NƏQLİYYATÇI
NƏQŞLİ
OBASTAN VİKİ
Bahaəddin Nəqşibənd
Xacə Bəhaəddin Məhəmməd Buxari (1318, Buxara – 1389, Buxara) — Nəqşibəndiyyə təriqətinin yaradıcısı, İslam alimi, övliya. == Həyatı == Məhəmməd Bəhaəddin 1318-ci ildə Buxaranın sonralar Kəsri-Arifan adlanan kəndlərindən birində anadan olmuşdur. Nəqşibənd ("naxış vuran" deməkdir) uşaq ikən Xacəqan təriqəti şeyxlərindən Məhəmməd Baba Səmmasi (ö.740/1339) tərəfindən mənəvi övladlığa götürmüş, onun tərbiyəsi ilə məşğul olmağı müridi Əmir Gülala həvalə etmişdir. Öz növbəsində Məhəmməd də, Əmir Gülalın elmindən bəhrələnərək onun təriqətinə bağlanmışdır. Lakin qaynaqlarda Nəqşibəndin gerçək şeyxinin, özündən xeyli əvvəl vəfat etmiş Abdulxaliq Qucduvani olduğu bildirilmişdir. Təsəvvüfdə bu cür tərbiyə metoduna "Uveysilik yolu" deyilir. Nəqşibənd Şeyx Səmmasinin vəfatından sonra dərvişlərin söhbətlərində iştirak etmiş, Əmir Gülalın icazəsi ilə Yəsəvi şeyxlərindən Kusəm Şeyx və Xəlil Atay ilə görüşüb, bir sıra fikir mübadiləsi aparmışdır. Nəqşibəndin Kəsri Arifanda bir məscid tikdirdiyi və iki dəfə Həcc ziyarətinə getdiyi rəvayət edilir. Bəzi mənbələrdə onun tez-tez şeyxi Əmir Gülal ilə görüşmək üçün Nəfəsə getdiyi qeyd edilmişdir. Hənəfi məzhəbinə bağlı olan Bəhaəddin Nəqşibənd Kəsri-Arifanda 1389-cu ildə yetmiş üç yaşında vəfat etmişdir.
Bahaəddin Nəqşibənd məqbərəsi
Bahaəddin Nəqşibənd məqbərəsi Baha əd-Din kompleksi, Buxaranın şəhərətrafı bölgəsində yerləşən dini ansambldır. Kompleks, Nəqşibənd dərviş ordeninin mərkəzi olaraq xidmət etmişdir. Onun başçısı Şeyx Bahaəddin Nəqşibənd 1389-cu ildə vəfat etmişdir və Buxara yaxınlığındakı Kasri Arifon kəndi (indiki Kaqan bölgəsində) yaxınlığında dəfn edilmişdir. Məqbərə bir mədrəsə, iki məscid və bir minarədən ibarətdir. Baha əd-Din ansamblı XVI əsrə xas — nekropol ilə ritual binanın birləşməsi formasını almışdır. Hökmdar Əbülfəyz xanın anası (1711-1747) öz vəsaiti hesabına iki eyvanlı məscid tikdirir və XIX əsrdə Nəsrullah xanın vəziri Hakim Quşbəyi daha bir məscid tikdirir. Minarə (qüllə) 1720-ci ildə inşa edilmişdir. Sovet dövründə bu ziyarətgah xarabalığa çevrilmişdi. Özbəkistan müstəqillik əldə etdikdən sonra Bahaəddin Nəqşibəndin 675-ci ildönümü şərəfinə 1993-cü ildə ziyarətgah restavrasiya edildi. Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü ilə 2003-cü ildə kompleksin təkmilləşdirilməsi üçün böyük işlər görülür.
Nəqşi-Rüstəm
Nəqşi-Rüstəm— Persepol yaxınlığında Nəqşi-Rüstəm dərəsində yerləşən arxeoloji sahə. I Şapurun (241–272) dövründə imperiyanın tərkibi haqqında Nəqşi-Rüstəmdə "Zərdüştün Kəbəsi" adlı qədim od məbədindəki kitabədə Sasanilər dövlətinə tabe "İran olan" və "İran olmayan" iyirmi yeddi "şəhrin" içində "İran olmayan" Adurbadaqan, İberiya, Ermənistan, Sisakan, Albaniya, "Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da adları çəkilir. Nəqşi Rüstəm (Farsca: نقش رستم Næqš-e Rostæm) İranın Fars əyalətində, Persepolun 12 km şimal-qərbində yerləşən bir arxeoloji sahədir. Fars mifologiyasının qəhrəmanı Rüstəmin təsvir edildiyi düşünülən abidə məzarların altındakı Sasani oymalarına görə Nəqşi Rüstəm, yəni "Rüstəmin Rəsmi" adlandırılır. Nəqşi-Rüstəm də Əhəməni krallarına aid yeddi türbə var. Üzərindəki yazılar onlardan birinin I Daraya aid olduğunu açıq şəkildə göstərir. I Daradan başqa o biri üç məzarın, I Xerxes, I Artaserhas və II Daraya aid olduğu düşünülür. Persepolun arxasında tamamlanmamış vəziyyətdə tapılan iki məzar, ehtimal ki, II Artaserhas və III Artaserhasa məxsusdur. Yarımçıq qalan bir dənəsi, ən uzun iki il hökmdarlıq etmiş Arsesə, daha güclü ehtimalla isə Makedoniyalı İsgəndər tərəfindən taxtdan salınmış son Əhəmənilər hökmdarı III Daraya aiddir. Nəqşi-Rüstəmdəki qəbirlərdən əlavə, məzarların alt hissəsində Sasanilər padşahlarına aid yeddi nəhəng qayaüstü təsvir vardır.
Nəqşi-dil Validə Sultan
Nəqşidil Sultan (ö. 6 sentyabr 1817) — 27. Osmanlı sultanı I Əbdülhəmidin xanımı, 30. Osmanlı sultanı II Mahmudun anası, Osmanlı imperiyasının Validə sultanı. Osmanlı tarixi mənbələrində adı adətən Nəqşidil olaraq anılsa da, bəzi arxiv sənədlərində, möhüründə və məzar kitabəsində adı Nəqşi, Nəqşi Qadınəfəndi olaraq qeyd olunur. Kimliyi və saraya gəlişi haqqında dəqiq məlumat olmasa da, onun fransız kral ailəsinə mənsub olması ilə bağlı məlumat doğru deyil. Belə ki, Sultan Əbdülhəmidin bacısı Əsma Sultanın sarayındakı kənizlərdən olduğu, padşahın bacısını ziyarəti əsnasında görüb bəyəndiyi bu qızı Topqapı sarayına gətirdiyi məlumdur. XVIII əsrdə hərəmxanaya alınan kənizlərin böyük bir qismi kimi onun da Qafqaz əsilli olduğu ehtimal olunur. Sultan Əbdülhəmidin yeddinci qadınəfəndisi olan Nəqşidil Sultan ilk övladı 22 oktyabr 1783-cü ildə dünyaya gələn Şahzadə Murad Seyfullah Əfəndidir. Ancaq bu övladını 3 mart 1784-cü ildə çiçək xəstəliyindən itirmişdir.
Nəqşi Cahan meydanı
Nəqşi Cahan Meydanı (fars. ميدان نقش جهان‎ Meydān-e naḳş-e cahān; “Dünyanın şəkli meydanı” ya da fars. ميدان شاه‎ Meydān-e Şāh; “Şahın meydanı”) — Həmdə İmam meydanı adı ilə tanınır. İsfahanın mərkəzində olan meydan, İranın ve cənub-şərqi Asiyanın ən geniş meydanıdır. Meydanın 4 küncündə 4 fərqli bina tikilmişdir: qərbdə Ali Qapı sarayı, şimalda Qeysəriyyə bazarı, şərqdə dini mərkəz olan Şeyx Lütfullah məscidi, cənubda isə İmam məscidi yerləşir. Meydanın üstü açıq hissəsi isə bir çox mərasimlər üçün ictimai məkan kimi fəaliyyət göstərir. Meydan İranın 20.000 rial əskinasının arxa tərəfində təsvir olunub. Abidə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir. Nəqşi Cahan meydanı qurulduğu gündən etibarən həm şəhər, həm ümümulikdə İran nəzdində öz orginallığını və toxunulmazlığını qoruyub saxlayan məkanlardan biridir. Meydanın inşası 1598-ci ildə başlasa da təxminən 1632-ci ildə başa çatmışdır.
Nəqşibəndilik
Nəqşibəndilik (fars. نقشبندی‎) — sufizmin əsas sünni təriqəti. Adı Bəhaəddin Nəqşbənd Buxaridən götürülmüşdür. Nəqşibəndi ustadları sünni İslamın birinci xəlifəsi Əbu Bəkr və sünni İslamın dördüncü xəlifəsi Əli vasitəsilə İslam peyğəmbəri Məhəmmədə qədər öz nəsillərini izləyirlər. Əli və Əbu Bəkr vasitəsilə 6-cı İmam Cəfər əl-Sadiq vasitəsilə bu ikili nəslə görədir ki, orden (təriqət) “iki okeanın yaxınlaşması” və ya “Cəfər Sadiqin sufi ordeni” kimi də tanınır. Nəqşibəndilik təriqətinin banisi Məhəmməd Bəhaəddin 718-ci ildə Buxaranın sonralar Kəsri-Arifan adlanan kəndlərindən birində anadan olmuşdur. Nəqşibənd ("naxış vuran" deməkdir) uşaq ikən Xacəqan təriqəti şeyxlərindən Məhəmməd Baba Səmmasi (ö. 740/1339) tərəfindən mənəvi övladlığa götürmüş, onun tərbiyəsi ilə məşğul olmağı müridi Əmir Gülala həvalə etmişdir. Öz növbəsində Məhəmməd də, Əmir Gülalın elmindən bəhrələnərək onun təriqətinə bağlanmışdır. Lakin qaynaqlarda Nəqşibəndin gerçək şeyxinin, özündən xeyli əvvəl vəfat etmiş Əbdülxaliq Qicduvani olduğu bildirilmişdir.
Nəqşibəndilər

Nəqşidil Sultan
Nəqşidil Sultan (ö. 6 sentyabr 1817) — 27. Osmanlı sultanı I Əbdülhəmidin xanımı, 30. Osmanlı sultanı II Mahmudun anası, Osmanlı imperiyasının Validə sultanı. Osmanlı tarixi mənbələrində adı adətən Nəqşidil olaraq anılsa da, bəzi arxiv sənədlərində, möhüründə və məzar kitabəsində adı Nəqşi, Nəqşi Qadınəfəndi olaraq qeyd olunur. Kimliyi və saraya gəlişi haqqında dəqiq məlumat olmasa da, onun fransız kral ailəsinə mənsub olması ilə bağlı məlumat doğru deyil. Belə ki, Sultan Əbdülhəmidin bacısı Əsma Sultanın sarayındakı kənizlərdən olduğu, padşahın bacısını ziyarəti əsnasında görüb bəyəndiyi bu qızı Topqapı sarayına gətirdiyi məlumdur. XVIII əsrdə hərəmxanaya alınan kənizlərin böyük bir qismi kimi onun da Qafqaz əsilli olduğu ehtimal olunur. Sultan Əbdülhəmidin yeddinci qadınəfəndisi olan Nəqşidil Sultan ilk övladı 22 oktyabr 1783-cü ildə dünyaya gələn Şahzadə Murad Seyfullah Əfəndidir. Ancaq bu övladını 3 mart 1784-cü ildə çiçək xəstəliyindən itirmişdir.
Nəqşidil Sultan türbəsi
Nəqşidil Sultan türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə. Türbə 27-ci Osmanlı sultanı Sultan I Əbdülhəmidin xanımlarından biri və Sultan II Mahmudun anası Validə Nəqşidil Sultan tərəfindən Fateh məscidinin arxa həyətində vəfatından qısa müddət öncə inşa edilmişdir. Əslən fransız olan Nəqşidil Sultan 1817-ci ildə uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyindən vəfat etmiş, tikdirdiyi bu türbəyə dəfn edilmişdir. Barokko üslubunda olan türbə on altıbucaqlı formasındadır. Türbə qapısı üzərində xəttat Mustafa Rakım tərəfindən Zümər surəsinin 53-cü və Ali-İmran surəsinin 133-cü ayələri işlənmişdir. Türbənin daxili interyeri isə XIX əsrə xas xəttat işləmələriylə bəzədilib. Türbədə Validə Nəqşidil Sultandan başqa, aşağıdakı şəxslər dəfn edilib: Sultan Mahmudu yeniçəri üsyanından xilas edən Cövriyə kalfa Sultan Mahmudun qızı Mihrimah Sultan (d. 10 iyun 1812 - ö. 31 avqust 1838) Sultan Mahmudun qızı Münirə Sultan (d. 16 oktyabr 1824 - ö.
Qaraçay-i Nəqşi (Bostanabad)
Qaraçay-i Nəqşi (fars. قره چاي نقشي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (21 ailə).
Əmmar Nəqşəvani
Seyid Əmmar Nəqşəvani olaraq tanınan Seyid Dr. Əmmar əl-Nəqşəvani (ərəb. عمار النقشواني‎) Britaniya-İraq əsilli intellektual elm adamı, müəllif və natiq. Nəqşəvani 2014-cü ildə 500 ən nüfuzlu müsəlman siyahısına daxil edilmişdir. Kolumbiya Universitetinin Orta Şərq İnstitutu və Kembric Universitetinin İslam Araşdırmaları Mərkəzində ziyarətçi elm adamı olmuşdur. Daha əvvəl Hartford Seminariyasında İslam hüququ məktəbləri və Şiə araşdırmaları, dialoquna aid olan İmam Əli kürsüsünü icra etmişdir. Nəqşəvani böyük Ayətullah Əbu əl-Qasim əl-Xoyinin Kufədəki nümayəndəsi olaraq vəzifəsini yerinə yetirən Höccətülislam Mürtəza Nəqşəvaninin (vəf.1990-cı il) oğlu Emad Nəqşəvaninin ailəsində anadan olub. Anası mərhum şeyx Məhəmməd-Təqi əl-İrəvaninin qızıdır. Ata tərəfdən etnik azərbaycanlı olaraq yeddinci şiə imamı Musa əl-Kazım vasitəsilə Məhəmmədin nəslindən olduğunu iddia edir. Dayısı Baqir əl-İrəvani Nəcəfin İslam seminariyasında bir fəqih və müəllimdir.

Digər lüğətlərdə