Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Melaq
Melaq (fr. Mélagues, oks. Melagas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12143. Kommuna təxminən Parisdən 580 km cənubda, Tuluza şəhərindən 130 km şərqdə, Rodezdən isə 80 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 66 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 40 nəfər (15-64 yaş arasında) 28 nəfər iqtisadi cəhətdən, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə 60.0%).
Meolan-Revel
Meolan-Revel (fr. Méolans-Revel, oks. Meulans e Revèl) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Yubey kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04161. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 237 nəfərdən (15-64 yaş) 164 nəfəri iqtisadi cəhətdən fəal, 73 nəfər hərəkətsiz (fəaliyyət göstərici 69.2%, 1999-cu ildə 77.4%) idi. Fəal olan 164 nəfərdən 151 nəfəri (88 kişi və 63 qadın), 13 nəfəri işsizdir (9 kişi və 4 qadın).
Mett LeBlan
Mett Stiven LeBlan (ing. Matt Steven LeBlanc; 25 iyul 1967, Nyuton[d], Massaçusets) — amerikalı aktyor. NBC sitkomu Dostlar serialında Coyi Tribiani rolunu canlandırıb. Dostlar serialında uğurlu roluna görə 3 dəfə Emmi mükafatına nominasiya qazanmışdır. Epizodlar serialında özünün bədii versiyası olaraq rol almışdır. == Həyatı == Mett LeBlenk 25 iyul 1967-ci ildə Massaçusets ştatının Nyuton şəhərində anadan olub. Onun anası Patrisia italyan əsilli ofis meneceri, atası Pol LeBlan isə fransız-kanada əsilli mexanik idi. O, 17 yaşında karyerasını model olaraq başlamaq üçün Nyu-Yorka köçdü. Qısa müddət sonra aktyorluğa başladı.Mett 2003-cü ildə İngiltərədə doğulmuş amerikalı model Melissa Maknayt ilə evləndi. 2004-cü ildə onların bir qızı dünyaya gəldi.
Ebla
Ebla, İbla - Şimali Suriyada (Hələbdən 70 km сənubda, indiki Təll-Mərdih rayonunda) qədim şəhər-dövlət. Ebla Fəratın Suriya ərazisində olan hissəsindən qərbda yerləşir. Ehtimal olunur ki, «Ebla» sözünün mənası ağ daş deməkdir. Hansı ki, bu daşla Eblanın əsas şəhəri inşa edilmişdir. == Ümumi məlumat == E.ə. 4-cü minilliyin ortalarında Cənub-Şərqi Ərəbistandan Suriyaya köçmüş sami mənşəli qədim xalq olan eblalılar tərəfindən əsası qoyulmuşdur. Eblalılar eblayt dilində danışmış və bu dil semit dil qrupuna aid olmuş. Eblayt dili akkad dili ilə bir çox oxşarlığa malik idi. Ebla əhalisi Qədim Mesopotamiya, Elam və Misir ərazisində məskunlaşmış şumerlilərlə sıx ticari və siyasi əlaqələr saxlamışdır. E.ə.
Apus melba
Melan (kommuna)
Melan (fr. Meylan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38229. Kommunanın 2007-ci il üçün əhalisi 17 200 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 5 km şimal-qərbdə yerləşir.
Merla (İzer)
Merla (fr. Merlas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38228. Kommunanın 2006-cı il üçün əhalisi 463 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 400 ilə 925 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 30 km şimalda yerləşir.
Tachymarptis melba
Tachymarptis melba (lat. Tachymarptis melba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin tachymarptis cinsinə aid heyvan növü.
Le-Kastellar-Melan
Le-Kastellar-Melan (fr. Le Castellard-Melan, oks. Lo Castelar e Melan) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04040. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 55 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 39 yaşdan yuxarı (15-64 yaş arasında) 25 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,1%, 1999-cu ildə 67.9%). Fəal olan 25 nəfərdən 24 nəfər (14 kişi və 10 qadın) işləyir, 1 nəfər işsizdir.
Panthera pardus melas
Yava bəbiri (lat. Panthera pardus melas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Ebla dili
Ebla dili — Şimali Suriyada Şərqi Semit xalqları tərəfindən eramızdan əvvəl 3000-ci illərdə danışılan ölü bir semit dilidir. Adını bugünkü Suriyanın sərhədləri içərisindəki qədim Ebla şəhərindən götürmüşdür. Cyrus H. Gordona görə, Ebla dili çox danışılmırdı və ehtimal ki, Şərqi və Qərbi Semit xüsusiyyətləri ilə yazılı və müştərək bir dil kimi istifadə edilmişdir. Ebla ayrıca dili Sarqondan əvvəlki Akkad dilinə çox yaxın bir dil olaraq təyin edilmişdir. Richard I. Caplice, Ignace Gelb və John Huehnergardın fikri budur ki, Ebla dili erkən Akkad ləhcəsi deyil, çünki digər Akkad ləhcələri ilə əlaqələndirilə bilər. Manfred Krebernik, Ebla dilinin Akkad dili ilə çox yaxın bir əlaqəsi olduğunu və bu dilin Erkən Akkad ləhcəsi olaraq təsnif edilə biləcəyini bildirir. Ebla dili həm Qərbi, həm də Şərqi Semit dil xüsusiyyətləri olan Şərqi Semit dili hesab olunur. Qrammatik kontekstdə Ebla dili Akkad dilinə bənzəyir, lakin sintaktik kontekstdə və bəzi qrammatik formalarda Ebla dili Qərbi Semit dillərinə daha yaxındır. Əlavə olaraq, bu dilə aid mixi yazıları formasında əsasən Ebla şəhərinin xarabalıqlarında 1970-ci illərdə tapılmış olan 15.000 lövhə mövcuddur.
Ebla lövhələri
Ebla lövhələri — Suriyanın sərhədləri daxilində yerləşən qədim Ebla şəhərindəki 1800 ədəd tam gil lövhə, 4700 hissə və minlərlə xırda parçadan ibarət olan bir saray arxivi kolleksiyasıdır. Lövhələr italyan arxeoloq Paolo Matthiae və qrupu tərəfindən 1974–75-ci illərdə qədim Tell Mardikh şəhərində aparılan qazıntılar zamanı aşkar edilmişdir. Hamısı e.ə. 2500 ilə şəhərin dağıldığı 2250-ci illər arasındadır. Bu günlərdə lövhələr Suriyanın Hələb, Şam və İdlib muzeylərində saxlanılır. E.ə. 2500-cü illərə aid Ebla lövhələri din tarixini öyrənmək baxımından çox əhəmiyyətli məlumatlar daşıyır. 1975-ci ildən etibarən bir neçə dəfə tədqiqat və müzakirə mövzusu olan Ebla lövhələrinin ən əhəmiyyətli xüsusiyyəti isə İlahi kitablarda bəhs edilən üç peyğəmbərin adının çəkilməsidir. Ebla lövhələrinin min illər sonra tapılması Quranda bildirilən qövmlərin coğrafi mövqeyinin müəyyən olunması baxımından çox əhəmiyyətlidir. Ebla e.ə.
Pomponi Mela
Pomponi Mela (təq. 15, Alhesiras[d], Əndəlüs – I əsr, Roma) — Roma coğrafiyaşünası, tarixçi (1 əsrin 1-ci yarısı). Latın dilində yazılmış 3 kitabdan ibarət "Yerin təsviri" əsərinin müəllifidir. Qədim yunan müəlliflərinin əsərlərindən istifadə yolu ilə yazılmış bu əsərdə o dövrdə romalılara məlum olan ölkələr, xalqlar və s., habelə Atropatena və Qafqaz Albaniyasının çayları, dağları, bəzi tayfaları, Xəzər dənizi, Pirallahı adası və s. haqqında da məlumat verilmişdir.
Nuriyə Ülviyyə Mevlan Civələk
Nuriyə Ülviyyə Mevlan Civələk — türkiyəli jurnalistdir. O, Balıkəsirin Gönen vilayətində 1893-cü ildə anadan olmuşdur. Türkiyənin qadın hüquq mühafizəçisidir. İlk Türkiyəli feminist qadın jurnalının və müsəlman qadın hüquqlarının yaradıcısıdır. == Həyatı == 1893-cü ildə Sofiya və Çərkəz Mahmudun 7-ci qızıdır. Osmanlı imperiyası dövründə Balıkəsirdə anadan olmuşdur. Nuriyyənin ailəsi Kafkasyada yaşadığı müddət ərzində Rusiya imperiyası tərəfindən sürgün edilmişdir. Sürgündən sonra Trabzona ordanda Balıkəsirə gəlirlər. Burada onlar maddi cəhətdən sıxıntı çəkillər. Buna görə də qızlarını 6 yaşında Ulduz saraya göndərirlər.
Əxlaq
Əxlaq (ər. — xasiyyət, təbiət sözünün cəmi) — İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. İctimai şura formalarından biri; ictimai həyatın bütün sahələrində (məişət, ailə, əmək prosesi, elm və siyasət) insanların davranışını tənzim edən sosial institut. Əxlaq insanların öz davranışlarında rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu, onların həyatda bir-birinə, ailəyə, işlədiyi kollektivə, millətə, bütövlükdə cəmiyyətə olan münasibətinin ifadəsidir. == Ümumi məlumat == Əxlaqın strukturu insanın şüur fəaliyyətinin bir-birinə əks qütblərini ifadə edən xeyir və şərin ziddiyyətinə əsaslanır: onun bilərəkdən can atdığı xeyir, bilərəkdən uzaq durduğu isə şərdir. İnsan hərəkətlərini idarə edən müxtəlif məqsədlər arasında bütün digər məqsədləri müəyyənləşdirən və ali xeyir kimi çıxış edən ən ümumi və mühüm bir məqsəd fərqləndirilir. Davranışın şüurlu olaraq ali xeyirə tərəf istiqamətlənməsi ona xeyir qütbünü aşılayır və insanın mənəvi enerjisini müəyyənləşdirir. Bütün insanlar xeyirə can atırlar, lakin onu müxtəlif cür başa düşürlər. Bu zaman eyni predmetə müxtəlif baxışların qarşılaşdırılması, mənəvi prioritetlərin həqiqilikləri baxımından nəzərdən keçirilməsi problemi yaranır. Hələ qədim filosoflar ali xeyir haqqında konkret təsəvvürlərin müxtəlifliyini üç əsas variantla ifadə etmişlər: həzzə canatma, vətəndaş fəallığı vasitəsilə özünütəsdiq və əbədiliyə qovuşma (bunları sonrakı dövrlərin ifadələri ilə insanın özü üçün, cəmiyyət üçün və Allah üçün yaşaması kimi mənalandırmaq mümkündür).
Malaq salatı
Malaq salatı- (ispan dilkində ensalada malaquena) tipik andalus mətbəxinin (xörəyidir)yeməyidir. Bu salat bütün İspaniyada çox məşhurdur və onu tez-tez ilin yay aylarında hazırlayırlar. Malaq salatı reseptinin variantları olduqca çoxdur, amma əsas inqrediyentləri bişmiş kartof, portaxalın yumşaq hissəsi, coğan, yaşıl zeytun ibakalyau. Sallatın sosusu müxtəlif ola bilər.
Mişel Əflaq
Mişel Əfləq (ərəb. ميشيل عفلق‎; 1910[…], 19 yanvar 1912 və ya 1909, Dəməşq – 23 iyun 1989[…], 5-ci Paris dairəsi[d]) — Ərəb əsilli Suriya siyasətçisi. Bəəs sosialist ərəb partiyasının qurucusu. Səddam Hüseynin əməkdaşı olub. == Həyatı == Suriyanın Dəməşq şəhərində orta səviyyəli bir ailədə anadan olan Əfləq Sorbonnada oxudu və burada gələcək siyasi yoldaşı Səlahəddin əl-Bitarla görüşdü. 1932-ci ildə Suriyaya qayıtdı və kommunist siyasətində siyasi karyerasına başladı. Əfləq kommunist fəalı oldu, ancaq Suriya-Livan Kommunist Partiyası Fransanın müstəmləkə siyasətini dəstəklədiyi zaman kommunist hərəkatı ilə əlaqələrini kəsdi. Sonralar 1940-cı ildə Əfləq və əl-Bitar Ərəb İhya Hərəkatını qurdular (daha sonra Zəki əl-Ərsuzi qrupundan adını eyni adla alaraq özünü Ərəb Bəəs Hərəkatı adlandırdı). Hərəkat uğurla nəticələndi və 1947-ci ildə Ərəb Bəəs Partiyası yaratmaq üçün Ərəb Arası'nın ərəb Bəəs Təşkilatı ilə birləşdi. Əfləq partiyanın icra komitəsinə üzv seçilmiş və "'Amid" (partiyanın lideri deməkdir) seçilmişdir.
Məkarimi-əxlaq
Məkarimi-əxlaq — Seyid Yəhya Bakuvinin nadir əsərlərindəndir. Mövzusu islami-ürfani əxlaq olan bu əsərdə əməli salehlik və əxlaqın imanın əsası olması məsələlərinə diqqət yetirilir. Peyğəmbərin və onun yolunda olanların ən mühüm xüsusiyyətlərindən birinin əxlaq olduğu vurğulanır. İnsanda yamanlıq duyğularının nələr olduğu və bunlardan xilas olmanın yolları göstərilir. Əsər nəsrlə yazılmışdır. Əsərin İstanbul Universiteti kitabxanasındakı nüsxəsinin adı Əxlaqi-mahmudatdır.
Əxlaq fəlsəfəsi
Əxlaq fəlsəfəsi — ilk yaranan fəlsəfə qollarından biridir. Kantdan bəri fəlsəfi məsələləri bilik və fəaliyyət məsələlərinə ayırmaq və tədqiq etmək bir qayda olmuşdur. Bilik məsələsini ələ alan fəlsəfə idrak nəzəriyyəsidir. Amma, insan yalnız bilən bir varlıq deyil, eyni zamanda fəaliyyətdə olan bir varlıqdır. İnsan fəaliyyətləri də meydana gəlməsi, yönəldikləri məqsəd və dəyərləri baxımından fəlsəfi məsələlərə daxildir. Buna görə onları da fəlsəfənin tədqiq etməsi lazımdır. İnsan fəaliyyətlərini, məqsədlərini,vəzifələrini və yönəldikləri dəyərləri tədqiq edən fəlsəfə əxlaq fəlsəfəsi və ya etika adlanır. Əxlaqi fəaliyyətlər, gündəlik həyatda hər gün təkrar etdiyimiz düz olmaq, doğru hərəkət etmək, yalan danışmamaq, insanlara hörmət etmək, başqalarının haqqını əlindən almamaq, insanlara kömək etmək və bu kimi fəaliyyətlərdir. Bu kimi fəaliyyətlərdə olan insanlar isə əxlaqlı, namuslu, ləyaqətli insanlar kimi səciyyələndirilirlər. Əxlaqi fəaliyyətlər insan tərəfindən edilən hərəkətlərdir.
Əxlaq metafizikası
Əxlaqın Metafizikası (alm. Die Metaphysik der Sitten‎) İmmanuel Kantın 1797-ci ildə yazdığı siyasi və əxlaqi fəlsəfə əsəridir. Quruluş baxımından o, iki hissəyə bölünür: hüquqlardan bəhs edən Hüquq Doktrinası və fəzilətlərdən bəhs edən Fəzilət Doktrinası. Kantın əsərdə etik nəzəriyyələrinin inkişafı " kateqorik imperativ " konsepsiyasının təkamülünü və vəzifələr kontekstində bəşəriyyətə rasional varlıqlar kimi yanaşmağın nəticələrinin tədqiqini əhatə edir.
Əxlaq norması
Əxlaq norması — əxlaqi tələblərin eyni tipli davranışlara şamil edilən ümumi göstərişlər və qadağalar vasitəsilə insanların davranışını tənzim edən formasıdır. Hüquq normalarından fərqli olaraq əxlaq norması dövlət hakimiyyəti tərəfindən deyil, adət və ictimai rəyin gücü ilə sanksiya alır; cəmiyyətin əxlaqi şüurunda kimin tərəfindənsə xüsusi verilən qanun nəticəsində deyil, kortəbii formalaşır. Əxlaq normaları öz-özlüyündə hələ insanın davranışı üçün məqbul rəhbərlik ola bilməz; abstrakt ümumiliyə malik olduqlarından bu, normal xüsusi vəziyyətlərlə bağlı mümkün istisnaları nəzərdə tutmur. Buna görə də konkret vəziyyətlərdə bu və ya digər əxlaq normalarının tətbiqi məsələsi məzmunca daha ümumi əxlaq prinsipləri əsasında həll olunmalıdır. Sosial məzmununa görə əxlaq norması həm ümumbəşəri, həm də tarixən məhdud, sinfi xarakterə malik ola bilər. Sonuncu halda bir sosial formasiyadan digərinə keçid zamanı uzun vaxt ərzində köhnə əxlaq normalarının dağılması və yenilərinin yaranması baş verir.
Əxlaq statistikası
Əxlaq statistikası mәnәviyyat statistikası — elmi fәnn vә praktiki biliklәr sahәsi; obyekti qarşılıqlı әlaqәli statistik göstәricilәr sisteminin hesablanması vә tәhlili metodu ilә insanın, ailәnin vә cәmiyyәtin әxlaqi (mәnәvi) vәziyyәtini, iradә bәyanını vә inkişafını sәciyyәlәndirәn kütlәvi halların kәmiyyәtcә müşahidәsi vә ümumilәşdirilmәsindәn ibarәtdir. Buraya cinayətlər (şəxs və əmlaka qarşı), savadsızlıq, intihar, nikahdan kənar doğuş, abort, boşanma, fahişəlik və kütləvi yoxsulluq statistikaları daxildir. == Mənşəyi == Bu məlumatların toplanması çox zaman ingilis alimi Con Qrauntun adı ilə əlaqələndirilir 1682-ci ildə Qraunt London kilsələrindən topladığı doğum və ölüm məlumatları haqqında cədvəl əsasında Londonda ölümlə bağlı məlumatları təhlil etdi. Əhali haqqında statistik məlumatların sistematik toplanmasının başlanğıcı (indi bu elm demoqrafiya adlanır) XVIII əsrin ortalarına təsadüf edir: Bu sahədə İohan Piter Zyusmilxin fəaliyyətinə daha çox önəm verilir. Əxlaq statistikasına dair məlumatlar XIX əsrin əvvəllərində müxtəlif dövlət qurumları (ən çox Fransa və İngiltərə) tərəfindən toplanmağa və yayılmağa başlandı. Bu məlumatlardan sosial islahatlarla bağlı debatlarda geniş istifadə edilirdi. Əxlaqi statistika mövzusuna dair ilk böyük əsər, 1833-cü ildə Andre-Mişel Kerri tərəfindən yazılmış "Fransa əxlaqi statistikaları haqqında oçerk" olmuşdur. Britaniyada bu problem Jozef Fletçer tərəfindən tədqiq edilməyə başlanmışdır. O, 1847-ci ildən İngiltərə və Uelsin əxlaqi və təhsil statistikası haqqında bir neçə məqalə dərc edərək eyni problemlə məşğul oldu. Müasir əxlaqi statistikanın yaranması isə Belçikalı Adolf Ketlenin (1796–1874) fəaliyyəti ilə əlaqələndirilir.
Məmlan ibn Yezid
Məmlan ibn Yəzid — Şirvanşah şahzadəsi, Şirvan taxtına iddiaçı. == Həyatı == Şirvanşah Yəzid ibn Əhmədin oğlu idi. 22 noyabr 1066-cı ildə oğuz sərkərdəsi Qaratəkin ilə birlikdə Şamaxıya yürüşə başlamış və taxta iddia edirdi. Şirvanşah I Fəribürz əmisini məhv etmək üçün sultanın hacibinə gizlincə 6000 dinar verərək onu öz tərəfinə çəkmişdi. "Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin təfərrüatı nəql olunur: "Hacib buna razılıq verib Qalabad qalasında oturan Məmlanı ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar Məmlan sərxoş olana qədər yeyib – içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt Şirvanşah özünün saray adamlarından üç nəfəri – dayısı oğlu Ləşkəristanı, xidmətçisi Şadtəkini və hacibi Namdar ibn Müzəffəri yolda pusqu qurmağa göndərdi. Onlar sərxoş halda yanlarından keçən Məmlanın üstünə atılaraq, h.459-cu ilin rəbiülaxir ayında cümədən şənbəyə keçən gecə onu qəddarcasına qətlə yetirdilər.
Məmlan ibn Yəzid
Məmlan ibn Yəzid — Şirvanşah şahzadəsi, Şirvan taxtına iddiaçı. == Həyatı == Şirvanşah Yəzid ibn Əhmədin oğlu idi. 22 noyabr 1066-cı ildə oğuz sərkərdəsi Qaratəkin ilə birlikdə Şamaxıya yürüşə başlamış və taxta iddia edirdi. Şirvanşah I Fəribürz əmisini məhv etmək üçün sultanın hacibinə gizlincə 6000 dinar verərək onu öz tərəfinə çəkmişdi. "Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin təfərrüatı nəql olunur: "Hacib buna razılıq verib Qalabad qalasında oturan Məmlanı ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar Məmlan sərxoş olana qədər yeyib – içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt Şirvanşah özünün saray adamlarından üç nəfəri – dayısı oğlu Ləşkəristanı, xidmətçisi Şadtəkini və hacibi Namdar ibn Müzəffəri yolda pusqu qurmağa göndərdi. Onlar sərxoş halda yanlarından keçən Məmlanın üstünə atılaraq, h.459-cu ilin rəbiülaxir ayında cümədən şənbəyə keçən gecə onu qəddarcasına qətlə yetirdilər.
Seyid Həsən Əxlaq
Seyid Həsən Əxlaq (fars. سید حسن اخلاق‎; 1 iyun 1976) — Əfqan və İran filosofu == Həyatı == == Yaradıcılığı == == Əsərləri == The secular and the sacred: complementary and/or conflictual? Washington DC: The Council for Research in Values and Philosophy, 2017, ISBN 978-156-518-320-9 From Rumi to Nietzsche, Qom: Sulok-e Javan: 1386/2007 Solar Hejri, ISBN 964-9958-01-0 The Philosophical discourse between Islam and the West, Qom: Al-Mustafa International University, 1387/2008, ISBN 978-964-195-005-9 The Tradition of enlightenment in the West and Islam, Tehran: Amir Kabir, 1389/2009, ISBN 978-964-00-1231-4 From Tradition of Balkh to Modernity of Paris, Kabul: Nebras Research Institute, 1389/2010, B745.N49 A44 2011 Life After Death, Resurrection, Judgment and the Final Destiny of the Soul: Volume 1 and 2, Chicago: Kazi Publications; Reprint edition (Vol. 1, 2015), ISBN 1567445500, ISBN 978-1567445503; (Vol.