Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muncuq Xan
Muncuq (Munçuk, Mundzuk və ya Moncak, yun. Μουνδίουχος, mac. Bendegúz; bilinmir, bilinmir – ən geci 435) — hunların bəylərindən. Haylandur boyundan, Balamirli sülaləsindəndir. Bilgə və İdil xanların atası, Rua xanın qardaşı, Uldız xanın oğlu idi.
Mucuq
Mucuq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1199-cu ildə yaradılmışdır. Burada orta əsrlərə aid bir neçə məscid və qəbiristanlıq var. == Toponimikası == Mucuq Oykonim “soyuq (Mur) ve yer (cuq) ” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1366 nəfər əhali yaşayır.
Mucuq şəlaləsi
Mucuq şəlaləsi — Azərbaycan Respublikasının Qəbələ rayonu, Laza kəndi yaxınlığında yerləşir. Mucuq şəlaləsi Dəmiraparançayının solunda, 1700 metr hündürlükdə yerləşir. Şəlalənin hündürlüyü 96 metrdir. Mucuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür. Şəlaləyə gələn və həmçinin şəlaləni əmələ gətirən su, kiçik çay əmələ gətirir. Çaya Muçuqçay adı verilmişdir. Muçuqçay Dəmiraparan çayının çox qollarından biridir. Çay Tufandağ massivinin cənub-şərq yamacında yerləşən Qotur dağı (3226 m) massivindən (məşhur Salavat aşırımı bu massivdə yerləşir) 2800-3000 metr hündürlükdən başlayır.
Nəzər muncuğu
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. == Xüsusiyyətləri == Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. == Tarixçə == Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
Manyuq
Manyuq — Yardımlı rayonu ərazisində çaydır. Hidronim Ağdam rayonundakı Manik çayının adı ilə eynimənşəli olub, “kiçik çay” mənasındadır.
Muncuqlu
Muncuqlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Muncuqlu (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd.
Mundu
Mundu (fr. Moundou) — Loqon çayının sahilində yerləşir, Çadın ikinci böyük şəhəridir. Bu şəhərdə gəzə biləcəyiniz "Premiyer Musee du Loqon Coğrafiya Muzeyi"dir. Muzeydə Çad əl sənətlərini və heyvan dərilərini sərgiləyirlər.
Sucuq
Sucuq - içərisinə fındıq, qoz, şabalıd və s.
Epidendrum mancum
Epidendrum mancum (lat. Epidendrum mancum) — səhləbkimilər fəsiləsinin epidendrum cinsinə aid bitki növü.
Erigeron mancus
Erigeron mancus (lat. Erigeron mancus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Juncus loureiroana
Hind elevzinəsi (lat. Eleusine indica) — elevzinə cinsinə aid bitki növü.
Kayli Minouq
Kayli Enn Minouq, AO, OBE (ing. Kylie Ann Minogue [ˈkaɪliː mɨˈnoʊɡ], eyni zamanda mononim kimi Kylie; 28 may 1968[…], Melburn) — Avstraliyalı pop müğənni, mahnı müəllifi və aktrisadır. Tez-tez dəyişikliyi ilə tanınan və kommersiya baxımından ən uğurlu Avstraliya ifaçısıdır. Mətbuatda onu Avstraliya musiqi səhnəsinin "pop şahzadəsi" və "stil ikonu" adlandırırlar. Minouq 1980-ci illərin ortalarında Avstraliyanın "Qonşular" serialında çəkilməklə məşhurluq qazanır. 1980-ci illərin sonlarında PWL studiyası ilə müqavilə imzalayaraq musiqi karyerasına başladı. Prodüserlər ilə əməkdaşlıq illərində müğənni babblqam və dans-pop üslubunda dörd studiya albomu buraxdı. İlk üç albomu və "The Loco-Motion", "Hand on Your Heart", "Better the Devil You Know" və "Step Back in Time" sinqlları Avstraliya və Britaniya hit-paradlarının ilk onluğuna daxil oldu. Deconstruction Records səsyazma studiyasının dəstəyi ilə PWL dən ayrılan Minouq Kylie Minogue albomunu buraxdı. 1997-ci ildə elektron rəqs musiqisi üslubunda Rok elementləri olan Impossible Princess adlı eksperimental albom buraxdı.
Maksim Munzuk
Maksim Munzuk (tıva Максим Монгужук-оглу Мунзук 2 may 1910 – 28 iyul 1999, Kızıl) — Tıva Sovet və Rus aktyoru, tıva milli teatrının qurucularından biri. Akira Kurosavanın Dersu Uzala filmdəki eyni adlı rolun ifaçısıdır. == Bioqrafiyası == Maksim Munzuk çox yönlü yaradıcı insan idi. Aktyor, rejissor, müğənni, musiqi folklorunun kolleksiyaçısı, bəstəkar, müəllim kimi fəaliyyətlərlə məşqul olmuşdur. B. Kok-oola adına Tıva Musiqili və Dram Teatrının səhnəsində fərqli bir təbiətdə çox sayda rol oynamışdır. Rusiya Sovet Federativ Sosialist Respublikası və Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq artisti idi. Maksim Munzuk Oskara layiq görülən Dersu Uzala daxil olmaqla, Almaz Yolu və Andrey Konchalovskinin Sibiriada dramı sənədli filmləri də daxil olmaqla 22 filmdə rol alıb. Ən maraqlı və parlaq teatr rolları arasında: Tonqur-ool (Salçak Tokun "Tonqur-ool"), "Bottanqan Kuzel" də ("Tamamlanmış bir xəyal") feodal Şıırap. 2017-ci ildə Oktargay Xeyriyyəçi Mədəni-Tarix Fondu (fondun rəhbəri məşhur sənətçi Baranmaa Alexandr Nasoviçdir) qeyri-kommersiya təşkilatı Maksim Munzukun iki metrlik abidəsi hazırlamaq üçün vəsait toplayır. == Ailəsi == Həyat yoldaşı — aktrisa və müğənni Kara-Kıs Munzuk (1918–1995), RSFSR xalq artisti.
Mancur dili
Mancur dili ( Mançur dili: manju gisun, Çin dili: 滿語; Yapon dili: 満州語/満洲語) — Tunquz dillərindən Şimali Çində danışılan dil. Mançu dilinin özünə xas bir əlifbası vardır. Bu gün Mançu dili ölmək üzrə olan dillərdən biridir.
Mancur göyrüşü
Mancur göyrüşü (lat. Fraxinus mandshurica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Asiyada iynəyarpaqlı və enliyarpaqlı meşələrin əsas ağaclarından biridir. Rusiyanın Primorsk diyarı və Saxalin vilayətində, Koreyada, Çində, Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Bu növ adi göyrüşə oxşardır. Hündürlüyü 25 m, diametri 1,5 m olan, birinci dərəcəli ağacdır. Gövdəsi düz, sütunvari, çətiri yuxarı qalxmış, enli-yumru, zərifdir. Cavan ağaclarda nazik yarıqlarla örtülmüş, yaşlandıqda rəngi bozdan tünd bozadək dəyişir. Zoğları və cavan budaqları tünd sarı və ya qonur rəngli, ağtəhər pulcuqlu, tumurcuqları qara və ya qara-qonur, çılpaqdır. Mayın əvvəllərində yarpaqları açılanadək çiçəkləyir, meyvələri sentyabrın axırları – oktyabrda yetişir, qış ərzində tökülür.
Muncuqlu (Laçın)
Muncuqlu — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Muncuqlu (Tovuz)
Muncuqlu — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == XIX əsrdə bu kənd quşçu tayfa­sının icmasına məxsus kiçik məntəqələrdən biri olmuşdur. Kənd qədim qəbristan yerindən bəzək əşyalarının tapılması ilə əlaqədar Muncuqlu adlanan yerdə salın­dığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murğuz silsiləsinin ətə­yində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Muncuqlu kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Muncuqlu kənd tibb məntəqəsi yerləşir.
Muncuqlu tikmə
Muncuqlu tikmə (rus. вышивка бисером) - toz (xırda) və rəngarəng muncüqlarla işlənilən tikmə növü. == Texnika == Muncuqlu tikmənin geniş yayıldığı yerlər Şuşa, Gəncə, Qazax, Naxçıvan, Bakı və Təbrizdir. Muncuqlar xüsusi saplara düzülür, sonra isə pul kisəsinin, daraq qabının və yaxud digər əşyaların üzərinə tikilib bərkidilir. Təsvirlər müxtəlif formada və kompozisiyada işlənilirdi. Məxmər, qanovuz, şal və qismən kətan parçalar üzərində işlənirdi. İstənilən bir naxış motivini parça üzərinə keçirmək üçün ilk növbədə onun ümumi mühit xətti qeyd edilir, sonra düzülmüş hazır saylı muncuqları götürüb, lazımi yerə bənd edirlər. Muncuqlar iki üsulla, ya təkbətək, ya da düzüm halında sıra ilə parça üzərinə bənd edilirdi.Ən geniş yayılan motivlər güllər, çiçəklər, yarpaqlar idi. Belə tipli tikmələrdə mirvaridə istifadə edilirdi.
Phytoseius mancus
Phytoseius mancus (lat. Phytoseius mancus) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius mancus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qurcuq (Miyanə)
Qurcuq (fars. گورجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (38 ailə).
İkievli bunduq
== Təbii yayılması == ABŞ və Kanadada, Texas və Luizianadan Ontorio və Cənubi Dakotayadək, düzənliklərdə, çay kənarında və Appalaçın aşağı nəmişli yaruslarında rast gəlinir. Bu növə bəzən Kanada bunduqu da deyilir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatan, geniş və seyrək çətirli, düz gövdəli ağacdır. Yarpaqları tökülən, ikiqat lələkvari, uzunluğu 60-70 sm, eni 8 sm-ə çatır. Yarpaqcıqları tünd yaşıl, 8 sm enindədir. Çiçəkləri seyrək salxımlarda yerləşir, sarımtıl-yaşıl rəngli, kiçik və ətirlidir. Meyvəsi paxladır, uzunluğu 8-16 sm-ə, eni 3-5 sm-ə çatır, ətli, şabalıdı qonur rəngdədir. Toxumları dəyirmi, yastı və bozumtul qara, uzunluğu 20 mm, qalınlığı 10 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, meyvəsi oktyabr-noyabr aylarında yetişir. == Ekologiyası == Münbit və rütubətli torpaqlara tələbkar və işıqsevəndir.
Böyük Muruq
Böyük Muruq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd erkən orta əsrlərdə salınmışdır. "Muruğ " komponentindən ərsəyə gələn iki kənd adı var: Çexi Muruğ yəni Böyük Muruğ və Zindanmuruğ . Kəndin ərazisində Xlll əsrə aid məscid və tarixi çox qədimlərə gedib çıxan qəbirlərə rast gəlinir. Tarixi mənbələr bu kəndlərin əsasının hələ erkən orta əsrlərdə salındığını göstərir. "Muruğ" oykoniminə ilk dəfə X əsrdə "Abu Müslimin tarix " kitabında rast gəlinir.Bundan başqa mənbələrdə 1710-cu ildə Şirvanşah ll İbrahimin dövründə Böyük Muruq kəndinin adı çəkilir. == Toponimikası == Böyük Muruq oyk., mür. Qusar r-nunun Əcəxur i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Yerli əhali arasında Çexi Murux da deyilir.
Munck İnci
Munck inci (Münci İnci) (1940-cı il, Van – 24 sentyabr, 2015-ci il, İstanbul) - Türkiyə iş adamı, vəkil. == Həyatı == Vanda 1940-cı ildə doğulan İnci , ilk , orta və lisey təhsilini burada tamamladıqdan sonra 1958-ci ildə İstanbul Universiteti Hüquq Fakültəsində təhsilinə davam etdi . 1963-cü ildə məzun olan İnci , ehtiyat subaylığını 1971-1972'de hərbi prokuror olaraq tamamladıqdan sonra İstanbulda vəkillik peşəsini davam etdirdi . Ticarət və sənaye investisiyalarına , vəkillik mesleğiyle birlikdə davam edən Munck İnci , 1991-ci ildə ilk dəfə Fırtına adlı hüquq məzmunlu jurnalı nəşr həyatına soxaraq media həyatına başladı . İnci , sonrasında qurduğu həftəlik və aylıq 10-u aşan iqtisadiyyat , xəbər məzmunlu jurnal və gündəlik bir qəzetin olduğu İntermedya nəşr kuruluşuyla media həyatında iştirak etdi .
Munəq (Miyanə)
Munəq (fars. مونق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 259 nəfər yaşayır (62 ailə).
Zindan-Muruq
Zindan-Muruq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Zindanmuruq bələdiyyəsinin mərkəzi. == Toponimikası == Zindan-Muruq oyk., miir. Qusar rayonunun eyniadlı i.ə.v.-də kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Qusarçayın sağ sahilində, Qızılqaya platosunun (Böyük Qafqaz) yamacmdadır. Əsl adı Sindanmuruqdur. Dağıstanın cənubunda erkən orta əsrlərə aid Sindan (Şindan) qalasının adından və Muruq kəndinin adından yaranmışdır. Talış zonasında da Şindan qalası var. Qalanın adı ilk dəfə VII əsr hadisələri ilə əlaqədar çəkilir. Oykonim "Sindan yaxınlığındakı Muruq kəndi" mənasmdadır.
Küncüt
Küncüt (lat. Sesamum) — pedaliacae fəsiləsinə aid bitki cinsi. == Növləri == Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becərirlər. Yuxarı zonalara (dəniz səviyyəsindən 1700-1800 metrə qədər) doğru getdikcə küncütün qara toxumlu sortları üstünlük təşkil edir. === Azərbaycanın dərman bitkiləri === == Əhəmiyyəti == Küncüt bitkisi tərkibindəki yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16,2-18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir.
Müçüş
Müçüş- İranın Kürdüstan ostanının Kamyaran şəhristanının Müçüş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,950 nəfər və 769 ailədən ibarət idi.
Puçuq
Puçuq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Pucuq oyk., sadə. Quba r-nunun Qonaqkənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Pucuqqışlaq olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Quba qəzasının Gümür kənd icmasına mənsub ailələr onlara məxsus qışlaq yerində salmışlar. Sonralar toponimin tərkibindəki qışlaq sözü ixtisar edilmişdir. Toponimiyada puçuq/pucuq!puşuq •‘əkinə yararlı olmayan sahə”, “örüş sahəsi” mənalarını bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 48 nəfər əhali yaşayır.
Ruçuq
Ruçuq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Ruçuq oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Keçmiş adı Ruçuqqışlaq olmuşdur. Sonralar oykonimin ikinci komponenti düşmüşdür. Yaşayış məntəqəsi Afurca kəndinə məxsus Ruçuq adlı qışlaq yerində salınmışdır. Güman etmək olar ki, oykonim tat dilindəki ruçuq (ru-üz, çuq-açıq; Üzüaçıq) sözündəndir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 25 nəfər əhali yaşayır.
Bunçaq Xan
Bunçaq xan - türk və altay mifologiyasında keşikçi tanrısı. Buncak (Muncak, Monçak, Ponçah, Ponçak) olaraq da tanınır. Kayra Xanın saray yolunu qoruyan iki gözətçilər biridir. Busul Xan ilə birlikdə xatırlanır. == Etimologiya == (Bun/Mun) kökündən törəmişdir. Böhrana salan, çətinlik verən deməkdir. Bundan başqa gözmuncuğu demək olan "Munçuk/Monçuk" ilə də əlaqədardır.
Küncüt yağı
Küncüt yağı küncüt toxumundan alınan yeməli bitki yağıdır. Yağ kimi istifadə olunmaqla yanaşı, bir çox mətbəxdə fərqli qoz ətri və dadı olan ləzzət artırıcı kimi istifadə olunur. Yağ, erkən tanınan bitki mənşəli yağlardan biridir. Dünya miqyasında kütləvi müasir istehsal, səmərəsiz əl yığımı prosesi səbəbindən məhduddur. == Tərkibi == Küncüt yağı sadalanan yağ turşularından ibarətdir: linoleik turşu (ümumi miqdarın 41%), olein turşusu (39%), palmit turşusu (8%), stearin turşusu (5%) və digərləri az miqdarda. == Tarixi == Tarixən, küncüt 5000 il əvvəl quraqlığa davamlı bir məhsul kimi becərilib və digər məhsulların uğursuz olduğu yerlərdə yetişə bilib. Küncüt toxumu, yağ üçün emal edilən ilk bitkilərdən biri, həm də ən erkən dad əlavələrindən biri idi. Küncüt, Hind vadisi mədəniyyəti dövründə yetişdirilirdi və əsas yağ məhsulu idi. Ehtimal ki, eramızdan əvvəl 2500-cü ildə Mesopotamiyaya ixrac edilmişdi. == İstehsal prosesi == Küncüt toxumu ilk növbədə inkişaf etməkdə olan ölkələrdə istehsal olunur, genişmiqyaslı, tam avtomatlaşdırılmış yağ hasilatı və emalı texnikasının yaradılmasının məhdudlaşdırılmasında rol oynayan bir amildir.
Mürdüq (Marağa)
Mürdüq (fars. ‎‎‎مردوق‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (173 ailə).