Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəzərabad
Nəzərabad (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd.
Nəzəroba
Nəzəroba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Hişgədərə kənd inzibati ərazi vahidinin Nəzəroba kəndi Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Yaşayış məntəqəsi keçmişdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş alar tayfasının 10 ailədən ibarət nəzər comasının (tirəsinin) məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Nəzər (tirə başçısının adı) və oba sözlərindən ibarət olub, "Nəzərə məxsus oba" mənasındadır. Əhalinin sayı 313 nəfərdir.
Nəzərabad (Babək)
Nəzərabad — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəzərabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəzərabad kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Didivar kəndi mərkəz olmaqla, Didivar kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Dəmirzindan (oradakı dəmir körpünün adı) olmuşdur. Yaşayış məntəqəsi vaxtı ilə Dərələyəz mahalından köçməyə məcbur olmuş ailələrin Dəmirzindan adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrə aid məlumata görə Naxçıvan əyalətində suvarma məqsədilə istifadə edilən su ayrı-ayrı qolçomaqlara məxsus olduğu halda tək-tək hallarda bütün icmaya məxsus idi. Belə icmalardan biri də Nehrəm icması olmuşdur. Tədqiqatçılara görə oykonim ərəb dilindəki nəhr (çay, kanal, axar su) və am/əm icma komponentlərindən düzəlib. İcmaya məxsus su mənasındadır. Oykonim "Nəzərə məxsus kənd"mənasındadır. Nəzərabad kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Cəhriçayın sahilində, dağətəyi düzənlikdə yerləşir.
Nəzərabad (Kərəc)
Nəzərabad— İranın Əlburz ostanının şəhərlərindən və Nəzərabad şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 97,684 nəfər və 24,583 ailədən ibarət idi. Əhalisini Azərbaycan türkləri təşkil edir və Azərbaycan türkcəsinin Savucbulaq ləhcəsində danışırlar.
Nəzərabad (Salmas)
Nızrava və ya Nəzərabad (fars. نظراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 619 nəfər. yaşayır (107 ailə).
Nəzərabad körpüsü
Nəzərabad körpüsü — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində, Naxçıvan-Biçənək aşırımından keçən avtomobil yolunun 12 km-də, Cəhriçayın üstündə yerləşən körpü. 1932-ci ildə tikilmiş bu körpü 1997-ci ildə bərpa edilərək, yenidən qurulmuşdur. Uzunluğu 54 paqonometrdir.
Nəzərabad nekropolu
Nəzərabad nekropolu — Babək rayonunda, XIV–XVII əsrlərə aid arxeoloji abidə. Nəzərabad adlı kəndin qərbində, Naxçıvan–Şahbuz avtomobil yolunun sağında yerləşir. Müsəlman qəbirlərindən ibarətdir. Qəbirlərin üzərində sənduqə tipli abidələr qoyulmuşdur. Axtarışlar nəticəsində bir sıra maddi mədəniyyət nümunələri tapılıb. Bu abidələr 14–17-ci əsrlərə aid edilir.
Nəzərabad Şəhristanı
Nəzərabad şəhristanı (fars. نظرآباد‎) — İranın Əlburz ostanının 5 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Nəzərabad şəhəridir. Əhalisini Azərbaycan türkləri təşkil edir və Azərbaycan türkcəsinin Savucbulaq ləhcəsində danışırlar.
Nəzərxan (Poldəşt)
Nəzərxan (fars. نظرخان‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (34 ailə).
Stepan Nəzəryan
Stepan Nəzəryan (erm. Ստեփանոս Նազարեան; rus. Степанос Исаевич Назарян; 15 (27) may 1812 və ya 27 may 1812, Tiflis, Gürcüstan quberniyası – 27 aprel (9 may) 1879 və ya 9 may 1879, Moskva) — erməni əsilli Rusiya naşiri, maarifçi, ədəbiyyat tarixçisi və şərqşünas. Stepan Nəzəryan 15 may 1812-ci ildə Tiflisdə (indiki Gürcüstan) keşiş ailəsində anadan olmuşdur. 1840 -cı ildə Tartu Universitetində fəlsəfə fakültəsini bitirmişdir. Nəzəryan 1849-cu ildə Moskvada yerləşən Lazarev adına Şərq Dilləri İnstitutunda fars və ərəb ədəbiyyatı professoru oldu. O, bir sıra elmi əsərlər nəşr etdirmiş və doktorluq dissertasiyasını Firdovsinin "Şahnamə" əsərini təhlil edərək qorumuşdur. Nəzəryan 1840-cı illərdəki Avropa maarifçilik hərəkatının və Rusiyada ictimai hərəkatın təsiri altında getdikcə feodal sistemə və ideologiyasına qarşı yazmağa başlamışdır. O, 1850-ci illərdə erməni maarifçilik hərəkatının lideri olmuşdur. Nəzəryan 1858–1864-cü illərdə Moskvada nüfuzlu "Hyusisapayl" jurnalını nəşr etdirmişdir.
Ağbulaq-Nəzəryan (Kürdüstan)
Ağbulaq-Nəzəryan - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Kərani kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 24 km qərbdədir.
Nəzərabad Qala (Urmiya)
Nəzərabad Qala (fars. نظرابادقلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (28 ailə).
Nəzərabad-i İftixar (Urmiya)
Nəzərabad-i İftixar (fars. ‎نظرابادافتخار‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (33 ailə).
Nezera cathartica
İşlədici kətan (lat. Linum catharticum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinin kətan cinsinə aid bitki növü. Cathartolinum catharticum (L.) Small Cathartolinum pratense Rchb. [Illegitimate] Nezera cathartica (L.) Nieuwl.