Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mükafat
Mükafat — xidmətlərə, fərqlənməyə, minnətdarlığa görə verilən xüsusi fərqlənmə nişanı, fəxri ad və ya hədiyyə. Bəzi hallarda mükafat ona layiq görülən insana hansısa sosial status da verir.
Mükafat (dəqiqləşdirmə)
Mükafat
Mükafat Əliyev
Mükafat Əliyev (5 avqust 1937) - şair-yazıçı, müəllim. == Həyatı == Mükafat Surxay oğlu Əliyev 1937-ci il avqustun 5-də Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. 1965-ci ildə M.F.Axundov Azərbaycan Dillər İnstitutunu (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə ilə bitirib. 1993-cü ilədək Quycaq kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyib. Mətbuatda məqalələri, bədii tərcümələri dərc olunub. 1993-cü ildə Cəbrayılın Ermənistan silahlı qüvvəlləri tərəfindən işğalından sonra ailəsi ilə Bakıda məskunlaşıb, bir neçə il pedaqoji fəaliyyətini davam etdirib. 1998-ci ildə təqaüdə çıxıb. Hekayə və şeirlərdən ibarət “Ömür də bir yoldur” (2007), “Günbatana baxan qəbir” (2009), “Arazım, mənim Arazım” (2010), “Saz şəkilli baş daşı” (2011), “İtmiş çantanın izi ilə” (2012) kitabları işıq üzü görüb. Əsərlərində xeyir və şərin mübarizəsi, dövrün sərt üzünü görmüş insanların həyat hekəyələri, məkr və məhəbbət, yurd itkisinin ağrı-acısı, Vətən, torpaq sevgisi özünəməxsus çalarlarla təsvir olunur. == Kitabları == "Ömür də bir yoldur".
Britaniya mükafat sistemi
Britaniya mükafat sistemi (ing. British Honours System) — Böyük Britaniyada igidliyə, nailiyyətlərə və dövlətə qulluğa görə qiymətləndirmə vasitəsi. Sistem üç hissədən ibarətdir: Şərəfləndirmə Medallar Döş nişanları. == Şərəfləndirmə == Şərəfləndirmənin əsas məqsədi insanı mükafatlandırmaq (award) deyil, ad verməklə onun xidmətlərini vurğulamaqdır, bununla da insanın cəmiyyətdə nüfuzu qaldırılır. == Mükafatlandırma tarixi == İngils kralları öz təbəələrini üzüklərlə təltif edirdilər. İlk ingilis cəngavər ordeni olan Bant ordenini 1348-ci ildə İngiltərə karlı III Edvard təsis etdi. Sonradan bu sistemdə dəfələrlə dəyişiklik edildi. Həmçinin hərbi xidmətə, igidliyə, sədaqətə və nailiyyətlərə görə də mükafatlar təsis edildi. == Müasir cəngavər ordenləri == 10 orden vardır. Bəzilərinin medalları da vardır.
Müstəqil ruh (mükafat)
Müstəqil Ruh mükafatı (ing. Independent Spirit) — ilk növbədə müstəqil Amerika kinosuna yönəlmiş Amerika film mükafatıdır. 1984-cü ildən mövcuddur və başlanğıcda FINDIE Awards (Friends of Independents – müstəqillərin dostları (rejissorların)) adlanırdı. İndiki adını 1986-cı ildən bəri daşıyır. 2006-cı ildən mükafat dirəkdə oturan quş formasında metal heykəlcik şəklindədir. Müstəqil ruh qeyri-kommersiya təşkilatı - "Film Independent" tərəfindən mükafatlandırılır. Mükafatların təqdimetmə mərasimi Kaliforniyanın Santa Monika şəhərində Oskar təqdimatı ərəfəsində (1999-cu ilə qədər - Oskar təqdimatından əvvəlki son şənbə) keçirilir. Beləliklə, “Müstəqil ruh” sanki kinoakademiyanın mükafatlarına qarşı qoyulur.
UEFA Kuboku (mükafat)
UEFA Kuboku və ya Coupe UEFA UEFA tərəfindən UEFA Avropa Liqası qaliblərinə verilən mükafatdır. 2009/2010 sezonunundan əvvəl kubok UEFA Kuboku çempionuna verilirdi. Əvvəlki adıyla UEFA Kuboku'unda 2009/2010 sezonu əvvəlində bir sıra dəyişikliklər edilmiş, bu dəyişikliklərdən sonra kubokun adı UEFA Avropa Liqası olaraq dəyişdirilmişdir.Kubok Bertoni tərəfindən 1972 UEFA Kuboku Finalı üçün hazırlanmışdır. Ağırlığı 15 kq, rəngi isə gümüşü rəngidir.
"Darvin" mükafatı
Darvin Mükafatları – 1985-ci ildə Usenet xəbər şəbəkəsinin müzakirələri zamanı yaranan virtual mükafat. 1994-cü ildən verilən mükafat hər il ən axmaq üsulla ölən və ya uşaq sahibi olmaq qabiliyyətini itirən və nəticədə bəşəriyyətin gen fonduna öz töhfəsini vermək imkanından özünü məhrum edən şəxslərə virtual olaraq təqdim olunur. Mükafatın verilmə səbəbi: Layihə 1993-cü ildə veb-saytın yaradılması ilə daha rəsmiləşdi, ardınca 2000-ci ildə Vendi Norskat tərəfindən başlayan bir sıra kitablar çıxdı. Mükafatların meyarında deyilir: "Çarlz Darvinin ruhuna uyğun olaraq, Darvin Mükafatları öz həyatlarını qurban verərək genefondumuzu qoruyan şəxslərin xatirəsini yad edir. Darvin Mükafatı laureatları özlərini qeyri-adi, axmaq şəkildə aradan qaldırır və bununla genlərimizin uzunmüddətli sağ qalma şansını artırırlar." == Tarix == Darvin Mükafatlarının mənşəyini hələ 1985-ci ildə Usenet qrup müzakirələrindəki yazılardan görmək olar. 7 avqust 1985-ci il tarixli bir yazıda mükafatların "ölümündən sonra genlərini hovuzumuzdan uzaq tutmaq üçün böyük fədakarlıq edən insanlara verilir" kimi təsvir edilir. Üslub önəmlidir, öz axmaqlığından ölən hər kəs qalib gələ bilməz." Bu ilk yazıda avtomatı başı üzərinə çəkən və içəri girmək istəyərkən əzilərək ölən bir şəxs nümunəsi göstərilir. Vendi Norskat deyir ki, Norskat tərəfindən idarə olunan rəsmi "Darvin Mükafatları" vebsaytı təqdim olunan bütün hekayələri təsdiqləmək üçün əlindən gələni edir və onları "Darvin tərəfindən təsdiqlənmişdir" kimi sadalayır. İnternetdə yayılan virus e-poçtlarının çoxu saxtakarlıq və şəhər əfsanələridir. == Mükafatın bəzi sahibləri == ABŞ-nin Şimali Karolina ştatında yaşayan 47 yaşlı Ken Çarlz Barger gecə radələrində telefon zənginə oyanıb.
"Humay" mükafatı
Humay mükafatı — 1993-cü ildən "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan və laureatları "Humay" Akademiyasının üzvləri tərəfindən müəyyən edilən milli mükafat. Mükafatlar, əsasən, musiqi, kino, teatr, təsviri sənət, ədəbiyyat, kitab, jurnalistika, televiziya, elm, idman, rəqs və foto nominasiyalarına görə təyin olunur.
"Lenin" mükafatı
== Həmçinin bax ==
"Mustafa" mükafatı
"Mustafa" mükafatı — müsəlman dünyasında elmin inkişafına dəstək məqsədilə İran tərəfindən təsis edilən beynəlxalq elmi mükafat. == Məqsədlər == == Namizədliklər == == Kateqoriyalar == == Tələblər == İran KİV-lərinin verdiyi məlumata görə, mükafata İslam peyğəmbərinin adlarından biri olan "Mustafa" ismi verilib. Bu mükafatın müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə verilməsi nəzərdə tutulub. Mükafatın verilməsi prosesinə xüsusi təşkil edilən şura nəzarət edəcək. İran ilk "Mustafa" mükafatını 2015-ci ildə "İslami birlik həftəsi"ndə 4 nominasiya üzrə təqdim edəcək. Nominantlara nağd pul mükafatı ilə yanaşı, üzərində fars, ərəb və ingilis dillərində yazılar həkk olunmuş dəyərli medal da veriləcək. Mükafat 500 min ABŞ dolları məbləğində nəzərdə tutulur.
"Nobel" mükafatı
Nobel Mükafatı — illik beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilk Alfred Nobel tərəfindən qurulan dərnəyə verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra alan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən 1.400.000$ (bir milyon dörd yüz min ABŞ dolları)-na bərabərdir. 1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyasını dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat etmişdir 27 noyabr 1895-cidə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir.
"Oskar" mükafatı
Akademiya mükafatları (ing. Academy Awards) və ya daha çox tanınan adı ilə "Oskar" mükafatı (ing. Oscar Awards) — film sənayesində bədii və texniki dəyər üçün verilən və 1929-cu ildə yaradılmış mükafat. Film Sənətləri və Elmləri Akademiyası tərəfindən illik olaraq verilən mükafatlar, Akademiyanın səsvermə üzvləri tərəfindən yoxlanılaraq verilən ən nüfuzlu film mükafatıdır. Müxtəlif kateqoriyalı qaliblərə daha çox "Oskar" ləqəbi ilə tanınan, ancaq rəsmi olaraq "Akademiya mükafatı" adlandırılan qızıl heykəlin bir nüsxəsi verilir. Mükafat Sedrik Qibbons tərəfindən hazırlanmış dizayn eskizindən ilhamlanan Corc Stenli tərəfindən tərtib edilmişdir. İlk dəfə 1929-cu ildə Hollywood Roosevelt Hotelində Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir yeməkdə təqdim edilib. "Oskar" mükafatı mərasimi ilk olaraq 1930-cu ildə yayımlanmışdır. 1953-cü ildə isə ilk dəfə televiziyada yayımlanmışdır. Bu dünyanın ən köhnə əyləncə mükafatları mərasimi idi və dünya səviyyəsində canlı olaraq baxılırdı.
"Qremmi" mükafatı
Qremmi mükafatı — ABŞ səsyazma şirkətləri Assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis olunan və Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən musiqi mükafatı.2012-ci ilədək mükafat 108 kateqoriya və 30 fərqli musiqi tərzini əhatə etsə də, həmin il edilmiş dəyişiklikdən sonra mükafat 78 kateqoriyada verilir. Mükafatın adı qramofon aparatının adının qısaltma-əzizləmə formasındakı adıdır. 31 Qremmi mükafatı ilə , Georg Solti ən çox Qremmi almış artist hesab olunur . Alison Krauss 27 mükafat ilə qadınlar arasında ilk yerdə durur. U2 qrupu , 22 mükafatla ən çox Qremmi almış qrup olaraq qalır.
"Scanno" mükafatı
Skanno mükafatı (it. Premio Scanno) — İtaliyanın Tanturri Fondunun təsis etdiyi mükafat. Mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir.1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş bu mükafat müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Tanturri Fondu ənənəvi olaraq hər il ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə "Skanno mükafatı"nı təqdim edir.
"Stalin" mükafatı
Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940—1954-cı illərdə həvəsləndirmə forması.20 dekabr 1939-cu ildə təsis edilib. Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu. == Təsis edilməsi == Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib : « Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində» — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibəti ilə qərar.. «Ədəbiyyat sahəsində Stalin adına mükafatın təsis edilməsi barəsində» — 1 fevral 1940 -cı il tarixli qərar..Təltif edilənlərin və mükafatın məbləği hər dəfə dəyişilirdi.. 1949-cu ildə "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə " Beynəlxalq Stalin mükafatı təsis edildi. == Ləğv edilməsi == Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi. Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı. == Həmçinin bax == SSRİ İosif Stalin Mükafat == Ədəbiyyat == «Сталинские премии: две стороны одной медали»: Сб. документов и художественно-публицистических материалов / Сост. В. Ф. Свиньин, К. А. Осеев.
Abel mükafatı
Abel mükafatı— bir və ya bir neçə məşhur riyaziyyatçıya Norveç dövləti tərəfindən illik təqdim olunan beynəlxalq mükafatdır.Mükafat 2001-ci ildə Norveç dövləti tərəfindən məşhur Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə adlandırılıb. Abel mükafatı tez-tez riyaziyyatçıların "Nobel mükafatı" kimi təsvir olunur. Mükafatı qazananlara 6 milyon Norveç kronu (təxminən 1 milyon ABŞ dolları) məbləğində pul mükafatı da verilir.Mükafat rəhbərliyi həmçinin Norveç Riyaziyyat Cəmiyyəti tərəfindən idarə olunan Abel simpoziumunu yaradıb. Mükafatın təqdimetmə mərasimi 1947 və 1989-ci illər arasında Nobel sülh mükafatının təqdim olunduğu Norveçin Oslo Universitetinin Hüquq Fakültəsinin Atriumunda keçirilir.Abel mükafatının yaradılması Alfred Nobelin illik mükafatlandırma üzrə planlarına riyazıyyatın daxil olmamasını öyrəndikdən sonra 1899-cu ildə Sofus Li tərəfindən ilk dəfə olaraq təklif olunub. Linin ölümü mükafatın yaradılmasında fasilənin yaranması ilə nəticələnib. 1902-ci ildə mükafatı yaratmaq üçün II Oskar cəhd etsə də, üç il sonra İsveç-Norveç arasında ittifaqın parçalanmasınadək olan əngəllərə görə uğursuz olub.
Antinobel mükafatı
İqnobel mükafatı və ya Anti-nobel mükafatı (ing. Ig Nobel Prize) —Harvard universitetində keçirilən mərasimdə verilən nüfuzlu beynəlxalq mükafat olan Nobel mükafatına parodiya. Mükafat hər ilin oktyabrının əvvəlində, əsl Nobel mükafatının laureatları elan edilməmişdən əvvəl elan edilir. Mükafat güldürən, sonra isə düşünməyə məcur edən nailiyyətlərə görə verilir (first make people laugh, and then make them think). Mükafat Mark Abrahams və "Qeyr-iradi tədqiqatlar annalı" adlı yumoristik jurnalı tərəfindən təsis edilib. == Həmçinin bax == Nobel mükafatı == Ədəbiyyat == Абрахамс М. Шнобелевские премии. — М.: АСТ, 2006 ISBN 5-17-030356-4 Абрахамс М. Шнобелевские премии-2. — М.: АСТ, 2009 ISBN 978-5-17-052229-3 == Mənbə == The Ig® Nobel Home Page Все Шнобелевские премии А. Левин.
Aqata mükafatı
Aqata mükafatı - Aqata Kristinin şərəfinə ədəbiyyatçılara təltif olunan mükafat. Bundan əlavə bir neçə il mistika janrında dəyərli fəaliyyəti olan fəxri şəxslərə ənənəvi olmayan Poirot mükafatı verildi. Lakin bu davamlı mükafat deyil. Aqata mükafatı mistika və cinayət janrının klassik mistika bölməsində (seksual və zorakılıq səhnəsi olmayan həvəskar detektiv janrı) yazan yazıçılara təltif olunur. Bu mükafat növü adətən hər il Vaşinqtonda Malice Domestic Ltd tərəfindən altı kateqoriyada verilir: Ən yaxşı roman. İlk ən yaxşı mistika. Ən yaxşı tarixi roman. Ən yaxşı qısa hekayə. Ən yaxşı qeyri-bədii əsər. Ən yaxşı uşaq mistikası.Mükafat şirkəti Malice Domestic Ltd 1988-ci ildə yaradılıb və 1992-ci ildə rəsmən qeydiyyata alınıb.
BAFTA mükafatı
"BAFTA" (ing. British Academy of Film and Television Arts) — İngilis Film və Televiziya Sənətləri Akademiyasıdır. Oscarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film, televiziya, uşaq film və televiziya əsərlərinə mükafatları verir. 1947də İngilis Film Akademiyası olaraq, David Lean, Aleksandr Közdə, Carol Reed, Charles Laughton, Roger Manvell kimi adlar tərəfindən qurulmuşdur. 1958-də Televiziya Prodüserləri və Rejissorları Loncası ilə birləşərək Film və Televiziya Klubu olmuşdur. 1976-da isə indiki adını almışdır. BAFTA-nın ana ofisi Piccadilly, Londonda, amma İngiltərənin şimalında, Şotlandiyada, Uelsdə, Nyu-Yorkda və Los-Ancelesdə da ofisləri var. Akademiyanın mükafatı Amerikalı heykəltaraş Mitzi Cunliffe tərəfindən hazırlanmış teatr maskası şəklindədir və 1955-ci ildə Televiziya Prodüserləri Loncası tərəfindən sifariş olunmuşdu. 1989-cu ildən bu yana Los-Anceles ofisi, BAFTA, hər il öz mükafatları olan Britanya Mükafatlarını verməkdədir.
Boyyay mükafatı
Riyaziyyat üzrə Beynəlxalq Yanoş Boyyay mükafatı (ing. János Bolyai International Award for Mathematics) — Macarıstan Elmlər Akademiyası tərəfindən təsis edilmiş, riyaziyyatçılar üçün beynəlxalq mükafat. Mükafat hər beş ildən bir son 10 ildə özünün son dərəcə əhəmiyyətli yeni nailiyyətlərini izah edən monoqrafiyasını nəşr etmiş riyaziyyatçılara verilir.
Bravo Mükafatı
Bravo mükafatı (it. Trofeo Bravo) — hər il “Guerin Sportivo” jurnalı tərəfindən Avropanın ən yaxşı gənc oyunçusuna verilən mükafat. 1992-ci ilə qədər 23 yaşına çatmayan və UEFA Çempionlar Liqasında, UEFA Kubokunda ya da UEFA Kuboklar Kubokunda iştirak etmiş futbolçuya verilirdi. Həmin ildən sonra mükafatı 21 yaşına çatmayan və Avropanın istənilən liqasında oynayan oyunçu ala bilər. Mükafat təqvim ilinin yekunları ilə deyil, "payız-yaz" futbol mövsümünün yekunlarına görə verilir.
Brit mükafatı
Brit mükafatı— İngilis Fonoqrafiya Sənayesinin illik məşhur musiqi mükafatlarıdır. Adı əvvəlcə "İngilis", "Britaniya" və ya "Britannia" ın qısaldılmış formasıdır, lakin sonradan "British Record Industry Trusts Show" üçün geri çevrildi. Bundan əlavə, may ayında "Brit mükafat" "Klassik mükafat" mükafatına layiq görüldü. == Mükafatlar == İlk mükafat mərasimi 1977-ci il Kraliçanın Gümüş yubileyini və "Thames Television" tərəfindən televiziya ilə yayımlanan "British Rekord İndustry Britannia Awards" idi. Bu günə qədər 37 nəşr mövcuddur. 1988 BPI Mükafatları, canlı televiziyada yayımlanacaq mərasimlərin birincisi idi. BBC 1985-ci ildə 1982-ci ildən 1984-cü ilə qədər nümayişləri televiziya ilə yayımlamadan əvvəl mərasim yayımlamışdı. BBC, BRİT Mükafatlarının adını 1989-cu ildə canlı yayımlamış və 1990-cı ildən 1992-ci ilədək əvvəlcədən qeydiyyatdan keçmişdir. ITV 1993-cü ildən etibarən mükafatları yayımlayıb. BBC Radio 1 2008-ci ildən etibarən radio yayımı təmin etdi.
Buker mükafatı
Buker mükafatı (tam adı Man Booker Prize for Fiction - Ədəbiyyat üzrə Men Buker mükafatı, 1968-2002-ci illərdə Buker-Makkonnel mükafatı) — ədəbiyyat sahəsində mükafat, hər il Britaniya Millətlər Cəmiyyəti və İrlandiya Respublikası vətəndaşına verilir. Buker mükafatı ilk dəfə Buker-Makkonnel tərəfindən 1968-ci ildən təqdim olunmağa başlanılıb. Həmin vaxtdan 2002-ci ilə qədər onun mükafat fondu 21 min ingilis funt sterlinqinə bərabər olub. 2002-ci ildə Men Qrup şirkəti mükafatın rəsmi sponsoru olduqdan sonra mükafat fondu 50 min ingilis funt sterlinqinə qaldırıldı.
Füzuli adına Beynəlxalq Mükafat
Füzuli adına Beynəlxalq Mükafat — Azərbaycan Respublikasında iki ildən bir verilmiş mükafat. == Tarixi == Füzuli adına Beynəlxalq Mükafat dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli 403 nömrəli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1997-ci il tarixli Sərəncamı ilə Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamə təsdiq edilmiş, Füzuli adına Beynəlxalq Mükafat Komissiya yaradılmışdır. Müvafiq sərəncamlar 15 fevral 2019-cu ildə ləğv edilmişdir.
FİFA Dünya Kuboku (mükafat)
FİFA Dünya Kuboku (ing. FIFA World Cup Trophy) — dünya üzrə keçirilən və FİFA-nın üzvü olan ölkələrin milli komandalarının iştirak etdiyi futbol turniri olan FİFA Dünya Kubokunu qazanan komandaya verilən qızıl kubok. Turnirin başladığı 1930-cu ildən etibarən turnirin qalibi olan komandaya müvəqqəti olaraq Jül Rime kuboku təqdim olunurdu. Bu kubokun 1970-ci ildə əbədi olaraq Braziliyaya verilməsindən sonra yeni bir kubok hazırlandı və 1974-cü ildən etibarən FİFA Dünya Kuboku adı ilə verilməyə başlandı. Abel Laflyorun hazırladığı və "Qələbə" adını daşıyan ilk kuboka 1946-cı ildə FİFA-nın sabiq prezidenti Jül Rimenin adı verilib. Qədim yunan mifologiyasında qələbə ilahəsi sayılan Nikanı təsvir edən kubok, 925 əyarlı qızıl suyuna salınmış gümüşdən və lazuritdən hazırlanmışdır. Turniri qazanan komandaların müvəqqəti olaraq sahib olduğu kubok, turnirdə üç dəfə qalib gələn komandaya əbədi olaraq veriləcəkdi. Kubok, 1966-cı ildə İngiltərədə xalqa nümayiş olunması üçün təşkil olunmuş açıq sərgi zamanı oğurlansa da, bir həftə sonra tapılmışdır. 1970-ci ildə turnir tarixində üçüncü çempionluğunu əldə edən Braziliya kubokun əbədi sahibi oldu. Ancaq 1983-cü ildə Braziliyada kuboku oğurlayıblar, kubok bu günə qədər hələ də tapılmayıb.
Qızıl Qlobus (mükafat, 2009)
Oskar" mükafatından sonra ikinci mükafat sayılan "Qızıl qlobus"un təqdimetmə mərasimi keçirilib. Kaliforniyadakı Beverli-Hillz şəhərinin "Beverli-Hillz" mehmanxanasında keçirilən tədbiri birbaşa olaraq 160 ölkədə nümayiş etdirilib. Bu mükafat Kaliforniyada yaşayaraq-işləyən, Amerika kinosu barədə xarici mətbuat üçün yazan 90 jurnalistin birləşdiyi Hollivudun xarici mətbuat Assosiasiyası tərəfindən təqdim edilir. Qalibləri elan etmək üçün Dastin Hoffman, Conni Depp, Kameron Diaz, Demi Mur, Martin Skorseze kimi ulduzlar dəvət edilib. Bu il "Ən yaxşı dramatik film" nominasiyasında "Gecəqondudan olan milyonçu" qalib gəlib. Onunla bu kateqoriyada "Oxucu", "Dəyişiklik yolları", "Forst Niksona qarşı" və "Bencamin Battonun sirli işi" mübarizə aparıblar. "Gecəqondudan olan milyonçu" "Ən yaxşı ssenari" nominasiyasında da qalib olub.
Qızıl Qlobus (mükafat, 2013)
=== “Qızıl qlobus 2013”ün qalibləri === Ən yaxşı dramatik film – ““Arqo” əməliyyatı” (“Argo”) Ən yaxşı komediya və ya müzikl – “Səfillər” (“Les Misérables”) Ən yaxşı dram aktyoru – Deniel Dey-Lüis “Linkoln” (“Lincoln”) Ən yaxşı komediya və ya müzikl aktyoru – Hyu Cekman “Səfillər” (“Les Misérables”) Ən yaxşı dram aktrisası – “Cessika Çesteyn “Hədəf nömrə bir” (“Zero Dark Thirty”) Ən yaxşı komediya və ya müzikl aktrisası – Cennifer Lourens “Mənim sevgilim dəlidir” (“Silver Linings Playbook”) Ən yaxşı rejissor – Ben Afflek ““Arqo” əməliyyatı” (“Argo”) İkinci dərəcəli ən yaxşı aktyor – Kristof Valts “Azad olunmuş Canqo” (“Django Unchained”) İkinci dərəcəli ən yaxşı aktrisa – Enn Heteuey “Səfillər” (“Les Misérables”) Ən yaxşı ssenari – Kventin Tarantino “Azad olunmuş Canqo” (“Django Unchained”) Ən yaxşı xarici film – “Məhəbbət” (“Amour”, rej.
Yüksək mükafat (film, 1936)
== Məzmun == Xüsusi buraxılışda M.İ.Kalininin Sovet Azərbaycanının 15-ci ildönümü münasibətilə respublika zəhmətkeşlərinə Lenin ordeni təqdim etməsi mərasimi və həmin mərasimdəki çıxışı öz əksini tapmışdır. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, İvan Manakov Səs operatoru: İlya Ozerski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56.
Əməllərin mükafat və cəzası (kitab)
Əməllərin mükafat və cəzası (ərəb. ثواب الأعمال وعقاب الأعمال‎; transkripsiya: Səvabul-əmal və iqabul-əmal) — Şeyx Səduqun əsəri. Kitabda hansı əməllərin mükafata və cəzaya səbəb olması Məhəmməd peyğəmbərin və Əhli-beytin hədisləri ilə bəyan olunmuşdur. == Məzmun == 2-ci hissə “Əməllərin cəzası” kitabı İslam peyğəmbəri və imamlar tərəfindən nəql olunan hədislərin toplusudur. Kitab iki hissədən ibarətdir: Yaxşı əməllərin əvəzi və pis əməllərin cəzası. Oxuculara “Əməllərin cəzası” adı ilə təqdim olunan bu kitab ikinci hissədə qərar tutan hədislərdən ibarətdir. Kitabda pis əməllərə görə verilən dünya və axirət cəzalarından danışılır. == Nəşr və tərcümə == Əsərin 2-ci hissəsi 2014-cü ildə Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, "Əməllərin Cəzası" adı ilə Bakıda Qədim Qala nəşriyyatında 136 səhifədə 60x90 ölçüsündə çap edilib.Kitab tam şəkildə 2017-ci ildə Taleh Abbasovun tərcümə layihəsi rəhbərliyi ilə Müşfiq Mehdibəyli və Peyman Məhəmmədi tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Əhli-beyt maarifi nəşriyyatında çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Əməllərin Cəzası" ( (az.)). qedimqala.az.
Hvasanın qazandığı mükafat və nominasiyaların siyahısı
Rainbow Bridge World tərəfindən 19 iyun 2014 tarixində qurulan Cənubi Koreyalı qız qrupu Mamamoo-nun üzvü Hvasa tərəfindən qazanılan mükafatların və nominasiyaların siyahısı aşağıda verilmişdir.Hvasa 52 nominasiyadan 22 mükafat qazanmışdır.
Alan Rikmanın aldığı mükafat və nominasiyaların siyahısı
Aşağıdakı siyahıda Alan Rikmanın kino və teatr sahəsindəki fəaliyyətinə görə aldığı mükafat və nominasiyalar göstərilmişdir.
Mamamoo-nun qazandığı mükafat və nominasiyaların siyahısı
Bu, Rainbow Bridge World tərəfindən 2014 -cü ildə qurulan Cənubi Koreya-lı qız qrupu Mamamoo tərəfindən alınan mükafat və nominasiyaların siyahısıdır. Mamamoo 163 nominasiyadan cəmi 45 mükafat aldı.
Campiello Mükafatı
Campiello Mükafatı (Premio Campiello), hər il İtaliyada dərc olunan bir kitaba verilən nüfuzlu bir mükafatdır. == Quruluşu == Campiello Mükafatı, Veneto Regionu Sənayeçilər Birliyinin təşəbbüsü, 1962-ci ildə qurulmuş; İlk mükafat, 1963-ci ildə Primo Levinin La Tregua (Atəşkəs) adlı kitabına verilmişdir. Primo Levi, 3 Sentyabr 1963de, San Giorgio Maggiore adasındakı Teatro Verdede (Venesiya) keçirilən mərasimlə mükafatını almışdır. == Mükafat Veriləcək Kitabın Müəyyən Edilməsi == Ədəbiyyat tənqidçilərindən ibarət hakimlər (Giuria di letterati, yəni Ədəbiyyatçılar Məhkəməsi), il ərzində çıxan kitablar arasından beşini mükafata namizəd göstərir. Bu beş namizəd kitaba rayon Premio Selezione Campiello adı verilir. Daha sonra, Xalq Məhkəməsi (Giuria Popolare) və ya 300ler Məhkəməsi (Giuria dei 300) adı verilən və 300 oxucudan ibarət olan ikinci bir hakim, bu beş kitabdan birini birinci seçir. Xalq Məhkəməsi, İtaliyanın hər bölgəsindən fərqli ictimai, mədəni və peşə birlikləri təmsil edən üzvlərdən ibarətdir. Bir də, 15-22 yaşları arasında olan gənc yazıçılara verilən Campiello Giovani mükafatı vardır. == Campiello Vəqfi == Campiello Fondu (La Fondazione rayon Campiello) 1985-ci ildə Veneto Regionu Sənayeçilər Birliyinin təşəbbüsü ilə qurulmuş olub, məqsədi İtalyan mədəniyyətinin dəstəklənməsi, genişlənməsinin təmin edilməsidir. Vaqif, incəsənət şouları və simpoziumlar keçirməyin yanaşı, xüsusilə Campiello Ədəbiyyat Mükafatının təşkilinə cavabdehdir.
Cezar mükafatı
"Sezar" (fr. César) — 3 aprel 1976-ci ildə təsis edilmiş Fransanın film mükafatlarıdır. Namizədlər "Académie des Arts et Techniques du Cinéma" üzvləri tərəfindən təyin olunar. Bu mükafat ABŞ-də verilən Oskar mükafatının analoqudur. Mükafatın adı Fransız heykəltaraş Sezar Baldaççinidən (1921-1998) götürülmüşdür.
Musavat
Müsavat Partiyası – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur. == İlk dövr (1911–1920) == Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Xurafat
Xurafat ərəbcə huruf (hərflər) sözündən törəmədir və çox güman ki, hürufilik üsulları ilə məna çıxarmalarını bildirib. Ancaq sonradan mahiyyəti dəyişmişdir. Xurafatı miflə də əlaqələndirmək olar. Belə ki, insanlıq uşaqlıq dövründə dünyaya mif vasitəsi ilə baxıb. Qədim Yunan filosofu Aristotel özünün Metafizika kitabında bir problemin fərqinə varıb heyrətə düşmək insana özünün biliksizliyini fərq etdirir deyərək aşağıdakı ifadələri bildirir; "Bu səbəbdəndir ki, philo-mythos bir tərəfiylə də philo-sophosdur, çünki məhz miflər (xurafatlar) heyrət verici şeylərdən təşkil olunur." Xurafat ilə əlaqədar filosof Dücanə Cündioğlunun aşağıdakı fikirləri mühüm əhəmiyyət kəsb edir. "Bu gün xurafə-pərəstliyin dəyəri bilinmir, çünki xurafə-pərəstliyin bir imkan olaraq dərk olunması bir tərəfə dursun həqiqət-pərəstliyin tam əksi zənn edildiyindən həyatın bütün sahələrində xurafatlar qəhr olduqca həqiqətin özü də qəhr olub durur.
Darvin mükafatı
Darvin Mükafatları – 1985-ci ildə Usenet xəbər şəbəkəsinin müzakirələri zamanı yaranan virtual mükafat. 1994-cü ildən verilən mükafat hər il ən axmaq üsulla ölən və ya uşaq sahibi olmaq qabiliyyətini itirən və nəticədə bəşəriyyətin gen fonduna öz töhfəsini vermək imkanından özünü məhrum edən şəxslərə virtual olaraq təqdim olunur. Mükafatın verilmə səbəbi: Layihə 1993-cü ildə veb-saytın yaradılması ilə daha rəsmiləşdi, ardınca 2000-ci ildə Vendi Norskat tərəfindən başlayan bir sıra kitablar çıxdı. Mükafatların meyarında deyilir: "Çarlz Darvinin ruhuna uyğun olaraq, Darvin Mükafatları öz həyatlarını qurban verərək genefondumuzu qoruyan şəxslərin xatirəsini yad edir. Darvin Mükafatı laureatları özlərini qeyri-adi, axmaq şəkildə aradan qaldırır və bununla genlərimizin uzunmüddətli sağ qalma şansını artırırlar." == Tarix == Darvin Mükafatlarının mənşəyini hələ 1985-ci ildə Usenet qrup müzakirələrindəki yazılardan görmək olar. 7 avqust 1985-ci il tarixli bir yazıda mükafatların "ölümündən sonra genlərini hovuzumuzdan uzaq tutmaq üçün böyük fədakarlıq edən insanlara verilir" kimi təsvir edilir. Üslub önəmlidir, öz axmaqlığından ölən hər kəs qalib gələ bilməz." Bu ilk yazıda avtomatı başı üzərinə çəkən və içəri girmək istəyərkən əzilərək ölən bir şəxs nümunəsi göstərilir. Vendi Norskat deyir ki, Norskat tərəfindən idarə olunan rəsmi "Darvin Mükafatları" vebsaytı təqdim olunan bütün hekayələri təsdiqləmək üçün əlindən gələni edir və onları "Darvin tərəfindən təsdiqlənmişdir" kimi sadalayır. İnternetdə yayılan virus e-poçtlarının çoxu saxtakarlıq və şəhər əfsanələridir. == Mükafatın bəzi sahibləri == ABŞ-nin Şimali Karolina ştatında yaşayan 47 yaşlı Ken Çarlz Barger gecə radələrində telefon zənginə oyanıb.
Emmi Mükafatı
Emmi mükafatı və ya sadəcə Emmi — Amerikada televiziya sahəsində təqdim edilən mükafat. Emmi Oskar (kino sahəsində) Qremmi (musiqi sahəsində) və Toni (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilir. == Tarixi == Emmi mükafatlarını amerika televiziya sənayesinin müxtəlif sektorları təqdim edir və mükafatların təqdimetmə mərasimləri hər il keçirilir, lakin hər sahə üzrə müxtəlif aylarda verilir. Onların arasında ən məşhurları, mətbuatda geniş işıqlandırılan və nüfuzlu hesab edilən "Emmi" mükafatları Praymtaym və Gündüz mükafatlarıdır. Mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir, lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmi" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmi" mükafatından fərqləndirmək məqsədi ilə adı dəyişdirilərək praymtaym "Emmi" mükafatı adlandırılıb. Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika milli televiziya akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq televiziya akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir. İlk heykəlcik 1949-cu ildə yanvarın 25-də Hollivudun idman klubunda təqdim edilib, lakin mükafat yalnız Los-Ancelesdə yayımlanan proqramları əhatə edirdi. "Emmi" adı "immy" sözündən əmələ gəlib. Belə ki, ilk televiziya kameralarında katod borusu belə adlanırdı yəni "immy".
Enni mükafatı
Enni mükafatı (ing. Annie Award) – Kaliforniya ştatının Los-Anceles şəhərində 1972-ci ildən verilən Beynəlxalq Animasiya Kino mükafatıdır. 1993-cü ildən bu yana "Ən yaxşı animasiya mükafatı" adı ilə də tanınır. == Xarici keçidlər == Rəsmi saytı. Arxivləşdirilib 12 iyul 2015-ci il tarixində.
Müşkapat
Müşkapat — Azərbaycan Respublikasının Xocavənd rayonunun Kəndxurd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Müşkapat kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Müşkapat kəndi XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra bu ərazidə Türkiyənin Muş əyalətindən gəlmə ermənilər yerləşdirilmişdi. Oykonim "Muş kəndi" mənasındadır. Oykonimin Müşqapat, Muşkanat variantlarına da təsadüf edilir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.