Nəzəroba

NəzərobaAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Hişgədərə kənd inzibati ərazi vahidinin Nəzəroba kəndi Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[2]

Nəzəroba
38°53′06″ şm. e. 48°39′38″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 41 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Nəzəroba xəritədə
Nəzəroba
Nəzəroba

Yaşayış məntəqəsi keçmişdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş alar tayfasının 10 ailədən ibarət nəzər comasının (tirəsinin) məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Nəzər (tirə başçısının adı) və oba sözlərindən ibarət olub, "Nəzərə məxsus oba" mənasındadır.[3]

Əhalinin sayı 313 nəfərdir.[4]

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. Nəzəroba // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.