Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uilyam Merdok
Vilyam Merdok (ing. William McMaster Murdoch; 28 fevral 1873 – 15 aprel 1912) — Titanik gəmisində kapitan Edvard Smitin baş köməkçisi.
Vilyam Merdok
Vilyam Merdok (ing. William McMaster Murdoch; 28 fevral 1873 – 15 aprel 1912) — Titanik gəmisində kapitan Edvard Smitin baş köməkçisi.
Storm Shadow
Storm Shadow — 1994-cü ildən etibarən Matra və British Aerospace şirkətləri tərəfindən hazırlanaraq inkişaf etdirilmiş və hal-hazırda MBDA tərəfindən istehsal olunan Britaniya-Fransa mənşəli uzun mənzilli, stels texnologiyasına əsaslanan havadan buraxılan qanadlı raketdir. "Storm Shadow" silahın ingilis dilində olan adıdır; Fransada isə silah SCALP-EG (fr. Système de Croisière Autonome à Longue Portée – Emploi Général; azərb. Uzun mənzilli avtonom qanadlı raket sistemi - Ümumi təyinatlı‎) kimi tanınır. Raket fransızlar tərəfindən hazırlanmış olan “Apaçi” adlı qanadlı raketə əsaslanır, lakin kassetli sursatların əvəzinə tək döyüş başlığı daşıması ilə ondan fərqlənir. Matra və British Aerospace 1996-cı ilin iyul ayında Konvansiyonal (Adi) Silahlı Standoff Raketi (CASOM) üçün əsas podratçılar olaraq seçilmişdirlər. Storm Shadow raketinin dizaynı Matra şirkətinin Apache uçuş-enmə zolaqlarına (pist) qarşı nəzərdə tutulmuş qanadlı raketinə əsaslanırdı. Matra və BAE 1997-ci ilin fevral ayında Matra BAe Dynamics adlı yeni bir şirkəti yaratmaq üçün birləşmələrini başa çatdırmışdırlar. Fransa 1998-ci ilin yanvar ayında 500 ədəd SCALP raketi üçün sifariş vermişdir. Storm Shadow/SCALP EG raketinin ilk müvəffəqiyyətli idarə olunan buraxılışı 2000-ci ilin dekabr ayında Fransada Miraj 2000 və 2001-ci ilin may ayında İngiltərədə Panavia Tornado hərbi təyyarələrindən həyata keçirilmişdir.
Lespar-Medok (rayon)
Lespar-Medok (fr. Lesparre-Médoc) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Jironda. Suprefektura — Lespar-Medok. Rayon əhalisi 2006-cı ildə 45 602 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 35 nəf / km². Rayon sahəsi — 1318 km².
Mak-Merdo vadisi
Mak-Merdo (quru, quraqlıq) vadiləri (ing. Dry Valleys) — Mak-Merdo boğazından qərbdə Antarktidadakı Viktoriya Torpağlarında Antarktika vahələrinin (Viktoriya, Rayt, Teylor) qarsız vadiləri. Bu, Antarktidadakı ən böyük (təxminən 8 min km²) buzsuz ərazidir.. 320 km / s sürətə çatan katabatik küləklər (yer üzündə ən yüksək külək sürəti) nəmin buxarlanmasına səbəb olur. Bunun sayəsində vadilər təxminən 8 milyon ildir praktik olaraq buz və qardan azaddırlar, bu, geoloji və digər tədqiqatların aparılmasını asanlaşdırır. Antarktika haqqında konvensiyaya görə, Mak-Murdo quru vadiləri xüsusi mühafizə olunan bölgələr olaraq təyin edilmişdir. Quru vadilər Mars planetinin təbii şərtlərinə o qədər yaxındır ki, NASA orada Vikinq proqramının sınaqlarını da keçirdi. Buz və qar olmamasına baxmayaraq, canlı aləm dünya buz qitəsinin qalan hissələrindən daha kasıbdır. Daha nəmli yerlərdə qayalarda endolitik bitkilər aşkar edilmişdir. Taylor buzlağında Antarktidanın görməli yerlərindən biri — görünüşünü metabolizması dəmir və kükürdün işlənməsinə əsaslanan anaerob bakteriyaların fəaliyyətinə borclu olan Qanlı şəlaləsidir.
The Last Shadow Puppets
The Last Shadow Puppets — Aleks Törner (Arctic Monkeys), Mayls Keyn (The Rascals), Ceyms Ford (Simian Mobile Disco) və Zak Dauesdən (Mini Mansions) ibarət ingilis superqrupu. Qrup 2008-ci ildə "The Age of the Understatement" adlı debüt albomunu buraxıb. Onlar 2016-cı ildə uzun bir fasilədən sonra geri qayıdaraq ikinci albomları olan "Everything You've Come to Expect"-i yayımlayıblar. 2007-ci ilin avqustunda NME jurnalı, Arctic Monkeys-in müğənnisi Aleks Törner və o zamanlar yeni yaradılmış The Rascals qrupunun müğənnisi Mayls Keynin, Simian Mobile Disco qrupunun keçmiş üzvü Ceyms Fordla albom yazdıqlarını bildirdi. Keyn əvvəlki qrupu Little Flames ilə Arctic Monkeys-in canlı çıxışlarına dəstək olarkən Aleks Törner ilə tanış olmuşdu. Onların əməkdaşlığı Arctic Monkeys layihəsində genişlənmişdir, qrupun ikinci albomu Favorite Worst Nightmare-dəki "505" və b-tərəfləri "Fluorescent Adolescent" "The Bakery" və "Plastic Tramp" Keynin gitara dəstəyi ilə ərsəyə gəlib. Keyn həmçinin 2007-ci ildə Arctic Monkeys-in bir neçə konsertində Lancashire County Cricket Club, yay mini-festivallarında o cümlədən Arctic Monkeys-in 2007 və 2013-cü illərdə Qlastonberidə çıxışlarında "505" və "Plastic Tramp" çıxışlarında qonaq olub. Debüt albomunu təşkil edəcək mahnıların ilkin qeydi 2007-ci ilin avqust ayının sonunda Fransada baş tutdu və həmin ilin avqust və dekabr ayları arasında əlavə material əlavə edildi. Dekabr ayında Ouen Pallett 22 nəfərlik London Metropolitan Orkestri ilə albom üçün simlər, mis və zərb alətlərinin aranjemanına təyin edildi. Albomun hazırlanması zamanı Törner və Keyn layihənin hekayəsini çəkmək üçün, sənədli film çəkiliş qrupu Lyuk Seomore və Cozef Bull-u işə götürdülər.
Mak-Merdo (Antarktika stansiyası)
Mak-Merdo (ing. McMurdo) — Antarktida ərazisində yerləşən yaşayış məntəqəsi, liman və araşdırma mərkəzi. Stansiya ABŞ Antarktika proqramına mənsub olsa da digər dövlətlərin araşdırma proqramlarını da həyata keçirir. Ross şelf buzlağının kənarında qərarlaşır. Stansiya Yeni Zelandiyanın ərazi iddiası irəli sürdüyü bölgədə yerləşir. Stansiyadan Yeni Zelandiyaya məsafə 3500 km, Skott stansiyasına olan məsafə isə 5 km-dir. Yayda əhalisinin sayı 1 258 nəfər (1996-cı il), qışda isə 150 nəfər (1999 il) təşkil edir. Ancaq hazırda stabsiyada 1300 nəfər yaşayır == Xüsusiyyətləri == Stansiya yaxınlığında Robert Skottun düşərgəsi yerləşir. 1902-ci ildən Antarktidanın paytaxtı rolunu oynayır. Hazırda stansiya müasir elmi mərkəzdir.
Mak-Merdo şelf buzlağı
Mak-Merdo şelf buzlağı — Ross şelf buzlağının tərkib hissəsini təşkil edən, Mak-Merdo boğazı və Ross adasının şimalında yerləşən buzlaq. Aparılan araşdırmalar Ross şelf buzlağının bu hissəsinin tap fərqli xüsusiyyətə malik olduğu göstərmişdir. Bu isə buzlağa müstəqil ad verilməsini mümkün edir. Buzlağı 1962-63-cü illərdə araşdıran A. Heyn buzlağın sərhədləri Ross adasından götürməyi təklif etmişdir. Ancaq Antarktidanın ad məsələləri üzrə kosultasiya komitəsi (US-ACAN) məsələyə baxmış və sərhədin Minndən başlamasını qeydə almışdır.
Sen-Pyer-de-Mearo
Sen-Pyer-de-Mearo (fr. Saint-Pierre-de-Méaroz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38444. Kommunanın 1999-cu il üçün əhalisi 104 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 508 ilə 868 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Shadow of the Tomb Raider
Shadow of the Tomb Raider — Eidos Montréal tərəfindən hazırlanan və Square Enix tərəfindən nəşr olunan bir döyüş-macəra videooyunudur. Bu 2015-ci il istehsalı olan Rise of Tomb Raiderin hekayəsini davam etdirir və Tomb Raider seriyasındakı on ikinci əsas oyundur.
Mak-Merdo — Cənub qütbü şossesi
Mak-Merdo — Cənub qütbü şosesi (ing. McMurdo-South Pole highway) — Antarktidada yerləşən və uzunluğu 1450 km olan, Amerikaya məxsus olan Mak-Merdo və Amundsen-Skott stansiyaları arasında yerləşir. Yol qarın müəyyən yerlədə kürüdülməsi yolu ilə çəkilmişdir. Hazırda məsafəni sürücülər qaz yerişi ilə maşınlarla 10 günə qət edirlər. Vaqonlar xüsusi xizəklərdə hərəkət edir. Bu vaqonlarda ayaq yolu və yataq otağı vardır. Yolla bağlı tikinti işləri 2002-ci ilin sonları başlamışdır. Tikinti işləri 2006-cı ilin yayında başa çatmışdır. Mak-Merdo şelf buzlağı və Antarktida platosu düzən olduğundan 48 kilometrlik mədafə qısa vaxt ərzində inşa edilmişdir. Hündürlüyü 2000 metr olan sahələrdə çətinliklər yaranmışdır.
Prince of Persia 2: The Shadow and The Flame
Prince of Persia 2: The Shadow and The Flame (azərb. Fars şahzadəsi 2: Kölgə və Alov‎) — Cordan Mexner tərəfindən hazırlanılan və "Broderbund Software, Inc." oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan sinematik platforma janrında videooyundur. "Prince of Persia 2: The Shadow and The Flame" oyunu əvvəl məşhur olsa da, hal-hazırda satışa qoyulmadığından "Abandonware" statusuna malikdir. Videooyun əvvəlki seriya kimi 2D formatındadır. 1996-cı ildə videooyun "SNES" platforması üçün istehsal edilmişdir. "Prince of Persia 2: The Shadow and The Flame" videooyununun rejissor və ssenari müəllifi Cordan Mexnerdir. Oyunun hekayəsində Şahzadə ilk dəfə olaraq həyatı haqqında öyrənəcək, Sultanın qızını xilas etmək üçün yenidən Vəzirlə döyüşəcəkdir. Bu videooyuna hal-hazırda "Abandonware" (ing. Tərk etmək), yəni, istehsalda olmayan videooyun statusu verilmişdir. Qəhrəmanın şahzadəni qurtarmasından düz 11 gün sonra qəddar vəzir yenidən peyda olur.
S.T.A.L.K.E.R.: Shadow of Chernobyl
S.T.A.L.K.E.R.: Shadow of Chernobyl (azərb. S.T.A.L.K.E.R.: Çernobılın kölgəsi‎) - Ukrayna istehsalçısının, GSC Game World kampaniyasının videooyunu, birinci üzdən şuter. Oyunun hərəkəti Çernobıl zonasında olur. Oyunda müxtəlif qruplaşmalar, bədheybətlər və anomaliyalar var. Həmçinin oyunda artefaktları yığmaq, ticarət etmək, və müxtəlif stalkerlərlə ünsiyyət saxlamaq imkanı nəzərdə tutulmuşdur.
Məad
İslam esxatologiyası və ya məad — lüğəti mənası qayıdış deməkdir. İslam inancına görə insanlar öldükdən sonra bir daha dirilib axirət aləminə qayıdacaqlar. Bu əqidə islam dininin zəruri məsələlərindən biridir. İnsan öləndən sonra bir daha dirilib, dünyada etdiyi əməlləri müqabilində hesab verəcək və nəhayət əbədi qalacağı cənnət və ya cəhənnəmə gedəcəkdir. İslam Dünyası Cəmiyyəti arasında ümumi konsensus yekdil rəy budur ki,axır zamandan əvvəl bir sıra əlamətlər olacaqdır. Beləliklə, Klassik dövr, Orta əsrlər və müasir dövrlərə aid İslam mətnləri bu işarələrin nələri əhatə edə biləcəyinə görə çox fərqlidir. Təkliflər sınaq və müsibətlər dövrü, əxlaqsızlıq, qüdrətli müharibələr, qeyri-təbii hadisələr, Yəcuc və Məcuc tərəfindən ərəb ölkələrinə hücumu və/yaxud dünyaya ədalətin qaytarılması ilə bağlı idi. Bütün hadisələr başa çatdıqdan sonra kainat məhv olacaq və hər bir insan əməllərinə görə cavab verməsi üçün diriləcək. Muhəmməd buyurur: “Sizin vaxtınız sizdən əvvəlkilərin vaxtı ilə müqayisədə əsr namazından günəşin batmasına qədərdir”. Bəzi “zəif” hədis mənbələrində 6 və ya 7 min ömür qeyd olunur.
Prince of Persia 2: The Shadow and The Flame (video oyun, 1994)
Prince of Persia 2: The Shadow and The Flame (azərb. Fars şahzadəsi 2: Kölgə və Alov‎) — Cordan Mexner tərəfindən hazırlanılan və "Broderbund Software, Inc." oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan sinematik platforma janrında videooyundur. "Prince of Persia 2: The Shadow and The Flame" oyunu əvvəl məşhur olsa da, hal-hazırda satışa qoyulmadığından "Abandonware" statusuna malikdir. Videooyun əvvəlki seriya kimi 2D formatındadır. 1996-cı ildə videooyun "SNES" platforması üçün istehsal edilmişdir. "Prince of Persia 2: The Shadow and The Flame" videooyununun rejissor və ssenari müəllifi Cordan Mexnerdir. Oyunun hekayəsində Şahzadə ilk dəfə olaraq həyatı haqqında öyrənəcək, Sultanın qızını xilas etmək üçün yenidən Vəzirlə döyüşəcəkdir. Bu videooyuna hal-hazırda "Abandonware" (ing. Tərk etmək), yəni, istehsalda olmayan videooyun statusu verilmişdir. Qəhrəmanın şahzadəni qurtarmasından düz 11 gün sonra qəddar vəzir yenidən peyda olur.