Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəbatilər
Nəbatilər (ərəb. الأنباط‎, Əl-Ənbaṭ) İosif Flavi zamanında Fərat çayından Qırmızı dənizə qədər uzanan və Suriya ilə Ərəbistan arasında sərhəd bölgəsindəki vahələrdə məskunlaşan və "Nəbatə" adı verilən bölgədə yaşayan qədim samilər, cənubi İordaniyalı, Kənanlı və şimal Ərəbistan'lı ərəbləridi. Petra (İordaniya) Busra Suriya Mədain Saleh (Şimalqərbi Səudiyyə Ərəbistanı) Shivta (Nəcəf Çölü - İsrail) Avdat (Nəcəf Çölü - İsrail) Hecht Museum - Catalogues | The Nabateans in the Negev Arxivləşdirilib 2014-08-24 at the Wayback Machine Hecht Museum - Exhibitions | The Nabateans in the Negev Arxivləşdirilib 2018-11-20 at the Wayback Machine Bulletin of Nabataean Studies Arxivləşdirilib 2009-12-06 at the Wayback Machine: links on Petra and the Nabataeans The Nabateans in the Negev NABATÆANS The only collection of ancient Nabataean art outside of Jordan Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine Archaeological Studies ADASR (Ancient Desert Agriculture Systems Revived Nebatilerle ilgili arkeolojik yerleşim yerleri. Graf, David, Rome and the Arabian Frontier: from the Nabataeans to the Saracens "Nabat," Encyclopedia of Islam, Volume VII. Stephan G. Schmid: "The Nabataeans. Travellers between Lifestyles". in: B. MacDonald - R. Adams - P. Bienkowski (eds.), The Archaeology of Jordan (Sheffield 2001) 367-426. ISBN 1-84127-136-5 Mazor, Emanuel and Krasnov, Boris, editors "The Makhteshim Country - a Laboratory of Nature".
Nəbatilər dövləti
Nəbatilər dövləti və ya Nəbatiya (ivr. ‏נַבָּטִים‏‎ — «nabatim», ərəb. مملكة الأنباط‎, q.yun. Ναβαταῖοι — «nabatayoy») — İordaniyada iqtidarda olmuş tarixi dövlət. Ərəbistan yarımadasının şimal və şimal-qərb nahiyəsində, Aralıq dənizinin sahilində yağışların yağması və yaxşı ticarət mövqeyi olması baxımından bir sıra dövlətlər təsis edilmişdir. Şimalda Əqəbə körfəzində Əl-Ərbə vadisinə qədər uzanan ərazi Nəbatilərin torpaqları olmuşdur. Deyilənə görə Nəbati tayfası Ərəbistan səhralarından eramızdan 600 il qabaq bu ərazilərə köç etmişlər. Babil dövləti suquta uğradıqdan sonra onlar bir dövlət yaratmışlar. Eramızdan əvvəl dördüncü yüzilliyin sonunda – Makedoniyalı İsgəndərin hücumu nəticəsində Səba dövlətinin dənizdəki qüdrəti aradan getdikdə – Nəbatilərin dövləti qüvvətlənmişdir. Onlar Sərhan vadisindən keçən ticarət yolunu da ələ keçirdilər.
Nəcahilər
Nəcahilər — Yəməndə Zəbid və çevrəsində hökm sürən Həbəş əsilli xanədan (1022–1159). Yəməndə Ziyadi əmiri Əbül-Ceyş İshaq ibn İbrahimin ölümündən (981) sonra Abdullah (və ya Ziyad) ibn İshaq və oğlu İbrahim (və ya Abdullah) dönəmlərində dövlətin idarəsini sırasıyla Hüseyn ibn Səlamə və Mərcan adlarında əslən Həbəşi azadlı kölə olan vəzirlər ələ keçirmişdilər. Bunlardan Mərcanın Nəfis və Nəcah adlı yenə Həbəşi kölə əsillı iki önəmli adamı arasında ortaya çıxan anlaşmazlıq sırasında Nəfis, hələ uşaq yaşda olan Əmir İbrahimi və onu himayə edən bibisini öldürüb taxtı ələ keçirdi (1017). Buna görə Nəcah onunla mücadiləyə girərək özünü və başından bəri dəstəkçisi olan vəzir Mərcanı öldürüb taxta çıxdı (fevral 1022). Ardından Abbasi xəlifəsi Qadir-Billaha itaətini bildirdi və xəlifədən əl-Müəyyəd Nasirəddin ləqəbini aldı. Beləcə Yəmənin Tihamə bölgəsində Zəbid mərkəzli Bəni Nəcah dövləti qurulmuş oldu. Ziyadilərdən sonra üləmanın dəstəyiylə Yəməndə sünniliyin qorumaçılığını üstlənən Nəcahilər Şafei məzhəbinə mənsubdular. Eyni dönəmdə Yəməndə İsmaili dəvət fəaliyətləri sürətləndi və Əli ibn Məhəmməd əs-Suləyhi, Suleyhilər xanədanını qurarak Fatımi xəlifəsi Müstənsır-Billah adına xütbə oxutmağa başladı. Nəcahiləri İsmaili dəvətin önündə ciddi bir əngəl görən Əli ibn Məhəmməd, Nəcah ilə dostluq qurub hədiyə etdiyi bir cariyəsi vasitəsıylə onu zəhərlətib öldürtdü (1060), ardından Zəbidi zəbt etdi. Qırmızı dənizdəki Dəhlək adasına qaçan Nəcahın oğulları Səid və Cəyyaş, Suləyhilərlə savaşmağa başladılar; Nəcahın büyük oğlu Said, Ali b.
Zəbanilər
Zəbanilər (ərəb. الزبانية‎) — islam esxatologiyasında, cəhənnəm mələkləri və ya ölüm zamanı ruhları aparan mələklər . Adları Quran kitabının Ələq surəsində keçir: "Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!". Təhrim surəsi (azərb. Qadağan edilmə‎) sərt və güclü mələklər haqqında bəhs edilir: "Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)". Muddəssir surəsinin 30-cu ayəsinə görə, Zəbani mələklərin sayı 19-dur. İslam rəvayətinə əsasən, Zəbanilər mələkləri qandallar və zəncirlərlə günahkarları qarşılayacaqlar. Mələklər onları dəmir kötəkləriylə döyəcəklər və hər dəfə onlar oradan çıxmaq istəyəndə mələklər onları geri qaytaracaqlar. A. Jeffery. The foreign vocabulary of the Qurʾān.
Nəcdatilər
Nəcdat — İslam dininin xaricilər məzhəbi tərkibində olan qrup. VII əsrin sonlarına doğru Əməvilər dövründə Necdat ibn-i Əmir əl-Hənəfi (ərəb. نجدة بن عامر الحنفي‎) adlı şəxsin rəhbərliyi altında qurulmuşdur. Onlar Səudiyyə Ərəbistanının ortasındakı Yamamah adlı səhra və Bəhreyn arasındakı torpaqlara hakim olub bu bölgədə öz müstəqil dövlətlərini qurmuşdular. Necdat 692-ci ildə öz tərəfdarlarından biri tərəfindən öldürülmüşdür. Nəcdatların fərqli xüsusiyyətləri: Xristianları, yəhudiləri və digər qeyri-müsəlmanları öldürməyə icazə, Əzraqilər (başqa bir xarici məzhəbi) isə öz güclərini qəbul etmək şərti ilə onların öldürülməsinə icazə vermirdilər. Etiqad budur ki, xəlifənin və ya başqa bir hökmdarın olması dində vacib deyil. Belə ki, əgər bir cəmiyyətin üzvləri dini əsaslara söykənən münasibətləri davam etdirə bilirlərsə, onda başsız ola bilərlər. Əgər sünnilərin çoxluq təşkil etdiyi bölgələrdə olsalar, təqiyyə ilə öz həqiqi əqidəsini gizlətməyə icazə verilirdi. Nəcdət ibn Amir, Xariclərin böyük əksəriyyətindən fərqli olaraq, günah işlətmiş müsəlmanları təkfir etmir, yəni onları kafir hesab etmir və onların Allah tərəfindən bağışlanacağına inanırdı.
Səbailər
Səbailər (yun. Σαβαίοι)— Qədim Sami xalqı. Sami xalqlarından olan Səbailər naməlum tarixdə şimaldan cənubi Ərəbistana daxil olmuş və öz sami mədəniyyətlərini yerli əhaliyə qəbul etdirmişlər. Mərkəzi Yəməndə aparılan qazıntı işləri sübut edir ki, Səbai sivilizasiyası e.ə 10-12-ci əsrlərdə yaranmışdır. E.ə 7-5-ci əsrlərdən başlayaraq krallıqda "Səba kralı"ndan başqa özlərini "Səba mükərribləri" adlandıran kahinlər də var idi. Bu orta dövr, xüsusilə, Mərib və Sirvahda inşaat işlərinin, nəhəng abidə və məbədlərin tikintisinin geniş yayılması ilə səciyyələnir. Səbailərin idarəçiliyi dövründə Yəmənin zənginliyi və tərəqqisindən təsirlənən Romalılar bu ərazini "Ərəb Feliksi" adlandırmışlar. Roma imperatoru Oqustusun dövründə buranı fəth etmək üçün Aelius Qallusun rəhbərliyi altında hərbi ekspedisiya göndərilir. Məribin uğursuz mühasirəsindən sonra romalılar Roma tacirlərinin Hindistana səfərlərinin təyinatı üçün Ədən limanını dağıdaraq Misirə geri çəkilirlər.
Nəbilər
Nəbilər (Şuşa) — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Nəbilər (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.
Nəbilər (Kəlbəcər)
Nəbilər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Nəbilər (Şuşa)
Nəbilər — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun аaktiki mövcud olan Nəbilər kəndi Daşaltı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zarıslı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nəbilər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.