Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meyxoş (Germi)
Meyxoş (fars. ميخوش‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 163 nəfər yaşayır (33 ailə).
Meyxoş Abdullah
Abdullayev Meyxoş Kamil oğlu (02.02.1962) — azərbaycanlı şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000). == Həyatı == Meyxoş Abdullah 1962-ci fevral ayının 2-də Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir. (1984-1982). Tərxis olunandan sonra Bakı Maliyyə Kredit Texnikumunda təhsil almışdır (1984). Təyinatla göndərildiyi Cəlilabad rayon Baytarlıq İdarəsində baş mühasib vəzifəsində işləmişdir. (1984-cü ildən). Ədəbi fəaliyyətə XX əsrin 80-ci illərindən başlamışdır.İlk qələm təcrübələri "Yeni gün", "Nəğmələr", "Son söz", "Xeyir və şər" və s. qəzetlərdə çıxmışdır. "Doktor Qəzənfər haqqında xatirələr" (2000), "Cəlilabad baytar işçiləri" (2000), "Didərgin ruhlar" (2001) kitabları "Azərnəşr"də kütləvi tirajla buraxılmışdır.
Feyxoa
Feyxoa (lat. Feijoa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinə aid bitki cinsi. Meyvə portuqal əsilli braziliyalı botanik Xuan da Silva Feyxonun port. João da Silva Feijó şərəfinə adlandırılmışdır. == Əhəmiyyəti == Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Ən çox yod ehtiyatı olan bitkilərdəndir. Bir kiloqram təzə feyxoa meyvəsində 2-dən 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır. Aterosklerozda və qalxanvari vəzinin xəstəliyində feyxoa qəbul etməyin profilaktik və müalicəvi əhəmiyyəti vardır. == Təbii yayılması == Qərbi Paraqvay, Cənubi Braziliya və Argentinada təbii halda bitir.
Meybod
Meybod - İranın Yəzd ostanınında şəhər və Meybod şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,295 nəfər və 15,703 ailədən ibarət idi.
Adi feyxoa
Feyxoa (lat. Feijoa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinə aid bitki cinsi. Meyvə portuqal əsilli braziliyalı botanik Xuan da Silva Feyxonun port. João da Silva Feijó şərəfinə adlandırılmışdır. == Əhəmiyyəti == Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Ən çox yod ehtiyatı olan bitkilərdəndir. Bir kiloqram təzə feyxoa meyvəsində 2-dən 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır. Aterosklerozda və qalxanvari vəzinin xəstəliyində feyxoa qəbul etməyin profilaktik və müalicəvi əhəmiyyəti vardır. == Təbii yayılması == Qərbi Paraqvay, Cənubi Braziliya və Argentinada təbii halda bitir.
Brendon Meyson
Brendon Aleksander Meyson (30 sentyabr 1997-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Uotford klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Uotford === Meyson Uotford akademiyası vasitəsilə inkişaf etmişdir. Meyson klub ilə ilk peşəkar müqaviləsini 2016-17 mövsümündə reallaşdırmışdır. O, Premyer liqada debütünü 1 yanvar 2017-ci ildə Tottenhem Hotspur klubuna qarşı oyunda etmiş və həmin görüşdə Uotford 4-1 hesabı ilə məğlub olmuşdur. O, altı gün sonra İngiltərə Federasiya Kubokunda Barton Albion klubuna qarşı oyunda start on birliyində yer almış və Kristian Kabaseleyə qol ötürməsi vermişdir.2018-ci ilin yanvar ayında Meyson Şotlandiya təmsilçilərindən olan Dandi Yunayted klubuna 2017-18 mövsümünün sonuna qədər icarəyə verilmişdir. O, debütünü 6 yanvar 2018-ci ildə Falkirk klubuna qarşı oyunda etmiş və komandası 6-1 hesabı ilə mğlub olmuşdur.
Con Meycor
Con Meycor (ing. John Major, 29 mart 1943[…], London) — Böyük Britaniya dövlət və siyasi xadimi. 1990–1997-ci illərdə Böyük Britaniyanın baş naziri olmuşdur. == Həyatı == Con Meycor 29 mart 1943-cü ildə Cənub-Şərqi İngiltərədə, Sarrey qraflığında anadan olmuşdur. İbtidai sinfi Çim Kommonda oxumuş daha sonra- 1954-cü ildən etibarən təhsilini London Mertonda yerləşən Ratliş məktəbində davam etdirmişdir. 1959-cu ildə o məktəbi tərk etdi. Bu illər ərzində Meycor tarix, İngilis dili və ingilis ədəbiyyatı üzrə birinci səviyyəli sertifikatlar əldə etmişdi. Sonradan Britaniya konstutsiyası, riyaziyyat və iqtisadiyyat sahələri üzrə yeni setifikatlar qazandı. === Fəaliyyəti === Con Meycorun ilk işi 1959-cu ildə Londonda yerləşən "Pratt & Sons" adlı siğorta şirkətində müşavir idi. Tezliklə bu işdən istefa verərək Brikstonda Gənc Mühafizəkarlara qoşuldu.
Elxan Şeyxov
Elxan Cəfər oğlu Şeyxov (11 mart 1951, Naxçıvan) — Azərbaycanın teatr aktyoru.[mənbə göstərin] Prezident mükafatçısı (2007), Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2008). == Həyatı == 1951-ci il mart ayının 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 1974-cü ildən Naxçıvan teatrında aktyor kimi çalışan Elxan Şeyxov Sadi bəy ("Bayramın birinci günü", Nazim Hikmət), Məhəmməd xan ("Nadir şah", N. Nərimanov), Leonardo ("Sükut divarı", P. Messina), Miri bəy ("Dirilən adam", M. Cəlal), Möhnət ("Məhsəti" , K. Ağayeva), Sərvər ("O olmasın , bu olsun", Ü. Hacıbəyov) və bu kimi 100-ə yaxın rollar oynamışdır. Prezident mükafatçısı olmuşdur (2007) və 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti adına layıq görülmüşdür.
Meybod şəhristanı
Meybod şəhristanı- İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Meybod şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 70,728 nəfər və 19,076 ailədən ibarət idi.
Meyson Qrinvud
Meyson Uill Con Qrinvud (1 oktyabr 2001, Bredford, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Mançester Yunayted" klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. Qrinvud "Mançester Yunayted" klubunda 2019-cu ilin sentyabr ayında UEFA Avropa Liqasının qrup mərhələsində "Astana" klubuna qarşı oyunda qolla yadda qalmışdır. 17 yaş 353 günlüyündə qol vuran Qrinvud Avropa turnirlərində klubunun qol vuran ən gənc futbolçusu kimi tarixə düşmüşdür. Qrinvud İngiltərə U-21 millisi ilə debütünü 2021 UEFA Avropa U-21 çempionatının təsnifat mərhələsində etmişdir. == Klub karyerası == === Mançester Yunayted === ==== Erkən illəri ==== Qrinvud Halifaksda məktəb komandasında oynadıqdan sonra altı yaşında "Mançester Yunayted" klubuna qatılmışdır. Akademiyada çıxış edən oyunçu 16 yaşı olmağına baxmayaraq, 2017-18 mövsümündə U-18 komandasında çıxış etmiş və U-18 Şimali Premyer Liqa diviziyasında 21 oyuna 17 qol vuraraq bombardir olmuşdur. 2018-ci ilin may ayında Qrinvud Niderlandda təşkil olunan İCTG Kubokunda turnirin oyunçusu mükafatına layiq görülmüşdür.2018-ci ilin iyul ayında Qrinvud mövsüm öncəsi hazırlıq mərhələsi üçün əsas komanda ilə Amerika Birləşmiş Ştatlarına yola düşmüşdür. 20 iyulda "Klub Amerika" klubuna qarşı oyunda 76-cı dəqiqədə Luk Şounu əvəz edərək debütünü rəsmiləşdirmişdir. Klubun üç gün sonra "San Xose Örskveyks" klubu ilə 0-0 bərabərə qaldığı oyunda Qrinvud meydanda olmuşdur. 2 oktyabrda Qrinvud klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Nəsrulla Şeyxov
Nəsrulla Əsəd oğlu Şeyxov (1863, Naxçıvan ş. – 1921, İran, Rəşt ş.) – maarifçi, teatr xadimi. == Həyatı == Uşaqlığı "Məddah" təxəllüsü ilə şeirlər yazan atası ilə birlikdə Naxçıvan da və Kərbəlada (İraq) keçmişdir. XIX əsrin 80–90-cı illərində C. Məmmədquluzadə ilə birlikdə Naxçıvanın teatr həyatında iştirak etmiş, M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Hatəmxan ağa, E. Sultanovun "Azərbaycan qızı" pyesində Pəri rollarında oynamışdır. İran məşrutə hərəkatında yaxından iştirak etmiş, məşrutəçi kimi "Cəmşid" ləqəbi ilə tanınmışdır. Tiflis şəhərində "Hümmət" təşkilatı Naxçıvan şöbəsinin yaradılmasında mühüm rol oynamışdır. İranda, Həştərxanda həbsdə olmuşdur. İranın Rəşt şəhərində kommunist firqəsinin məsul katibi olan Ş. müxalif qüvvələrlə gedən vuruşmalarda faciəli surətdə həlak olmuşdur. == Mənbə == Xəlilov Ə., Naxçıvan teatrının tarixi, B., 1964; Həbibbəyli İ., Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
Qordon Meyson
Qordon Meyson (d. 13 iyun 1999) — Böyük Britaniyalı üzgüçü. Qordon Meyson Böyük Britaniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Qordon Meyson birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 54:01.0 saniyəlik nəticə ilə 42-ci yeri tutdu və yarışı başa vurdu.
Sandra Meyson
Sandra Prunella Meyson (ing. Sandra Prunella Mason; 17 yanvar 1949, Sent-Filip[d]) — Barbados Prezidenti. == Həyatı == Sandra Prunella Meyson 17 yanvar 1949-cu ildə Barbadosun Sent Filip səmtində anadan olmuşdur. Təhsilini başa vurduqdan sonra 1968-ci ildə Şahzadə Margaret Liseyində müəllimlik etməyə başladı. Ertəsi il Barkleys Bankda katibə olaraq işə başladı. Meyson Keyv Hilldəki Qərbi Hind UUniversitetinin Hüquq Fakültəsinə daxil oldu. Meyson 1973-cü ildə təhsilini başa vurduqda bunu etməyi bacaran ən gənc şəxslərdən biri idi. Barbados Barlar Birliyinin ilk qadın üzvü olaraq 10 noyabr 1975-ci ildə fəaliyyətə başlamaq üçün Vəkillər Kollegiyasına qəbul edildi. == İlk fəaliyyəti == 1975-ci ildən Barkleys Etibarlı İdarəetmədə çalışıb və 1977-ci ilə qədər Barkleysdə müxtəlif vəzifələrdə çalışıb. 1978-ci ildə Meyson Yeniyetmə və Ailə Məhkəməsində hakim vəzifəsində çalışmağa başladı və eyni zamanda QHU-da ailə hüququndan dərs verdi.
Yusif Şeyxov
Yusif Mənsur oğlu Şeyxov (d. 2 fevral 1951) — Azərbaycan ssenaristi, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri. 2018-ci 2021-ci illərdə Dövlət Film Fondunda baş mütəxəssis vəzifəsində çalışmışdır. == Həyatı == Yusif Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olub. Burada 23 saylı orta məktəbi bitirib. İki il (1969-1970) Neft-Kimya İnstitutunda, 1970-1975-ci illərdə İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. == Fəaliyyəti == Yusif Şeyxov 13 yaşında məşhur olarkən Sehrli xalat filmində pioner Eldar rolunda çəkilib. Sonradan "Azərbaycanfilm" kinostudiyasında, 1979-1985-ci illərdə isə Dövlət Kinematoqrafiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1985-1989-cu illərdə "Azərkinoprokat" idarəsinin müdiri işləyib. 1990-2001-ci illərdə "Azərkinovideo" birliyində baş direktor müavini vəzifəsində çalışıb.
Şua Şeyxov
Şua Nəsrulla oğlu Şeyxov (7 noyabr 1905, Naxçıvan – 27 yanvar 1970, Bakı) – Azərbaycan teatr və kino rejissoru, aktyor, ssenari müəllifi, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Şua Şeyxov 1905-ci ildə Naxçıvanda anadan olub. O, səhnə fəaliyyətinə 1922-ci ildə Azad Tənqid və Təbliğ Teatrında başlayıb. Burada işləyərkən paralel şəkildə təhsil alıb və Bakı Teatr Məktəbinin 1926-cı ildəki 13 məzunundan biri olub. 1927–1931-ci illərdə Moskva Dövlət Eksperimental Teatr Emalatxanasında teatr rejissorluğu fakültəsinin məzunu olub və 1935–1936-cı illərdə təhsilini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib.Şua Şeyxov 1931–1935-ci illərdə TRAM-da (Fəhlə və Gənclər Teatrı) və Dərbənd Azərbaycan Teatrında rejissorluq fəaliyyəti göstərib. O, 1936-cı ildə "Çapayev" filmini Azərbaycan dilinə çevirməklə Azərbaycanda dublyaj sənətinin bünövrəsini qoyub. Bir müddət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Qaryagin (Füzuli) Dövlət Dram Teatrında quruluşçu rejissor və bədii rəhbər işləyib. 1936-cı ildən kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb.Rejissor 1970-ci ildə Bakıda vəfat edib. == Ailəsi == Səs operatoru Əziz Şeyxovun qardaşı, müğənni-aktrisa Natəvan Şeyxovanın və aktyor Ramiz Şeyxovun atasıdır. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 == Teatr səhnəsindəki işləri == Gənc Tamaşaçılar Teatrında hazırladığı tamaşalarFüzuli Dövlət Dram Teatrında quruluş verdiyi tamaşalar == Filmoqrafiya == Ordenli Azərbaycan (film, 1938) Xalq şairi (film, 1947) Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949) Əməyə eşq olsun (film, 1950) Sağlamlığın düşmənləri (film, 1950) Neft kəşfiyyatçıları (film, 1950) Doğma xalqıma (film, 1954) Qabaqcıl sovxozda (film, 1955) O olmasın, bu olsun (film, 1956) Kölgələr sürünür (film, 1958) Qəribə əhvalat (film, 1960) Paltar fabriki (film, 1962) Sabahın xeyir, Bakı!
Meyson Maunt
Mason Mount (10 yanvar 1999, Portsmut, Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə Premyer Liqasında çıxış edən Mançester Yunaytedin ingiltərəli futbolçusu.
Meyoz bölünmə
Cinsiyyətli çoxalmada cinsiyyət hüceyrələri qametlər iştirak edir. Erkək qamet spermatogenez, dişi qamet Yumurtahüceyrə adlanır. Cinsiyyət orqanlarında erkəyin toxumluğunda və dişinin yumurtalığında qametlər yaranır. Yumurtahüceyrənin formalaşması Ovogenez, spermatazoidin formalaşması isə Spermatazoid adlanır. Yetişmə başlayana qədər xromosomların diploid yığımı (2n) olur. Məsələn insanda ön cinsiyyət hüceyrələri yetişənə qədər 46 xromosom olur. Yetişdikdən sonra qametlərdə xromosomların sayı bölünür - haploid (n) olur. Yetişmə zamanı cinsiyyət hüceyrələri bölünür. Bu proses Meyoz adlanır. Meyoz iki ardıcıl bölünmədən ibarətdir.
Deymos
Deymos (Mars)
Meyson (Nyu-Hempşir)
Meyson (ing. Mason) — ABŞ-nin Nyu-Hempşir ştatının Hilsboro qraflığında yerləşən şəhər. 2010-cu ilin siyahıalmasına görə şəhərin əhalisi 1.382 nəfərdir. Uilton şəhəri ilə birlikdə Russel-Abbot Ştat Meşəsinə ev sahibliyi edir. == Tarixi == Meyson şəhəri ilk öncə Nambe Van kimi tanınmışdır. Müstəmləkəçi Benninq Vertuortun qardaşı oğlu Con Ventuort şəhərə Nyu-Hempşir ştatının qurucusu Kapitan Con Meysonun adını vermişdir. Kapitan Con Meyson tərəfindən həmçinin Qrinvil yaşayış məntəqəsi də yaradılmışdır.Şəhərin yaxınlığında məşhur personaj olan Sem dayının yaradılmasında ilham mənbəyi rolunu oynadığına inanılan Sem Uilsonun evi yerləşir. Bu xüsusi mülk şəhərin simvolu sayılır. Şəhərin tanınmış digər şəxsi isə "Budaqcıq" ləqəbi ilə tanınan yazıçı və müəllim Elizabet Orton Consdur. 1759-cu ildə Elizabet Blud tərəfindən tikilmiş taxta Pikiti sarayı Consun 1948-ci ildə yazdığı Qırmızı papaq nağılının versiyasında model olmuşdur.
Myxus
Myxus (lat. Myxus) — kefallar fəsiləsinə aid balıq cinsi.
Elton Meyo
Elton Meyo (1880–1949) — Əslən avstraliyalı Amerika sosioloqudur. Xotorn eksperimentləri onun adı ilə bağlıdır. == İstinadlar == == Mənbə == Ə. S. Bayramov, Ə. Ə. Əlizadə, Sosial Psixologiya. Bakı.
Setsuna Meyo
Seylor Pluton (セーラープルート, Sērā Purūto) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Setsuna Meyo (冥王 せつな, Meiō Setsuna) olan Seylor Pluton Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Pluton digərlərindən fərqli olaraq əsas vəzifəsi Məkan-zaman darvazasının keşiyində durmaq, bu darvazadan icazəsiz keçmək istəyənləri dayandırmaqdır. Buna görə də Məkan-zaman darvazasını heç vaxt tərk etmir. Gücləri məkan, zaman, yeraltı dünya və qaranlıq ilə əlaqələndirilir. == Profil == Seylor Pluton "Seylor Mun R" seriyasının axırlarına qədər görünməmişdir. O, zaman darvazalarında keşik çəkən qoruyucudur. Seylor Pluton ilk dəfə Luna-P vasitəsilə Çibiusa ilə əlaqə saxlayarkən görünmüşdür. Seylor Pluton Çibiusaya Balaca Leydi kimi müraciət edir. Çibiusa Seylor Plutonu "Puu" (ingilis versiyasında "Plu") kimi çağırır.
Deymos (Mars)
Deymos — Günəş sistemində Mars planetinin peykidir. == Kəşfi == 1877-ci ildə Amerika astronomu A. Holl kəşf etmişdir. İlk dəfə yaxın məsafədən şəklini 1977-ci ildə “Vikinq-1” KA çəkmişdir. == Xüsusiyyətləri == Planetin mərkəzindən orta məsafəsi 23,5 min km, dolanma dövrü 30 saat 21 dəqiqədir. Deymos düzgün olmayan formaya malikdir və bəzi asteroidlərin maddəsinə oxşayan dağ süxurunun və buzun karbonla zəngin qatışığından ibarətdir. Deymosun səthi dayaz kraterlərlə doldurulmuş (iki ən böyük kraterinin diametri təqr. 2 km-dir) və reqolitlə –xırda tozlu layla ör tülmüşdür. Deymosun ölçüsü 15×12,2×11 km, kütləsi təqribən 1,8×1015 kq. Bu parametrlər Deymosu asteroid hesab etməyə əsas verir. Onun orbiti Yupiterin təsiri ilə elə dəyişmişdir ki, sonralar Marsa yaxın keç dik də Deymos planetin cazibə sahəsi ilə tutulmuşdur.
Deymos (mifologiya)
Deimos (q.yun. Δεῖμος q.yun. Δεῖμος Δεῖμος, "qarışıqlıq, dəhşət") — qədim yunan mifologiyasında Ares və Afroditanın övladlarından biri, dəhşətin təcəssümü. Döyüşlərdə o, qardaşı Fobos, mübahisə ilahəsi Eris və tanrıça Enio Ares-i müşayiət edir . Antimaxın poemasında Deymos Aresin atının adıdır . Aristofanın "Dünya" komediyasının qəhrəmanı 1877-ci ildə Marsın peyklərini kəşf edən Asaf Hall onları Deymos və Fobos adlandırmışdır.
Sərxoş (mahnı)
Sərxoş - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Əmir Sərxoş
Əmir Sərxoş (ing. Amir Sarkhosh) (30 may 1991-ci il təvəllüdlü) İranlı Snuker oyunçusudur. Eyni zamanda İran milli snooker komandasının kapitanıdır. == Həyatı == 1991-ci ildə Karajda anadan olub, 2001-ci ildə 10 yaşında, ilk dəfə ilk bilyard klubuna və inqilabdan sonra başlayan üçüncü kluba yazıldı və yeni başlayanlarla eyni klubda snooker idman növünü öyrəndi. Tehran çempionatına qatıldı və parlaqlığına görə İran yığmasına qatıldı; Hal hazırda İran milli komandasının kapitanıdır. == Peşəkar həyat == Amir Sarkhosh ilk komanda qızıl və bürünc medalını 2013-cü ildə Livan və Qərbi Asiyada aldı.Sarkhosh, 1/4 finalda mübarizədən kənarlaşdırılan 2017-ci il Qızıl Top 6 (IBSF) Çempionatına qatıldı.2017-ci ildə Bağlı Asiya Çempionatında uğursuz iştirakından sonra Sərxoş həvəskarlar bölməsində Dünya çempionatının finalına çıxmağı bacardı və son mərhələdə hindistanlı rəqibi Pankaj Avranini məğlub etdi.2018 Asiya Çempionatında yenidən finala vəsiqə qazandı və finalda rəqibi Əli Qarquzlunu məğlub edərək dünya çempionu oldu.
Sərxoş mələk
Sərxoş mələk (酔いどれ天使, Yoidore Tenshi) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1948-ci il istehsalı Yaponiya yakuza filmi. Əsas rollarda Toşiro Mifune və Takaşi Şimura çıxış edirlər. Film İkinci dünya müharibəsindən sonra fəaliyyət göstərən sərxoş həkimdən bəhs edir. Toşiro Mifunenin çəkildiyi ilk Kurosava filmidir. == Məzmun == Müharibədən yenicə çıxmış Yaponiyada yaşayan Sanada (Takaşi Şimura) sərxoş, lakin hamıya kömək etməyəcə can atan həkimdir. Buna görə də hamı ona sərxoş mələk deyir. Ətrafda yaşayan tanınmış yakuzalardan olan Matsunaqa (Toşiro Mifune) bir gün onun yanına gəlir və Sanada ona vərəm diaqnozu qoyur. Sanada onu sağaltmaq istəsə də, Matsunaqa vəziyyəti qəbul etmək istəmir. Hekayə Matsunaqanın vərəmlə mübarizəsi və onun yakuza statusuna təsirindən bəhs edir. == Rollarda == Takaşi Şimura həkim Sanada rolunda.
Eymos Eno
Eymos Riçards Eno (ing. Amos Eno; 1 noyabr 1810 – 21 fevral 1898) ― ABŞ daşınmaz əmlak investoru və kapitalist. O, Beşinci Prospekt hotelini inşa etdirmişdi, bundan başqa o, Brodvey küçəsində və Beşinci prospektdə bir çox binalar tikdirmiş və orada 20-40 milyon ABŞ dollarlıq nəzərə çarpan bir ailə sərvətini qurdu. == İlk illəri == Eymos Riçards Eno 1 noyabr 1810-cu ildə Konnektikut ştatının Simzburi şəhərində anadan olmuşdur. == Vəfatı və əmlakı == Eymos R. Eno 21 fevral 1898-ci ildə vəfat etdi. Vəfat zamanı sərvəti 20 ilə 40 milyon dollar arasında qiymətləndirilirdi. == Qeydlər == Mərhumun şəkillərinə əsasən İstmen Consonun çəkdiyi Eymos Enonun portreti Enonun vəfatından sonra, 1899-cu ildə, ailəsi tərəfindən sifariş edilmişdir və Nyu-York Dövlət Muzeyində saxlanılır.