Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bundal adası
Bundal adası (urdu جزیرہ بندل) — Ərəbistan dənizində, Pakistana məxsus olan kiçik ada. 2006-cı ildə Pakistan hökuməti Bundal adası daxil olmaqla iki adanı "Emaar Properties" şirkətinin istifadəsinə verir. Şirkət adalara 43 mld $ dərərində yatırım qoymalıdır. Emaar Properties şirkəti BƏƏ ən böyük şirkətlərindən biridir. Onlar Bundal və Buddo adalarında infrastruktura qurmalıdır. Qasım limanı aksiyanın 15 % sahib olmalıdır.
Klaudia Mandia
Klaudia Mandia (21 oktyabr 1992, Battipaliya, İtaliya) — İtaliyalı oxatan. Klaudia Mandia İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Klaudia Mandia birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Makkenzi Brovnu ilə üz-üzə gəldi. Həmin görüşdə Klaudia Mandia rəqibinə 4:6 hesabı ilə uduzdu.
Protea mundii
Protea mundii (lat. Protea mundii) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Hasan Mandal
Hasan Mandal (türk. Hasan Mandal; 1965, Əskişəhər) — Türk akademik və TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası) prezidenti. == Həyatı və təhsili == 1965-ci ildə Əskişəhərdə anadan olub. 1987-ci ildə ODTÜ-nün Metallurgiya mühəndisliyi fakültəsini bitirib, 1992-ci ildə Nyukasl Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1994-cü ildə Anadolu Universiteti Keramika Mühəndisliyi bölməsində dosent vəzifəsində çalışmağa başlayıb, 1996-cı ildə dosent, 2001-ci ildə isə professor olmuşdur. 2002-ci ildə Anadolu Universiteti Keramika Mühəndisliyi Departamentinin adı Material Elmləri və Mühəndisliyi olaraq dəyişdirildikdən sonra akademik karyerasını 2002–2011-ci illərdə Anadolu Universiteti Material Elmləri və Mühəndisliyi Fakültəsində davam etdirmişdir. O, eyni zamanda 2004–2010-cu illərdə Anadolu Universiteti Mühəndislik və Memarlıq Fakültəsinin dekanı vəzifəsində çalışıb. 15 mart 2011-ci ildə Anadolu Universitetindən ayrıldı və Sabancı Universitetində Araşdırma və Məzun Siyasəti Direktoru, 2012–2015-ci illərdə isə Sabancı Universitetinin vitse-prezidenti vəzifələrində çalışıb. Onun Universitetlərarası Şura kvotasından YÖK üzvlüyünə seçilməsi 24 mart 2015-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib və o, YÖK İdarə Heyətinin üzvü kimi fəaliyyətə başlamışdır.20 iyul 2016-cı ildə isə YÖK-ün müavini olub. 12 yanvar 2018-ci il tarixinədək YÖK-ün vitse-prezidenti vəzifəsində çalışıb, eyni tarixdən Sabancı Universitetinin rektor müavini və 22 fevral 2018-ci ildə TÜBİTAK-ın prezidenti vəzifəsinə təyin edilib.
Anima mundi
Anima mundi — yəni dünyanın saf, səmavi ruhu. Antik filosoflara görə təbiətin hər yanına nüfuz etdiyi irəli sürülmüşdür. == Haqında == Fikrin Platon ilə ortaya çıxdığı deyilsə də, qavramın kökəninin daha antik olduğu və ilk dəfə bəzi şərqli filosofların sistemlərində irəli sürüldüyü iddiası da vardır. Stoaçılara görə, o bəşəriyyətdəki tək mühüm, həyati gücdür.Bənzər qavramlara Parakelsus kimi hermetik filosoflar və daha sonra Fridrix Şellinq (1775–1854) də sahib olmuşdur. == Okultizmdə Anima mundi == Anime mundi termini Ökult terminologiyasının termini olub, dünyanın tamamilə canlı varlıq olduğu qavramını dilə gətirmək üçün "Dünya canı" anlamında isifadə edilir. Latıncadan da tərcüməsi bu mənaya gəlir.Basilius Valentinusun "dünya ölü bir vücuddan ibarət deyildir" sözü ilə bildirdiyi Anima mundi Okultistlərin ardından Teozoflar tərəfindən də qəbul edilmişdir. Bu qavramı qəbul edən düşüncəyə görə, insan bədənində olduğu kimi Anime mundinin bədənində də sinir sistemi, hərəkət sistemləri, nəfəs sistemi mövcuddur. Anima mundinin insan varlığında olduğu kimi ruh, sübtil bədən və maddi bədən olaraq üçlü quruluşa sahib olduğu qəbul edilir.
Disarmonia Mundi
Disarmonia Mundi — İtaliyanın Turin şəhərində yaranan metal musiqi qrupu. == Haqqında == Qrup 2000-ci ildə Ettore Rigotti tərəfindən yaradılmışdır. 2001-ci ildə ilk studio "Nebularium" adlı albomlarını çıxartdılar,bu albomu Ettore Rigotti öz evində yazmışdır. "Nebularium" albomu Rusiyada geniş surətdə satılmağa başlandı.Daha sonra Scarlet Records şirkəti ilə müqavilə imzalıyan Disarmonia Mundi 2004-cü ildə "Fragments of D-Generation" adlı ikinci studio albomlarını buraxdı.
Salvator Mundi
Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri. == Haqqında == Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib. Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər. Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi. "Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir. == Həmçinin bax == Ən bahalı rəsm əsərlərinin siyahısı == İstinadlar == == Mənbə == Qiyməti 201 milyon dollar olan portret!
Munda dilləri
Munda dilləri Hindistanda təxminən doqquz milyon insanın ana dil olaraq danışdığı, Mərkəzi Hindistan və Şərqi Hindistandan Banqladeşə qədər bir-biri ilə sıx əlaqəli qohum dillərin daxil olduğu dil qrupudur. Tarixdə onlara kolar dilləri adı ilə də adlandırılmışdır. Onlar Avstriya-Asiya dil ailəsinin bir qolunu təşkil edir Yə. əni Mon və Kxmer dilləri krlə, Vyetnam dili ilə, eləcə də Tayland və Laosdetnik akı azana lıq dilləri və Cənubi Ç etnikinin alarınzana dilləri olan lıq manq dilləri ilə daha yaxınqohumdurlarrlər. Bhumic, Ho, Mundari və Santali geniş yayılmış Munda dilləridir. Ailə ümumiyyətlə iki qola bölünür: Jharkhandın Çota Naqpur Yaylasında danışılan Şimali Munda əsasən Chhattisgarh, Odişa, Qərbi Benqal və Banqladeşdə yayılmışdır. Cənubi Munda qolu isə Odişanın mərkəzində və Andhra Pradeş ilə Odişa arasındakı sərhəddə danışılır. Santali dilinin ən çox danışdığı və Hindistanda rəsmi dil kimi tanınan Şimali Mundada qrupununa daxildir. Bu səbəbdən də Şimali qrupunda Cənubi Munda ilə müqayisədə iki dəfə çox danışan sayı var. Danışanların sayına görə Santalidən sonra Mundari və Ho dilləri sonra isə Korku və Sora dilləri gəlir.
Sic transit gloria mundi
Sic transit gloria mundi — "dünyanın şöhrəti belə keçir" mənasını verən latınca ifadə. == Mənşə == Bu ifadə 1409-cu il (V Aleksandrın tacqoyma mərasimində istifadə edildiyi zaman) və 1963-cü illər arasında papanın tacqoyma mərasimlərində istifadə edilmişdir. Yeni seçilmiş papa öz sedia gestatorunda (mərasim taxtı) Müqəddəs Pyotr bazilikasının müqəddəs mərasimindən çıxış edərkən yürüş üç dəfə dayandı. Hər dəfə bir papanın mərasim ustası əlində gümüş və ya mis qamış tutaraq, yanan kətan yedəyində papanın qarşısında diz çökərdi. Ardıcıl olaraq üç dəfə parça yanan kimi o, yüksək və kədərli səslə deyirdi: "Pater Sancte, sic transit gloria mundi!" (“Müqəddəs Ata, dünya şöhrəti belə keçir!”). Papaya ünvanlanan bu sözlər həyatın keçici təbiətini və yer üzündəki şərəflərin xatırladıcısı olaraq xidmət etdi.İfadənin bir forması Tomas Kempisin 1418-ci ildə Məsihin Təqlidi adlı əsərində meydana çıxdı: "O quam cito transit gloria mundi" ("Dünyanın izzəti necə də tez keçib gedir").İdiomatik kontekstlərdə bu ifadə "şöhrət keçicidir" mənasında istifadə edilmişdir. == Ədəbiyyatda və incəsənətdə == Amerikalı şair Emili Dikinsonun ilk nəşr olunan şeiri "Sic Transit Gloria Mundi" adlanırdı. İngilis illüstratoru Corc Kruikşank tərəfindən 1819-cu ildə çəkilmiş qravürü "Dənizçilərin Tərəqqi: Sic transit gloria mundi" adlanır.
Alva Mürdal
Alva Myurdal — İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 1949–1950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur. 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955-1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı. Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür.