MUNCUQLANMAQ f. Muncuq-muncuq olmaq, muncuq kimi düzülmək, muncuq şəklinə düşmək, yumrulanmaq. [Şiraslanın] …həyəcandan alnında tər dənələri muncuqlanırdı. S.Rəhimov. Mahmud üzündə muncuqlanan utancaqlıq tərini yaylıqla silib sözə başladı. P.Makulu.