Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
USS Nautilus (SSN-571)
USS Nautilus — dünyanın ilk atom sualtı qayığı. 1958-ci ildə buzun altından keçərək Şimal qütbünə çatan "Nautilus" bəşəriyyət tarixində Yerin bu nöqtəsini öz gücü ilə keçən ilk gəmi olmuşdur. "Nautilus" dünyanın ilk atom sualtı qayığı olmuşdur. O, dizel-elektrik qayıqlarından təkcə yeni elektrik stansiyasının olması ilə deyil, həm də korpusun dizaynı, çənlərin, binaların və avadanlıqların yerləşməsi ilə fərqlənirdi. Eyni zamanda, xarici gövdə xətlərinin forması baxımından qayıq praktiki olaraq dizel-elektrikdən fərqlənmirdi. Təxminən 4 000 ton Nautilus yerdəyişməsi ilə ümumi gücü 9 860 kVt (13 800 at gücü) olan iki şaftlı atom elektrik generatoru 20 düyündən çox sürət təmin edir. Səyahət müddəti yalnız havanın bərpası qurğularının düzgün işləməsindən, qida təchizatından və şəxsi heyətin dözümlülüyündən asılı idi. Nüvə zavodunun xüsusi çəkisi çox böyük oldu, buna görə də layihədə nəzərdə tutulan silah və avadanlıqların bir hissəsini Nautilus-da quraşdırmaq mümkün olmadı. Çəkinin əsas səbəbi qurğuşun, polad və digər materialların (təxminən 740 ton) daxil olduğu bioloji mühafizə idi. Tək reaktorlu, iki vallıdır.
Rutilus rutilus
Adi külmə (lat. Rutilus rutilus) — Çəkilər fəsiləsinə Külmə cinsinə aid balıq növü. Çoxlu sayda yarımnövlər əmələ gətirir. Külmələrə Bütün Avropada, Şərqi İngiltərədən tutmuş Alpdan şimladakı ərazilərdə, Sibirin bütün göl və çaylarında, Xəzər və Aral dənizinin hövzəsində rastlamaq mümkündür. Bel nahiyəsi qaradır, mavi və zeytuni yaşıl nöqtələrə sahib olur. Böyür və qarın nahiyəsi isə gümüşü rəngdədir. Bel və quyruq üzgəci yaşıl-boz, sinə üzgəcləri sarımtıl, qarın və anal üzgəcləri isə qırmızı olur. Bununla yanaşı bəzi fərdlər sarı göz və üzgəclərə sahiblər. Pulcuqları gümüşü, üzərlərində, yan və bel nahiyələrində qırmızı nöqtələr olur. Adətən sürülər halında zəif axın olna ərazilərdə, yosunların çox olduğu bölgələrdə dolaşırlar.
Nauplius
Rutilus
Rutilus — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər dəstəsinə aid olan cins.
Cypseloides rutilus
Rutilus caspicus
Xəzər külməsi (lat. Rutilus caspicus ) — Chordata tipinin növüdür. Çox saylı yerli növdür. Beli yaşılımtıl, böyürləri və qarnı gümüşüdür. Kürütökmədən əvvəl erkək fərdlərin bədəni xırda epitel çıxıntıları ilə örtülü olur. Azərbaycan sularından ovlanmış ən iri fərdinin uzunluğu 37 sm, kütləsi 700 q, yaşı isə 6 il olmuşdur. Yarımkeçici balıq olub, dənizin çaylara yaxın sahələrində yaşayır. Kürü tökmək üçün Kiçik Qızılağac körfəzinə, Dəvəçi limanına və Xəzərə tökülən çaylara girir. Varvara, Mingəçevir, Yenikənd, Şəmkir, Naxçıvan su anbarlarında, Kür ətrafı göllərdə daim şirin suda yaşayan populyasiyaları vardır. Ömrünün uzunluğu orta hesabla 5-6 ildir, cinsi yetkinliyə 2-3 yaşlarında çatır, fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Rutilus frisii
Kütüm (lat. Rutilus frisii) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər dəstəsinə aid olan növ. İki yarıpm növü vardır: Kütüm (Rutilus frisii frisii) — Qara və Azov dənizlərimdə yayılmışdır. Kütüm (Rutilus frisii kutum) — Xəzər dənizinin cənub və mərkəzi hissələrində yayılmışdır 75 sm uzunluğa və 6 kq çəkiyə qədər böyüyə bilirlər. Beli tünd, bir az yaşıl, böyürləri gümüşü, qarnı isə ağ olur. Dənizin çayların mənsəbinə yaxın ərazilərində yaşasalarda kürüləmə zamanı çaylara üz tuturlar. Yetkinliyə 4—5 yaşında, 40 sm uzunluğa sahib olarkən çatırlar Dənizdə yaşayan canlılarla, əsasən ilbiz, yengəc, krevetka və s. ilə qidalanır.