1. Canlı orqanizmi zəhərləndirə bilən maddə; ağı. İlan zəhəri. Öldürücü zəhər. Zəhər vermək (zəhərləmək).
□ Zəhər yemək – özünü öldürmək üçün zəhər içmək.
// məc. Çox acı şey haqqında. Bu dərman lap zəhərdir.
□ Zəhər kimi – çox acı.
// məc. Çox mənfi təsiri olan şey. Şovinizm zəhəri.
2. məc. dan. Mikrob mənasında.
◊ Zəhər dağarcığı (tuluğu, torbası) dan. – dili çox acı adam haqqında.
Zəhər etmək (eləmək) – bax zəhər qatmaq.
Zəhər içirtmək məc. – həyatını zəhərləmək, gününü qara eləmək, həyatını əziyyətə salmaq.
Zəhər qatılmaq – tamamilə korlanmaq, zəhərlənmək.
Zəhər qatmaq məc. – tamamilə korlamaq, pozmaq, xarab etmək, zəhərləmək.
Zəhər uddurmaq – bax zəhər içirtmək.
Zəhər yeyəsən! dan. – qarğış, nifrin, söyüş ifadəsi.
Zəhərə döndərmək – bax zəhər qatmaq. Bir stəkan çay verdi, onu da zəhərə döndərdi.
Zəhərə dönmək – pozulmaq, xarab olmaq, pis, acı bir şeylə əvəz olunmaq. Yediyimiz zəhərə döndü.
Üzgözündən (sifətindən) zəhər tökülmək (yağmaq) – çox qaşqabaqlı olmaq, acıqlı, qəzəbli görünmək.