MUNCUQ

is. Müxtəlif rəngli, yuvarlaq və ya başqa formalı şüşələrdən, plastik kütlədən və s.-dən qayrılıb sapa düzülən və bəzək kimi boyuna taxılan dənələrdən hər biri, habelə bu bəzəyin özü. Muncuğu sapa düzmək. Boynuna muncuq taxmaq. – Qonşu muncuğunu götürən gərək gorda taxsın. ( Ata. sözü ).
Boynundan bir çox kiçik və iri muncuqlar asmış bir dərviş … əlində kəşkül və təbərzin oxuya-oxuya gedir. A.Şaiq.
[Bülənd] …Nazlının boynundakı kəhrəbaların və muncuqların hamısını dartıb qopartdı. Ə.Əbülhəsən.

□ Muncuq kimi – bir biçimdə, bir boyda (adətən yumru şəkildə) olan şeylər haqqında. Üzündən muncuq kimi tər axır.
// Müntəzəm sıra halında düzülmüş şeylər haqqında.
Reyhan xanım daxil oldu, Rüxsarə xanımı görüncə muncuq kimi düzülmüş ağ dişləri göründü. T.Ş.Simurq.

Etimologiya

  • MUNCUQ Mənbələrdə boncuq forması da vardır, deməli boyun sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MUMLU
MUNCUQ-MUNCUQ

Digər lüğətlərdə