Məsləmə ibn Əbdülmalik
Məslamə bin ʿƏbd əl-Malik bin Mərvān (ərəb. مسلمة بن عبد الملك) — Xəlifə Əbdülmalikin oğlu, 716-718 (hicri 98-99)-ci illərdə Konstantinopolun mühasirəsiylə şöhrət qazanmış ən məşhur Əməvi sərkərdələrindən biri.
Kiçik Asiyada bir çox uğur qazanan əmisi Məhəmməd ibn Mərvan kimi, o da kənizdən doğulduğundan Xilafətə vərəsəlikdən məhrum olmuşdu. Doğum tarixi naməlumdur. 738(hicri 121\124)-ci ilin dekabrında(məhərrəm)ayında vəfat edib.
Atasının son hakimiyət ili olan 705(86)-ci ildən başlayaraq, Məslamə, Bizans ərazisində mütəmadi yay, bəzən qışa qədər uzanan, yürüşləri keçirir.
709-ci ildə Məslamə Azərbaycanın və Ərməniyyənin valisi vəzifəsində öz əmisi Məhəmməd ibn Mərvanı əvəz edir. Xilafətin şimal-qərb ərazilərinə nəzarət edərək Bizansa bir sıra yürüş edir. 712-ci ildə Amasyanı alır, 714-ci ildə Malatyanı.
Məslamənin başçılığı altında ərəb qoşunları Qafqazda irəliləyir.