Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muğamlar (1965)
Film-konsertin əsasını Azərbaycan xalq musiqisi təşkil edir. İfaçılar — Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Rübabə Muradova, Bəhram Mansurov, Azad Əliyev və başqalarıdır.
Zərbi muğamlar
Zərbi muğam janrının özünəməxsus səciyyəvi cəhətləri var. Öz inkişafı cəhətdən tarixən qədim olan vokal-instrumental zərbi muğamların populyarlığına baxmayaraq, bir janr kimi indiyə qədər o, lazımınca tədqiq edilib öyrənilməmişdir. Bunu əsas səbəblərindən bir son illərə qədər zərbi muğamların not yazısının olmamasıdır. Maraqlıdır ki, janrın mahiyyəti onun adını müəyyənləşdirir.mahnı Məhz zərbi muğam sözü instrumental-vokal muğamların ifası zamanı müğənnini müşayiət edən instrumental ansamblların tərkibində zərbli alətlərə böyük yer verilməsi ilə əlaqədardır. Onu da qeyd edək ki, xanəndə muğam hissələrini oxuyan zaman zərb alətlərinin ritmik formullarını xalq çalğı alətləri ansamblına daxil olan başqa alətlər də ifa edirlər. Bu keyfiyyət digər tərəfdən janrın başqa səciyyəvi cəhətini də müəyyənləşdiri. Məlumdur ki, muğam dəstgahları suitaya bənzər çoxhissəli vokal-instrumental əsərlərdir. Onun səciyyəvi xüsusiyyəti vokalın aparıcı rolundadır. Zərbi muğamlar isə birhissəli kompozisiya təşkil edir. Sərbəst metro-ritmə əsaslanan muğam dəstgahlarının əksinə olaraq zərbi muğamlarda vokal musiqi instrumental müşayiəti dəqiq ölçülü fonuna əsaslanır.
Muğamlar (film, 1965)
Film-konsertin əsasını Azərbaycan xalq musiqisi təşkil edir. İfaçılar — Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Rübabə Muradova, Bəhram Mansurov, Azad Əliyev və başqalarıdır.
Ariflərin irfani məqamları (kitab)
Ariflərin irfani məqamları — Rövşən Abdullaoğlunun İbn Sinanın “İşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının IX fəslinin tərcümə və şərhi. == Məzmun == "Ariflərin irfani məqamı" kitabı İbn Sinanın “İşarat və tənbihat” adlı əsərinin IX bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. “İşarat və tənbihat” İbn Sinanın yazdığı mühüm və şah əsərlərindən hesab edilir. Bu kitab məntiq və fəlsəfə olaraq iki hissədən təşkil olunmuşdur. O, bu kitabın son üç fəslini irfana aid etmişdir. Bu üç fəsil o qədər dərin irfani fikirlərə şamildir ki, ondan böyük alimlər bəhrələnmiş və üstünlüyünü bəyan etmişlər. Bu üç irfani fəsillər arasında da ariflərin irfani məqamları barədə olan IX fəsil özünəməxsus yer tutur. İbn Sina “Ariflərin irfani məqamları” fəslində ariflərin mənəvi yüksəlişləri zamanı keçdikləri irfani mərtəbələri izah etmiş, ariflərin bunları keçə bilmələri üçün etdiyi əməllərdən ümumi olaraq danışmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. == Nəşr == Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən əvvəlcə 202, daha sonra isə yenə 2012-ci ildə 212 səhifədə 60x90 ölçüsündə çap edilib.