ANSAMBL

ANSAMBL I is. [ fr. ] Artistlər dəstəsi. Çalır xalq çalğı alətləri ansamblı.

ANSAMBL II is. [ fr. ] Ahəng, uyğunluq. Opera əsərinə məxsus olan bütün ünsürlər – ariya, duet, ansambl, reçitativ – “Koroğlu” operasında vardır, lakin bunların hamısı Azərbaycan musiqi folkloru qurulan muğamlar əsasında qurulmuşdur (Ü.Hacıbəyov).

ANCAQ
APARAT
OBASTAN VİKİ
Ləzgihəngi (ansambl)
Dağıstan Dövlət Akademik Əməkdar Rəqs Ansamblı "Ləzginka" — Tanxo İzrayılov tərəfindən 1958-ci ildə yaradılmış Dağıstan Respublikası Dövlət Akademik Əməkdar Rəqs Ansamblı. == Tarixi == 1957-ci ildə Dağıstan vilayət partiya komitəsinin birinci katibi Əbdürəhman Daniyalov, Tanxo İzrayılova respublika xalq rəqsləri ansamblı təşkil etmək üçün tapşırıq verdi. Bir xoreoqrafiya qrupu yaratmaq üçün İzrayılov həmkarları ilə birlikdə Dağıstanın bütün bölgələrini gəzdi. Bu ezamiyyət zamanı İzrayılov xalq rəqsləri üzrə mütəxəssislərlə görüşmüş, yerli toy və bayramlarda iştirak etmişdir. İzrayılov xeyli sayda material toplamağı bacardı və bunun əsasında Dağıstan xalqlarının rəqslərini səhnələşdirməyə başladı.1958-ci ildə Dağıstanda yeni bir ansambl üçün rəqqasları seçmək üçün böyük bir müsabiqə elan edildi. Bunun üçün Dağıstanın hər yerindən Mahaçqalaya 700-dən çox iştirakçı gəldi. Nəticədə 16 ilə 25 yaş arasında yalnız qırx cüt oğlan və qız seçildi.Doqquz ay davam edən məşqlər üçün 17 nömrədən ibarət konsert proqramı hazırlanmışdır. İlk tamaşa 1958-ci ilin may ayında Mahaçqala şəhərində M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrında baş tutdu. Ansamblın sənətçiləri Nikolay Lakovun eskizlərinə görə hazırlanan kostyumlarda çıxış etdilər.1970-ci ildə Tanxo İzrayılov bədii rəhbər vəzifəsini qoruyaraq ansamblın rəhbərliyindən istefa verdi. Direktor vəzifəsinə ansamblın həmkarlar ittifaqı komitəsinin sədri, Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Eldar Mirzəyevin təyin edilməsini təklif etdi.
Ləzginka (ansambl)

Nənələr (ansambl)
Nənələr — Lənkəranın Separadi kəndindən olan folklor və rəqs ansamblıdır. Bu qrup "Lənkəran Nənələri" adı ilə də tanınır. Ansambl hal-hazırda 6 üzvdən ibarətdir. Bu ansamblın əsası 1970-ci ildə qoyulub.. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Qrupun ifasında Azərbaycan və Talış dillərində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq "Ay lolo", "Gəl, gözəlim, naz eləmə", "Mirvari gəlin", "Almanı alma, gəlin", "Yar bağa gəldi", "Bulaq başında", "Gəlin", "Kinəlim-kinəlim", "Maralı göndər bizə", "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", "Yar-yar", "Can gülüm", "Bülbüllər oxuyur" və s. mahnıların adını çəkmək olar. == Yaranma tarixi == Qrup ilk yarandığı vaxtda 4 nəfərdən (Gülbacı, Ağabacı, Xanımbacı və Qızbəs) ibarət olub. Bu vaxtlar onlar "Bacılar" adı ilə fəaliyyət göstəriblər.
Rustavi (ansambl)
Rustavi Ansamblı və ya Gürcüstan Dövlət Akademik Ansamblı, 1968-ci ildə bəri yeddi nəsil əhatə edən görkəmli gürcü musiqiçi, müğənni və folklorşünası Anzor Erkomaişvili tərəfindən yaradılmış Gürcüstan xalq musiqisi ansamblıdır. Yarandığı gündən bəri Rustavi ansamblı dünyanın 80-dən çox ölkəsini uğurla gəzmiş və 5000 -dən çox (bəzi ölkələrdə bir neçə dəfə) konsert vermişdir. == Xarakteristika == İş və müharibə üçün mahnı və rəqslər, möhtəşəm geyimlər, özünəməxsus gürcü üslubu polifonik oxuma və zəngin səslər Rustavi Xorunu xarakterizə edir. Üst -üstə düşən, davamlı hərəkət edən ahəngləri ilə müqəddəs ilahiləri səsləndirirlər. Rustavi həm də milli və müxtəlif ənənəvi rəqsləri yüksək keyfiyyətlə ifa edir. Mükəmməl kostyumlar, parlaq performans və zərif xoreoqrafiya ansamblın işinin keyfiyyət göstəricisidir. Erkomaişvilinin bu işə baxışı, bütün Gürcüstandan etnoqrafik olaraq orijinal musiqi ifa edərkən regional üslubların etnik sərhədlərini aşmaq idi. Ansamblın ifa tərzi ənənəvi regional xalq xorlarının güclü, kobud səsli səciyyəvi xüsusiyyətlərini günümüzdə getdikcə daha çox beynəlxalq miqyasda konsert təqdimatına yönəlmiş daha yeni, daha təmiz, daha incə biləkli bir estetiklə sintez edir. Ansambl üzvləri orijinal səslərini və səs tembrlərini qorumağa və bəzi hallarda yenidən yaratmağa çalışarkən daha möhkəm, daha parlaq harmoniyalar yaratmaq üçün əvvəlki xorların istifadə etdiyi mürəkkəb tərəziləri sadələşdirdilər. Müəyyən mahnılarda daha az sayda müğənninin istifadəsi də onların musiqi quruluşunu aydınlaşdırmağa kömək etdi.
Sevil (ansambl)
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. == Tarixi == Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur.Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur.Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur. Ansambl dağıldıqdan sonra Vaqif Mustafazadə "Muğam" caz üçlüyünü yaratmışdır.
Vaynax (ansambl)
Vaynax Dövlət rəqs ansamblı — 1939-cu ildə yaradılan Çeçenistan Respublikasının milli rəqs ansamblı. == Tarixi == Vaynax ansamblı 1939-cu ildə mahnı və rəqs kollektivi olaraq təşkil edilmişdir. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Mahmud Esambayev, Andarbek Sadıkov, Vaxa Dakaşev, Gelani Yusupov və Çeçenistanda digər məşhur rəqqaslar karyeralarına burada başlamışdılar. Çeçenlərin və inquşların deportasiyasından sonra ansambl fəaliyyətini dayandırmışdır. 1956-cı ildə ansambl yenidən yaradıldı. Bütün Orta Asiyada yaşayan çeçenlər və inquşlar arasında müsabiqə elan edildi və nəticələrinə görə ansamblın yeni tərkibi quruldu. Ansamblın yaradılmasında çeçen aktyoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, teatr xadimi, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti Əbdülhəmid Həmidovun böyük rolu olmuşdur. N.Xalebski ansamblın bədii rəhbəri, Qelani Yusupov isə xoreoqraf idi. 1957-ci ilin may ayında canlanan ansamblın ilk konserti baş tutdu və bununla da kollektiv böyük uğur qazanmağa başladı. === Bərpadan sonra === 1969-1994-cü illərdə Topa Elimbayev ansamblın bədii rəhbəri idi.
Dan ulduzu (instrumental ansambl)
"Dan ulduzu" instrumental ansamblı — Azərbaycanın musiqi tarixində populyar ansambllardan biri. == Tarixi == "Dan Ulduzu" kamera-İnstrumental ansamblı 1966-ci ildə Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılmışdır. Gülarə хanım həm "Dan ulduzu"nun bədii rəhbəri, yaradıcısı, həm də fortepiano partiyalarının ifaçısı idi.Ansamblın repertuarına ancaq peşəkar bəstəkarların mahnıları daхil ola bilərdi. Bu bədii rəhbərin ifaçılar qarşısına qoyduğu şərt idi. == Uğurları == "Dan ulduzu"nun adını хalq şairi Nəbi Xəzri təklif edib.İlk çıхışından "Dan ulduzu" insanlar tərəfindən sevilir. Gülarə хanım müntəzəm məşqlərin və ansambl üzvlərinin əzmkarlığı və sənətə sevgisi sayəsində arzuladığı ansamblı yaradıb çoх musiqi kollektivlərini, qrup və ansamblları arхada qoydu. "Dan ulduzu" tezliklə dövlət tədbirləri, konsertləri, хarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada "Dan ulduzu"nun qastrol səfərinə çıхdığı dövlətlər, şəhərlər oldu. Хaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb təəccüblərini gizlədə bilmirdilər. Flora Kərimova, Akif İslamzadə, Yalçın Rzazadə, Hüseynağa Hadiyev və s.
"Lalə" qızlar ansamblı (film, 1991)
"Qarabağ bülbülləri" ansamblı
"Qarabağ bülbülləri" ansamblı — bədii rəhbəri Murad Rzayevdir. Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman almış, 12-sənədli və bədii filmlədə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülmüşdür. == Mükafatları == Sovet İttifaqı Mərkəzi komitəsinin mükafatı SSRİ Xalq Təsərrufatı Nailiyyətlər Sərgisinin mükafatı Ağdam Rayon Partiya Komitəsinin mükafatı Ümumittifaq Komsomolun Mərkəzi Komtəsinin mükafatı Pioner Təşkilatının Mərkəzi Komitəsinin mükafatı == Həmçinin bax == Qarabağ bülbülləri (film, 1977) Oğlan (film, 1984) == Xarici keçidlər == Şirinov E. "Qarabağ bülbülləri"nin yaradıcısı kimdir. "Təzadlar" qəzeti, 20 may 2008, səh. 8.
"Çinar" rəqs ansamblı
"Çinar" rəqs ansamblı — 1959-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda yaradılmış qızlardan ibarət xalq rəqs ansamblı. Ansamblın ilk rəhbəri Azərbaycan Dövlət Filarmoniyasının solisti Əminə Dilbazi olmuşdur. "Çinar" öz səhnə həyatına "Çinar" rəqsi ilə qədəm qoymuşdur. Sonralar ansamblın ifasında "Bənövşə", "Ceyran" rəqsləri yaranmışdır. == Müvəffəqiyyətləri == Yarandığı müddətdən 3 ay sonra Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etdi. İlk qastrol səfərində müvəffəqiyyət qazanan "Çinar"ı tamaşaçılar "Beryozkanın" kiçik bacısı adlandırırdılar. Ansambl ÜİLKGİ MK-nın Fəxri fərmanı ilə təltif olundu. Moskvadakı müvəffəqiyyətindən sonra "Çinar"a xalq ansamblı adı verildi. Ansamblın fəallarından dördü Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, kollektivin bədii rəhbəri Əminə Dilbazi isə Azərbaycan xalq artisti adına layiq görüldü. 1970-ci illərdən başlayaraq "Çinar" həm ölkədə və həm də xaricdə tanınmağa başladı.
Araz Mahnı və Rəqs ansamblı
Araz Mahnı və Rəqs Ansamblı — Naxçıvan Dövlət Mahnı və Rəqs ansamblı == Haqqında == 1959-cu ildən Naxçıvan şəhərində Dövlət konsert briqadası kimi fəaliyyətə başlamışdır. 1960-cı ildən indiki adını daşıyır. Ansamblın ilk bədii rəhbəri Azərbaycan Respublikası əməkdar incəsənət xadimi Ağası Məşədibəyov olmuşdur. Tahirə İsayeva, Həcər Seyidova, Adbulla Babayeva, Qurban İsmayılov, Fikrət Qasımov, Sadıq Qulubəyov, Ayalı Zöhrabova, Vahid Axdundov, Həsən Gülməmmədov, Aydın Camalbəyov, Bala Yusif, Kamal Əliyev ansamblın ilk solisti və musiqiçiləri idilər. Ansambl fəaliyyəti dövründə sabiq SSRİ-nin bütün respublikalarında, Azərbaycanın əksər şəhər və rayonlarında qastrolda olmuş, konsert proqramları ilə çıxış etmişdir. Repertuarında Azərbaycan bəstəkarlarının əsərləri, muğam, rəqs və xalq mahnıları, eləcəə də dünya xalqlarının mahnı və rəqsləri başlıca yer tutur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Aypara caz folklor ansamblı
Aypara — azərbaycanlı bəstəkar Vaqif Gərayzadənin yaratdığı qrup. == Qrup haqqında == Qrup ''Vaqif Gərayzadənin rəhbərliyi ilə caz-folklor ansamblı" adı ilə 1984-cü ildən fəalliyyətə başlamış, 1988-ci ildən isə ''Aypara'' adlanmışdır. Qrupun yaradılmasında məqsəd 80-cı illərin əvvəlində bizim incəsənətimizə, xüsusilə Azərbaycan milli cazına gətirilən yeniliyi inkişaf etdirərək təkmilləşdirmək idi. Yarandığı ildən etibarən bütün respublika müsabiqələrində birinci yeri tutub. İlk vaxtlar Alim Qasımov (1987), Aygün Kazımova ("Bakı Payızı 1988" müsabiqəsi [1]), Zülfiyyə Xanbabayeva ("Bakı Payızı 1988" müsabiqəsi) kimi ifaçıları qrup müşayiət etmişdir. Qrup 1988-ci ildə «Товарищ Песня!» (Moskva, Rusiya) festivalına qatılmış və laureatlardan biri olmuşdur. Bundan başqa, Tiflis,İrəvan, Vitebsk, Yuqoslaviyada keçirilən bir sıra müsabiqə və festivallarda iştirak etmişdir. 1991-ci ildə ''Azərbaycanın səsi'' beynəlxalq müsabiqəsində laureatı, Vaqif Gərayzadə isə ''Qitənin ən yaxşı aranjimançısı'' adına layiq görülmüşdür. 1991–1992-ci illərdə Sevda Ələkbərzadə qrupla birgə fəaliyyət göstərmişdir. 1994-cü ildə Zülfiyyə Xanbabayeva qrupda ifaçı kimi çalışıb.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı
F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı — Azərbaycanda musiqi kollektivi. Azərbaycan musiqi mədəniyyətin təbliğində göstərdikləri xidmətlərinə görə ansambl 13 iyul 1958-ci ildə "Əməkdar kollektiv" fəxri adına layiq görülüb. == Haqqında == === Tarixi === 1931-ci ildə Azərbaycanda ilk dəfə Üzeyir Hacıbəyli notla çalınan xalq çalğı alətləri orkestrini yaradır. Həmin orkestrin üzvləri Səid Rüstəmov, Əlövsət Sadıqov, Bəhram Mansurov, Xosrov Malikov, Qılman Salahov və digərlərindən ibarət olub. Orkestrin tərkibi 2 balaban, 2 tar, 2 kamança, I dǝf, 1 nağaradan ibarət idi. 1936-cı ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan Dövlət Filarmoniyasında "Mahnı və Rəqs ansamblı" yaradıldı. Həmin ansambla bədii rəhbər kimi Üzeyir Hacıbəyli öz assistenti drijor, xormeyster, kamança ifaçısı Qılman Salahovu təyin etdi. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Respublikasının Mədəniyyət və İncəsənət 10 günlüyündə Qılman Salahovun rəhbərlik etdiyi "Mahnı və Rəqs ansambli" da öz çıxışını edir. Bu uğurlu çıxışlarından sonra ansambla Dövlət Statusu verilərək "Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı" adlandırıldı. Müxtəlif dövrlərdə kollektivə Ü. Hacıbəyovla yanaşı azərbaycanın tanınmış bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib.
Fayzi Qaskarov adına Xalq Rəqsləri Ansamblı
Fayzi Qaskarov adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı (başq. Фәйзи Ғәскәров исемендәге халыҡ бейеүҙәре ансамбле) — Başqırdıstan Respublikasının xalq rəqsləri peşəkar ansamblı."Başqırd professional xoreoqrafiya sənətinin inkişafına və təbliğinə verdiyi böyük töhfələrə və yüksək ifaçılıq bacarıqlarına görə" Salavat Yulayev mükafatına layiq görülən yeganə kollektiv. == Tarixi == Rəqs kollektivi 1936-1938-ci illərdə yaradılıb. Xalq Rəqsləri Ansamblı Başqırd Muxtar Sovet Sosialist Respublikası Birləşmiş Teatrlarının konsert və estrada bürosunda Başqırd Teatr Məktəbinin balet şöbəsinin tələbələrindən və həvəskar tamaşaların iştirakçılarından yaradılmışdır. 1938-ci ildə Xusayin Axmetov adına Başqırd Dövlət Filarmoniyasının nəzdindəki Başqırd Mahnı, Rəqs və Musiqi Ansamblı olaraq yenidən təşkil edildi. 11 mart 1939-cu ildə İqor Moiseyevin tələbəsi Fayzi Adqamoviç Qaskarov ansamblın bədii rəhbəri olundu. Fayzi Qaskarov kollektivin gələcək inkişaf istiqamətini müəyyən etdi. Bu səbəbdən məhz bu tarix ansamblın yaranma günü hesab olunur. 1940-cı ildə ayrılaraq Başqırd Dövlət Xalq Rəqsləri Ansamblı kimi təyinat almışdır. 1940-cı ilin yayında ansambl Başqırdıstan üzrə ilk turnesinə çıxdı.
Gürcüstan Xalq Rəqs Ansamblı
Gürcüstan Xalq Rəqs Ansamblı — 1945-ci ildə Tbilisidə (Gürcüstan SSR) yaradılmış xoreoqrafik kollektivdir. Ansamblın ilk rəhbərləri, eləcə də solistləri ər-arvad Nina Ramişvili (1972-ci ilə qədər rəqs etdi) və İlya Suxişvili (1954-cü ilə qədər rəqs etdi) olmuşlar. Gürcüstan SSR əməkdar artistləri M. Mxeidze, V. Kuparadze, Q. Surviladze, N. Lordkipanidze, Ş. Baramidze, N. Pliev, V. Kalandadze, Z. Bilaloviç ansamblda çalışmışlar. Ansamblın repertuarına Gürcüstanın, Osetiyanın müxtəlif xalqlarının xalq rəqsləri, habelə gürcü xalq çalğı alətlərində musiqi müşayiəti ilə teatrlaşdırılmış süjet tamaşaları daxildir. Ansamblın artistlərinin ifa etdikləri rəqslər arasında "Kartuli" (gürc. ქართული), qadın rəqsi "Samaya" (gürc. სამაია), "Kintouri", "Davluri", Azərbaycan rəqsi "Ceyrani", Acar rəqsləri "Qandağan" və "Xorumi", Osetin rəqsləri "Simd" və "Komik rəqs", "İluri", Honq rəqsi, "Xevsuriya rəqsi" və s. yer alır. 1948-ci ildən ansambl SSRİ şəhərlərini gəzməyə başladı, sonra Polşa, Rumıniya, ABŞ, Finlandiya, Fransa, Çexoslovakiya, Avstriya, Bolqarıstan, Macarıstan, Danimarka, Venesuela, Kolumbiya, Kubaya qastrol səfərlərinə çıxdı. 1967-ci ildə ansambl İtaliyada, Milanda La Skala teatrında çıxış etmişdir.
Qaya ansamblı
"Qaya" — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Tofiq Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir. 1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür. == Tarixi == === Qrupun yaranması === 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur. 1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir. O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı. Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.
Qaytarma ansamblı
Qaytarma ― krım tatarlarının xalq rəqs ansamblı. == Tarixi == 1939-cu ildə Yalta Filarmoniyası nəzdində tatar mahnı və rəqs ansamblı yaradıldı. 1937-ci ildə Xalq Sənəti Evi nəzdində ikinci mahnı və rəqs ansamblı yaradıldı, bədii rəhbəri İlyas Bəxşiş, musiqi direktoru Yaya Şerfedinov və baletmeyster Useyn Baqqal oldu. 1939-cu ilin mart ayında bu iki ansambl Moskvada Krım mədəniyyəti günlərini hazırlamaq məqsədi ilə Simferopoldakı Krım Dövlət Filarmoniyasının nəzdinə keçdi. 1944-cü ilin may ayında krım tatarlarının Stalin tərəfindən hazırlanan deportasiyası nəticəsində ansambl fəaliyyətini dayandırdı. 1957-ci ildə ansambl Daşkənddə Dövlət Filarmoniyasının "Qırmızı əmək bayrağı" ordeni altında təzədən fəaliyyətə başladı. Adında "krım tatarı" sözünün istifadəsi qadağan olduğundan ansambl eyni adlı krım tatarlarının xalq rəqsinin adını daşımağa başladı. İlyas Bəxşiş 1957-ci ildə ansamblın ilk bədii rəhbəri oldu. Ansamblın dirçəlişində müharibədən əvvəlki heyyətdən bir çox sənətkar iştirak etdi (1960-cı illərin sonlarına qədər ansamblda xidmət edən Memet Abibullayev kimi). Dirçəliş ansamblındakı rəqsləri məşhur krım tatar xoreoqrafları Usein Baqqal, Akim Cemilev, Ənvər Əliyev səhnələşdirirdilər.1964-cü ildə Daşkənd şəhərindəki Özbəkistan Dövlət Filarmoniyası bəstəkar Edem Nalbandovu tatar mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsinə dəvət edir.1965-ci ildə deportasiya illərindən sonra ilk dəfə tatar mahnı və rəqs ansamblı Orta Asiya respublikalarına və Qazaxıstana, Qafqaz və Şimali Qafqaz respublikalarına, RSFSR-ə qastrol səfərinə çıxdı.
Qırmızı Ordu Ansamblı (1937)
== Məzmun == Film XI Qırmızı Ordu ansamblının hərbi hissələrdə əsgərlər qarşısında konsert proqramları ilə çıxışlarından söhbət açır.
Qırmızı Ordu Ansamblı (film, 1937)
== Məzmun == Film XI Qırmızı Ordu ansamblının hərbi hissələrdə əsgərlər qarşısında konsert proqramları ilə çıxışlarından söhbət açır.
Sevil ansamblı
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. == Tarixi == Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur.Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur.Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur. Ansambl dağıldıqdan sonra Vaqif Mustafazadə "Muğam" caz üçlüyünü yaratmışdır.
Sevil vokal-instrumental ansamblı

Xorvatiyanın Milli Xalq Rəqsləri Ansamblı LADO
Xorvatiyanın Milli Xalq Rəqsləri Ansamblı LADO — 1949-cu ildə Zaqrebdə yaradılmış milli rəqs ansamblı. LADO Xorvatiyanın zəngin və regional musiqili və xareoqrafik ənənələrini təmsil edir. Bu ansamblı Xorvatiyanın ən uğurlu "mədəni ixrac məhsulu" adlandırırlar. Ansambl 37 rəqqasdan təşkil olunub. B heyətin tərkibində çıxış zamanı musiqi ifadə edənlər və ənənəvi və klassik musiqi alətlərində ifa edən 15 nəfərlik musiqiçi qrupu da var. Ladonun çoxlu sayda Xorvat etnoqraf və xareoqrafları, onlarla birgə fəaliyyət göstərən folklorçular da var. == Tarixi == Lado ansamblının əsası bədii rəhbər və xareoqraf Zvonko Ljevakoviç tərəfindən 11 noyabr 1949-cu ildə qoyulub. == Mükafatları == Lado ansamblı bir sıra milli və beynəlxalq mükafaların və yarışların qalibi olub. 1954-cü ildə Böyük Britaniyada Llangollendə keçirilən Llangollen Beynəlxalq Musiqili Eystetvodda (musiqi festivalında) birinci yerin qalibi olub. Daha sonra Zaqreb və İrlandiyada Korkda keçirilən bir sıra yarışların qalibi oldular.
Şərur Xalq Yallı Ansamblı
Şərur Xalq Yallı Ansamblı — rəqs kollektivi == Tarixi == 1929-cu ildə kolxoz rəqs ansamblı kimi yaradılmışdır. İllər keçdikcə kollektiv böyümüş və repertuarını zənginləşdirmişdir. == Fəaliyyəti == === Beynəlxalq festivallarda iştirakı === 1936-cı ildən böyük səhnəyə qədəm qoyan ansambl 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir. Üzeyir Hacıbəyov yallı ansamblına daim qayğı və yardım göstərmişdir. Ansambl dünyanın bir çox ölkələrində keçirilən bədii özfəaliyyət festivallarında iştirak etmiş, diplom və mükafatlara layiq görülmüşdür. 1972-ci ildə keçmiş Almaniya Demokratik Respublikasındə keçirilən ümumdünya folklor rəqsləri festivalında ölkəni təmsil etmiş, festivalın laureatı adını almışdır. I Ümumittifaq xalq yaradıcılığı festivalının, Polşada keçirilən XI beynəlxalq folklor festivalının (1984) da laureatı adına layiq görülmüşdür. Ansambl 1980-ci ildə Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, 1998-ci ildə Bayburt şəhərində “Dədə Qorqud” festivalında, 2000-ci ildə Misirin paytaxtı Qahirədə XII beynəlxalq folklor füstialında da uğurla çıxış etmişdir. Ansamblın çıxışları dəfələrlə Moskva televiziyası ilə göstərilmişdir. Kollektiv yaradıcılıq axtarışlarını daim davam etdirir, repertuarını qədim xalq oyunları ilə zənginləşdirir.

Digər lüğətlərdə

гвине́йский гумано́ид пистоле́тный проводни́ца сбир травопо́льный туа́левый ульч буквали́стский глушня́ кри́нка отба́вка подклёвывать порасти́ прейскура́нтный суккуле́нты тяну́ть одеяло на себя along hibernal Lettish naturally occurring precocity undermanning бемоль увериться