Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dərslik
Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsait.
Nəfəslik
Nəfəslik (rus. фо́рточка) — kiçik bir ventilyasiya pəncərəsidir. Adətən bir pəncərə şüşəsinin çərçivəsini əhatə edir və bütün pəncərədən asılı olmayaraq həncamalarda açılır. Nəfəsliklər Rusiyada və digər postsovet ölkələrində geniş istifadə olunur. Nəfəslik soyuq iqlimə malik ölkələr üçün səciyyəvidir, harada həddən artıq sərinləşdirmədən otağı havalandırmağa ehtiyac var. Qaz halında olan zərrəciklərin kütlələri yüngül olduğu üçün evin tavanına doğru hərəkət etməsini nəzərə alaraq, nəfəslik pəncərənin üst hissəsinə yerləşdirilmişdir. Kilidlə təyin edilə bilər.
Əyani dərslik
Əyani dərslik - biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.
Kəhlik (Kəleybər)
Kəhlik (fars. كهليك‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı.
Qrey Anatomiyası (dərslik)
"Qrey Anatomiyası" — məşhur ingilisdilli insan anatomiyasından bəhs edən klassik ədəbiyyat. İlk dəfə olaraq bu ədəbiyyat 1857-ci ildə Böyük Britaniyada, bir il sonra isə ABŞ-sa "Qrey Anatomiyası: təsviri və cərrahi nəzəriyyə" adı altında çap edilmişdir. İnfeksion xəstəliklərin pata morfologiyasını öyrənən Qrey 34 yaşında təbii çiçək xəstəliyinə yoluxaraq vəfat etmişdir. Kitab üzərində iş digər mütəxəssislər tərəfindən davam etdirilərək bir neçə dəfə təkrar nəşr olunmuşdur. 26 sentyabr 2008-ci ildə professor Syuzan Standrinqin redaktorluğu altında məşhur ədəbiyyatın 40-cı britan nəşrinin yubileyi qeyd edilmişdir. == Kitabın tarixi == Britaniya anatomu Henri Qrey 1827-ci ildə anadan olmuşdur. Daxili sekresiya vəzilərinin və dalağın inkişafını öyrənən Qrey 1853-cü ildən Londonun Müqəddəs Georgi hospitalının tibbi məktəbində anatomiya üzrə mühazirələr oxumuşdur. 1855-ci ildə öz həmkarı Henri Vindayk Karterə tibb tələbələri üçün ucuz başa gələn anatomiya kitabını təsis etmək ideyası ilə müraciət edir. Qrey və Karter kitabın materialları üzərində 18 ay gərgin işlədikdən sonra onun nəşrinə nail olurlar. Kitabın nəşrindən üç ay sonra Qrey vəfat edir.
98 Nəsli
98 Nəsli (isp. La Generación del 98) — ispan ədəbiyyatında Filippin, Puerto Riko, Kuba və Quamın İspaniya Krallığının əlindən çıxması ilə nəticələnən 1898-ci ildə baş vermiş ABŞ ilə müharibədən sonra ölkədəki siyasi, sosial, bir çox dəyərlərin çöküşü fonunda ortaya çıxmış, bir çox yazıçı, şair və publisistin mənsub olduğu müəlliflər qrupu. 98 Nəsli ədiblərin, demək olar ki, hamısı 1864–1874-cü illərdə doğulmuşdur.
Nəsli kəsilmişlər
Fossilworks (FW) — heyvan, bitki və mikroorqanizmlərin qalıqlarının tapıldığı yer və təsnifatı haqqında. Məlumatların eynisi analoji resurs olan Paleobiology Database bazasında yerləşdirilib.
Qazılı nəsli
Qazılılar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Tarixi == Qazılılar Seyidli oymağının qədim nəsillərindən biridir. Bu nəsildən dini məhkəmə işlərinə baxan ruhanilər, şəriət hakimləri, nüfuzlu insanlar çıxmışdır. Qazılı nəsli Qarabağda bəy nəsli kimi də tanınmışdır. XVIII əsrin sonları XIX əsrin əvvəllərində Qazılı nəslinin başında Seyidli oymağının adlı-sanlı bəyi Hüseyn bəy dururdu. Hüseyn bəyin Məhəmmədqulu bəy, Əli bəy, Abbas bəy, Məhəmmədalı bəy adlı dörd oğlu olmuşdur.Məhəmmədalı bəy Qarabağın sayılıb-seçilən savadlı bəylərindən sayılmışdır. O, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Məhəmmədalı bəy bəy kimi tanınmışdır. Məhəmmədalı bəy Xan qızı Xurşidbanu Natəvanın hörmətini, etibarını qazanmış şəxslərdən idi. Məhəmmədalı bəy iki dəfə ailə həyatı qurmuşdur. O, ikinci dəfə Kərbəlayi Miralılar nəslindən olan Məşədi Xırda xanım Ağamalı qızı ilə ailə qurmuş, Mənzər və Mələk adlı qızları olmuşdur.Məhəmmədalı bəyin bu iki qızı yeniyetmə yaşlarında öz istedadları ilə Xurşidbanu Natəvanın diqqətini cəlb etdiyi üçün onun evində təşkil edilən qadın ədəbi məclisinin iştirakçıları idilər.
Y Nəsli
Y nəsli (və ya sadəcə Millennial ) — olaraq da bilinən və Nəsil Z-dən əvvəl X nəslini təqib edən bir qrupdur. 1981-1996-cı il təvəllüdlü insanlar sözün əsl mənasında Y nəslidir. Tədqiqatçılar və media bu qrupu 1980-ci illərin əvvəllərindən 1990-cı illərin ortalarına və ya 2000-ci illərin əvvəllərinə qədər doğulmuş insanlar kimi xarakterizə edir. Bu nəsil gəlişlərinin internetin, mobil cihazların və sosial medianın yayılması ilə üst-üstə düşməsi və bu hadisələrlə tanışlığı ilə tanınır. Buna görə bəzən onlara rəqəmsal yerlilər də deyilir. 2008–2012 Qlobal İqtisadi Böhran və COVID-19 pandemiyası bu nəsil üzərində böyük təsir göstərmiş və tarixi olaraq gənclər arasında yüksək işsizlik səviyyəsinə səbəb olmuşdur. Dünyanın əksər yerlərində bu nəsil siyasətdə və iqtisadiyyatda artan liberal siyasətlər işığında böyüdü.
Şərifli nəsli
Şərifli soyu — Azərbaycan xalqının tanınmış soylarından biri. == Tarixi == Şərifli soyu Seyidli oymağının sayılıb-seçilən bəy nəslidir. Şərifli soyu kök etibarilə Seyidli oymağına mənsubdur. Bu soya Hüseyn bəyin övladları da deyilir. Soyun bəzi övladları Şərifli soyunun nümayəndələri kimi tanınır. Hüseyn bəy XVIII əsrdə yaşamış, Seyidli oymağının adlı-sanlı bəyi olmuşdur. Seyidli oymağında anadan olmuş Hüseyn bəy, XVIII əsrin sonlarında vəfat etmişdir. Hüseyn bəyin Şirin bəy, Şərif bəy adlı oğlanları var imiş.Hüseyn bəyin böyük oğlu Şirin bəyin Əsəd bəy, Məmmədqasım bəy, Şükür bəy adlı övladları Seyidli oymağında yaşamışlar. Şirin bəyin nəslinin övladları tarixin müxtəlif zamanlarında Qarabağın sayılan hörmətli şəxslərindən olmuşlar.Hüseyn bəyin ikinci oğlu Şərif bəydir. Şərif bəy Seyidli oymağında anadan olmuşdur.
Alfa nəsli
Alfa nəsli (ing. Generation Alpha və ya Gen Alpha) — Z nəslindən sonra gələn demoqrafik koqorta. Alimlər və populyar media 2010-cu illərin əvvəllərini nəslin nümayəndələrinin doğum illəri, 2020-ci illərin əvvəlindən ortalarına qədərki dövrü isə son dövrü kimi təyin etmişdir. Yunan əlifbasının ilk hərfi olan alfanın şərəfinə adlandırılmışdır. Alfa nəsli tamamilə XXI əsrdə anadan olan ilk nəsildir. Alfa nəslinin nümayəndələrinin çoxu millennialların və Z nəslinin daha yaşlı nümayəndələrinin övladlarıdır. Alfa nəslinin nümayəndələri dünyanın çox yerində doğuş nisbətinin aşağı düşdüyü bir vaxtda anadan olmuşdu və gənc uşaqlar olaraq COVID-19 pandemiyasının təsirlərini yaşayırlar. O uşaqlar üçün ki, əlçatandır, olanlar üçün uşaq əyləncələrində elektron texnologiya, sosial şəbəkələr və striminq xidmətləri üstünlük təşkil edir. Eyni zamanda, ənənəvi televiziyaya maraq azalır. Sinif otaqlarında və həyatın digər aspektlərində texnologiyanın istifadəsi sahəsində baş tutan dəyişikliklər bu nəslin əvvəlki nəsillərlə müqayisədə erkən öyrənmə təcrübəsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Z nəsli
Z nəsli (həmçinin Nəsil Z, Nəsil M, Net Nəsil və ya İnternet Nəsil də adlanır) — 1990-cı illərin əvvəllərindən 2000-ci illərin əvvəllərinədək dünyaya gəlmiş insanların ümümi adıdır.Ümumiyyətlə desək, bu insanlar Sovet İttifaqının dağılması və Ümumdünya hörümçək torunun yayılması dövründə anadan olmuş insanlardır. E-nəslin əsas xüsusiyyəti qeyri-aktiv həyat tərzi və əsas işlərin internet, mobil telefon və kompüter texnologiyası vasitəsilə həyata keçirilməsidir. Məsələn, elektron seçki (e-seçki), elektron hökumət (e-hökumət), elektron ticarət (e-ticarət), elektron bələdiyyə (e-bələdiyyə) bu nəslin həyatında baş vermiş əsas dəyişikliklərdir.
Yaponiyada dərslik qalmaqalı (1902)
Dərslik qalmaqalı (教科書疑獄, Kyokaşo qiqoku) – 1902-ci ildə Yaponiyada dərsliklərlə bağlı baş vermiş rüşvət qalmaqalı. Qalmaqal 1903-cü ilə qədər davam etmişdir. == Haqqında == Dərslik qalmaqalı 1902-ci ildə ibtidai və orta məktəblər üçün keçirilən dərslik seçimlərində rüşvətdən istifadə edilməsinin aşkarlanması ilə başlamışdır. Yaponiyada dərsliklər özəl şirkətlər tərəfindən hazırlandıqdan sonra Yaponiya Təhsil Nazirliyi tərəfindən təsdiq olunur, daha sonra prefektura komitələrinin qiymətləndirilməsinə təqdim olunurdular.Şirkətlər dərslik seçimləri üçün kəskin rəqabət apardıqları üçün bəzi şirkətlərin rüşvət təklif etməsi barədə şayiələr yayılmağa başlamışdır: bir şirkətin 2 il boyunca 360 min yen məbləğində rüşvət verdiyi iddia edilirdi. 1902-ci ilin dekabrında Yaponiya Ədalət Nazirliyi gizli təhqiqatlar başlatmışdır. Aparılmış təhqiqatlar nəticəsində 1903-cü ilin martına qədər 200-dən çox şəxs həbs edilmişdir. Həbs edilənlərin sırasına məktəb müfəttişləri, keçmiş prefektura qubernatorları və dərslik şirkəti prezidentləri də daxil idi. == Nəticə == Qalmaqal nəticəsində həbs edilənlərin 116 nəfəri günahkar hesab edilmişdir. Təhsil naziri Kikuçi Dayroku məsuliyyəti öz üzərinə götürərək istefa vermişdir. Qalmaqaldan sonra Təhsil Nazirliyi dərsliklərin seçimini mərkəzləşdirmək qərarına gəlmişdir.
Qara Keşiş nəsli
Qara keşiş nəsli — 19-cu əsrdə tərtib olunmuş Şəki xanlarının nəsil şəcərələrində Şəki xanlarının soy kökü ənənəvi olaraq Qara keşişə aparılıb çıxarılmış və Qara Keşişin oğlu Candarın 1444-cü ildə islam dinini qəbul edərək Şəki xanı olması göstərilmişdir. Lakin bu şəcərələrdə adları çəkilən ilk 4 nəfərin (Qara keşiş, Əlican xan, Qutul xan və Zəki xanın) adlarına digər tarixi ədəbiyyatda təsadüf edilmir. Əvəzində Həsən bəy Rumlu, Əli inaq və Əbdülqafar adlı Şəki hakimlərinin, bir ermənicə mənbə isə Şah Hüseyn adlı Şəki hakiminin adını çəkir. İsgəndər bəy Münşi isə Həsən sultanın Şirvanşahlar xanədanından olduğunu vurğulayır.
Komsomol nəsli (film, 1938)
== Məzmun == Kinooçerk ÜİLKGİ-nin XX ildönümünə həsr olunmuşdur. Film Səməd Vurğunun "Komsomol poeması"nın təsiri altında yaradılmış, burada Azərbaycan gənclərinin həyatı öz əksini tapmışdır. Filmin əvvəlində qısa planlarda idmançıların çıxışları göstərilir. Sonra ekranda əməklə bağlı səhnələr-mədənlər, "qara qızıl" çıxaran gənclər, "ağ qızıl" ustaları, məşhur pambıqçı Manya Kərimova təsvir olunur, gənclərin sevimli şairi Səməd Vurğun "Komsomol poeması"ndan parçalar oxuyur (sinxron). Gənclik mahnıları, marşlar səslənir. Oçerk ordu sıralarına yenicə çağırılmış gənc əsgərlərin rəsmi keçidi ilə bitir. == Film haqqında == Kinolent Azərbaycan kinosunda ümumən gənclik mövzusunda çəkilmiş ilk sənədli filmdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Niyazi Bədəlov Operator: Vladimir Yeremeyev, V.Şahnəzərov, İvan Manakov, Fyodor Novitski, L.Martirosov Musiqi tərtibatı: German Krupkin Səs operatoru: Y.Qomerov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Nəsli kəsilməkdə olan bitkilər
Nəsli kəsilməkdə olan bitkilər-Böyük Qafqazın şimal-şərq hissəsinin- Azərbaycan Respublikasının Qırmızı kitabına adları düşmüş bitkilər. == Adi nar == Adi nar (lat. Punica granatum L.) - nadir, təbii sahələrdə miqdarı azalan relikt növdür. Quraq yamaclarda, çay vadilərində bitir. Siyəzən rayonunun Məsrif kəndi və Beşbarmaq dağı ərazilərində rast gəlinir. == Alp vudsiyası == Alp vudsiyası (lat. Woodsia alpiba Gray) Çox nadir növ olub arkto-alp reliktidir. Yuxarı dağlıq və alp qurşaqlarında, qaya çatlarında və kölgələrində, daşlı və qayalı yerlərdə bitir. Quba rayonunun Xınaqlıq kəndi ətrafında yayılmışdır. == Ağıriyli ardıc == Ağıriyli ardıc (lat.
Nəsli kəsilməkdə olan növlər
Biomüxtəliflik — nadir və nəsli kəsilmək təhlükəsində olan fauna növlərinin mühafizəsi. == Bioloji müxtəliflik == Mənbə: Zaman qəzeti Arxivləşdirilib 2015-09-27 at the Wayback Machine Bioloji müxtəliflik — yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Azərbaycan Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir və təbii şəraitin müxtəlifliyi ilə əlaqədar heyvanlar aləmi də çox rəngarəngdir. Respublikamızın ərazisində indiyədək faunanın 18 min növü qeydə alınıb. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiyalar və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növünü əhatə edir. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında da rast gəlinir. Amma ölkədə heyvanlar aləmi elmi öyrənilməsi 200 il öncə başlansa da onun planlı və sistemli tədqiqinə 1920-ci ildən start verilib. === Yeni tapılmış canlılar === Hazırda zooloqların çoxillik gərgin əməyi sayəsində 1500 növdən artıq ibtidailər, 1200 növdən artıq heyvan paraziti qurdları (helminlər), 300 növdən artıq fitohelmintlər, 290 növdən artıq rotatorı, 360 növdən artıq xərçəngkimilər, 311 növ molyusklar, 101 növ və yarımnöv balıqlar, 10 növ suda-quruda yaşayanlar, 54 növ sürünənlər, 348 növ quşlar, 97 növ məməlilər ( o cümlədən 13 növ cücüyeyən, 27 növ yarasa, 29 növ gəmirici, 2 növ dovşankimi, 19 növ yırtıcı, 9 növ dırnaqlı, 1 növ üzgəcanaqlı) aşkara çıxarılıb. === Ekoloji problemlər nəticəsində növlərin azalması === Lakin son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.
Çakinin nəsli (film, 2004)
Çakinin nəsli (ing. Seed of Chucky) — 2004-cü ildə istehsal olunmuş ABŞ filmidir. == Xarici keçidlər == «Çakinin nəsli» — Internet Movie Database saytında.
Qırmızı Beşlik
Qırmızı Beşlik (rus. Красная пятёрка) 1934-cü ildə, SSRİ-də İosif Stalin və Kliment Voroşilovun istəyi ilə yaradılmış aerobatika komandasıdır. Uçuşlar üçün İ-16 təyyarələri istifadə olunurdu. Komanda üçün hazırlanan xüsusi təyyarələrdə silahlanma yox idi. Komandanın ilk ictimai uçuşu 1 may 1935-ci ilə təsadüf edib. == Qəzalar == 11 avqust 1937: Təlim uçuşu zaman 2 təyyarə havada toqquşub. Pilot V. N. Yeseyev həlak olub.
Şəbib ibn Abdullah ən-Nəhşəli
Şəbib ibn Abdullah ən-Nəhşəli (ərəb. شَبیب بن عَبدِ الله النَّهشَلی‎) — Kərbəla döyüşündə şəhid. == Nəsil == Şəbib ibn Abdullah əl-Nəhşəli əl-Bəsri Bəni-Teymin bir qolu olan Bəni-Nəhşal qəbiləsindən olan bir ailədə anadan olmuşdur. Bəzi fars mənbələrində o, Seyf ibn əl-Haris əl-Həmdani və Malik ibn Abdullah ibn Sari ilə birlikdə Kərbəlaya gedən Haris ibn Sari əl-Həmədaninin qulu kimi qeyd edilmişdir. Lakin bu, onun Mədinədən Hüseyn ibn Əli ilə birlikdə olduğunu göstərən məlumatlarla uyğun gəlmir. Lakin Mamaqani onun Şəbib ibn Abdullah Haris ibn Sari əl-Kufidən başqa biri olduğuna inanırdı.Məhəmməd Mehdi Şəmsəddin Həbib ibn Abdullahın Kərbəla şəhidlərindən biri olduğunu qeyd etmişdir. Həmçinin Həbib ibn Əbd olaraq da xatırlanan Şəbib ibn Abdullah ən-Nəhşəli, Həbib ibn Abdullah və ya Əbu Əmr ən-Nəhşəli kimi olması ehtimalını da qeyd etmişdir. == Tərcümeyi-hal == Şəbib Peyğəmbərin ardıcıllarından və Əli ibn Əbu Talibin səhabələrindən idi və Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etmişdi. Əlinin şəhadətindən sonra Həsənin səhabələrindən olmuş və onunla birlikdə qalmışdır. Hüseynin zamanında isə onun səhabələri arasında idi.