Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nerey
Nerey (yun. Νηρεύς) — Yunan mifologiyasında çox sevilən və hörmət bəslənilən müdrik, ədalətli, dənizcilərin dostu, xoş xasiyyətli su aləmi (dəniz) tanrısı, Geya və Pontun böyük oğlu. Doridanın əri nereidaların atası. Eyni zamanda Fetidanın əridir. Bəzi mənbələrə görə qazı sayılan Amfitrita Poseydonun arvadıdır.
Near adaları
Near adaları (ing. Near Islands, aleut. Sasignan tanangin) — Aleut arxipelaqında ən kiçik və ən qərb adalar qrupu. Near adaların ümumi sahəsi 1143,8 km²-dir. 2000-ci ilə qədər əhalisi 47 nəfər olmuşdur. Əhali Attu və Simia adalarında yaşayır. Qrupun ən böyükləri Attu, Aqattu adaları və öz növbəsində Alaid, Nizki və Simiya adalarından ibarət Semiçi adaları qrupunu təşkil edir. Simiyadan 30 km şimal-şərqdə İnqenstrem qayaları kimi tanınan kiçik bir rif yerləşir. İlk rus səyahətçilər tərəfindən bütün Aleut adaları arasında Rusiyaya ən yaxın adalar kimi adlandırılmışdır. Onlar ilk dəfə rəsmi olaraq müasir ad altında adaları 1813-1814-cü illərdə rus tədqiqatçısı Lanqsdorf tərəfindən dəniz hesabatlarında qeyd etmişdir .