MİNDİRMƏK

f.
1. Oturtmaq, əyləşdirmək (miniyə). Təyyarəyə mindirmək. Arabaya mindirmək.
– …Yusif Sərracı mindirdilər ata… M.F.Axundzadə.
[Telli:] [Gəlini] yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib Allah-Allah ilə aparırlar. Ü.Hacıbəyov.

2. Üstünə qoymaq, yerləşdirmək.
3. Keçirmək, yerinə salmaq, qoymaq.
Bunu fikirləşib Koroğlu oxu mindirdi çilləyi-kəmanə, başçı durnaya bir ox atdı. Koroğlu”.

MİNDİRMƏ
MİNERÁL

Digər lüğətlərdə