Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəqərat
Nəqərat — təkrarlanan ifadə. == Şeirdə == Şeirdə hər bəndin sonunda təkrarlanan parça. Bir və ya bir neçə misradan ibarət olur. Nəqəratdan müəllif fikrinin əsas qayəsini daha da qabarıq şəkildə nəzərə çatdırmaq məqsədilə istifadə edilir. == Mahnıda == Mahnıda hər bəndin sonunda eyni mətnlə ifa olunan hissə. Nəqərat adətən melodiyanın və musuqi formasının 2-ci hissəsisini (2-ci cümlı, 2-ci bənd) əmələ gətirir. Nəqəratın melodya və ritmi mahnının 1-ci hissəsində nisbətən daha sadə, dəqiq və aydın olur. Kiçik həcmli xalq mahnılarında nəqərat çox zaman mahnının melodiyasını bütövlüklə təkrar edir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Həşərat
Həşəratlar (lat. Insecta) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Həşəratların 1 milyona yaxın növü məlumdur. Yer kürəsinin demək olar ki, hər bir ekosistemində mövcuddur. Heyvanlar aləminin təqribən 80%-ni təşkil edən həşəratlar 30-a qədər dəstəni əhatə edir. Ənənəvi təsnifata uyğun olaraq çoxayaqlılarla birlikdə traxeyatənəffüslülər yarımtipinə aiddir. == Ümumi məlumat == Zooloji nomenklaturanın Beynəlxalq kodeksi növ, cins, fəsilə və onlar arasındakı adlara tətbiq olunur, lakin Insecta kimi qeyri — tipik adlara tətbiq olunmur. Bunun nəticəsində elmi ədəbiyyatda "İnsecta" termini müxtəlif taksonlar üçün istifadə edilmişdir. Aristotelin dövründən bu ad quru buğumayaqlılarına (altıayaqlılar, hörümçəkkimilər və s.) tətbiq edilir, lakin xərçəngkimilər üçün istifadə edilmirdi. Linney isə xərçəngkimiləri də İnsectaya aid etmişdi.
Nəqarət
Nəqərat — təkrarlanan ifadə. == Şeirdə == Şeirdə hər bəndin sonunda təkrarlanan parça. Bir və ya bir neçə misradan ibarət olur. Nəqəratdan müəllif fikrinin əsas qayəsini daha da qabarıq şəkildə nəzərə çatdırmaq məqsədilə istifadə edilir. == Mahnıda == Mahnıda hər bəndin sonunda eyni mətnlə ifa olunan hissə. Nəqərat adətən melodiyanın və musuqi formasının 2-ci hissəsisini (2-ci cümlı, 2-ci bənd) əmələ gətirir. Nəqəratın melodya və ritmi mahnının 1-ci hissəsində nisbətən daha sadə, dəqiq və aydın olur. Kiçik həcmli xalq mahnılarında nəqərat çox zaman mahnının melodiyasını bütövlüklə təkrar edir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Həşərat qanadı
Qanad — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Döş örtüyünün yan büküşlərindən əmələ gələn qanadlar gövdənin döş hissəsinin üst tərəfində yerləşir. Həşəratlarda adətən 2 cüt, bəzən 1 cüt qanad olur. Bəzi 2 cüt qanadlılarda birinci cüt qanad (qanadönlüyü) sərt olub müvazinət, ikinci cüt pərdə şəkilli damarlı qanadlar isə uçma funksiyası daşıyır. İkiqanadlılarda yalnız 1-ci cüt qanadlar inkişaf etmişdir.
Referat
Referat (alm. Referat‎, lat. referre) – çıxış etmək, məlumat vermək, mühazirə etmək, xəbər vermək deməkdir. Refero – bildirirəm, xəbər verirəm. İlkin sənədlə tanışlıq və ona müraciətin məqsədəuyğunluğunu müəyyən edən, həmin sənədin və ya onun bir hissəsinin qısa məzmununu, yəni əsas faktiki məlumatlarını və nəticələrini əks etdirən qısa təsvir. Hər hansı bir kitabın, məsələnin, mövzunun və ya elmi işin mahiyyətinin (məzmununun), elmi problemin öyrənilməsinin nəticəsi haqqında məlumatın yazılı və ya şifahi surətdə qısa şərhi (xülasəsi) – məzmunu. Mətbu mənbələrin icmalı əsasında müəyyən bir məsələyə dair məruzə və ya məlumat.Referativ nəşr referatlardan ibarət biblioqrafik yazıların nizamlanmış məcmusu şəklində informasiya nəşridir. == Referatın növləri == Məhsuldar: referat-məruzə; referat-icmal; Reproduktiv: referat-rezyume. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər.
Megera
Megera (q.yun. Μέγαιρα q.yun. Μέγαιρα Μέγαιρα, "paxıl") — qədim yunan mifologiyasında günahkarları təqib edib onları dəliliyə sürükləyən qan davası tanrıçalarından ən qorxulusudur . O, Erebos və Nyukty nun qızıdır. Megera həsəd və qəzəbin təcəssümü kimi tanınır. Onu başında saç əvəzinə ilanlar , əlində dişlər və qamçı saxlamış vəziyyətdə təsvir edirdilər. Təsviri mənada o, qəzəbli və qəmli bir qadındır (məsələn, fr. mégère , it. megera). Megera kəpənəyi və Megera asteroidi (464) onun şərəfinə adlandırılmışdır.
Neqara məscidi
Neqara məscidi — Kuala-Lumpurda yerləşən Malayziyanın milli məscidi. Məscidin tutumu 15000 nəfərdir və 53,000 m² sahəni əhatə edən bağların arasında yerləşir. Orijinal struktur İctimai İşlər Nazirliyindən üç nəfərdən ibarət komanda tərəfindən hazırlanıb: Böyük Britaniyalı Hovard Eşli, Malayziyalı Hişam Albakri və Baharuddin Kassim. Məscid 1965-ci ildə keçmiş kilsənin yerində inşa edilib. Məscid hal-hazırda islam ölkəsi olan Malayziyanın mühüm rəmzi sayılır. Məscidin layihələndirilməsi prosesi Hindistan, Pakistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İspaniyada yerləşən məscidlərdən ilhamlanaraq təxminən üç il vaxt aparıb. Məscidin əsas xüsusiyyətləri qatlanmış çətirə oxaşayan 73 metr hündürlüyündə minarənin və açılmış çətirə oxşayan 16 itiuclu ulduz formalı beton günbəzlərin olmasıdır. Əsas ibadət zalında günbəzin unikal dizaynı nəhəng açılmış çətir altında dayanan təəssüratını yaradır. Dam örtüyünün tam ortasında İstanbuldakı Sultan Əhməd camisindən ilhamlanaraq alüminium üzərinə Quran ayələri həkk olunur. == Tarixi == Malayziya 31 Avqust 1957 Britaniya hökumətindən öz dövlət müstəqilliyini əldə etdi.
Neqeri Sembilan
Negeri Sembilan (əvvəl Negri Sembilan, Azərbaycanca: Doqquz Dövlət) — Qərbi Malayziyanın cənub-qərbində əyalət (negeri). Sahəsi 6.642 km²-dir. Malakka Boğazına 48 km-lik bir sahili olan əyalət topraklarından Linggi ve Mirar çayları axır.Əyalət bu gün o biri Malayziya əyalətlərindən fərqli olaraq, regional qəbilə rəislərinin arasından seçilən bir sultan tərəfindən idarə olunmaqdadır. == Tarix == Soyköklərini Şrivicaya hökümdarlarından götürən Negeri Sembilan şahzadələri bölgəyə xıv əsrdə Minangkabau (Sumatra) ve Selebesdən gəldilər. Anasoyluluğa əsaslanan ve Adat Perpateh adlanan qanunlarını bölgə xalqına qəbul etdirən Minangkabaular, bölgədə son dərəcə xüsusi bir mədəniyyət və arxitektura yaratdılar. Bu gün Selangor, Melaka, Johor və Pahang əyalətlərinin bəzi seqmentlərinə suveren olan doqquz dövlət (Negeri Sembilan), 1773-cü ildə zəif bir konfederasiya rəhbərliyi altında birləşdi. Konfederasiya bölgədəki qalay mədənlərinin nəzarəti ələ keçirməyə çalışan Britaniyanın təklifini qəbul edərək XIX əsrdə Britaniya himayəsi altına girdi. 1895-ci ildə Federal Malaya Əyalətinə birləşən Negri Sembilan, Yaponlar tərəfindən işğal edildiyi II Dünya Müharibəsindən sonra da Malaziya Federasiyasına qatıldı. == İqtisadiyyatı == İqtisadiyyat istehsal sektoruna dayanır, elektrik və elektron, tekstil, mebel, kimyəvi maddələr, maşın və rezin əşya istehsal maddələridir. Dərin vadilərdə düyü əkinçiliyinə əsaslanır.
Nezera cathartica
İşlədici kətan (lat. Linum catharticum) — kətan cinsinə aid bitki növü. == Sinonim == Cathartolinum catharticum (L.) Small Cathartolinum pratense Rchb. [Illegitimate] Nezera cathartica (L.) Nieuwl.
Feqeraş (dağ massivi)
Feqeraş (rum. Munţii Făgăraşului) — Cənubi Karpat dağlarından keçən dağ massivi. Massif Rumıniyanın ən mərkəzində yerləşir, ölkənin ən yüksək zirvələridə buradadır — Moldovanu (2544 m), Him (2535 m), Vistia Mare (2527 m) və Lespezi (2522 m). Feqaraş Olta vadisi ilə Dymbovitsa çayının baş çayları arasında təxminən 60 km uzanır. Geoloji baxımdan massiv kristal süxurlardan ibarətdir. Yamaclar təxminən 1700 m hündürlüyə qədər fıstıq, palıd və iynəyarpaqlı meşələrlə örtülüdür \. 2000 m-dən yuxarıda bir neçə nisbətən böyük buzlaq gölü var. Valaxiya və Transilvaniyanı birləşdirən Transfeqeraş şossesi massivdən keçir..
Neqra burnu
Neqra burnu — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Mitçell buxtasından cənub-şərqdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur.Burun Çili Antarktida ekspedisiyaların birində iştirak edən şəxs tərəfindən adlandırılmışdır. == Yerləşməsi == Qrinviç adasındakı Spark burnundan 6.43 km şimal-şərqdə, Debelyanov burnundan 2.8 km cənub-şərqdə, Beron burnundan 4.5 km şimal-qərbdə, Edvards burnundan 8.84 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Aqulyas-Neqras dağı
Aqulyas-Neqras dağı (port. Agulhas Negras) və ya İtatiaya (port. Itatiaia) — Braziliya ərazisində yerləşən zirvə. Serra-da-Martikeyra silsiləsinin ən hündür nöqdəsidir. Hündürlüyü 2791,55 metrdir. Bu göstəci ilə ölkənin ikinci ən hündür zirvəsidir. Zirvə Braziliyanın cənub-şərqində, Rio-de-Janeyrodan 150 km şimal-qərbdə qərarlaşır. İtatiaya Milli Parkı ərazisində qərarlaşır. Əsasən qranitdən təşkil olunmuşdur.