Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miniətək
Mini ətək diz qapağından yuxarıda qalan qısa ətəklərə verilən ümumi addır. Tarixi E.ə. XIV əsrə gedib çıxan mini ətək 1960-cı illərdə məşhurlaşmışdır. Jozefina Beykerin 1920-ci illərdə nümayişlərdə istifadə etdiyi "banan paltarı" müasir mini ətəyin ilk nümunələrindən biri hesab olunur. Mikro ətək çox qısa bir yubka növü olub, mini ətəkdən daha qısadır. Mikro ətək, altından başqa bir paltar geyilmədiyi təqdirdə, ombanın aşağı hissəsini açıq buraxır. Bunun qarşısını almaq üçün onu tayt və ya şortla bərabər geyinmək mümkündür. == Xarici keçidlər == "1960'ların modası". Viktoriya və Albert Muzeyi. 18 sentyabr 2016 tarixində arxivləşdirilib.
Marina Mnişek
Marina Mnişek (pol. Maryna Mniszech, rus. Марина Мнишек; 1588, Murovanoye[d], Lvov vilayəti – 24 dekabr 1614, Kolomen Kremli[d], Kolomna), rus folklorunda Cadugər Marinka olaraq tanınır — siyasi avanturist. XVII əsrin əvvəllərində Polşanın Rusiyaya qarşı hərbi müdaxiləsinin təşkilatçılarından biri olan Yeji Mnişekin qızı. Əvvəlcə I Yalançı Dmirti, sonra isə II Yalançı Dmitri ilə nikahlanmışdır. II Yalançı Dmitri 1610-cu ilin dekabrında vəfat etdikdən sonra Mnişek ataman İvan Zarutskinin simasında özünə himayədar tapmışdır. Lakin Zarutskinin Mnişekin II Dmitridən olan oğlu İvanı Rusiya taxt-tacına sahib etmək cəhdləri boşa çıxmışdır. 1614-cü ildə kazaklar Həştərxanda Mnişeki, oğlunu və Zarutskini taparaq Rusiya hökumətinə vermişdir. Zarutski və Mnişekin oğlu Moskvada edam edilmiş, Mnişek özü ilə zindanda vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Костомаров Н. И. Русская история в жизнеописаниях её главнейших деятелей.
Con Parker (minitmen)
Con Parker (ing. Con Parker; 13 iyul 1729, Leksinqton[d] – 17 sentyabr 1775, Leksinqton[d], On üç koloniya) — ABŞ müstəmləkə fermeri, əsgəri və daha sonra zabiti. O, 19 aprel 1775-ci ildə Leksinqton döyüşündə Amerika milislərinə komandanlıq etmişdir. == Ailəsi == Con və həyat yoldaşı Lidiya Parkerin 7 övladı var idi: Lidiya, Anna, Con, İsaak, Rut, Rebekka və Robert. Onun bağ evi Leksinqtondakı Sprinq-stritdə idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Frothingham, Richard. History of the Siege of Boston, and of the Battles of Lexington, Concord, and Bunker Hill. C. C. Little & J. Brown. 1851.