Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monument (London)
Monument (ing. The Monument) — İngiltərənin paytaxtı Londonda 1666-cı ildə baş verən Böyük London yanğınına həsr olunmuş abidə. 1671-ci ildə tikintisinə başlanmış, 1677-ci ildə tamamlanmışdır. == Haqqında == Abidə 1671-ci ildə İngiltərə kralı II Karl Stüartın istəyi ilə Kristofer Ren və Robert Huk tərəfindən dizayn edilmiş və fəlakətin başlanğıcı olan Paddinq küçəsinin 60 m uzaqlığında yerləşdirilmişdir. 61 metr hündürlüyündə olan bu abidə Londonun ən görməli və ən çox ziyarətçi ilə turist cəlb edən tarixi abidələrindəndir. Qısaca sadəcə Monument adlandırılan abidənin adı yaxınlıqda yerləşən bir metro stansiyasına verilmişdir. Abidənin tikintisində həmçinin "... Papanın xainliyi və fəsadlığı üzündən şəhərin ən böyük yanğını başlamışdır..." kimi sözlərlə də katoliklər ağır ittiham olunurdu. II Ceymsin kral olduğu 1685-1689-cı illər istisna olmaqla bu yazılar 1830-cu ilə qədər abidənin üzərində olmuşdur.Abidənin təpəsinə çıxan pilləkən 311 pillədən ibarətdir. 1788-1842-ci illərdə 6 nəfər özünü bu abidənin eyvanından atdığından XIX əsrin ortalarında bura qəfəs yerləşdirilmişdir.
Monumental boyakarlıq
Monumental boyakarlıq və ya muralizm — memarlıqla bağlı olan, lakin müstəqil ideya məzmunu və bədii ifadə vasitələrinə malik iri boyakarlıq əsərləri. Monumental boyakarlığa süjetli pannolar, mozaika və ya freskalardan ibarət divar rəsmləri daxildir. == Tarixi == Monumental boyakarlıq Qədim Misir, Çin, Hindistan, Yunanıstan və Roma incəsənətində mühüm yer tutmuşdur. Bizans və Qədim Rus incəsənətində təsviri sənətin ən geniş yayılmış növü monumental boyakarlıq olmuşdur. Monumental boyakarlığın çiçəklənmə dövrü XIV–XVI əsrlərə təsadüf edir. İtaliyada Renessans dövrünün görkəmli rəssamlarının (Cotto, Rafael, Leonardo da Vinçi, Mikelancelo, Veronoze və b.) yaradıcılığında özünün yüksək inkişaf səviyyəsinə çatmışdı. Monumental boyakarlıq orta əsrlərdə Şərq ölkələrində də geniş yayılmışdı (Hindistanda Acanta, Orta Asiyada Pəncikənd və s.). Kapitalizm dövründə, xüsusilə XIX–XX əsrin əvvəllərində monumental boyakarlıq tənəzzülə uğramışdır. Müasir dövrdə monumental boyakarlıq Avropanın və Latın Amerikasının bir çox ölkəsində (xüsusilə Meksikada Dieqo Rivera, Xose Klemente Orosko, Xose David Alfaro Sikeyros və başqalarının yaradıcılığında) geniş yayılmışdır. == Azərbaycanda == İslam dininin məhdudlaşdırıcı təsirinə baxmayaraq, Azərbaycanda da monumental boyakarlıq əsərləri yaradılmışdı (Şəki xanları sarayının divar rəsmləri və s.).
Monumental sənət
Monumental sənət — əzəməti və mühüm ideya məzmunu ilə fərqlənən, möhtəşəm və ümumiləşdirilmiş formalarda ifadə olunan plastik sənət növü. Monumental sənətə xatirə abidələri, binaların heykəltaraşlıq, boyakarlıq və mozaika bəzəkləri, vitrajlar, şəhər və park heykəltaraşlığı, fəvvarələr və s. daxildir (bəzən memarlıq əsərləri də monumental sənətə aid edilir). Monumental sənət vacib dövlət məsələlərinə, mühüm ictimai ideyaların geniş kütlə arasında təbliğinə və yayılmasına xidmət edir. Monumental sənət antaqonist sinifli cəmiyyətdə hakim ideologiyanı təcəssüm etdirir, realist incəsətin yüksəlişi dövründə qabaqcıl. demokratik və humanist ideyaların ifadəsinə çevrilir. == Tarixi == Monumental sənətin ilk nümunələri ibtidai cəmiyyətdə yaranmışdır. Menhirlərdə, dini heykəllərdə və qaya rəsmlərində təbiət qüvvələrinin əzəməti haqqında ibtidai insanın təsəvvürləri təcəssüm olunmuş, onun əmək vərdişləri öz əksini tapmışdır. Qədim Misirdə monumental sənət ictimai quruluşun sarsılmazlığı fikrinin möhkəmlənməsinə və hökmdarların şəxsiyyətinin ilahiləşdirilməsinə xidmət edirdi (Cizədə Böyük Sfinks heykəli). Qədim Yunanıstanda quldarlıq demokratiyasının yüksəlişi dövründə insan gözəlliyinə və ləyaqətinə inam hissləri ilə aşılanmış monumental sənət əsərləri yaradılmışdı (Afina Parfenonunun heykəltaraşlıq bəzəkləri).
Monumental təbliğat
Monumental təbliğat — Oktyabr inqilabının qələbəsindən sonra monumental incəsənətin inkişafına dair Vladimir Leninin irəli sürdüyü plan və bu planın həyata keçirilməsi üçün SSRİ hökumətinin kompleks tədbirləri. == Tarixi == Leninin təşəbbüsü və bilavasitə nəzarəti altında həyata keçirilən monumental təbliğat planında inqilabi ideyaları təbliğ və xalq kütlələrinin sosializm ruhunda tərbiyə etmək məqsədilə şəhərlərdə heykəltəraşlıq monumentləri və abidələrinin ucaldılması, xatirə lövhələrinin vurulması nəzərdə tutulurdu. "Çarların və onların qulluqçularının şərəfinə ucaldılmış abidələrin götürülməsi və Rusiya Sosialist inqilabı abidələri ("Respublika abidələri haqqında") üçün layihələr işlənməsi haqqında" Xalq Komissarları Sovetinin 12 aprel 1918-ci il tarixli dekreti monumental təbliğatın başlanğıcı olmuşdur. Dekret tarixi və bədii qiymətə malik olmayan monumentlərin götürülməsinin, inqilabi monumental incəsənət əsərləri yaradılmasını nəzərdə tutmuşdur. Vladimir Leninin göstərişi ilə Petroqradda (indiki Sankt-Peterburq) bəzi abidələr (əsasən köhnə olanlar) saxlanıldı. Moskva və Petroqradda ən yaxşı sovet heykəltəraşlarının işlədikləri abidə və büstlər, xatirə lövhələri qoyuldu. Abidələrin açılışı təntənəli şəraitdən keçirilirdi. Bu mərasimlərin bir neçəsində Lenin iştirak etmiş, nitq səsləndirmişdir. 1920-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlarının qərarı ilə Bakıda Karl Marks, Mirzə Ələkbər Sabir (1920, 1922), 26 Bakı komissarı və başqalarına abidə qoyulmuşdur. Azərbaycan sovet heykəltəraşlığı monumental təbliğat planına əsasən inkişaf etmişdir.
Monumentum Ancyranum
Monumentum Ancyranum (azərb. Ankara abidəsi‎) - Türkiyənin Ankara şəhərində yerləşən arxeoloji abidədir. Adını “Res Gestae Divi Augusti” (İlahi Avqustun əməlləri) kitabəsindən alan abidə, Ankara şəhərində qədim Avqusteum hissəsində yerləşir. Buradan “Res Gestae” əsərinin ən yaxşı qorunmuş variantı aşkarlanmışdır. == İnşası == Məbəd e.ə.25-20-ci illərdə Anadolunun Roma imperiyası tərəfindən fəth edilməsi və mərkəzi Ankira şəhəri olan Qalatiya vilayətinin yaradılmasından sonra inşa edilmişdir. == Res Gestae Divi Augusti == 14-cü ildə Avqustun ölümündən sonra “Res Gestae Divi Augusti” mətni məbədin interyerində pronaos hissəsində latın dilində, fasadın çella hissəsində isə yunan dilində həkk edilmişdir. Əsərin, Romadakı Avqust mavzoleyi qarşısında ucalan tunc sütunlar üzərində yazılmış tam mətni çoxdan itirilmiş, digər iki saxlanmış mətn isə tam olmadığına görə bu mətnlər əsərin ən yaxşı qorunmuş nüsxəsi hesab edilir.Monumentum Ancyranum haqqında qərb aləminə ilk məlumat, Sultan Süleyman Qanuninin dövründə (1555-1562) Müqəddəs Roma imperiyası imperatoru I Ferdinandın Kiçik Asiyanın Amasiya şəhərinə göndərdiyi səfir Ojye Gislen de Busbek olmuşdur. Kitabəni ilk dəfə oxuyan Busbek Qay Svetoni Trankvilldən oxuduğu məlumatlar əsasında kitabənin mənşəyini müəyyən etmişdir; O, kitabələrdəki mətnlərin bir hissəsini “Türk məktubları”nın tərkibində nəşr etdirmişdir. == İstinadlar == == Ədəbiyyat == Botteri P. and Fangi G. (2003). The Ancyra Project: the Temple of Augustus and Rome in Ankara, ISPRS Archives, volume XXXIV part 5/W12 Commission V, pp 84–88.
Meksika monumental boyakarlığı
Meksika monumental boyakarlığı və ya Meksika muralizmi (isp. Muralismo) — Meksikada boyakarlıq cərəyanı. Bu, Meksika vətənpərvərliyinə əsaslanır. Meksika monumental boyakarlığında üsyançı qəhrəmanlara, milli tələblər uğrunda mübarizələrə vurğulanır. Hərəkat eyni zamanda ölkənin hindi keçmişinə də işarə edir. 1920-ci illərdən 1970-ci illərə qədər ictimai binalarda milli, sosial və siyasi mesajları özündə təcəssüm edən çoxlu freskalar yaradılmışdır. Bu cərəyan ABŞ da daxil olmaqla Amerikanın digər ölkələrində incəsənətə təsir etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Anreus, Robin Adèle Greeley, and Leonard Folgarait, eds. Mexican Muralism: A Critical History. Berkeley and Los Angeles: University of California Press 2012.
Azərbaycanda ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı
Azərbaycanda ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı. Siyahıda ən qədim abidələr XIV əsrə aid Nardarandakı Xan bağı və XVII əsrə aid Gəncədəki Sərdar bağıdır.
Konsument
Konsument (ekonomia) — iqtisadi silsiləsinin sonunda baş verən mobil. Sosiologiya İstehlakçılar kommunikativ bazar tamaşaçı kimi hesab olunur. Şirkət, ticarət əlaqələri ünsiyyət olan tərəflərin biri kimi və ümumi sosial fenomen kimi, iki kateqoriyada hesab edilə bilər.
Moment
Moment — mexanikada tətbiq nöqtələri və istiqamətləri eyni oxdan meyillənən eyni qiymətli qüvvələr tərəfindən yaradılan fırlanma təsiridir. Qüvvələrin istiqamət xətləri arasındakı məsafəyə qüvvə qolu deyilir. Momentin qiyməti qüvvə ilə onun qolunun hasilinə bərabərdir. Momentin xüsusi halı olan dönmə momenti fırlana bilən cismə təsir edir. Bunu düzxətli hərəkət edə bilən cismə qüvvə təsiri ilə də müqayisə etmək olar. Bu zaman qüvvənin təsirindən cism fırlanma oxu ətrafında dönərək təcillənir. Dönmə momentinin vahidi N . m {\displaystyle N.m} -dir. O bu düsturla tapılır: M → = r → × F → {\displaystyle {\vec {M}}={\vec {r}}\times {\vec {F}}} – Moment vektoru Moment = Qol x QüvvəDömnə momentinin istiqaməti təsir edən qüvvəyə perpendikulyar olub sağ əl qaydası ilə tapılır. Əgər sağ əl ilə qüvvə vektorunu tutsaq və yuxarıya qaldırılmış baş barmaq bununla üst-üstə düşərsə onda dolanmış barmaqlar momentin istiqamətini göstərmiş olarlar.
Portable Document Format
PDF,(Portable Document Format; Daşına bilər Sənəd Formatı), "Adobe" şirkəti tərəfindən 1992-ci ildə yayımlanan platformalar arasında daşına bilən və yazdırıla bilən sənədlər yaratmaq məqsədiylə çıxarılmış ədədi bir fayl formasıdır. Bir çox platforma üçün pulsuz görüntüləyicilər olması səbəbindən PDF yazdırılabilir və təşkil edilməsi gözlənilməyən sənədlərin paylanması üçün istifadə olunur. == Xarici keçidlər == Adobe PDF 101: Quick overview of PDF Arxivləşdirilib 2010-10-07 at the Wayback Machine Adobe: PostScript vs. PDF – Official introductory comparison of PS, EPS vs. PDF. PDF Standards....transitioning the PDF specification from a de facto standard to a de jure standard Arxivləşdirilib 2011-04-24 at the Wayback Machine – Information about PDF/E and PDF/UA specification for accessible documents file format ISO 19005-1:2005 Document of the PDF/A-1 Standard at the International Organization for Standardization (chargeable) PDF Reference Latest PDF version specification (including free version of the ISO standard) Books: PDF 1.6 (ISBN 0-321-30474-8), PDF 1.4 (ISBN 0-201-75839-3), PDF 1.3 (ISBN 0-201-61588-6) Portable Document Format: An Introduction for Programmers – Quick one-page intro to PDF vs.
Grab the Moment
Grab the Moment (azərb. Anı tut‎) — Norveçin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Norveçli duet JOWST və Aleksandar Valmann "Grab the Moment" mahnısı ilə Norveçi Avroviziya 2017-də təmsil etmişdir. Mahnının musiqisi və sözləri Yoakim Uid Stin (JOWST) və Conas MakDonnell tərəfindən bəstələnmişdir.
In This Moment
In This Moment — Amerikan Alternativ metal qrupu. == Tarixi == 2005-ci ildə Maria Brink və gitarist Chris Howorth tərəfindən yaradılmışdır. Daha sonra qrupa zərb alətləri üçün Jeff Fabb, gitarist Blake Bunzel ilə bas gitarist Josh Newell qrupa qatıldı. Qrup ilk demo sinqllarını MySpace, musiqi şəbəkəsin də yaymağa başladı. In This Moment-in ilk studio albomu "Beautiful Tragedy" 2007-ci ildə bıraxıldı. Bir sonrakı il isə qrupun ikinci studio albomu "The Dream" adlı albom diskləri ABŞ-də geniş şəkildə satılmağa başladı. 2010-ci ildə isə "A Star-Crossed Wasteland" adlı albomları çıxdı. Bu albomdan sonra In This Moment 2012-ci il avqustun 14-də "Blood" adlı albomları bıraxıldı.
Moment maqnitud şkalası
Moment maqnitud şkalası (ing. Moment magnitude scale) — zəlzələ əsnasında yaranan enerjini ölçməyə yarayan sistem. Bu şkala 1979-cu ildə Thomas C. Hanks və Hiroo Kanamori tərəfindən yaradılıb və Rixter şkalasının yerini alıb . Moment maqnitud ( M w {\displaystyle M_{\mathrm {w} }} ) ölçüsüz bir rəqəmdir və riyazi formulu aşağıdakı kimidir: M w = 2 3 ( log 10 ⁡ M 0 N ⋅ m − 9.1 ) = 2 3 ( log 10 ⁡ M 0 d y n ⋅ c m − 16.1 ) {\displaystyle M_{\mathrm {w} }={2 \over 3}\left(\log _{10}{\frac {M_{0}}{\mathrm {N} \cdot \mathrm {m} }}-9.1\right)={2 \over 3}\left(\log _{10}{\frac {M_{0}}{\mathrm {dyn} \cdot \mathrm {cm} }}-16.1\right)} Düsturdakı M 0 {\displaystyle M_{0}} seysmik momentdir və istinad moment olaraq nyuton metr ([N · m]) istifadə edilir. [mənbə göstərin]Loqarifm bir miqyas olan moment maqnitud şkalasında ​1 vahid artım, alınan enerjinin 101.5 = 31.6 dəfə artmasına bərabərdir. Eynilə, 2 vahid artım, alınan enerjinin 103 = 1000 qat artması deməkdir. Yuxarıda göstərilən düsturdakı sabitlər elə seçilmişdir ki moment maqnitud şkalasının Rixter şkalası (Richter), ML kimi digər şkalalarla yaxın dəyərlər verir.
Sword Art Online: Infinity Moment
Sword Art Online: Infinity Moment (ソードアート・オンライン -インフィニティ・モーメント-, Sōdo Āto Onrain: Infiniti Mōmento) — Sword Art Online ranobe seriyasına əsaslanan 2013-cü il istehsalı videooyun. Videooyun Yaponiyada PlayStation Portable platforması üçün 14 mart 2013-cü ildə həm məhdud, həm standart nəşrdə buraxılmışdır. Sikvel oyunu "Sword Art Online: Hollow Fragment" (PlayStation Vita) oyununa bu oyunun bütün məzmunu daxildir. == Geympley == Geympleyin MMORPG oyunlarınkına çox bənzərdir, lakin oyun onlayn deyil. Oyunda silahlar almaq və inkişaf etdirmək, missiyalara getmək, digər personajlarla qrup şəklində döyüşmək mümkündür. Baş qəhrəman Kirito qılınclar və baltalar kimi 10 cür silah gəzdirə bilər. == Məzmun == Oyunun məzmunu orijinal hekayənin birinci arkından sonra baş verən alternativ hekayə haqqındadır. Hitklifi məğlub etmələrinə baxmayaraq Kirito və digər personajlar Sword Art Online oyununun içərisində qalırlar və digər VMMORPG oyunçuları (ikinci və üçüncü arkların personajları Lifa və Sinon kimi) özləri bu oyuna daxil olurlar. == İstehsal == Oyun 14 mart 2013-cü ildə Yaponiyada PlayStation Portable platforması üçün buraxılmışdır. 2014-cü ilin iyununda Bandai Namco Games oyuna yeni oyun modu əlavə etmişdir.