Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mitoz bölünmə
Eukariot hüceyrələrin əsas bölünmə üsullarından biridir. Fasiləsiz surətdə davam edən bu prosesin öyrənilməsini asanlaşdırmaq üçün onu şərti olaraq 4 hissəyə ayırırlar: Profaza, Metafaza, Anafaza, Telofaza. Mitoz bölünmə prosesi İnterfazadan sonra başlayır. == Profaza == Mitozun birinci fazasıdır. Bu fazada hüceyrənin nüvəsi həcimcə böyüyür, nüvə şirəsinin qatılığı azalır. Spirallaşma nəticəsində nüvə şirəsində olan sapşəkilli xromosomlar qısalır, yoğunlaşır və işıq mikroskopunda daha aydın görünür. Bu zaman ikiləşmiş sentriollar (sentriola malik hüceyrələrdə) qütblərə çəkilir. Sentriollar qütblərə çəkildikdən sonra bölünmə vətərləri yaranmağa başlayır. Profazanın sonunda nüvə pərdəsi (qılafı) ayrı-ayrı hissıciklərə parçalanaraq əriyir. Həmin hissəciklər endoplazmatik şəbəkənin membranlarına birləşir.
Amitoz
Amitoz — bölünmə hüceyrə bölünmələr arasında enerji sərfinə görə ən səmərəli bölünmə üsulu hesab olunur. Mitoz bölünmədən fərqli olaraq, burada bölünmə vətərlərinin yaranması, xromosomların spiral halında burularaq yoğunlaşması, nüvə pərdəsinin itməsi kimi hallar müşahidə olunmur. Xromosomlarda qısalma və yoğunlaşma baş vermədiyi üçün onlar işıq mikroskopu altında görünmürlər. Amitoz bölünmə zamanı hüceyrə enerjisi bəzi hallarda yalnız DNT-nin ikiləşməsinə kifayət edir. DNT-nin bu cür bir neçə dəfə ikiləşməsi nəticəsində bəzən nəhəng xromosomlar yaranır. Əksər hallarda isə hüceyrə enerjisi DNT-nin ikiləşməsi ilə bərabər, həm də nüvənin bölünmısinı kifayət edir, sitoplazma isə bölünə bilmir. Belə bölünmələr adətən çoxnüvəliklə nəticələnir. Amitoz bölünmənin bəzi formalarında isə nüvə bölünməsindən sonra sitoplazma da bölünə bilir və DNT ilə bərabər digər hüceyrə kompenentlərinin qız hüceyrələr arasında müstəqil paylanması baş verir. Bu zaman əvvəl nüvə, sonra isə sitoplazma ortadan ikiyə bölünür. Əgər irsi məlumatlar və hüceyrə kompenentləri qız hüceyrələr arasında qeyri-bərabər paylanarsa, bu adətən hüceyrənin məhvi ilə nəticələnir.
Mioz
Mioz (miosis: yun. μείωσις — kiçilmə, daralma) — göz bəbəyinin (diametri 2,5 mm dən az) daralması. Göz bəbəyini daraldan əzələnin yığılmasından ya da göz bəbəyini genişləndirən əzələnin iflicindən əmələ gəlir.
Mito
Mito (yap. 水戸市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən İbaraki prefekturasının paytaxtı.
Mito İsaka
Mito İsaka (25 yanvar 1976, Saytama prefekturası) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 15 qol vurub.
Aiton
Vilyam Ayton (ing. William Aiton, 1731[…], Hamilton – 2 fevral 1793, Riçmond[d], Böyük London) — şotland botaniki və bağçısı. == Əsərləri == Hortus Kewensis (3 cilddə, London, 1789) == Ədəbiyyat == Taylor, George. Aiton, William. // Dictionary of Scientific Biography 1. New York: Charles Scribner's Sons. 1970, 88–89. ISBN 0-684-10114-9. Aiton William (1731–1793) (ing.) Dictionary of National Biography, 1885–1900, Volume 01 == İstinadlar == International Plant Name Index.
Kifoz
Kifoz - İnsan onurğasında baş verən qeyri-normal əyriliklərdən biri; onurğanın döş nahiyəsində önə doğru əyilməsi. Qozbelliyin əmələ gəlməsinə səbəb olur.
Metod
Metod (yunanca: "methodos") — anlayışının özü "davam etmək", "izləmək" mənasını bildirir. Metod özlüyündə insanların dərki, islahatçı fəaliyyətinin təşkili və idarə olunması üçün lazım olan üsul və priyomlar sisteminin məcmusudur. Metod – elementləri qanunlar və kateqoriyalar, həmçinin praktiki-konkret dərketmə fəaliyyətinin nizamlama prinsipləri olan mürəkkəb struktura malikdir. Obyekt-yönlü proqramlaşdırmada: hər hansı sinfə (CLASS), yaxud obyektə aid olan funksiya və ya prosedur. Prosedurlu proqramlaşdırmadakı prosedur kimi, metod hansısa əməliyyatı yerinə yetirmək üçün müəyyən sayda deyimlərdən (STATEMENT) ibarətdir, giriş arqumentləri yığınına və qaytarılan qiymətə malikdir. Metodları iki qrupa ayırırlar: sadə metodlar və statistik metodlar: • sadə metodlar obyektin verilənlərinə (verilmiş sinfin konkret nüsxəsinə) erişə bilir • statistik metodlar obyektin verilənlərinə erişə bilmir və onlardan istifadə etmək üçün verilmiş sinfin nüsxələrini yaratmağa gərək yoxdur. Metodlar hər hansı sinfin obyektinin verilənlərinə çatmaq üçün interfeys təqdim edir. Metodun təqdim etdiyi giriş səviyyəsindən asılı olaraq, onları aşağıdakı növlərə ayırırlar: • açıq (public) interfeys – verilmiş sinfin bütün istifadəçiləri üçün ümumi interfeys; • qorunmuş (protected) interfeys – verilmiş sinfin bütün varisləri üçün daxili interfeys; • qapalı (private) interfeys – yalnız verilmiş sinfin daxilindən erişməyin mümkün olduğu interfeys. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Minor
Matrisin minoru, onun bir və ya daha artıq sətir və sütunları sildikdən sonra yerdə qalan elementlərdən düzəldilmiş matrisin determinantıdır. == Nümunə == Nümunə üçün aşağıdakı matris: [ 1 4 7 3 0 5 − 1 9 11 ] {\displaystyle {\begin{bmatrix}\,\,\,1&4&7\\\,\,\,3&0&5\\-1&9&\!11\\\end{bmatrix}}} Bu matrisin M 2 , 3 {\displaystyle M_{2,3}} minorunu tapaq. Bu minoru tapmaq üçün matrisdə 2-ci sətirdəki elementləri silək, həmçinin 3-cü sütundakı eleməntləri silək, daha sonra isə yerdə qalan elementlərdən alınan matrisin determinantını hesablasaq: | 1 4 ◻ ◻ ◻ ◻ − 1 9 ◻ | {\displaystyle {\begin{vmatrix}\,\,1&4&\Box \,\\\,\Box &\Box &\Box \,\\-1&9&\Box \,\\\end{vmatrix}}} ⟶ {\displaystyle \longrightarrow } | 1 4 − 1 9 | = ( 1 ∗ 9 − ( 4 ∗ ( − 1 ) ) ) = 13 {\displaystyle {\begin{vmatrix}\,\,\,1&4\,\\-1&9\,\\\end{vmatrix}}=(1*9-(4*(-1)))=13} M 2 , 3 = 13 {\displaystyle M_{2,3}=13} alarıq.
Minos
Minos və ya Minoy (q.yun. Μίνως) — Kritin mifik hökmdarı , Zevslə Avropanın oğlu, Pasifayanın əri. Dedal sayəsində bir çox sənət əsərlərinə sahib olmuşdur. Dedal onun üçün saraylar tikmişdir. Minos yunanların arasında dənizlər hökmdarı kimi tanınırdı. O, öz hərbi qüdrətinə görə Dedala borclu idi. Elə ona görə də Dedalı əlindən buraxmaq istəmirdi. Dedal Siciliyaya qaçandan sonra Minos adaya qoşun yeritmişdi. O sənətkarın yerini öyrənmək üçün yumurta qabığı gətirib elan etmişdi ki, kim onun içindən sap keçirsə, böyük mükafat alacaq. Bunu yalnız Dedal edə bilərdi və beləliklə Minos onun yerini öyrənmişdi.
Miron
Miron (yun. Μύρων)(b.e.ə.480-440) — Afinada yaşamış heykəltaraş. O, Eletrada doğulub. Aqeladasın tələbəsi olub. Miron əsərlərinin çoxunu bürüncdən hazırlayırdı. Tanrıların və qəhrəmanların heykəllərini hazırlamasına baxmayaraq Miron əsasən idmançıların heykəllərini hazırlayırdı. Tarixçi Plini Mironun işlərinin Polikletin işlərindən daha və düzgün daha harmonik olduğunu bildirmişdir. Onun ən məşhur əsərləri, Plininin "Pliny’s Natural History"(Plininin təbii tarixi) adlı əsərinə daxildir. (Bu əsər Roma vaxtından indiyə qədər gəlib çatan nadir əsərlərdəndir. Əsərdə hər şey haqqında məlumat toplanmışdır) Miron deyirdi ki, o, öz əsərlərinə heyranedici və həyat xüsusiyyətlərini verəndə fikrindəki emosiyaları orada göstərə bilmirdi.
Mizon
Mizon (fr. Mison, oks. Mison) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sisteron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04123. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 985 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 636 nəfərin (15-64 yaş arasında) 468 nəfəri iqtisadi cəhətdən, 168 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 71.3%) idi. Fəal olan 468 nəfərdən 425 nəfər (240 kişi və 185 qadın), 43 nəfər işsiz (17 kişi və 26 qadın) idi.
Motor
Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu. == Ümumi məlumat == Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsu başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir. Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin. == Mühərrikin növləri == Mühərriklər iki qrupa bölünürlər.
Metox
Metox (yun. μετόχιον или μετόχι ) — Bizansda və Balkanlarda daha böyük bir monastıra tabe olan və bu monastırın iqtisadiyyatını təmsil edən kiçik monastır (və ya kilsə). Metox həm şəhərdə, həm də kənd yerlərində yerləşə bilər. Bir qayda olaraq, metoxun ayrı-ayrı sahələrdən, üzüm bağlarından və dəyirmanlardan ibarət kiçik təsərrüfatı var idi. Buna baxmayaraq daha böyük metoxlar da məlumdur ki, onların asılı əhalisi olan kəndləri (pariklər) olmuşdur. Dünyəvi insanlara məxsus metoxlar da var idi. Bir qayda olaraq, bunlar aristokratiya, varlı şəhər əhalisi və ya kəndlilərin nümayəndələridir. Başqa sözlə, monastır və ya kilsə dünyəvi şəxsin şəxsi mülkiyyətində idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Еп. Порфирий (Успенский).
Mitau
Yelqava (latış. Jelgava‎) — Latviyanın Zemqale diyarında yerləşən şəhər. 1578—1795-ci illər arasında Kurzeme və Zemqale Hersoqluğun paytaxtı idi.
Hitoa
Ixora (lat. Ixora) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Miyon
Ço Miyon (kor. 조미연; 31 yanvar 1997, Sodemun rayonu[d]) və ya tanınan səhnə adı ilə Miyon (kor. 미연) – Cənubi Koreya müğənnisi və aktrisası. "(G)I-dle" qrupunun vokalistidir. "K/DA" virtual musiqi qrupunda "League of Legends" personajı olan Ahrini canlandırmışdır. == İlk illəri == Ço Miyon 31 yanvar 1997-ci ildə doğulmuşdur. Ailədə tək uşaqdır. Atasından təsirlənərək musiqiyə maraq göstərmişdir. O, musiqi məktəblərinə getmiş, skripka, gitara və pianoda ifa etməyi öyrənmişdir. Orta məktəbdə oxuyarkən "YG Entertainment"in seçimlərinə qatılmış və 5 il təcrübə keçmişdir.
Motol
Motal (belar. Мо́таль) — Belarusiyanın Brest vilayətinin İvanovo rayonundakı kənd təsərrüfatı şəhəri. Motolski kənd sovetinin inzibati mərkəzi. Yaselda çayının sağ sahilində yerləşir. Motol kəndi kənd təsərrüfatı şəhərciyinə çevrilmiş, lakin kənd yaşayış məntəqəsi statusunu dəyişməmişdir. Kəndin qədim adı Motıldır.
Lappa minor var. minor
Ulmus minor subsp. minor
Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü. == Təbii yayılması == Yabanı halda Şimali İranda və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır.
Lappa minor
Xırda atpıtrağı (lat. Arctium minus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü.
Lineer motor
Lineer motor – xətti mator ya da xəttli hərəkətli motordur, statoru və rotoru "açıq" olan bir elektrik matoru. == Haqqında == Bu səbəblə fırlanma anı yaratmaq yerinə uzunluğu boyunca xətti güc istehsal edir. Ancaq bütün lineer matorlar düz deyildir. Lineer matorun aktiv bölümünün sonu vardır, halbuki ənənəvi elektrik matorlarında döngə davamlıdır. İş rejimi, qüvvə cərəyanı və maqnit sahəsi tətbiq edilən hissədə xətti olaraq mütənasib olduğu Lorentz tipli mator kimidir.( F= IL x B ) Lineer mator ən çox həssaslığı yüksək olan mühəndislik tətbiqlərində istifadə olunur.Eyni zamanda xüsusi elmi konfranslar və mühəndisliyə aid dərs kitabları ilə inkişaf edən tətbiqi tədqiqat sahəsidir. Lineer matorun, aşağı və yuxarı sürətli 2 sinifə bölünməklə bir çox dizaynları hazırlanmışdır. Aşağı sürətli lineer matorlar, maqlev qatarlarına və digər yerdən gedən nəqliyyat tətbiqlərinə uyğundur. Yüksək sürətli lineer matorlar qısadır və misal olaraq rulon silahda olduğu kimi çox yüksək sürətə çatmaq üçün nəzərdə tutulmuşdur. Yüksək sürətli lineer matorlar hiper sürətli təsir tətqiqatlarında silah və ya kosmik gəmi hərəkəti üçün kütlə sürücüssü olaraq istifadə edilir. Bunlar adətən, hava boşluğunun bir tərəfində aktiv üç fazalı soyunma və digər tərəfində passiv bir keçirici nömrə nişanı olan AC lineer induksiya matoru (LM) dizaynındadır.
Mark Mitin
Mark Borisoviç Mitin (rus. Марк Борисович Митин; 22 iyun (5 iyul) 1901, Jitomir, Volın quberniyası[d], Rusiya imperiyası – 15 yanvar 1987, Moskva) — SSRİ filosofu, ictimai xadim, SSRİ Dövlət mükafatı laureatı (1943). == Həyatı == === İlk illəri === Mark Borisoviç Mitin Rusiya imperiyasının Volın quberniyası tərkibində olan Jitomir şəhərində (indiki Ukrayna) anadan olmuşdur. === Elmi fəaliyyəti === Mark Mitin Kommunist Tərbiyəsi Akademiyası direktorunun müavini və Fəlsəfə İnstitutunun direktorunun müavini kimi çalışmışdır. O, 1956–1960-ci illərdə Ümumittifaq Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin idarə heyətinin sədri, 1960–1967 "Voprpsı filosofii" jurnalının baş redaktoru olmuş, 1967-ci ildən SSRİ EA Rəyasət Heyətinin İctimai elmlər bölməsi yanında xarici ideoloji cərəyanlar problemləri Elmi şurasının sədri kimi çalışmışdır. Mitin marksist fəlsəfənin inkişafında Lenin mərhələsi, fəlsəfənin partiyalılığı, dövlət və sosialist demokratiyası, nəzəriyyəsi məsələləri və s. ilə məşğul olmuşdur. === Siyasi fəaliyyəti === Mark Mitin 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1939–1944-cü illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutunun direktoru olmuşdur. Mitin Sovet İttifaqı Kommunist Partiyasının XVIII–XX qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir.
Mentha minor
Çəmən nanəsi (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Calamintha arvensis (L.) Garsault Mentha arvensis var.
Milos gürzəsi
Milos gürzəsi (lat. Macrovipera schweizeri) — Gürzələr fəsiləsinə Nəhəng gürzə cinsinə daxil olan növ. Populyasiyasının ümumi sayı 10 min baş olaraq qiymətləndirilir. Onların 7–8 min başı Milos adasında yaşayır. == Yayılması == Milos gürzələri Egey dənizinin Kiklad arxipelaqı adalarında rast gəlinir — Milos, Kimolos, Poliaqos, Sifos (Yunanıstan). == Təsviri == Yetkin gürzələrin uzunluğu 80 sm təşkil edir. Başının sonucu dairəvi olub, başın yuxarı hissəsində və göz ətrafında xüsusi rəngli xətlər vardır. Göz ətrafında 2–3 cərgədən pulcuğa sahibdir. Bədəninin mərkəzi hissəsində 23 (21–25) cərgədən ibarət pulcula örtülmüşdür. Bədən rəngi olduqca fərqlidir, bununla belə həm də olduqca parlaqdır.