Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Finister
Finister (fr. Finistère, bret. Penn-ar-Bed) — Fransa qərbində , Bretan regionun departamentlərindən biri. Sıra nömrəsi — 29. İnzibati mərkəzi — Kemper . Əhalisi — 929 286 nəfər. (departamentlər arasında 24-cü yer, 2010-cu ilin məlumatları) == Coğrafiyası == Sahəsi — 6733 km². Arra təpəsində Bretan regionun ən yüksək nöqtəsidir - Rox-Ruz (385 m). === Rayonları === Kemper (Quimper) Brest (Brest) Şatolen (Châteaulin) Morle (Morlaix) == Tarixi == Finister — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaranan ilk departamentlərindən biri idi. Keçmiş Bretan əyalətinin ərazisində yerləşir.
Minstrel
Minstrel orta əsr Avropasında bir növ aşıqdır. Bununla birlikdə, bir şoumen cəhəti var. Əvvəlcə bir musiqiçi, hoqqabaz, akrobat, müğənni və ya təlxək kimi hər cür əyləncəni həyata keçirən insanı izah edən termin, sonradan (XVI əsrdən başlayaraq) mahnı oxuyan və musiqi alətlərində ifa edən bir ifaçı mənasına gəldi. Uzaq ölkələrin, real tarixi hadisələri və ya xəyali hekayələri haqqında mahnılar oxuyurdular. Öz nağıllarını danışsalar da, tez-tez başqalarının əsərlərini əzbərləyirdilər. Onlar tez-tez kral ailələri və ya zadəganlar tərəfindən ziyafətlərə dəvət olunurdular. 20-ci əsrin əvvəllərinə qədər öz mövcudluğunu qoruyub saxlamağı bacarmışdır. İngiltərədə, peşəkar şair, öz şeirlərini bəstələyib arfa ilə oxuyan bir növ bəstəkar kimi tanınırdılar. XIII əsrin sonlarında isə Minstrel termini, öz ağasını musiqi və mahnı ilə əyləndirən bir sənətkarı ifadə etmək üçün istifadə olunmağa başlandı. Bəziləri isə daha ciddi bir meyl ilə siyasi şərhlərdə iştirak etmiş və ya təbliğatlar aparmağa başlamışdırlar.
Aprite le finestre
Aprite le finestre (azərb. Pəncərələri açın‎)— İtaliyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Franka Raymondi italyan dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil. Mahnının sözləri Pino Perottiyə, musiqisi isə Vircilio Panzutiyə məxsusdur.
Silistrə əyaləti
Silistrə əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Minirə Ağahüseynova
Minirə Məmmədəli qızı Ağahüseynova (d. 26 mart 1949, Bakı, Azərbaycan SSR) - Azərbaycan kimyaçısı, kimya elmlər doktoru, professor, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ümumi kimya kafedrası müdiri. Minirə Ağahüseynova 26 mart 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Neft və Kimya İnstitunun kimya-texnologiya fakültəsini bitirmişdir. 1989-cu ildə kimya elmlər doktoru, 1991-ci ildə isə professor adını almışdır. Minirə Ağahüseynova 1993-cü ildən Azərbaycan Dövlət Neft Akademiyasının ümumi və qeyri-üzvü kimya kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Elmi araşdırmaları keçid metalların kompleks birləşmələrinin kimyası, alınma üsulları, quruluşları sahəsinə aiddir. 250-dək elmi əsərin,20 dərslik və dəsr vəsaitinin, 6 ixtiranın və 2 ixtira patentinin müəllifidir. Minirə Ağahüseynova Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü (1995), Avropa Kimya Cəmiyyətinin üzvü (1997), Beynəlxalq Eko-Energetika Akademiyasının akademiki (1998) seçilmişdir. Minirə Ağahüseynova 2000-ci ildə Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, Böyük Britaniya) tərəfindən "Minilliyin adamı" fəxri adına, 2010-cu ildə isə "Əməkdar müəllim" adına layiq görülmüşdür.
Minirə Dilbazi
Minirə Xulusi qızı Dilbazi — Musiqiçi, Sənətşünaslıq namizədi (1982), Professor (1993), əməkdar müəllim, Əmək Veteranı, Bakı Musiqi Akademiyasının ümumi fortepiano kafedrasının müdiri. AHİŞ-ın Fəxri Fərmanı ilə təltif edilmişdir. Minirə Xulusi qızı Dilbazi 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun Xanlıqlar kəndinin Dilbazilər soyundandır. Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını (Azərbaycan Dövlət Konservatoriyasını) fortepiano ixtisası üzrə müvəffəqiyyətlə bitirdikdən sonra 1961-ci ildən ümumi fortepiano kafedrasında pedaqoji fəaliyyətə başlamışdır (müəllim, baş müəllim, dosent). 1993-cü ildən indiyə kimi professor və kafedra müdiri vəzifələrində çalışır. İşlədiyi 40 illik fəaliyyəti ərzində onun sinfini 240 nəfər bitirmişdir. Bunlardan BMA-nın 1 prorektoru, kafedra müdiri, sənətşünaslıq doktoru, professor Elxan Babayevi, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, ABİ-nın katibi, kafedra müdiri, professor Ramiz Zöhrabovu, kafedra müdiri, sənətşünaslıq namizədi, professor Səadət Seyidovanı, ifaçılıq fakültəsinin dekanı, professor Nəzmiyə Abbaszadəni, fəlsəfə elmləri doktoru Yevgeni Şevtsovu, respublikanın əməkdar artistləri Rumiyyə Kərimovanı, Rasim Abdullayevi, Muxtar Məlikovu, bəstəkar Cavanşır Quliyevi və başqalarını göstərmək olar. M. X. Dilbazinin pedaqoji işi elmi-tədqiqat işi ilə əlaqələndirilir. 1982-ci ildə Moskvada Ümumittifaq Elmi-Tədqiqat incəsənət institutunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra o, sənətşünaslıq namizədi dərəcəsi almışdır.
Minirə Qarayeva
Qarayeva Minirə Gülməmməd qızı (14 aprel 1937, Qutqaşen – 23 yanvar 2022) — professor, Azərbaycan "Xoş Niyyət" Xeyriyyə İctimai Birliyinin təsisçisi və prezidenti və Azərbaycan Qadınlar Cəmiyyətinin xarici əlaqələr üzrə sədr müavini, Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidentidir. Minirə Qarayeva 1937-ci ildə Qutqaşın rayonunun (indiki Qəbələ rayonu) Qutqaşın şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1959-cu ildə həmin institutu "Fərqlənmə diplomu" ilə bitirmişdir. Tələbə yoldaşları arasında tək o "Dövlət imtahan komissiyası"nın və eləcə də onun sədri o zamankı ali təhsil naziri M. Mehdizadənin qərarı ilə ali məktəbdə ingilis dili müəllimi hüququna layiq görülmüşdür. Minirə Qarayeva 1994-cü ilə qədər Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dilinin fonetikası kafedrasının müdiri olmuşdur. 23 yanvar 2022-ci il tarixində Bakıda ürək çatışmazlığından vəfat etmişdir. Uzun illər məzunu olduğu təhsil ocağında ingilis dilinin fonetikası kafedrasının müdiri işləmişdir. Keçmiş SSRİ dövründə SSRİ Ali Təhsil Nazirliyinin elm adamları üçün təşkil etdiyi uzun müddətli xarici ezamiyyətlərə dəvət olunmuşdur. 1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir.
Vətən, yaxud Silistrə (dram)
Vətən, yaxud Silistrə— türk yazıçısı Namiq Kamalın 1873-cü ildə yazdığı dramı. "Vətən, yaxud Silistrə" əsəri Türkiyədə səhnəyə qoyulan ilk əsər olmasa da, Türkiyədə sensasiya doğuran və səs-küy gətirən ilk teatr nümunəsidir, deyə bilərik. Həqiqətən də, 1 aprel 1873-cü ildə İstanbulda səhnəyə qoyulan "Vətən, yaxud Silistrə", kütlənin həyəcanına və çalxalanmasına səbəb olduğu qədər, Namiq Kamalın həyatını dəyişdirmiş, onun 3 ildən artıq sürgün və zindan cəzası almasına səbəb olmuşdur. Ölkəsində ilk dəfə Avropasayağı türk ədəbiyyatını yaradan və bu üslubun sevilməsinə səbəb olan yazıçı Namiq Kamaldır. Sənəti cəmiyyətin Qərbləşməsi üçün bir vasitə olaraq görən Namiq Kamal ümumiyyətlə bir çox ilklərə imza atmış sənətkardır. Məsələn, Türkiyədə ilk dəfə "Vətən şairi" deyə şöhrət qazanan şair məhz odur. Daha sonra 1865-ci ildən təkbaşına qəzet çıxaran yazıçı daha çox millətin gözünü açacaq, despotizmə qarşı, rejimi yıxacaq yazılar yazmağa başlamışdır. Yazılarında sadə xalqa xidmət edəcək məktəblərin açılması, qızların oxudulması, İstanbulun yanğınlardan qurtarması və tibb fakültəsində ancaq fransızca deyil, həm də türkcə dərslərin verilməsindən yazan ilk maarifçilərdəndir. Bu çox səs-küy doğuran məqalələrdən sonra hökumət belə yazıların yazılmasını qadağan etdi və qəzetin bağlanmasına müvəffəq oldu. Tənzimat dövrü Türkiyəsində Namiq Kamal bir fikir və sənət inqilabçısı olaraq tanınmış və xalqın gözündə milli qəhrəman səviyyəsinə yüksəlmişdir.