VII əsrin sonlarına doğru Əməvilər dövründə Necdat ibn-i Əmir əl-Hənəfi (ərəb.نجدة بن عامر الحنفي) adlı şəxsin rəhbərliyi altında qurulmuşdur. Onlar Səudiyyə Ərəbistanının ortasındakı Yamamah adlı səhra və Bəhreyn arasındakı torpaqlara hakim olub bu bölgədə öz müstəqil dövlətlərini qurmuşdular. Necdat 692-ci ildə öz tərəfdarlarından biri tərəfindən öldürülmüşdür.
Nəcdatların fərqli xüsusiyyətləri:
Xristianları, yəhudiləri və digər qeyri-müsəlmanları öldürməyə icazə, Əzraqilər (başqa bir xarici məzhəbi) isə öz güclərini qəbul etmək şərti ilə onların öldürülməsinə icazə vermirdilər.
Etiqad budur ki, xəlifənin və ya başqa bir hökmdarın olması dində vacib deyil. Belə ki, əgər bir cəmiyyətin üzvləri dini əsaslara söykənən münasibətləri davam etdirə bilirlərsə, onda başsız ola bilərlər.
Əgər sünnilərin çoxluq təşkil etdiyi bölgələrdə olsalar, təqiyyə ilə öz həqiqi əqidəsini gizlətməyə icazə verilirdi.
Nəcdət ibn Amir, Xariclərin böyük əksəriyyətindən fərqli olaraq, günah işlətmiş müsəlmanları təkfir etmir, yəni onları kafir hesab etmir və onların Allah tərəfindən bağışlanacağına inanırdı. Yalnız öz günahında israr edən və onu təkrar-təkrar edən, onun fikrincə, küfrdə ittiham oluna bilərdi.