Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neologizm
Neologizm (yun. νέος λόγος - yeni söz) — linqvistikada dildə yeni yaranan sözlərə deyilir. Məsələn: Helikopter, monitorinq, android, robot, kompüter, birja və s. Neologizm sözü "Yeni bir şey tapmaq", "törətmək", "gətirmək" mənalarını bildirir. Dildə yeni yaranan sözləri öyrənən elmə "Neologiya" deyilir. Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Biologizm
Biologizm və ya Genetik determinizm (alm. Biologismus‎) — İnsan davranışının birbaşa bir şəxsin genləri və ya fiziologiyasının bəzi hissələri tərəfindən idarə olunduğunu iddia edən anlayış. Amerikalı bioloq Vilson, heyvanların müşahidələrinə əsaslanan sosiobiologiya intizamını qurdu və mübahisəli şəkildə sosial davranış izahlarının insanlara şamil edilə biləcəyi fikrini sürmüşdür.
Neologiya
Neologizm (yun. νέος λόγος - yeni söz) — linqvistikada dildə yeni yaranan sözlərə deyilir. Məsələn: Helikopter, monitorinq, android, robot, kompüter, birja və s. Neologizm sözü "Yeni bir şey tapmaq", "törətmək", "gətirmək" mənalarını bildirir. Dildə yeni yaranan sözləri öyrənən elmə "Neologiya" deyilir. Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Neotomizm
Neotomizm — Avkinalı Fomanın ideyalarını inkişaf etdirən dini–fəlsəfi təlimdir. Neotomizm XX əsdə daha sürətlə yayılmış və hazırda da böyük və nüfuzlu cərəyan olaraq qalmaqdadır. Onun tərəfdarları təkidlə qeyd edirlər ki, "yalnız din nicat verə bilər", ən kəskin ictimai suallara yeganə cavab bundan ibarətdir ki, "xristianlıq ruhu həyatımıza daha təsirli nüfuz etməlidir". Əslində Neotomizm orta əsr sxolastı Akvinalı Fomanın Vatikan tərəfindən katolik kilsəsinin rəsmi fəlsəfəsi kimi qəbul edilən təliminin yeniləşdirilmiş variantından ibarətdir. Neotomistlər təliminin ən ümdə əsası bundan ibartdir ki, Allah aləmin xaliqi və külli–ixtiyar sahibidir. Neotomistlərin fikrincə, təbiət "ilahi ideyaların tətbiqi", tarix isə "ilahi planın həyata keçirilməsidir". Onlara görə, həqiqəti dərk etmək üçün üç forma vardır: elm, fəlsəfə və din. Bu formaların ən aşağısı elmdir. Onlara görə, elmin verdiyi bilik mötəbər deyildir və yalnız cismani qılafla məhduddur ki, həmin qılaf da aləmin həqiqi mənəvi mahiyyətini gizlədir, bu mahiyyətə elm nüfuz edə bilmir və bunu qismən fəlsəfə, yaxud metafizika kəşf edə bilər. Elmdən fərqli olaraq fəlsəfə aləmin mövcudluğunun ilk səbəbi məsələsini irəli sürür və belə bir nəticəyə gəlir ki, bu ilk səbəb ali mənəvi başlanğıcdır, yaxud aləmi yaradan Allahdır.