd taxta parçası saxlanılır. Qara rənglə ərəb və kiril əlifbası ilə yazılan kitabə vaxtilə məscidin tavanında da olmuşdur. Hər iki kitabənin mətni belədir: "Tirlər dəyişdirilib 28.08.1960. Yusif Xudayar oğlu.
Anabat məscidi
Anabad məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən orta əsrlərə aid məscid == Coğrafi mövqeyi == Anabad məscidi Ordubad çəhərindən 4 km şimal-şərq tərəfdə, Gənzəçay çayının sol sahilində yerləşən Anabat kəndinin şimal-şərq tərəfində inşa olunmuşdur. == Tarixi dövrləşdirilməsi == Məscidin içərisində üzərində yazı olan bir ədəd taxta parçası saxlanılır. Qara rənglə ərəb və kiril əlifbası ilə yazılan kitabə vaxtilə məscidin tavanında da olmuşdur. Hər iki kitabənin mətni belədir: "Tirlər dəyişdirilib 28.08.1960. Yusif Xudayar oğlu.
Apanaev məscidi
Apanaev məscidi (tatar. Апанай мәчете) - tatar mədəniyyət arxitekturası olaraq, Kazan şəhərində Əski Tatar meydanında yerləşir. == Tikintisi == Kazan müsəlmanlar idarəsinin başsıçı II Yekaterinadan Anna İoanavnanın sökdürdüyü iki mərtəbəli daş məscidin yenidən tikilməsi üçün icazə aldıqdan sonra Yaqub Sultanqalayev (1768-1771-ci illərdə) onu inşa edir. == Etimologiya == Məscidin adı bu məhəllə yaşamış tacir Apanaevin adı ilə bağlanır. Bu məscidlə yanaşı Baykaya (Tat dilində Bəylər) məsciddə belə bir adla bağlıdır. == Arxitekturası == Rusların "Moskva", bakkor və tatarların arxitekturasına əsaslanır. Əvvəl məscid birmərtəbəli və bir minarədən ibarət idi. 1872-ci ldə P.İ. Romanov məscidin şimal hissəsində iki mərtəbli bina inşa etdirir ancaq həmin bina əvvəlki binanın arxitekturasının davamı olur. 1882-ci ildə məscidin yanında kərpicdən ibarət dəzgahlar qoyulur. == Tarixi == 6 fevral 1930-cu ildə Tatar prezidiumunun qərarı ilə bağlanır.
Aqostino Maskardi
Aqostino Maskardi (it. Agostino Mascardi; 2 sentyabr 1590, Sarsana[d], Liquriya – 1640[…], Sarsana[d], Liquriya) — İtaliya ritorik, tarixçi və şairi. == Həyatı == Aqostino Maskardi indiki İtaliyanın Sarsana şəhərində anadan olmuş, Romada təhsil alaraq Yezuitlər ordeninə qoşulmuşdur, lakin 1617-ci ildə oradan qovulmuşdur. Bu dövrdə o, Este sülaləsi üçün işləmişdir. Fəaliyyətinə davam edən Maskardi hüquq elmləri dərəcəsi almış, həmçinin əhəmiyyətli siyasi və dini şəxsiyyətlərin katibi olaraq bir neçə vəzifədə çalışmışdır. Maskardinin yazısı onu kameraman təyin edən Papa VIII Urbanın diqqətini çəkdi. Papa 1628-ci ildə ona Sapiensa Kollecində Ritorika üzrə professou vəzifəsini vermişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Vasillov, M. "Rhetoric and Fragments of a High Baroque Art Theory". Marsyas (20). 1979–1980: 17–31.
Arslanhane məscidi
Arslanhane məscidi (türk. Arslanhane Camii) — Türkiyənin Ankara şəhərində yerləşən 13-cü əsrə aid məscid. == Yeri == Məscid Ankaranın köhnə məhəlləsindəki Ankara qalasının yanında yerləşir. 947 metr yüksəkliyində yerləşir. == Tarixi == Məscid Türkiyənin ən qədim məscidlərindən biridir. 1290-cı ildə Anadolu Səlcuqlu Dövlətinin II Mesudun hakimiyyəti dövründə inşa edilmişdir. Onun memarı Ebubekir Mehmet idi. Tikintisi iki əxilik lideri Hüsamettin və Hasaneddin tərəfindən sifariş edilmişdir. Ancaq 1330-cu ildə başqa əxilik lideri Şerafettin tərəfindən təmir edildi və hazırda məscid adını daşıyır. Bir neçə kiçik təmirdən sonra məscid 2010–2013-cü illərdə Vəqflər Ümumi Müdirliyi (türk.
Asiya məscidi
Həmzə-hacı məscidi — Başqırdıstanın Ufa şəhərinə daxil olan Kalinin rayonu Maksimovka kəndində yerləşən cümə məscidi. == Tarixi == «Asiya» məscidi heç bir dini qrumun dəstəyi olmadan İldus Urazbaxtıevin ailəsinin vəsaiti hesabına inşa edilir. Asiya sözü əəb dilindən tərcümədə «təsəlli, müalicə» mənasını verir. Məscidin tikintisi İldus Urazbaxtıevin babası Mansur tərəfindən başa çatdırılmışdır. O, isə öz növbəsində Molla Məhəmməd-Qarifin oğlu olmuşdur. == mənbə == "Уфа. Мечеть «Асия» возводится частными лицами" (rus). Regnum. 2002-02-18. İstifadə tarixi: 2012-08-08.
Aslanbəyli məscidi
Aslanbəyli məscidi — Azərbaycan Respublikası Qazax rayonunun Aslanbəyli kəndində yerləşən məscid. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir. == Haqqında == Hacı Mahmud Əfəndinin xatirəsinə ucaldılan məscid onun adını daşıyır. Məsciddə yerli dindar və möminlər ibadət edirlər. Məscid yerli əhəmiyyətli abidələr siyahısına daxildir. == Tarixi == Aslanbəyli kəndindəki məscid 1909-cu ildə kənd camaatı tərəfindən inşa edilib. Həmid Əfəndi tərəfindən tikilmişdir. Hacı Mahmud Əfəndi məscidi 1938-ci ildən 1985-ci ilədək klub kimi istifadə olunmuşdur. 1990-cı ildə yerli sakinlər tərəfindən məscidin təmir-bərpa işlərinə başlanmışdır. Qeyd etmək lazımdır ki, məscidin vaxtilə minarəsi olmuşdur.
Axo məscidi
Axo məscidi (gürc. ახოს ჯამე) — Gürcüstan Respublikasının daxilində olan və ölkənin cənub-qərbində yerləşən Acarıstan Muxtar Respublikasıda məsciddir. Abidə Acarıstanın Keda bələdiyyəsinin inzibati ərazi dairəsinə daxil olan Axo kəndində yerləşir. 1818-ci ildə inşa edilən bina, Acarıstandakı ən qədim məsciddir. Abidə qapısında və minbərində olan dekorativ taxta oymalar ilə məşhurdur. Məscid Osmanlı motivlərinin və yerli gürcü memarlığının elementlərinin birləşməsindən yaranmışdır. Məscid Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin 2006-cı il tarixli fərmanına əsasən Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələrinin siyahısına daxil edilmişdir. == Tarixi == Axo məscidi Keda bələdiyyəsindəki qədim məzarlığın ərazisində yerləşir. Məscid Laz əsilli sənətkar Usta Hüseyn tərəfindən inşa edilmişdir. Abidənin inşa edilməsi tarixi bölgənin Osmanlı imperiyasının tərkibində olması dövrünə təsadüf edir.
Aşur məscidi
Aşur məscidi və ya Ləzgi məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid. Məscid XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən əsasən Dağıstandan köçmüş, xalq arasında ləzgi adlanan camaatın daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınmışdır. == Tarixi == Üstündəki kitabəyə görə onu Hicri-qəməri təqvimlə 567-ci ildə/ 1169 ustad Nəcəf Aşur ibn İbrahim tikmişdir. == Haqqında == Məscid sasanilər dövrü abidəsi üzərində tikilmişdir. Həmin abidədən yalnız iki portik və qübbə ilə örtülmüş otağı qalmışdır. Məscid həcmcə parallelepiped formasındadır. Cənub fasadında isə sonradan iki kiçik pəncərə açılmışdır. Məscidin şimal-şərq hissəsində yerləşən kiçik çatma formalı giriş, geniş birkameralı, qalın tipli çatma qübbə ilə örtülmüş ibadət zalına aparır. Gözəl ifadə olunmuş tac, ibadət zalını sanki iki hissəyə bölür.
Bakı məscidi
Bakı məscidi və ya Kriuşi məscidi — 1907-1909-cu illərdə Həştərxanda tikilmiş məscid. Sovet hakimiyyəti dövründə məscidin minarəsi dağıdılıb və müxtəlif illərdə onun binası anbar və mədəniyyət evi kimi istifadə edilib. 2002-ci ildə Həştərxandakı Azərbaycan diasporunun səyi ilə məscid yenidən restavrasiya edilib və Azərbaycan icmasının istifadəsinə verilərək Bakı məscidi adlandırılıb. Məscid Həştərxanda Bakinskaya küçəsində yerləşir. == Haqqında == Arxiv məlumatlarına əsasən 1903-cü ildə 238 nəfər Həştərxan sakini toplaşaraq Kriuşi bölgəsində 1897-ci ildən fəaliyyət göstərən və yerli sakin Nijemetdinovun ərazisində yerləşən dua evinin yerində məscid tikmək qərarına gəlirlər. 1907-ci ildə Həştərxan quberniya idarəsi 2-ci Bakaldinskiy küçəsində Nijemetdinovun vəsiyyət etdiyi ərazidə daş məscidin tikintisinə icazə verir. May ayında məscidin mollası da təyin edilir. 1907-ci ilin iyun ayında başlanan tikinti 1909-cu ildə yekunlaşır. Məktəbin nəzdnində qadın və kişi məktəbləri fəaliyyət göstərib. 1938-ci ildə sovet hakimiyyəti dövründə məscid bağlanır və binadan anbar kimi istifadə edilir.
Balıqlı məscidi
Balıqlı məscidi — Amasiya rayonunun Balıqlı kəndinin məscidi
Batumi məscidi
Batumi məscidi (gürc. ბათუმის მეჩეთი) — Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində yerləşən məscid. == Tarixi == Batumi məscidi gürcü mənşəli müsəlman zadəgan — Aslan-bəy Ximşiaşvilinin ailəsinin sifarişi ilə 1886-cı ildə tikilib. Batumi məscidi hazırda mövcud olmayan Əzizə camisi ilə Əhməd-paşa camisi arasında ucaldıldığından, onu Orta cami də adlandırırlar. 1932-ci ildən 1946-cı ilədək sovet hakimiyyəti tərəfindən bağlanan məscid, 1946-cı ildə yenidən fəaliyyətini bərpa edib. == Təsviri == Ağ rəngdə olan məscid iki mərtəbədən ibarətdir. Bir minarə və qızılı rəngli günbəzə malikdir. Məscidin divarları Laz qardaşları tərəfindən naxışlarla bəzədilib. Batumidə fəaliyyət göstərən yeganə məsciddir.
Bağmanlar məscidi
Bağbanlar məscidi və ya Mirzə Kərim məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid. Bina 1884-cü ildə Mirzə Hüseyn və Mirzə Kərim tərəfindən məhəllə məscidi kimi tikilmişdir. Bina gümbəzlidir. Bina hazırda Şəhər Mədəniyyət İdarəsinin və Fatimeyi Zəhra qadınlar cəmiyyətinin istifadəsindədir. == Həmçinin bax == Ozan məscidi Qırıxlı məscidi Qazaxlar məscidi == İstinadlar == == Xarici keçidlər == XIX əsrin yadigarı - Bala Bağman məscidi.
Bibiheybət məscidi
Bibiheybət məscidi — Azərbaycan Respublikasının Bakı buxtası sahilində yerləşən məscid. 1990-cı illərdə tikilən məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdır. Bibiheybət kompleksində məsciddən başqa seyid nəslindən gələn Həkimə xanım kimi möhtərəm şəxslərə aid sərdabələr və qəbirlər var. Bu abidə Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsidir. Azərbaycan şairi Abbasqulu ağa Bakıxanov, məşhur fransız yazıçısı Aleksandr Düma və Qarabağ xanlığıın son hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan kimi şəxslər bu məscidi ziyarət ediblər. Hal-hazırda da Azərbaycana gələn xarici ölkələrin nümayədənləri məscidi ziyarət edir. == Tarixi == === Tikilmə tarixinin müəyyənləşdirilməsi === Məscid yeddinci şiə imamı Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Həkimə xanım İmam Əli və Fatimənin nəslindən idi. Həkimə xanım onu incidən xəlifələrin əlindən Bakıya qaçmışdı.
Bibixanım məscidi
Bibixanım məscidi — Özbəkistanın Səmərqənd şəhərində yerləşən memarlıq abidəsi, məscid. == Tarixi == XIV əsrin sonunda Səmərqənd şəhəri məşhur fateh Əmir Teymurun nəhəng imperiyasının paytaxtı oldu. Şəhər tez bir zamanda genişlənməyə başladı. Əmir Teymur öz paytaxtını gözəl, qeyri-adi, ecazkar, digər şəhərləri kölgədə qoyacaq şəhər kimi görmək arzusunda idi. O, hətta şəhərin ətraf kiçik kəndlərinə Bağdad, Dəməşq, Qahirə adlarını qoyaraq Səmərqəndlə müqayisədə bu böyük şəhərlərin cılızlığını vurğulamaq niyyətində idi. Paytaxtın mərkəzində isə möhtəşəm Bibi-xanım türbə-məscidi səmaya ucaldıldı. Bu məscid Teymurilər dövlətinin baş məbədi hesab olunurdu. 1404-cü ildə Səmərqənddə olmuş ispan səfir Ruis Qonsales de Klavixonun sözlərinə görə, şəhərin baş məscidi "hökümdar Teymurun bu vaxtadək tikdirdiyi ən gözəl abidədir". Orta əsr tarixçisi isə qeyd edir ki, Bibi-xanım məscidi hündür minarələrinin üzərində bütün dünyaya meydan oxuyur. Əfsanəyə görə, Teymurun sevimli həyat yoldaşı Bibi – xanım bu məscidi öz hökümdarının növbəti yürüşdən qayıtması şərəfinə hədiyyə olaraq tikdirmək qərarına gəlir.
Benzin mişarı ilə Texas qırğını (film, 2003)
Benzin mişarı ilə Texas qətliamı (ing. The Texas Chainsaw Massacre) — 2003-cü ildə Tob Hooperin klassik filminin remeyki olan amerikan sleşer filmi. Filmin rejissoru Markus Nispel, ssenari müəllifi Skott Kosar, prodüseri Maykl Bey, Kim Hankel və Tobe Hooperdir. Bu film, Aminvil Dəhşətini, 13-cü Cümə kimi filmləri nümayiş etdirən Platin Dunes tərəfindən istehsal olunan klassik qorxu filmlərinin remeyeki olan serialların birincisidir. Film tənqidçilər tərəfindən mənfi qarşılansa da, dünya kassalarında 9.5 milyon dollarlıq büdcədən 107 milyon dollar gəlir əldə edərək bütün franşizada ən çox qazanan kassa uğuruna çevrildi. Şəkil "R" reytinqi ilə qiymətləndirilib: 17 yaşdan kiçik uşaqlara yalnız valideynlərinin iştirakı ilə baxılmasına icazə verilir.
Benzin mişarı ilə Texas qətliamı (film, 2003)
Benzin mişarı ilə Texas qətliamı (ing. The Texas Chainsaw Massacre) — 2003-cü ildə Tob Hooperin klassik filminin remeyki olan amerikan sleşer filmi. Filmin rejissoru Markus Nispel, ssenari müəllifi Skott Kosar, prodüseri Maykl Bey, Kim Hankel və Tobe Hooperdir. Bu film, Aminvil Dəhşətini, 13-cü Cümə kimi filmləri nümayiş etdirən Platin Dunes tərəfindən istehsal olunan klassik qorxu filmlərinin remeyeki olan serialların birincisidir. Film tənqidçilər tərəfindən mənfi qarşılansa da, dünya kassalarında 9.5 milyon dollarlıq büdcədən 107 milyon dollar gəlir əldə edərək bütün franşizada ən çox qazanan kassa uğuruna çevrildi. Şəkil "R" reytinqi ilə qiymətləndirilib: 17 yaşdan kiçik uşaqlara yalnız valideynlərinin iştirakı ilə baxılmasına icazə verilir.
Benzin mişarı ilə Texas qətliamı (film, 2022)
Benzin mişarı ilə Texas qətliamı (ing. Texas Chainsaw Massacre) — rejissor Devid Blu Qarsiya tərəfindən çəkilmiş amerikan sleşer qorxu filmi. Film 1974-cü ildə çəkilmiş orijinal filmin birbaşa davamıdır və bu seriyadan olan doqquzuncu filmidir. Premyera 18 fevral 2022-ci ildə Netflix servisində baş tutdu (daha əvvəl filmin kinoteatrlarda yayımı planlaşdırılmışdı). Film tənqidçilərdən mənfi rəylər aldı: onlar onu qeyri-orijinal adlandıraraq 2018-ci ildəki Helluin filmi ilə müqayisə etdilər, həmçinin yaradıcıları nostaljidən pul qazanmağa çalışmaqda ittiham etdilər. == Məzmun == Dəri üzlü qatilin 1973-cü ildəki cinayətlərindən təxminən 50 il sonra gənc sahibkarlar Melodi və Dante, Melodinin bacısı Layla və Dantenin sevgilisi Rut köhnə daşınmaz əmlakı hərraca çıxarmaq üçün Tesla Model S ilə Texasın tərk edilmiş Harlou şəhərinə gedirlər. Uğursuz vəziyyətdə olan uşaq evinin ətrafına nəzər salan qrup Cinni adlı yaşlı qadının hələ də orada yaşadığını aşkar edir. O, mülkün hələ də ona məxsus olduğunu sübut edən sənədlərə malik olduğunu iddia etdikdə mübahisə başlayır və mübahisəni ən üst mərtəbədən səssiz və uzun boylu bir kişi qısa müddətə kəsir. Daha sonra Cinni infarktdan yıxılır və Ruth və bir kişinin müşayiəti ilə şerif və onun bir köməkçisi tərəfindən xəstəxanaya çatdırılır. İnvestor Ketrin bir qrup potensial alıcı ilə birlikdə Melodi və Dantenin diqqətini yayındıraraq böyük avtobusda Harlouya gəlir.
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (film, 2006)
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (ing. Texas Chainsaw Massacre: The Beginning) — 2006-cı ildə çəkilmiş ABŞ sleşer filmi. Filmin rejissoru Conatan Libesman filmi Şeldon Turner və David Şounun ssenarisi əsasında çəkib. Filmdə baş rolları gənc aktyorlar Cordana Brewster, Mett Bomer, Diora Baird, Taylor Handley oynayıb. R. Lee Ermey, Andrew Bryniarski, Marietta Maric, Terrence Evans və Cathy Lamkin isə, Hyuitt ailəsinin üzvlərini canlandırıblar. Film dünya üzrə 51,7 milyon dollar gəlir əldə edib. New Line Cinema, Dimension Films filmi satın alarkən franşiza hüquqlarını saxlamaq üçün 3,1 milyon dollar ödəməli olmuşdu. Filmin işçi adı "Benzin mişarı ilə Texas qətliamı: Mənşə" idi. Filmin çəkilişləri birinci hissədə olduğu kimi Texasda aparılıb. Filmdəki hadisələr 1969-cu ildə baş verir, Hyuit ailəsinin və "Dəri üz" ləqəbli manyakın ilk qurbanı olan iki qardaş və onların qız yoldaşlarından bəhs edir.