Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nadir Nadirli
Nadir Arzu oğlu Nadirli (23 mart 1992; Şəmkir rayonu, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nadir Nadirli 1992-ci il martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. 2009-2013-cü illərdə BDU-da "Biologiya" üzrə ali təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nadir Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Nadirli oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nadir Nadirov
Nadir Nadirov (qaz. Нәдір Кәрімұлы Нәдіров; rus. Надир Каримович Надиров; 6 yanvar 1932, Naxçıvan və ya Naxçıvan Muxtar Respublikası – 24 avqust 2021) – Azərbaycan kürdlərindən olan Qazaxıstan mühəndisi. O, 6 yanvar 1932-ci ildə Sədərək, Naxçıvan MSSR-də anadan olmuşdur. Nadir Nadirovun ailəsi 1933-cü ildə Qazaxıstana deportasiya edilmişdir. O, Qazaxıstanda Kürd asosiasiyasının prezidenti və Qazaxıstan Mühəndislik Akademiyasının ilk vitse-prezidenti olmuşdur. O, həmçinin, Neft elmi mərkəzinin direktoru olmuşdur. 1992-ci ildə o, 1930 və 1940-cı illərdə keçmiş Sovet İttifaqında kürdlərin kütləvi deportasiya hesabları ilə ictimaiyyətə çatdırıldı. == Kitablar == N.K. Nadirov, A.P. Popov, Neftdən zülal, ABŞ Ortaq Nəşrlər Araşdırma Xidməti, Sprinqfild, Virciniya, 1974. N.K. Nadirov, N. S. Nametkin, Podsolevye nefti Prikaspiĭskoĭ vpadiny, 302 pp., Izdvo Nauka Kazakhskoi SSR, 1983 (Rusiyada).
Nadir Nadirov (mühəndis)
Nadir Nadirov (qaz. Нәдір Кәрімұлы Нәдіров; rus. Надир Каримович Надиров; 6 yanvar 1932, Naxçıvan və ya Naxçıvan Muxtar Respublikası – 24 avqust 2021) – Azərbaycan kürdlərindən olan Qazaxıstan mühəndisi. O, 6 yanvar 1932-ci ildə Sədərək, Naxçıvan MSSR-də anadan olmuşdur. Nadir Nadirovun ailəsi 1933-cü ildə Qazaxıstana deportasiya edilmişdir. O, Qazaxıstanda Kürd asosiasiyasının prezidenti və Qazaxıstan Mühəndislik Akademiyasının ilk vitse-prezidenti olmuşdur. O, həmçinin, Neft elmi mərkəzinin direktoru olmuşdur. 1992-ci ildə o, 1930 və 1940-cı illərdə keçmiş Sovet İttifaqında kürdlərin kütləvi deportasiya hesabları ilə ictimaiyyətə çatdırıldı. == Kitablar == N.K. Nadirov, A.P. Popov, Neftdən zülal, ABŞ Ortaq Nəşrlər Araşdırma Xidməti, Sprinqfild, Virciniya, 1974. N.K. Nadirov, N. S. Nametkin, Podsolevye nefti Prikaspiĭskoĭ vpadiny, 302 pp., Izdvo Nauka Kazakhskoi SSR, 1983 (Rusiyada).
Axirət
Axirət — Dini inanclara görə ölümdən sonra gediləcəyinə inanılan sonsuz aləm. İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı insanlar cənnətə, pis insanlar isə cəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnət və cəhənnəmdə) davam edəcək. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir. == Axirət aləmi == Digər dini əsaslar kimi Axirət aləmi də iki yolla isbat olunur ki, onlardan biri ağıl və digəri isə ayə və rəvayətlərdən ibarətdir. === Axirət aləminin xüsusiyətləri === Ağıl və məntiq baxmından Axirət aləmi aşağıdakı xüsusiyətlərə malik olmalıdır: Axirət aləmi əbədi və həmişəlik olmalıdır. Qurani kərimə nəzər saldıqda Axirət aləminin əbədi olmasına dair bir çox ayələr görürük. Məsələn: Behiştin qapıcıları əhlinə salam verərək dəyər xoş olsun sizə.
Nadiyə
Nadiyə (d. 19 iyun, 1973, Tur) fransız müğənnisi, Fransanın yüngül atletika üzrə çempionu. 2005-ci il "Victoires de la Musique" mükafatı laureatıdır. Əlcəzair ailəsində doğulmuşdur. "L'histoire en 16/9" və "Nâdiya" DVD-ləri buraxmışdı.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Abbasqulu Nadirov
Abbasqulu Nadirov (tam adı:Nadirov Abbasqulu Allahverdi oğlu;1904 – 1981)— təsərrüfat rəhbəri, Ordubad Rayon Komitəsinin birinci katibi == Həyatı == Nadirov Abbasqulu Allahverdi oğlu 1904-cü ildə Şərur rayonun Cəlilkənd kənddə anadan olmuşdur. Əlixanlılar tayfasına mənsub Nadir şah nəslindəndir. Abbasqulu bəy Şadlinskinin "Qırmızı tabor" dəstəsində Şərur-Dərələyəzin daşnak quldurlarından təmizlənməsində yaxından iştirak etmişdir. 1919-cu ildə kənddəki rus-tatar məktəbini bitirmiş, əmək fəaliyyətinə Baş Noraşen kəndində əmək komitəsində mücavir kimi başlamış, 1924–30-cu illərdə Ermənistan SSR Dövlət Siyasi İdarəsində (DTK)) ekspeditor, 1930–1932-ci illərdə Dəmirçi kənd Sovetinin sədri, 1932–1936-cı illərdə Naxçıvan MSSR MİK-də təlimatçı, Naxçıvan rayon İK-də şöbə müdiri, Noraşen rayon İK-də sədr müavini, Naxçıvan MSSR Ət tədarükü kontorunun rəisi, Şahbuz rayon Partiya Komitəsində bölmə müdiri, Noraşen rayon Partiya Komitəsində şöbə müdiri, birinci katib (1942–1946), Ordubad rayon Partiya Komitəsinin birinci katibi (1946–1949), Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı, Noraşen rayon kənd təsərrüfatü şöbəsinin müdiri, Qarxun kənd kolxozunun sədri, rayon kolxozlararası tikinti idarəsinin rəisi, kommunal təsərrüfat şöbəsinin müdiri, rayon ZDS İK-də plan komissiyasının sədri, evlər idarəsinin müdiri vəzifələrində işləmişdir. 1967-ci ildən Respublika əhəmiyyətli təqaüdçü olmuşdur. Xidmətlərinə görə Qırmızı Əmək Bayrağı, II dərəcəli Böyük Vətən Müharibəsi" ordenləri, "Qafqazın müdafiəsinə görə", Lenin yubiley, "Almaniya üzərində qələbə", "Rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir. ÜİK(b)P-nin üzvü olmuşdur. 1981-ci ildə vəfat etmişdir. == Təltif və mükafatları == Xidmətlərinə görə Qırmızı Əmək Bayrağı, II dərəcəli Böyük Vətən Müharibəsi" ordenləri, "Qafqazın müdafiəsinə görə", Lenin yubiley, "Almaniya üzərində qələbə", "Rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Abuzər Nadirov
Abuzər Nadirov (11 fevral 1967, Mişni, Laçın rayonu) – "Laçın" futbol klubunun baş məşqçisi. == Həyatı == Abuzər Süleyman oğlu Nadirov 1967-ci fevral ayının 11-də Laçın rayonunun Mişni kəndində anadan olub. 1974-cü ildə Mişni kənd orta məktəbində 1-ci sinifə getmiş və 1984-cü ildə həmin məktəbi bitirmişdir. Uşaq yaşlarından futbola böyük marağı olub. Ağdamın "Şəfəq" futbol komandasından təkliflər alsada müəyyən ailə çətinliklərinə görə həmin komandada oynamaqdan imtina etmişdir. 1981–1987-ci illərdə Polşada hərbi xidmətdə olduğu zaman idmanın bu növü ilə məşğul olmuşdur. Həmin vaxt bir neçə klubun heyətində Polşanın 2-ci futbol liqasında oynamışdır. Futbol karyerası dövründə daha çox həvəskar klublarda çıxış etmişdir. Qarabağın ermənilər tərəfindən işğalından sonra Qaradağ rayonunda məskunlaşıb. Ümid qəsəbəsində yerləşən məcburi köçkün uşaqlarından təşkil olunmuş "Laçın" komandasında 1997-ci ildən baş məşqçi işləyir.
Adil Nadirov
Adil Nadirov (28 aprel 1950, Ağdam – 28 yanvar 2019, Azərbaycan) — azərbaycanlı keçmiş futbolçu və məşqçi, "Qarabağ" klubunun təsisçilərindən biri. == Həyatı == 1950-ci il aprelin 28-də Ağdamda anadan olub. Futbola 1960-ci ildə Uşaq İdman Məktəbində Nadir Xudabaxşıyevin rəhbərliyi altında başlayıb. 1965-ci ildən "Məhsul" komandasında oynayıb. 1968-ci ildə SSRİ birinciliyinin aşağı dəstəsində çıxış edən Mingəçevirin "Toxucu", daha sonra hərbi xidmətlə əlaqədar Tiflisin "OİK" komandasında çıxış edib. Əsgərlikdən qayıtdıqdan sonra yenidən Ağdam komandasının şərəfini qoruyub. 1981-ci ildə, ağır zədə aldıqdan sonra futbolla vidalaşıb. 1987-ci ildə indiki "Qarabağ"ı təsis edib və ilk baş məşqçisi olub. Komanda 3 dəfə SSRİ dövründə Azərbaycan çempionu, 1 dəfə isə yeni yaradılmış milli çempionatın qalibi adını qazanıb. 30-dan çox futbolçunun yetişməsində əməyi olub.
Aslan Nadirov
Aslan Nadirov (1968, Gəgəli, Ağsu rayonu – 29 mart 1992, Şuşa) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aslan Nadirov 1968-ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Ağsu şəhər 1 saylı orta məktəbin məzunudur. 1992-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Aslan Nadirov 1990-cı illərdən hərbi tibb işçisi kimi könüllü Qarabağ müharibələrində iştirak etmişdir. Şuşa şəhərinin işğalı zamanı şəhid olmuşdur. == Xatirəsi == Ağsu şəhər 1 saylı orta məktəb Aslan Nadirovun adını daşıyır.
Asəf Nadirov
Asəf Abbasqulu oğlu Nadirov (13 mart 1929, Şərur rayonu, Naxçıvan MSSR – 14 mart 2014, Bakı) — Əməkdar elm xadimi, iqtisad elmləri doktoru (1968), professor (1970), AMEA-nın həqiqi üzvü (1989). == Həyatı == Asəf Nadirov 13 mart 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuşdur. Ali təhsilini 1946-1951-ci illərdə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin İqtisadi coğrafiya ixtisası üzrə almışdır. == Əmək fəaliyyəti == Asəf Nadirov əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin aparatında məsləhətçi kimi başlamışdır. 1956-cı ildən etibarən fəaliyyətini Azərbaycan EA-da davam etdirmişdir. 1956-1958-ci illərdə Akademiyanın Coğrafiya İnstitutunun İqtisadiyyat bölməsində kiçik elmi işçi və baş elmi işçi kimi çalışmışdır.1958-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsini icra etmişdir. 1964-1981-ci illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1980-1989-cu illərdə yenə həmin institutun nəzdindəki ixtisaslaşmış müdafiə şurasının sədr müavini, 1990-1998-ci illərdə isə sədri olmuşdur.Asəf Nadirov 1997-ci ilədək Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi olmuşdur. Daha sonra 1997–2000-ci illərdə Azərbaycan Elmlər Akademiyasının müşaviri kimi fəaliyyət göstərmişdir. O, 2000–2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü təyin edilmişdir.
Elçin Nadirov
Elçin Nadir oğlu Nadirov (5 dekabr 1987, Qoxmuq, Şəki rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Nadirov 1987-ci il dekabrın 5-də Şəki rayonunun Qoxmuq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elçin Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Nadirov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fədail Nadirov
Fədail Fərhad oğlu Nadirov (23 iyul 1999; Qobustan rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fədail Nadirov 1999-cu il iyulun 23-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Fədail Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fədail Nadirov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qobustan rayonunun Bədəlli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) == İrsi == Fədail Nadirovun müharibədən bir neçə gün əvvəl təlimlər üçün hərbi hissəyə yollanan zaman avtomobili yolda saxlatdırıb, rəqs eləməsi sosial medialarda trendə çevrildi.
Fərid Nadirov
Fərid İlyas oğlu Nadirov (21 sentyabr 2000; Hüngütlü, Göyçay, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Nadirov 2000-ci il sentyabrın 21-də Göyçay rayonunda anadan olub. İlk orta təhsilini Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbdə alıb. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı pulemyotçu kimi hərbi xidmətini yerinə yetirib. 13 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. 28 noyabr 2020-ci ildə Göyçay Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Nadirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Nadirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Kənan Nadirli
Kənan İlqar oğlu Nadirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Nadirli Kənan İlqar oğlu 2000-ci il fevralın 2-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub. == Hərbi xidməti == Kənan könüllü olaraq İkinci İkinci Qarabağ müharibəsində iştirak edib. Qəhrəmanımız Füzuli, Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 6-da Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində həlak olmuşdur.
Mehman Nadirov
Mehman Qəhrəman oğlu Nadirov (1960, Puşkin rayonu) — səs mühəndisi, səs rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2009) Evlidir, 3 övladı var. == Fəaliyyəti == 1983-cü ildən "Azərbaycanfilm" kinostudiyasında müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Səsyazma-montaj sexlərinin rəisi və səs rejissorudur. Mehman Nadirov bir çox filmlərdə səs rejissoru kimi fəaliyyət göstərmişdir. == Ad == Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2009) == Filmoqrafiya == Səs mühəndisi kimi Yalan (film, 2005) (tammetrajlı bədii film)Səs rejissoru kimi İstanbul reysi (film, 2010) (tammetrajlı bədii film) Biz birlikdə qalib gələcəyik (film, 2011) Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film) İlahi məxluq (film, 2011) (tammetrajlı bədii film) Balaca ev (film, 2012) Axırıncı dayanacaq (film, 2014) (tammetrajlı bədii film) Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film) Qatil (film, 2015) (tammetrajlı bədii film)Səs operatoru kimi IX korpus (film, 2012) (qısametrajlı sənədli film) Çölçü (film, 2012) (tammetrajlı bədii film) "Ağ-qara" gecələr (film, 2013) (tammetrajlı bədii film)Digər Xeyirxah kirpi (film, 2009) (cizgi filmi) Vəsiyyət (film, 2011) (qısametrajlı bədii film) Tırtılın arzusu (film, 2010) (cizgi filmi) İstədiyin yar (film, 2012) Nizami (film, 2012) (qısametrajlı sənədli film) Balaca ev (film, 2013) (cizgi filmi) Mahmud və Məryəm (film, 2013) (tammetrajlı bədii film) Qisas almadan ölmə.
Nadirin yürüşləri
Nadirin yürüşləri və ya Nadirin müharibələri — XVIII əsrin birinci yarısında Mərkəzi Avrasiyada əvvəlcə xan, sonrada şah olan Nadir tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəzərdə tutulur. Onun hərbi əməliyyatları ilk dəfə Səfəvi sülaləsinin adından Hotaki əfqanlarına qarşı başlamışdır. Səfəvi imperiyasının paytaxtı İsfahanın əfqanlar tərəfin ələ keçirilməsindən sonra Səfəvi dövləti faktiki olaraq süqut etdi. Səfəvi taxtının bərpasına çalışan və şahlıq adına iddia edən II Təhmasib Səfəvi Nadiri öz xidmətinə qəbul etdi. Nadir o zaman Xorasanda kiçik və əhəmiyyətsiz hərbi dəstə komandanlarından biri idi. Şimal-qərbdəki Abdali əfqanlarını neytrallaşdırdıqdan sonra II Təhmasibi özündən asılı vəziyyətə salan Nadir ölkənin yerdə qalan hissəsini işğal edən Hotaki əfqanlarına qarşı müharibəyə başladı. Əfqanlar üzərində bir neçə inanılmaz qələbədən sonra İsfahan azad edildi və II Təhmasib Səfəvi taxtına əyləşdi. Bununla da, Səfəvi sülaləsinin hakimiyyəti bərpa edildi. Səfəvilərin taxtda bərpasından sonra Nadir qərbə və şimala doğru yürüşlərə başladı. Onun məqsədi Osmanlı və Rusiyaya itirilmiş Səfəvi torpaqlarının geri qaytarılması idi.
Nakihət Xanım
Nakihət Xanım (və ya Nakihət Begüm), Səfəvi şahı II Abbasın (1642–1666) çərkəz kökənli həyat yoldaşı. II Şah Abbasın varisi və ondan sonrakı Səfəvi şahı Şah Süleyman Səfəvinin anasıdır. İlk əvvəllər Səfəvi sarayında kəniz olmuş, sonradan kəbinli həyat yoldaşı və şahın əsas arvadı olmuşdur.Şah ailəsinin digər qadınları kimi, ölümündən sonra İraqdakı Şiə müqəddəs türbələrində dəfn edilmişdir. Bu yerlər 1639-cu il, Qəsri-Şirin sülh müqaviləsi imzalanan zamandan formal olaraq Osmanlı dövlətinə tabe idi. == İstinadlar == == Mənbə == Bierbrier, Morris. "The Descendants of Theodora Comnena of Trebizond". The Genealogist. 12 (1). 1998. Matthee, Rudi.
Rəşad Nadirov
Rəşad Nadirov (polkovnik-leytenant)
Samir Nadirov
Samir Əli-Səttar oğlu Nadirov (16 avqust 1992; Sumqayıt, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Nadirov 1992-ci il avqustun 16-da Sumqayıt şəhərinində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Samir Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonunda və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Nadirov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Siyasət Nadirov
Nadirov Siyasət Kamil oğlu (18 fevral 2001, Aleksandrovka, Sabirabad rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == 2001-ci il fevralın 18-də Sabirabad rayonunun Şəhriyar kəndində anadan olmuşdur.Siyasət Nadirov 2018-ci ildə Şəhriyar kənd tam orta məktəbini bitirmişdir. == Döyüş yolu == 2019-cu ilin aprel ayında Sabirabad rayonunun Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Siyasət məharətli snayperçi olmuşdur. Goranboydakı “N”saylı hərbi hissədə əsgəri xidmətini başa vurub. Mətin döyüşçü İkinci Qarabağ müharibəsinin başladğı gündən döyüş əməliyyatlarına qatılıb.Bir neçə döyüş istiqamətində mənfur düşmənə qarşı qəhrəmancasına döyüşlər aparıb.Nadirov Siyasət Kamil oğlu Ağdərə istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Ailədə 9 uşaq olmuşdur.Siyasət isə ailənin son beşiyi olub. Siyasət Kamil oğlu Nadirov 21 noyabr 2020-ci ildə Sabirabad rayonunun Şəhriyar kəndində dəfn olunmuşdur. == Təltifləri == Siyasət Kamil oğlu Nadirov Cənab Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”medalı ilə təltif olundu.
Vahid Nadirli
Vahid Məmmədrza oğlu Nadirli (1946, Bakı – 2 avqust 2017, Bakı) — Bakı Metropoliteni rəisi (1987–1993). == Həyatı və fəaliyyəti == Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dəmiryol Nəqliyyatı Texnikumunun, daha sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirmişdir. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlamışdır. Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974–1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə "Biləcəri" stansiyasının rəisi, 1980–1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 10 noyabr 1993-cü ildən Azərbaycan Dəmiryolu idarəsinin rəhbəri olmuşdur.Vahid Nadirli 2 avqust 2017-ci ildə Bakıda vəfat edib.
Vüqar Nadirov
Vüqar Nadirov (d. 15.6.1987, Ağdam, Azərbaycan SSR, SSRİ) — Azərbaycan futbolçusu. "Səbail" klubunun və Azərbaycan milli futbol komandasının hücumçusudur. == Həyatı == 12 iyun 1987-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Atası Qarabağ müharibəsində şəhid olmuşdur.
İnqilab Nadirov
İnqilab Ədil oğlu Nadirov (Nadirli; 25 aprel 1940, Hüsülü, Ağcabədi rayonu) — Şair, dramaturq, publisist, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991–1995), Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı (1994–1999), iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor. == Həyatı və fəaliyyəti == İnqilab Nadirov 25 aprel 1940-cı il Azərbaycan Respublikası Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş və 1 sentyabr 1946-cı il Hüsülü kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1 sentyabr 1956-cı il tarixdə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1961-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir. 1962–1964-cü illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. 1970–1976-cı illərdə Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi, Ali Partiya məktəbinin müəllimi olmuşdur. 1976-cı ildən Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur. 1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləmişdir. Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı seçilmişdir. 1991–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşdur.
Ərtoğrul Nadirli
Ərtoğrul Hümbət oğlu Nadirli (31 mart 1997; Sədərək rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ərtoğrul Nadirli 1997-ci il martın 31-də Sədərək rayonunda anadan olub. 2004-2012-ci illərdə 1 nömrəli tam orta məktəbdə, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ərtoğrul Nadirli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" hərbi rütbəsində xidmət edirdi. Əvvəlcə Qazax rayonunda yerləşən "N" saylı hərhi hissədə, sonra isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Ərtoğrul Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ərtoğrul Nadirli oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Sədərək rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Nazaret
Nazaret (ivr. ‏נָצְרַת‏‎, Nasaret və ya Nasrat; ərəb. الناصرة‎, ən-Nasıra) — İsraildə tarixi şəhər. Bibliya, Əhdi-Cədidə görə İsa məhz burada doğulmuşdur.