Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəqs
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Alçagülü (rəqs)
Alçagülü — Azərbaycanın milli rəqsi. 1910-1920-ci illərdə, Şamaxı rayonu Kalva kəndinin sakini Əli Kərimov tərəfindən yaranmışdır. Əsasən qadınlar oynayırlar. Tempi bir qədər cəlddir.
Avroviziya Rəqs
Avroviziya Rəqs Müsabiqəsi (ing. Eurovision Dance Contest) — Avroviziya müsabiqələrindən biri. 2007, 2008-ci illərdə Böyük Britaniyada keçirilən rəqs müsabiqəsi. Müsabiqədə telesəslərlə yanaşı münsif səsləri də hesablanır. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə qalib ölkənin növbəti il müsabiqəyə ev sahibliyi etməsi məcburi deyil.
Azərbaycan (Rəqs)
"Azərbaycan" — Azərbaycanın milli rəqsi. Son dərəcə melodık, qədim Azərbaycan rəqsi. Bu rəqsi yalnız kişilər oynayırlar. Təntənəli mərasimlərdə ifa edilir. Daha çox bayram libasında, çərkəzi çuxada oynayırlar. Xeyli cəld tempi ifaçıdan xususi məharət tələb edir.
Bakı (rəqs)
Bakı — Azərbaycan milli rəqslərindən biri. Azərbaycanda "Bakı" adı ilə iki oyun havası mövcuddur. Onlardan biri Şur ladında səslənin, iti tempdə oynanılan kişi rəqsidir. Digəri isə kollektiv şəkildə ifa olunan yallı rəqsidir. Bu yallı iki hissəlidir. Birinci hissəsi ağır tempdə başlanan rəqs ikinci hissədə çox iti surətdə oynanılır. Rəqsin musiqisi Qılman Salahov tərəfindən Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı üçün bəstələnib. Q.Salahov 1936-cı ildə Üzeyir Hacıbəyli tərəfindən yaradılmış bu kollektivin dirijoru, xormeysteri, daha sonra rəhbəri olmuşdur. İlk dəfə "Yallı" adı ilə yaradılan bu rəqsə Əlibaba Abdullayev quruluş vermişdir. 1959-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində qızlardan ibarət "Çinar" xalq rəqs ansamblı yaradıldıqdan sonra, bu kollektivə rəhbərlik edən Əminə Dilbazi rəqsə yeni quruluş verərək onu "Naxçıvan yallısı" adlandırmışdır.
Bal (rəqs)
Bal (fr. bal, it. ballo alm. ball‎) — hər iki cinsdən insanların cüt şəkildə rəqs etdiyi çox sayda iştirakçıların toplandığı mərasim. Ballar adı rəqs məclislərindən və diskotekalardan toplantının təntənəsi, ciddi etiketi və əvvəldən seçilmiş klassik rəqs ifası ilə seçilir. == Ədəbiyyat == Е. Дуков. Общественные балы и концертная культура XVIII в. // Дуков Е.В. Концерт в истории западноевропейской культуры. М., 2003, с.
Baçata (rəqs)
Baçata — Dominikan Respublikasında yaranan, bütün dünyada məşhurlaşan və sevilən rəqs.
Beretuk (rəqs)
Berutuk rəqsi - İndoneziyada subay kişilər tərəfindən məbəddə icra olunan sakral ayin xarakteri daşıyan rəqs növü. == Haqqında == Berutuk rəqsini ifa edən nəfərlər tamaşaya qədər bir növ qüsl prosesindən keçirlər: onlar məbəddə gecələyir, rahibin köməyi ilə tamaşa üçün müəyyən dualar öyrənirlər. Tamaşa zamanı bu dualar Bethara Berutukun çağrılmasını təmin etməlidir. Burada hələ aşkar hind təsiri görünmür: rəqs mahiyyətcə daha çox əcdadlara sitayişə yönəlikdir. Belə ki, Berutuk rəqsi Bali Aqanın, yəni “dağ əhli” adlandırılan yerli sakinlərin (adaya böyük axınla sonradan gəlmiş hindliləri (Bali Hindu) yerlilərdən fərqləndirmək məqsədi güdür) Balinin digər bölgələrindən Şərqi Baliyə köç edərək burada məskunlaşması haqqında əfsanəni canlandırır. Bu rəqs musiqisiz rəqsdir. İştirakçılar üzlərinə maska taxırlar, boyun və bel ətrafına isə quru banan yarpaqlarının liflərini elə sancırlar ki, ağac-kol formasında gombul bədheybətə oxşayırlar. Maskalardan biri Noh teatrının ağ qadın maskasını xatırladır: amma qalın qaşlıdır, kifir ağızlıdır, eybəcərdir. Digər maskalar isə bir növ Afrika maskalarına bənzəyir: qara-qəhvəyi rəngdədirlər, gözləri pırtlaşıqdır. Tamaşa gedə-gedə seyrçilər banan liflərindən qoparmağa cəhd göstərirlər: çünki sonra onlardan qoruyucu həmayil kimi də yararlanmaq mümkündür.
Brilliant (rəqs)
"Brilliant" rəqsi — Azərbaycanın milli rəqsi. Bu rəqsin iki variantı var: Biri 1920-1922-ci illərdə Bakıda yaranıb. Tempi cəlddir, melodiyası son dərəcə oynaqdır. Kişilər tərəfindən ifa olunur. Digəri isə yalnız qadın ifası üçündür. Melodiyası incədir, ahəngdar səslənir. Tempi aramdır.
Bənövşə (rəqs)
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Cütçü (rəqs)
Cəngi (rəqs)
Cəngi rəqsi - Azərbaycan milli rəqsi. == Etimologiyası == Cəngi sözü irandilli xalqlarda - cəng sözü, savaş deməkdir. Cəngi adlı qəsəbə var. Bəzi mütəxəssislər "Cəngi" sözünün "zəngi"dən törəməsini deyirlər. Zəngi əski Oğuz türk tayfaları olub: "Zəngilan", "Zəngibasar" toponimləri bu tayfalarla bağlıdır. == Tarixçə == "Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi"nin yaranma tarixi çox qədimdir. Azərbaycan ərazisində Cəngi adlanan ərazi də var: Şamaxı rayonunda (indiki Qobustan rayonunun ərazisi). Qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə Cəngidən istifadə edilirdi. Bir çox aşıq melodiyaları kimi, bu da Şur muğam ladındadır (kökündədir); ölçüsü 2/4–dir.
Erotik rəqs
Erotik rəqs erotik əyləncə təmin edən və məqsədi tamaşaçıların erotik və ya cinsi düşüncələrini stimullaşdırmaq olan rəqs növüdür. Erotik rəqs mərasim rəqsi, iştirak rəqsi, performans rəqsi və sosial rəqs də daxil olmaqla bir neçə rəqs kateqoriyasından biridir.
Fandanqo (rəqs)
Fandanqo — ispan xalq rəqsi. Kastiliya və Əndəlisdə geniş yayılmışdır. Musiqi ölçüsü 3/4, tempi mülayimdir. Fandanqonun bütün növləri mahnının müşayiəti ilə qoşa ifa olunur. XVIII əsrdən Fandanqonun melodiyaları bəstəkarlar (X.V.Qlyuk, V.Motsart, H.Rimiski-Korsakov, E.Qranados və b.) tərəfindən işlənilmiş, ayrı-ayrı orijinal əsərlərə daxil edilmişdir.
Haylend (rəqs)
Haylend (şot.kelt dannsa Gàidhealach) - ənənəvi şotland rəqslərindən biridir. Rəqs əsasən barmaqlar üzərində tullanış və ayaqların hərəkət elementlərindən ibarətdir. Rəqqasın gövdəsi həmişə düz olmalı, əl hərəkətlərindən az istifadə etməlidir. == Termin == Hal-hazırda highland dancing ( "Dağlıların rəqsi") terminindən adətən XIX və XX əsrlərdə bayramlar və Dağlı oyunları zamanı keçirilən yarışlar ərzində günümüzə qədər gəlib çıxan şotland solo rəqslərinin xüsusi stilini bildirmək üçün istifadə olunur. Tuluq ifaçısının müşayiəti bu yarışların tipik və mütləq cəhəti sayılırdı. Rəqqaslar mütləq xüsusi rəqs ayaqqabıları - qillilərdə ( şotland dilində "ghillies") çıxış etməli idilər. Əslində bu termini tək bir rəqsə aid etmək düzgün olardı, çünki təkcə bir rəqs Şotlandiyanın Haylend ərazilərində yaranmışdır. Haylend rəqsi kənardan çoxlu təsirlərə məruz qalmışdır. Məsələn, şəhər estetikası rəqsə çox böyük təsir göstərmişdir. Həmin şəxslər əsasən, yarış hakimləri və rəqqasların himayədarları olmuşlar.
Keçməməsi (rəqs)
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Keyli (rəqs)
Keyli (şot.kelt cèilidh) — ənənəvi Qal ictimai məclisi, adətən Qal xalq musiqisi və rəqsləri ilə müşaiət olunur. Keyli İrlandiya və Şotlandiyada yaransa da, hazırda Şotlandiya və İrlandiya diasporu tərəfindən işlənir.
Kinto (rəqs)
Kinto (gürc. კინტო) və ya Kintauri — gürcü rəqsi, Şalaxonun sədaları altında oynanılır. == Tarixçə == Oleq Panfilova görə, kintouri rəqsi əfqan baçabozi rəqsinə ritm, bədən və əl hərəkətləri, hətta geyimlərinə görə oxşayır. Kintourini qara enlibalaq şalvarda, baçabozini isə qadın paltarı geyinən kişilər ifa edir. Rəqslərdəki oxşarlıq Gürcüstan tarixi kitablarında kintonu müxtəlif şənliklər və ya bayramlarda kişiləri əyləndirən yüngül əxlaqlı kişilər kimi təqdim edən hekayələr və şəhər əfsanələri ilə təsdiqlənir. Kinto mahnılarının mətnlərində balaca oğlana ("patara biçi") müraciət kimi bir oxşarlıq da var. Doğrudur, məhəbbət məzmunlu müasir kinto mahnılarında əsas fiqur balaca qızdır ("patara qoqo"), ancaq yaşlı insanlar da xatırlayırlar ki, əvvəllər bu mahnılarda balaca oğlandan və ona olan məhəbbətdən danışılırdı. Tengiz Verulavın məqaləsində fars ənənələri ilə analogiyalar nümayiş olunur. O güman edir ki, orta əsr İranına söykənən kinto ənənəsi kinto davranışının daha sonrakı təsvirləri ilə — yalan, hiyləgərlik, fırıldaqçılıq ilə də uzlaşır. XIX əsrin sonuna aid Tiflis folklorunda kinto kəkələyən Artur aid hesab olunan belə bir mətn var: Ancaq bu iki rəqsləri fərqləndirən cəhətlər də var.
Kizomba (rəqs)
Kizomba — Anqolada yaranan məşhur musiqi və rəqs janrıdır. Anqola sembası və merenqeyasının qarışığından yaranmışdır. Kizomba səhvən ritmlər çox oxşar olduğundan zukomla da qarışdırılır. Kizomba Kimbundu dilindən gəlir və 1894-cü ildən yayılmışdır. Anqola ilə yanaşı Portuqaliyada da məşhurdur.
Mirzəyi (rəqs)
Mirzəyi — Azərbaycanın qədim rəqslərindən biri. Musiqisi vağzalı rəsqinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir. == Tarixçə == Adından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir. == Texnikası == Ancaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır.Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında (1911) dördüncü məclisdə toy səhnəsində Meşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir. Əlibaba Abdullayevin quruluşunda isə onu bir neçə, əllərində çayla doldurulmuş stəkanlı qızlar ifa edib.
Nəlbəki (rəqs)
Nəlbəki – Azərbaycanın milli rəqsi. Bu rəqsi 2 cür melodiyayla ifa edirlər. == Tarixçə == Bu rəqs 2 fərqli musiqi altında ifa edilir. Biri Bayatı-Şiraz ladı üzərində olan qədim Azərbaycan oyun havası "Nəlbəki"dir . Digəri isə Qılman Salahovun bəstəsidir . == Digər incəsənət janrlarında == Xalq oyun havası "Nəlbəki" "Pıspısa xanım və Siçan bəy" filmində (1974) Tıq-Tıq xanım və Siçan bəyin toy səhnəsində istifadə olunmuşdur.
Qazağı (Rəqs)
Qazağı - ən qədim Azərbaycan rəqslərindən biri. Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir. Lakin 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblı yaradarkən bir sıra mütəxəssislərin köməyi ilə bu rəqsi xoreoqrafik yönümündə işləyərək nota salınmışdır.Səhnə tamaşası kimi quruluşunda “Qazağı” onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur.
Rəqs (Buqro)
Rəqs (fr. La Danse, ing. The Dance) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1856-cı ildə işlənmiş rəsm əsəri. əsər hazırda Parisdəki Orse muzeyində saxlanmaqdadır. == Sərgilərdə == Salon, Paris, Fransa, 1857 == Ədəbiyyat == Vendryes Ch., Catalogue illustré des oeuvres de William Bouguereau, Paris, 1885 Vachon M., William Bouguereau, Paris, 1900 Compin Isabelle — Roquebert Anne, Catalogue sommaire illustré des peintures du Musée du Louvre et du Musée d’Orsay, Paris, 1986 Compin Isabelle — Lacambre Geneviève [coordination]- Roquebert Anne, Musée d’Orsay.
Rəqs (Matiss)
"Rəqs" (fr. La Danse) —1910-cu ildə fransız rəssam Anri Matiss tərəfindən çəkilmiş rəsm əsəri. Rəsm əsərinin iki versiyası mövçuddur: birinçi Nyu-York Müasir incəsənət muzeyində, rəsmin ikinçi daha çox tanınan versiyası Sankt-Peterburq şəhərində Ermitaj muzeyində saxlanılır. == Yaranma tarixi == Moskvalı kolleksiyaçı Sergey Şukin 1906-cı ildə rəssamın parisdəki emalatxanasını ziyarət etmiş və ona mülkünün giriş pilləkəni üçün üç dekorativ panno sifariş etmişdir. Bu seriyadan olan iki rəsm əsəri "Rəqs" və "Musiqi" indi Ermitajda saxlanılır, üçünçü "Çimmək və ya Meditasiya" pannosu isə tamamlanmamış, yalnız rəssamın eskizləri qalmışdır. Rusiyaya yola düşməzdən əvvəl rəsm 1910-cu ilin Payız salonunda Qran-Palda sərgilənmiş və qalmaqala səbəb olmuşdur. Sifarişçini arxasıyca dəli, dekadent zir-zibili yığıçısı adlandırmışdılar. İnqilabdan sonra Şukinin kolleksiyası milliləşdirilmiş və "Rəqs" bütün digər impressionistləlrə birgə Sankt-peterburqa Ermitajın kolleksiyasına verilmişdir.1930-cu ildə amerikalı kolleksiyaçı Albert Barns Matissə mövzunun sonraki inkişafını tapdığı indi "Paris rəqsi" adlanan (Müasir İncəsənət Muzeyi, Paris) iri həcmli "Rəqs" (1932) pannosu sifariş edir.. == Süjet == Rəsmin kompozisiyası və fiqurların forması U. Bleykin "Oberon, Titaniya və Bakın pərilərlə rəqsi" (1786) suluboya işini xatırladırRəsmin sujetini Matiss kolliurda gördüyü xalq oyunlarından götürmüşdür."Rəqsin" digər versiyası Yunan vaza rəssamlığı və Sergey Dyaqilevin Parisdəki Rus mövsümlərinin təəssüratı altında yaranmışdır. Tablonun əsas ifadə vasitəsi — təsvir vasitələrinin lakonikliyinin rəsmin böyük ölçüsü ilə ahəng təşkil etməsidir.
Rəqs salonu
Rəqs salonu və ya rəqs zalı rəqs etmək üçün nəzərdə tutulmuş bir zaldır. XX əsrin ilk illərindən 1960-cı illərin əvvəllərinə qədər rəqs zalı diskotekanın və ya gecə klubunun məşhur sələfi olmuşdur. Ağır zərbəli bal rəqsi musiqisindən tutmuş big band, svinq və caz musiqi]]sinə qədər müxtəlif musiqilər geniş yayılmışdı. Rok-n-roll ilk dəfə gecə klubları ilə əvəz olunana qədər qısa müddət ərzində rəqs salonlarında oynanılmışdır.
Nees
Xristian Qotfrid Daniyel Nes fon Ezenbek (alm. Christian Gottfried Daniel Nees von Esenbeck‎; 14 fevral 1776 — 16 mart 1858) — alman botaniki, həkimi, zooloqu və filosofu. Onun şərəfinə adlandırılmış taksonlar Esenbeckia H.B.K. Rutaceae fəsiləsinə aid bitki cinsi Neesiella Schiff. Hepaticae dəstəsinə aid Nees-Institut für Biodiversität der Pflanzen Universität Bonn institutu Xristian Nes fon Ezenbekin şərəfinə adlandırılmışdır. == Əsərləri == De Cinnamomo disputatio (1843) Agrostologia brasiliensis (1829) Genera et species Asterearum (1833) Systema Laurinarum (1836) Florae Africae australioris illustration monographicae Gramineae (1841) Die Algen des süßen Wassers, nach ihren Entwickelungsstufen dargestellt (1814) Das System der Pilze und Schwämme (1816) Naturgeschichte der europäischen Lebermoose mit Erinnerungen aus dem Riesengebirge (1833-38, 4 Bände) Bryologia germanica (Christian Friedrich Hornschuch]] und Jacob Sturm ilə birlikdə, 1823–31, 2 Bände mit 43 Tafeln) Synopsis hepaticarum (Carl Moritz Gottsche və Johann Lindenberg ilə birlikdə, 1844–1847) Hymenopterorum Ichneumonibus affinium monographiae (1834, 2 Bände) System der spekulativen Philosophie, Band 1 Die Naturphilosophie (1841) Die allgemeine Formenlehre der Natur (1852) Vorlesungen zur Entwickelungsgeschichte des magnetischen Schlafs und Traums (1820) == Ədəbiyyat == Johanna Bohley: Christian Gottfried Daniel Nees von Esenbeck. Ein Lebensbild. Wissenschaftliche Verlagsgesellschaft, Stuttgart 2003, ISBN 3-8047-2075-7. Dietrich von Engelhardt (Hrsg.): Christian Gottfried Nees von Esenbeck. Politik und Naturwissenschaft in der ersten Hälfte des 19. Jahrhunderts.
Nequs
Nequs (tam: Çarların çarı — Nquse Negest; amh. nigūs) — 1975-ci ildə monarxiyanın ləğv olunmasınadək Efiopiya (Həbəşistan) imperatorunun titulu. Nequs hakimiyyətin və dövlətin rəhbəri olurdu. İcra və qanunverici hakimiyyəti özündə birləşdirirdi. Əfsanəyə görə İsrail Krallığının üçüncü kralı Süleyman (Solomon) və Səba Məlikəsi Bilqeysin övladları Eritreya dövlətində yaşayan tiqrelərdir. 1890-cı ilə kimi müasir Eritreyanın bir hissəsində yerləşən Medri Bahri və 1974-cü ilə kimi Efiopiya hökmdarı kimi tanınan Bahri Negusun titulu idi. Sonralar Bibliya və ya digər ədəbiyyatda qarşılandıqda, bu titul "Padşah" və "İmperator" sözlərinin tərcüməsi kimi istifadə edilməyə başlandı. == Baxış == "Nequs" sözü qədim Ge'ez Negus Ge'ez ነጉሥ dilindən gələn bir isimdir və tərcümədə "şahlıq" anlamı verir. Son vaxtlar, ən vacib və mühüm: Qojjam, Veleqa və dənizə doğru (Buradan müasir Eritreyanın bir hissəsində yerləşən Bahr Neqasi "Dənizin şahı" adı əmələ gəlir) əyalətlərinin başçılarının vəzifəsi kimi Nequs titulu istifadə olunurdu.
Ness
Ness (yun. Νέσσος) Yunan mifologiyasında öz qanı ilə Heraklı zəhərləmiş olan kentavr, İksion və Nefelanın oğludur.. Heraklla döyüşdən Yeven çayına qaçmış, lakin Herakl onu Yeven çayında Deyaniranı zorlamaq istədiyi üçün öldürmüşdür. Ölərkən Deyaniraya onun qanının və torumunun yığıb qarışdırarsa, bunun müqabilində Heraklın ona olan məhəbbəti təmin edilmiş olacağını deyir. . Diğər bir mənbədə onun Lokra qaçaraq və orada ölməsi bildirilir. Nessin və digər kentavrların qəbiri Xalkidadakı Tafiass təpəsindədir.
BBC News
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
Breaking News
Breaking News – Maykl Ceksonun ölümündən sonra çıxarılmış və indiyə kimi işıq üzü görməyən mahnıların toplandığı Michael albomundan olan ilk sinqlı. Sinqlın rəsmi şəkildə 5 noyabr 2010 – cu ildə ictimayətə təqdim edilmiş, mahnı tam şəkildə ilk dəfə 8 noyabr 2010 -cu ildə Ceksonun rəsmi veb saytında yalnızca bir həftə müddətində yayımlanmışdır. Həmçinin 8 noyabr tarixindən etibarən mahnı radiolarda da səsləndirilməyə başlanmışdır. == Fon == Mahnı 2007-ci ildə Nyu-Cersidə, Maykl Cascio ailəsi ilə birgə yaşadığı vaxt yazılmışdır. Michael albomuna daxil olan "Monster" və "Keep Your Head Up" mahnıları da daxil olmaqla digər mahnıların da əksəriyyəti bu zaman yazılmışdır. == Çıxarılması == 5 noyabr tarixində "Breaking News" mahnısının reklam videosu Maykl Ceksonun röəsmi veb saytında yerləşdirildi. Videoda müxtəlif telekanalların məşhur müxbirlərinin Cekson haqqında olan məlumatları baş xəbər kimi çatdırmaları təsvir edilmişdi. Bu girişdən sonra Ceksonun qısa vokal ifası verilmişdi."Breaking News" çoxdan gözlənən albomun debüt sinqlı və albomnan yayımlanan ilk mahnı olmasına baxmayaraq Sony Music mahnının kommersiya sinqlı deyil, Promo sinql kimi radiolarda yayımlanmasına razılıq verdi. 5 noyabrda sinqlın reklam videosu Ceksonun rəsmi veb saytında yayımlandı. Video müxbirlərin Cekson haqqında xəbərlər səsləndirməsi ilə başlayır və ardından Ceksonun ifası səslənirdi.
Breitbart News
Breitbart News Network, daha çox Breitbart News, Breitbart və ya Breitbart.com olaraq tanınır — ABŞ konservativ şərhçi Endrü Breytbart tərəfindən 2007-ci ilin ortalarında yaradılmış ifrat sağ xəbər, məqalə və şərh saytı. Ümumi olaraq, saytın jurnalistlərinin ideoloji cəhətdən hərəkət etdiyi düşünülür və məzmununun böyük bir hissəsi liberallar və ənənəvi konserativlər tərəfindən qadınsevməz, homofobik, ksenofobik və irqçi adlandırılmışdır. Saytda bir sıra konspirasiya nəzəriyyələri, Çin əleyhinə ksenofobik nümunələr və qəsdən yanıldıcı məzmun dərc edilmişdir."Breitbart News" keçmiş icraçı sədr Stiv Bennonun idarəsi altında alternativ sağın tərəfini tutmuşdur. Bennon 2016-cı ildə saytı "alt-sağın platforması" adlandırmışdır. "Breitbart News" 2016-cı ildə Donald Trampın prezidentliyə namizədlik kampaniyasını dəstəkləyənlərin virtual meydanına çevrilmişdi. Şirkətin menecmenti keçmiş heyət üzvü Maylo Yannopulos ilə birlikdə neonasist, falunqun və ağdərili üstünlüyü fikirlərini qoruyan qrup və fərdlərdən ideyalar dərc və təbliğ etmişdir. 2016-cı il ABŞ prezident seçkilərindən sonra saytın mübahisəli mövqelərini qınayan internet aktivizmi nəticəsində 2 mindən çox təşkilat "Breitbart News" saytını reklam alışlarından çıxarmışdır.Şirkətin baş qərargahı ABŞ-nin Kaliforniya ştatındakı Los-Anceles şəhərində yerləşir, lakin Texas, London və Yerusəlimdə büroları mövcuddur. Saytın həmtəsisçisi Larri Solov Endrü Breytbatrın dul yoldaşı Suzi Breytbart və Merser ailəsi ilə birlikdə şirkətin ortağı, eləcə də icraçı direktorudur. == Əhəmiyyətli hadisələr == === COVID-19 qalmaqalı === "Breitbart News" 27 iyul 2020-ci il tarixində COVID-19 pandemiyası ilə əlaqəli şübhəli iddialar irəli sürən və hidroksixloroxini dərman olaraq reklam edən "Amerikanın Cəbhə Həkimləri" adlı bir qrupun iştirak etdiyi bir videonu birbaşa yayımlamışdır. Qrupa konservativ radiostansiyalarda və podkastlarda hidroksixlorokinin istifadəsini müdafiə edən, Tramp tərəfdarı olduğuiddia edilən Simon Qold rəhbərlik edirdi.
Brooklyn Nets
Bruklin Nets Nyu-York ştarının Nyu-York şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır.
Bruklin Nets
Bruklin Nets Nyu-York ştarının Nyu-York şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır.
Fox News
Fox News, rəsmi olaraq Fox News Channel (abr.: FNC), daha çox sadəcə Fox olaraq tanınır — mərkəzi Nyu-York şəhərində yerləşən ABŞ konservativ xəbər telekanalı. İlk yayımı 7 oktyabr 1996-cı ildə gerçəkləşən kanalın sahibidi "Fox News Media" şirkətidir ki, bu şirkətin də ana korporasiyası "Fox Corporation" şirkətidir.Kanal Avstraliya mənşəli ABŞ media maqnatı Rupert Mördok tərəfindən konservativ auditoriyaya müraciət etmək üçün yaradılmışdır. "Fox News" 1990-cı illərin və 2000-ci illərin axırlarında ABŞ-də dominant xəbər şəbəkəsinə çevrilmişdir. 2018-ci ilin sentyabr ayında təxminən Amerikadakı 87 milyon evdə (televiziya abunəçilərinin 90.8%) "Fox News" kanalı tuturdu. 2019-cu ildə "Fox News" orta hesabla 2,5 milyon izləyiciyə sahib olan ən yüksək reytinqli kabel şəbəkəsi olmuşdur. Mördok hal-hazırda kanalın icraçı sədridir.Müşahidəçilərə görə, "Fox News" ABŞ Demokrat Partiyasını mənfi təsvir edir, ABŞ Respublikaçılar Partiyası, onun siyasətçiləri və ümumiyyətlə konservativləri üçün müsbət reportaj hazırlayaraq qərəzli davranır. Tənqidçilər kanalın məzmununu ümumilikdə "xəbərlərin düzgünlüyünün pozulması" adlandırırlar. "Fox News"un rəsmi mövqeyi xəbər yayımının fikir və şərh proqramlarından asılı olmaması, eləcə də xəbərlərindəki qərəzliliyi inkar etməsindən ibarətdir. Buna baxmayaraq, kanalın keçmiş işçiləri "Fox"un onlara "xəbərləri konservativlərin lehinə çevirmələrini" əmr etdiyini bildirmişdir. Müşahidəçilər Donald Trampın prezidentliyi dövründə "Fox News"un administrasiyanın media orqanı kimi fəaliyyət göstərdiyini irəli sürmüşdülər.