Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Good Morning, Mickey!
Sabahın xeyir, Mikki! (ing. Good morning, Mikki!) - Disney Channel kanalının ilk televiziya cizgi serialıdır. Cizgi serialının epizodları 18 aprel 1983 və 28 noyabr 1992-ci illər ərzində yayımlanmışdır. Cizgi filmdə əvvəllər sadəcə Mikki Maus iştirak edirdi. Lakin sonralar cizgi filmə Minni Maus personajı, ardınca Qufi, Donald Dak, Çip və Deyl, Pluto və digər personajlar əlavə olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Good Morning, Mickey!
Məçkəy
Məçkəy - türk, anadolu və altay xalq inancında, qərb dillərindəki qarşılığı ilə birə-bir üst-üstə düşən bir mənala vampir deməkdir. Məçik də deyilir. Türk xalq mədəniyyətində və xalq inancında özünə xas bir vampir növüdür. Bəzi istiqamətləri tamamilə türk mədəniyyətinə xas olsa da qərb cəmiyyətlərinin inanclarına çox bənzəyən bəzi xüsusiyyətləri də mövcuddur. Məsələn eynilə Nosferatu nümunəsində olduğu kimi, "tağun" (yəni vəba) xəstəliyi daşıdığına inanılır. İnsanların qanını əmər, içlərində böyüyər. Ölüm saçan donqar bir yaşlı qadın (və ya bəzən yaşlı bir kişi) şəklində düşünülər. Söz, biçmək (kəsmək) feli ilə əlaqəlidir. Məç monqolcada meymun, Məs isə silah deməkdir. Məçik, Anadolu xalq inancında məzardan çıxan ölü deməkdir.
Minqey
Minqey (yap. 民芸) — Yaponiyada 1920-ci-1930-cu illərdən sonra inkişaf etmiş xalq incəsənət hərəkatı. Hərəkatın qurucusu Yanaqi Soetsudur (1889–1961). 1916-cı ildə Koreya sənətkarlığı ilə maraqlanan Yanaqi buraya ilk səfərini gerçəkləşdirir. Bu səfər 1924-cü ildə Koreya Xalq Sənətkarlığı Muzeyinin əsasının qoyulmasına, Yanaqi, Hamada Şoji(1894–1978), Kavai Kanjiro(1890–1966) tərəfindən minqeinin yaranmasına səbəb olur. 1926-cı ildə bu hərəkat Yanaqi tərəfindən rəsmi şəkildə elan edilir. 1936-cı ildə Yaponiya Xalq Sənətkarlığı Muzeyinin əsası qoyuldu.
Vickery
Coys Uinifred Vikeri (ing. Joyce Winifred Vickery; 15 dekabr 1908 – 29 may 1979, Melburn) — Avstraliya botaniki.
Dicey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Emma Makkey
Emma Maki (ing. Emma Mackey; 4 yanvar 1996, Le-Man[d]) — fransız-britaniyalı aktrisa. "Seks tərbiyəsi" teleserialında Meyv Uayli rolunu canlandırmaqla məşhurluq qazanıb. == Həyatı == Emma Maki 4 yanvar 1996-cı ildə Fransanın Le-Man şəhərində anadan olub. Məktəb direktoru olan atası Filipp fransızdır, anası Reyçel isə britaniyalıdır. Maki Sablé-sür-Sart kommunasında böyüyüb. 2013-cü ildə Nantes Kollecində Yüksək Fəxri diplomla bakalavr dərəcəsini almışdı, daha sonra Lids Universitetində ingilis dili və ədəbiyyatını öyrənmək üçün İngiltərəyə köçdü. Təhsilini 2016-cı ildə bitirdi. Hal hazırda Londonda yaşayır.
Michel Bouquet
Mişel Buke (fr. Michel Bouquet; 6 noyabr 1925[…], XIV arondisman (Paris) – 13 aprel 2022[…], Parisin 18-ci dairəsi[d]) — Fransız aktyor.
Michel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.
Miduey döyüşü
Miduey döyüçü (ing. Battle of Midway; yap. ミッドウェー海戦) — ABŞ Donanma Kəşfiyyatının gizli yapon yazışmalarını açması Pörl-Harborda köməyə yetməsə də Miduey döyüşündə (4-7 iyun 1942) onlara parlaq qələbə qazandırmışdı. Qələbənin əhəmiyyətini göstərmək üçün bir faktı xatırlatmaq kifayət edər: Yaponiya donanmasının 300 illik məğlubiyyətsizlik seriyasına Midueydə son qoyulmuşdu. Miduey döyüşündən sonra Yaponiya bir daha Sakit okeanda hücum əməliyyatlarına başlaya bilmədi.
Miduey rifi
Miduey rifi – Amerika Birləşmiş Ştatlarının Sakit okeanda yerləşən adası.
Miduey çayı
Miduey çayı — İngiltərə çayıdır. Kent və Şərqi Susseks qraflığının ərazisindən keçir. Şirness şəhəri yaxınlığında Temza çayına tökülür. Hövzəsinin sahəsi 2409 km² (930 mil²). Çayın suyundan 1746-cı ildən istifadə edilməyə başlanılmışdır. Çay kənarında taxılçılıq, meyvəçiliyik və yem bitkiləri əkilir. Çayın suyundan səmərəli istifadə edilməsi üçün kanallar çəkilir. 1746-cı ildə bu kanal Tonbricə kimi, 1828-ci ildə isə Li kəndinə qədər çatır. Çayın ətrafında aparılmış arxeoloji qazıntılar zamanı burada daş, tunc və dəmir dövrünə aid əşyalar aşkar edilmişdir. II dünya müharibəsi dövründə burada Miduey döyüşü olmuşdur.
Mikkel muzeyi
Mikkel muzeyi (Eston dili: Mikkeli muuseum)- Estoniyada yerləşən incəsənət muzeylərindən biridir. Tallində Kadriorq parkının yaxınlığında yerləşir. Muzey 1994-cü il iyunun 25-də incəsənət kollekioneri Yohannes Mikkel tərəfindən qurulmuşdur. Yohannes Mikkel muzeyə Qərb incəsənəti və Çin çini toplusu nümunəklərini hədiyyə etmişdir. Muzey incəsənət kolleksioneri Yohannes Mikkel tərəfindən qurulmuşdur. Yohannes Mikkel muzeyə Qərb incəsənəti və Çin çini toplusu nümunələrini hədiyyə etmişdir. Yohannes Mikkel (1907-2006) cənubi Estoniyada anadan olmuşdur. Tartu Universitetində müxtəlif fənlər üzrə dərs demiş, İkinci Dünya Müharibəsindən sonra isə antik mağazada menecer kimi işləmişdir. O, internet vasitəsilə indiki muzeyin kolleksiyasını toplamağı bacardı. 1996-cı ildə Kadriorq sarayının köhnə mətbəxinin yerində muzeyin yeni binası inşa edildi.
Wicked City
Wicked City (yap. 妖獣都市; azərb. Zalım Şəhər‎) – 1987-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Yoşiaki Kavaciridir. Wicked City — Internet Movie Database saytında.
Meckel divertikulu
Meckel divertikulu — Embrionun sarı cismi ilə nazik bağırsağı birləşdirən vitellointestinal axarın bağırsağa yaxın hissəsinin tam bağlanmaması nəticəsində meydana çıxan həqiqi divertikuldur. Əksər hallarda əlamət və ağırlaşma törətmir, çox az hallarda qanaxma, perforasiya və digər ağırlaşmalara səbəb ola bilir.
Kelemen Mikeş
Kelemen Mikeş (mac. Mikes Kelemen; avqust 1690, Zebala[d], Kovasna – 2 oktyabr 1761, Təkirdağ) — Transilvaniya doğumlu macar siyası xadimi. Habsburq monarxiyası əleyhinə etdiyi üsyankar fəaliyyətlərinə görə tanınır. Mikeşə "Macarıstanın Götesi" deyə istinad edirlər. "Türkiyədən məktublar" adlı əsəri ilə məşhurlaşmışdır. Mikeş macar ədəbi nəsrinin banislərindəndir və Macarıstanın ilk nasirlərindən hesab olunur. Zaqonda anadan olmuş və Zebaledə böyümüşdür. Reç Pospolitaya, Fransaya və, nəhayət, sonunda Osmanlı İmperiyasına qaçmağa məcbur olanadək Habsburqlara qarşı mübarizə aparmışdır. Transilvaniya şahzadəsi Ferens Rakoçi ilə birlikdə Təkirdağda sürgündə olarkən məqalələrini tamamlamışdır. 1735-ci ildə Rakoçinin ölümündən sonra ölümünə qədər sürgündə qaldı.
Miley Cyrus
Mayli Rey Sayrus (ing. Miley Ray Cyrus; doğum adı: Destini Houp Sayrus (ing. Destiny Hope Cyrus); 23 noyabr 1992[…], Neşvill) — amerikan aktrisa, müğənni, bəstəkar və model. Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar. Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır. Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır.
Mirey Matyö
Mirey Matyö (fr. Mireille Mathieu, 22 iyul 1946[…], Avinyon, Fransa) — fransız müğənni. Mirey Matyö 1946-cı il 22 iyul tarixində Avinyonda bənna ailəsində anadan olmuşdur. O, ailənin böyük uşağı olmuşdur. Onun uşaqlıq illərində ailəsi kasıblıq içində soyuq bir barakda yaşayırdı. Ancaq ailənin 8-ci uşağı dünyaya gəldikdən sonra onlara bələdiyyə evində dörd otaqlı mənzil verilir. Məktəb vaxtı Mireyin ilk müəllimi ilə olan münasibətləri səbəbindən qiymətləri çox pis olmuşdur. Məsələ onda idi ki, Mirey anadangəlmə solaxay olsa da, müəlliməsi ondan sağ əllə yazmağı tələb edirdi. Mirey sol əllə yazmaq istəyəndə müəlliməsi onun əlinə xətkeşlə vururmuş. Nəticədə Mirey oxu zamanı duruxa-duruxa danışdığından müəlliməsi onu sonuncu partada otuzdurmaq qərarına gəlir.
Xavyer Miley
Xavyer Xerardo Miley (isp. Javier Gerardo Milei, xaˈβjeɾ xeˈɾaɾ.ðo miˈlej; 22 oktyabr 1970, Buenos-Ayres) — Argentina siyasətçisi və dövlət xadimi, iqtisadçısı, yazıçısı, 20 noyabr 2023-cü ildən Argentina prezidenti. O, dünya tarixində ilk libertarian prezidentdir. Miley siyasətə daxil olmazdan əvvəl iqtisadçı kimi iqtisadiyyat və siyasətə dair çoxsaylı kitabın müəllifi və fərqli siyasi fəlsəfəsi ilə şöhrət qazanmışdır. Miley bir iqtisadçı kimi Avstriya məktəbinin hay-küylü tərəfdarıdır. O, Argentinanın müxtəlif administrasiyalarının maliyyə siyasətini tənqid etmiş və dövlət xərclərinin azaldılmasını müdafiə etmişdir. O, universitet professoru kimi iqtisadçılar üçün makroiqtisadiyyat, iqtisadi artım, mikroiqtisadiyyat və riyaziyyat üzrə kurslar vermişdir. Miley həmçinin çoxsaylı kitablar müəllifi və radio proqramlarına ev sahibliyi edirdi. Miley 2021-ci ildə siyasətə daxil olmuşdur və "Azadlıq gəlir" partiyasının təmsilçisi olaraq Buenos-Ayres şəhərinin deputatı seçilmişdir. O, deputat olduğu dövrdə qanunvericilik fəaliyyətini səsvermə ilə məhdudlaşdırmış, bunun əvəzinə Argentinanın siyasi elitası kimi təsvir etdiyi şeyi və yüksək dövlət xərclərinə meylini tənqid etməyə yönəlmişdir.
Miduey (film, 2019)
Film, İkinci Dünya müharibəsi ərəfəsində Amerika Birləşmiş Ştatları və Yaponiya İmperatorluğu arasında olan Miduey müharibəsindən bəhs edir. Film, müharibənin gedişatını dəyişdirən əsgərlərin qəhrəmanlıq hekayəsinə hədəflənir. Miduey müharibəsi, İkinci Dünya müharibəsi üçün bir qırılma nöqtəsi kimi qəbul edilir. Liderlərin və əsgərlərin, instinktləri və cəsarətləri ilə apardıqları mübarizə, Pasifik cəphəsində müharibənin gedişatının müttəfiqlərin xeyrinə dəyişməsinə səbəb olur.
İçke Çikəy (Şaran)
İçke Çikəy (başq. Иҫке Сикәй, rus. Старочикеево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 33 km, kənd sovetliyindən (Miçurinsk): 15 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 75 km.
Mikel San Xose
Mikel Sao Xose (30 may 1989[…]) — Atletik Bilbao klubunun Yarıımmüdafiəçisi. Mikel 30 may 1989-cu ildə İspaniyada doğulub.
Pikey (film, 2014)
PK 2014-cü ildə çəkilmiş elmi fantastika komediya janrında olan filmdir. Bu filmin rejissoru Rajkumar Hirani, prodüseri Hirani və Vidhu Vinod Çopra, ssenari müəllifi isə Hirani və Abhicat Coşi olmuşdur. Filmdə baş rollarda Aamir Khan, Anushka Sharma, Sushant Singh Rajput, Boman Irani, Saurabh Shukla və Sanjay Dutt çəkilib. Film tədqiqat missiyası üçün yer üzünə gələn yadplanetlinin hekayəsindən bəhs edir.
Xavyer Xerardo Miley
Xavyer Xerardo Miley (isp. Javier Gerardo Milei, xaˈβjeɾ xeˈɾaɾ.ðo miˈlej; 22 oktyabr 1970, Buenos-Ayres) — Argentina siyasətçisi və dövlət xadimi, iqtisadçısı, yazıçısı, 20 noyabr 2023-cü ildən Argentina prezidenti. O, dünya tarixində ilk libertarian prezidentdir. Miley siyasətə daxil olmazdan əvvəl iqtisadçı kimi iqtisadiyyat və siyasətə dair çoxsaylı kitabın müəllifi və fərqli siyasi fəlsəfəsi ilə şöhrət qazanmışdır. Miley bir iqtisadçı kimi Avstriya məktəbinin hay-küylü tərəfdarıdır. O, Argentinanın müxtəlif administrasiyalarının maliyyə siyasətini tənqid etmiş və dövlət xərclərinin azaldılmasını müdafiə etmişdir. O, universitet professoru kimi iqtisadçılar üçün makroiqtisadiyyat, iqtisadi artım, mikroiqtisadiyyat və riyaziyyat üzrə kurslar vermişdir. Miley həmçinin çoxsaylı kitablar müəllifi və radio proqramlarına ev sahibliyi edirdi. Miley 2021-ci ildə siyasətə daxil olmuşdur və "Azadlıq gəlir" partiyasının təmsilçisi olaraq Buenos-Ayres şəhərinin deputatı seçilmişdir. O, deputat olduğu dövrdə qanunvericilik fəaliyyətini səsvermə ilə məhdudlaşdırmış, bunun əvəzinə Argentinanın siyasi elitası kimi təsvir etdiyi şeyi və yüksək dövlət xərclərinə meylini tənqid etməyə yönəlmişdir.
Mike Connors
Mike Connors (15 avqust 1925, Fresno, Kaliforniya – 26 yanvar 2017, Tarzana[d], Kaliforniya) — aktyor. 15 avqust 1925-ci ildə anadan olub. 26 yanvar 2017-ci ildə vəfat edib.
Mike Dirnt
Maykl Rayan Pritçard (Michael Ryan Pritchard),yəni Mike Dirnt 1972-ci ilin 4 may tarixində anadan olmuşdur. Onun anası narkoman olduğundan o, uşaqlığını uşaq evində keçirmişdi. Amma Mayklın cəmi 7 yaşı olanda onun analığı və atalığı boşanmışdı. Əvvəllər Maykl atası ilə qalsa da, sonradan anası ilə yaşamağa məcbur oldu. "Həyatda hər şey baş verə bilər" Maykl deyir, " Mən 4-cü ya da 5-ci sinifdə oxuyanda anam bütün gecə evə gəlmirdi. Səhərisi gün isə o, hansısa kişi ilə evə qayıtdı və həmin kişi bizim evimizə köçdü. Mən də bununla barışa bilmirdim. Lakin mən məktəbi bitirəndən sonra onunla dostlaşdım. O, mənə hər şeyi verdi. O, mənim daxilimdə işçi ruhunu möhkəmləndirdi.
Mike Havenaar
Mayk Havenaar (d. 20 may 1987) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 4 qol vurub.
Mike Kabo
Mike Kabo (30 mart 1986, Quda, Cənubi Hollandiya) — Niderlandı təmsil edən su poloçusu. Mike Kabo, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Məşkəy (Uçalı)
Məşkəy (başq. Мәҫкәү, rus. Москово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Naurız kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 69 km, kənd sovetliyindən (Naurız): 9 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 79 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
İçəkəy (İşembay)
İçəkəy (başq. Иҫәкәй, rus. Исякаево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Makarov kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (İşembay): 56 km, kənd sovetliyindən (Makarov): 5 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 54 km.
Martin Miçel
Martin Miçel (5 sentyabr 1994) — Boliviyalı cüdoçu. Martin Miçel Boliviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Miçel Boliviyanın olimpiyadalarda iştirak edən ilk cüdoçusudur. == Karyerası == Martin Miçel birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/32 final mərhələsində Kubanın nümayəndəsi Eşli Qonzalez ilə üz-üzə gəldi. Həmin görüşdə Martin Miçel rəqibinə 0:110 hesabı ilə uduzdu.
Mişkə (Baltas)
Mişkə (rus. Мишкино, başq. Мишкә) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 326 nəfərdir. Kənd, rayon mərkəzindən 31 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 100 kilometr uzaqlıqdadır.
Mişkə (Uçalı)
Mişkə (başq. Мишкә, rus. Мишкино) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Naurız kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 65 km, kənd sovetliyindən (Naurız): 5 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 75 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
Miəkə rayonu
Miəkə rayonu (başq. Миәкә районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Qırğız Miəkə kəndidir. Rayon Başqırdıstanın cənub-qərb hissəsində, Orenburq vilayəti ilə həmsərhəddə yerləşir. Rayon 1930-cu ildə təsis edilmişdir. Rayonun şərq hissəsi Ümumi Sırtın şimal hissəsi, qərb hissəsi isə Buqulma-Bələbəy dağları ilə əhatələnmişdir. Onun ərazisindən Urşak, Dema çayları və onların qolları olan Uyazi, Miyaki, Meneuz çayları axır. Rayon isti, az quraq bir aqroiqlim bölgəsində yerləşir. İqlimi mülayim kontinentaldır. Torpaq örtüyü qaradır.
Məçkə-xacə
Məçkə-xacə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Məckəxacə oyk., miir. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Cağacıq çayının sahilində, dağətəyi ərazidədir. Əsl adı Mahcəkə Xacə olmuşdur. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim tat dilindəki mah (dayanacaq), cəkə (yer) və xacə sözlərindən ibarət olub, “xacənin dayanacaq yeri, düşərgəsi” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 392 nəfər əhali yaşayır.