I 1. BƏND (anat. skelet sümüklərinin oynaq yerləri) Qazan xan başında, bədəninin bəndlərində bir ağırlıq və sızıltı duyurdu (M.Rzaquluzadə), BUĞUM, MƏFSƏL.
2. BƏND, BAĞ, DÜYÜN, İP, SAP
II BƏND (ədəb., mus., şeirdə); KUPLET Kupletlər bir-birindən nəqarət vasitəsilə ayrılır, hər bənddən sonra təkrar edilən nəqəratın musiqisi və bəzən sözləri də dəyişdirmədən olduğu kimi saxlanır (Ə.Bədəlbəyli); YARPAQ [Rəsul:] Güloğlana dörd yarpaq söz deyəcəyəm (“Aşıq Qərib”).
III bənd bax vurğun
IV bənd bax maddə 1