Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neta Rivkin
Neta Rivkin — 19 iyun 1991-ci ildə İsrailin Petah Tikva şəhərində anadan olmuşdur. İsrailli bədii gimnastdır. 2011 Dünya Çempionatının bürünc, 2011 Avropa Çempionatının isə gümüş medalçısıdır. İsraili 2015-i ildə Avropa Oyunlarında təmsil etmişdir. 2015 Avropa Oyunlarının bürünc medalçısıdır. İsraili 2012 Yay Olimpiya Oyunlarında təmsil etmişdir. Neta Rivkin 19 iyun 1991-ci ildə İsrailin Petah Tikva şəhərində anadan olmuşdur. Neta Rivkinin ən böyük uğurları 2011-ci ilə təsadüf edir. O həmin il Dünya 3-cüsü və Avropa 2-cisi olmuşdur. Bu uğurdan 1 il sonra Neta İsraili 2012 Yay Olimpiya Oyunlarında təmsil etmişdir.
Nəraq
Nəraq (digər adı Nərə Təvil) — İranın Mərkəzi ostanının Dilican şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,508 nəfər və 826 ailədən ibarət idi.
Xetaq Qazyumov
Xetaq Qazyumov (əsl adı: Xetaq Ruslanoviç Qozyumov) (24 aprel 1981; Alagir, Şimali Osetiya MSSR, Rusiya SFSR) — 2003-2007-ci illərdə Rusiyanı, 2007-2016-cı illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi, güləş mütəxəssisi. Xetaq Qazyumov 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə Birləşmiş Krallıqda baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medallara, 2016-cı ildə Braziliyada baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə gümüş medala sahib olub. 2010-cu ildə Rusiyada Dünya Çempionatının qalibi olan Xetaq Qazyumov, üç dəfə (2009, 2013 və 2014) Dünya Çempionatlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib olub. 2015-ci ildə I Avropa Oyunlarının da qalibi olan Xetaq Qazyumov, 2009, 2010 və 2011-ci illərdə ardıcıl üç dəfə Avropa Çempionatının qızıl medalını qazanıb. Karyerası ərzində 34 beynəlxalq turnirdə mübarizə aparan Xetaq Qazyumov, onların 21-də qızıl, 7-də gümüş, 6-da isə bürünc medala sahib olub. Karyerası ərzində o, Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə altı dəfə (2008, 2009, 2010, 2011, 2012 və 2014-cü illər), Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə dörd dəfə (2010, 2011, 2013 və 2014-cü illər) qalib olub. London Olimpiadasının 1/4 final mərhələsi çərçivəsində Ukrayna nümayəndəsi Valeri Andreytsevlə baş tutan görüşün gedişində Xetaq Qazyumovun qan təzyiqi normadan aşağı düşdü və o, görüşdən sonra tibbi maşınla hospitala aparıldı. Bu zaman turnirdə görüşlər davam edirdi və Valeri Andreytsev Olimpiadanın final görüşünə vəsiqə qazandı. Belə olan halda Xetaq Qazyumov təsəlliverici qrupda mübarizə aparmaq hüququ qazandı. Təsəlliverici qrupun birinci görüşüncə Tacikistan təmsilçisi Rüstəm İsgəndəri Xetaq Qazyumov ilə üz-üzə gəlməli, bu cütün qalibi isə təcrübəli İran nümayəndəsi Reza Yazdani ilə qarşılşamalı idi.
Xetaq Qazümov
Xetaq Qazyumov (əsl adı: Xetaq Ruslanoviç Qozyumov) (24 aprel 1981; Alagir, Şimali Osetiya MSSR, Rusiya SFSR) — 2003-2007-ci illərdə Rusiyanı, 2007-2016-cı illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi, güləş mütəxəssisi. Xetaq Qazyumov 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə Birləşmiş Krallıqda baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medallara, 2016-cı ildə Braziliyada baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə gümüş medala sahib olub. 2010-cu ildə Rusiyada Dünya Çempionatının qalibi olan Xetaq Qazyumov, üç dəfə (2009, 2013 və 2014) Dünya Çempionatlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib olub. 2015-ci ildə I Avropa Oyunlarının da qalibi olan Xetaq Qazyumov, 2009, 2010 və 2011-ci illərdə ardıcıl üç dəfə Avropa Çempionatının qızıl medalını qazanıb. Karyerası ərzində 34 beynəlxalq turnirdə mübarizə aparan Xetaq Qazyumov, onların 21-də qızıl, 7-də gümüş, 6-da isə bürünc medala sahib olub. Karyerası ərzində o, Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə altı dəfə (2008, 2009, 2010, 2011, 2012 və 2014-cü illər), Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə dörd dəfə (2010, 2011, 2013 və 2014-cü illər) qalib olub. London Olimpiadasının 1/4 final mərhələsi çərçivəsində Ukrayna nümayəndəsi Valeri Andreytsevlə baş tutan görüşün gedişində Xetaq Qazyumovun qan təzyiqi normadan aşağı düşdü və o, görüşdən sonra tibbi maşınla hospitala aparıldı. Bu zaman turnirdə görüşlər davam edirdi və Valeri Andreytsev Olimpiadanın final görüşünə vəsiqə qazandı. Belə olan halda Xetaq Qazyumov təsəlliverici qrupda mübarizə aparmaq hüququ qazandı. Təsəlliverici qrupun birinci görüşüncə Tacikistan təmsilçisi Rüstəm İsgəndəri Xetaq Qazyumov ilə üz-üzə gəlməli, bu cütün qalibi isə təcrübəli İran nümayəndəsi Reza Yazdani ilə qarşılşamalı idi.
Metak
METAK metal və plastik avadanlıqlar istehsal edən və satışını təşkil edən Azərbaycan şirkətidir. Şirkət tikinti, binaların su-qaz təchizatı və isidilməsi, kanalizasiya sistemi kimi bir çox istiqamətlərdə istifadə olunan müxtəlif məhsulların istehsalı,satışı həmçinin yükdaşıma, kimyəvi analiz ilə məşğuldur. Şirkət fəaliyyətə 1997-ci ildə ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə başlamışdır. Ardınca polad döymə məmulatları, darvazalar və sifariş əsasında bütün bu tipdə qaynaq işləri ilə məşğul olan ilk sexini qurur. 2002-ci ildə hər növ tikinti işkələləri və inşaat dirəkləri istehsal etməklə bu sex artıq mini zavoda çevrilmişdir. 2003 cü ildə Şirkət, 25mm-dən 325mm-dək müvafiq ölçülərdə polad dirsək və keçidlərin istehsalı ilə məşğul olmağa başlayır. 2017-ci ilin sonlarında şirkət Bakı Fond Birjasında istiqrazların buraxılmasına başlayır. 2017-ci ildə Şirkət Balaxanı Sənaye Parkının rezidentlərindən biri olur. 2017-ci ildə şirkət Sumqayıt Sənaye Zonasında 3 hektar sahədə şüşə-lifli polipropilen və bazalt lifi istehsalı zavodu tikəcəyini elan edir. 2017-ci ili uğurlu keçirən şirkətə Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 8 milyon avro ekvivalentində olan Azərbaycan manatı ilə kredit ayırır.
Metal
Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir. Məlum olan 118 kimyəvi elementin 90-dan çoxu metaldır. Metalsız yer kürəsini təsəvvür etmək mümkün deyil. Belə ki, Yer kürəsinin nüvəsi, əsasən, dəmir və nikeldən, mantiyası alüminiumun birləşmələrindən, litosferi (Yer qabığı) isə bir çox metal birləşmələrindən ibarətdir. Beləliklə, metallar dövri sistemdə, əsasən, berilliumdan Be astatadək At çəkilmiş dioqnalın sol aşağı hissəsində yerləşir (dövri sistemdə I–III qrupun əsas yarımqruplarının (hidrogen və bordan başqa) və I–VIII qrupun əlavə yarımqrup elementlərinin hamısı, lantanoid və aktinoidlər də daxil olmaqla metallardır). Metalların əsas ümumi fiziki xassələri aşağıdakılardır: metal parıltısı; yüksək istilik və elektrik keçiriciliyi; plastiklik. Onların xarici qüvvənin təsiri ilə dağılmadan öz formasını dəyişmək qabiliyyətidir. Metal parıltısı metalın sərbəst elektronlarının işıq şüalarını güclü əks etdirməsi ilə əlaqədardır. Civə və gümüş ən yüksək parıltıya malik metallardır.
Metan
Metan qazı – kimyəvi formulu CH4 olan sadə karbohidrogen. Adi şəraitdə, yəni atmosfer təzyiqi altında və otaq temperaturunda rəngsiz, iysiz və mavi rənglə yanan qazdır. Suda az həll olur və havadan yüngüldür. Onun kritik parametrlərinə əsasən metanın maye halına çevrilməsi üçün nisbətən aşağı temperatur (−82 °C) tələb olunur. Metan təbii qazın əsas komponentidir, parafinlər və ya alkanlar adlanan doymuş alifatik karbohidrogenlərin homoloji sırasının birinci üzvüdür. Quruluşda C-C əlaqəsinin olmaması onu bu sıranın digər üzvlərindən fərqləndirir, o, ən dayanıqlı və nisbətən inert karbohidrogendir. Onun parçalanma temperaturu etanın parçalanma temperaturundan 200 °C yüksəkdir, eyni zamanda sıranın digər üzvləri arasındakı temperatur fərqi təxminən 25 °C təşkil edir. Azərbaycanda illik metan qazı istehsalı 40–45 mln. m3.qaya. Metan Yer səthindən ayrılan qazların çoxunun əsas kütləsini təşkil edir.
NEFAZ
NEFAZ — Kamaz şirkətlər qrupunun tərkibinə daxil olan avtomobil istehsalını həyata keçirən avtomobilqayırma şirkəti. Kamaz avtomobillərinin şassiləri əsasında Rusiyada avtomobil istehsal edən iri şirkətlərdən biri. 2000-ci ilin dekabrında zavod özünün ilk şəhər içtimai nəqliyyatı olan «NefAZ-5299» avtobusununu nümayiş etdirmişdir. Zavod Başqırdıstanın Neftekamsk şəhərində yerləşir. 17 dekabr 1970-ci ildə SSRİ Nazirlər Soveti Kam Avtomobil zavodlarını ehtiyat hissələri ilə təmin etmək məqsədi üçün xüsusi layihəni imzalayır. Bu illərdə KAMAZ üçün peyk zavodlar inşa edilirdi. 13 iyul 1972-ci ildə zavodun inşasın başlanılır. 15 aprel 1977-ci ildə zavodda ilk 10 tonluq «KAMAZ-5511» samosvaldları istehsal edilir. 11 oktyabr 1977-ci ildə əsas konveyr istismara buraxılır. Bundan sonra «KAMAZ-5511» modelinin seriya buraxılışı başlanır.
NETTY
NETTY Azərbaycan Milli İnternet Mükafatı — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı, başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm də ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimlərini üzə çıxaran və dəyərləndirən NETTY mükafatı bir-neçə il ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbirlərindən biri olmaqdadır. 2 aprel 2005-ci il tarixində Bakı Caz Mərkəzində NETTY 2005 Azərbaycan Milli İnternet Mükafatının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Veb-akademiklər virtual jüri vasitəsilə seçilmiş 34 nominant arasından 10 nominasiya üzrə 10 ən yaxşı saytc müəyyən etmişdirlər. Azərbaycan: ganca.net Dövlət saytı: gov.az İnformasiya və xəbərlər: today.az Korporativ sayt: aznocorruption.org Mədəniyyət və incəsənət: azmif.net Elm və təhsil: azerislam.com Şəxsiyyət: chingizmustafayev.com Əyləncə: fox.az Servis-saytlar: vescc.com İdman: sport.az NETTY 2006 Azərbaycan Milli İnternet Mükafatının mükafatlandırma gecəsi 8 aprel 2006-cı il tarixində Bakı Caz Mərkəzində təşkil edilmişdir. Tədbirdə veb-akademiklər virtual jüri vasitəsilə seçilmiş 34 nominant arasından 10 nominasiya üzrə 10 ən yaxşı saytı müəyyən etmişdirlər. Azərbaycan: azerbaijan.az Dövlət saytı: din.gov.az İnformasiya və xəbərlər: day.az Korporativ sayt: forex-az.info Mədəniyyət və incəsənət: uzeyir.musigi-dunya.az Elm və təhsil: kitab.az Şəxsiyyət: azerin.az Əyləncə: natarsan.az Servis-saytlar: ilk10.com İdman: lankaranfc.com NETTY 2007 Azərbaycan Milli İnternet Mükafatının verilməsi mərasimi 27 aprel 2007-ci il tarixində Bakı Əyləncə Mərkəzində keçirilib. NETTY-nin akademikləri rəsmi şəraitdə on bir nominasiya üzrə ən yaxşı milli veb-saytların adlarını müəyyən etmişdirlər. Virtual səsverməsi nəticəsində mükafata nominant olmuş 40 iddiaçıdan müxtəlif nominasiyalar üzrə 11 qalib elan edilmişdir.
Nektar
Nektar – bitki nektarlığından ifraz edilən şəkərli şirə. Nektar şəkərli (saxaroza, qlükoza, fruktoza) sulu məhlulu olub, tərkibində az miqdarda spirtlər, azotlu və aromatik maddələr, mineral duzlar, turşular, fermentlər var. Bir çox bitkilər (canavargiləsi, gəvən, rododendron, qaraçöhrə və s.) zəhərli Nektar ifraz edir. Nektar arıların və b. həşəratların qidasına daxildir. Nektar bal arılarının bal yığımının əsas hissəsini təşkil edir. Çiçəklərin nektarı ilə qidalanan quşlar. Bitkinin tozlanmasında böyük rol oynayır. Nektarın tərkibi bitkidən bitkiyə fərqlənir. · alma — 46—53 % · gilas — 46—49 % · moruq — 35—64 % · motmotu — 35—42 % · qırmızı qarağat — 32—40 % · qarağat — 22—37 % Məsələn, at şabalıdının nektarı yalnız saxarozadan, rapsın nektarı isə yalnız qlükoza və fruktozadan ibarətdir.
Nelas
Nelas (fars. نلاس‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan şəhər. Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının cənub-qərbində, Kiçik Zab çayının sağ sahilində yerləşir. Dəniz səviyyəsindən 1 069 metr təşkil edir. Nelas Urmiya şəhərindən 142 km cənub-qərbdə yerləşir. 2006-cı il məlumatına görə kənddə 5 891 nəfər yaşayır. Əhalisi kürdlərdən ibarətdir.
Neman
Neman (rus. Неман) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Nepal
Nepal (nepal. नेपाल) və ya rəsmi adı ilə Nepal Federativ Demokratik Respublikası (nepal: सङ्घीय लोकतान्त्रिक गणतन्त्र नेपाल) – Cənubi Asiyada dövlət. Nepal Himalay dağlarının ətəklərində yerləşir. Şimalda Çin, cənub, qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Katmandu şəhəri, ümumi sahəsi 147,181 kvadrat kilometrdir. Ölkənin sərhədləri daxilində dünyanın ən yüksək zirvəsi olan Everest yerləşir. Böyük Britaniya müstəmləkəsi olan Nepal dövlət müstəqilliyini 1923-cü ildə qazanmışdır. Ölkə İkinci dünya müharibəsinin sonuna qədər 1846-cı ildə ingilislərin köməyi ilə hakimiyyəti ələ keçirmiş Rana feodal ailəsinin nümayəndələri tərəfindən idarə olunurdu. İrsi olaraq baş nazir vəzifəsini tutan həmin şəxslər kralın bütün hüquqlarını da mənimsəmişdilər. Kral hakimiyyəti nominal bir xarakter daşıyırdı.
Netcad
Netcad ümumi məqsədli bir CAD (Kompüter Dəstəkli Dizayn) ve GIS (Coğrafi İnformasiya Sistemləri) proqramıdır. Güclü, sınanmış və beynəlxalq standartlarda tək milli CAD və GIS proqramdır. Netcad üzərində 30 a yaxın təməl tətbiq inkişaf etdirilmişdir. 2007 ili etibarı ilə təxminən 5000 İstifadəçi və 15000 Netcad lisansı və çalışmaqdadır. Məhsulu inkişaf etdirən ULUSAL firmasının 125 adamın üzərində çalışanı olub firmanın Ankara və İstanbulda ofisləri mövcuddur. www.netcad.az Arxivləşdirilib 2019-09-11 at the Wayback Machine www.netcad.com www.netcad.com.tr www.netcadportal.com Arxivləşdirilib 2012-10-01 at the Wayback Machine saytlarından firma və xidmətləri haqqında daha geniş məlumat alına bilər. Xüsusi sektorun böyük əksəriyyəti, cəmiyyət təşkilat və quruluşlarının əlaqədar vahidlərinin böyük əksəriyyəti netcad istifadə etməkdədir. Netcad; Universitetlərimizin Xəritə, İnşaat, Planlama, Geologiya mühəndisliyi hissələrində dərs olaraq oxudulmaqdadır. NETCAD geniş yelpikdə peşəkar mühəndislik həlləri təqdim edən milli qaynaqlarla çıxarılmış bir CAD və GIS proqramıdır. Netcad 5.0 GIS; bütün Netcad modullarının üzərində işlə/çalışdığı təməl və ortaq funksiyalarının iştirak etdiyi, güclü sınanmış, beynəlxalq standartlarda tək CAD (Kompüter Dəstəkli Dizayn) və GIS (Coğrafi İnformasiya Sistemləri) proqramıdır.
Netcat
Netcat — istənilən poçt nömrəli TCP və ya UDP şəbəkə bağlantıları yaradır, verilənləri qəbul edir və göndərir. Bu proqram kompüter şəbəkəsinin və ya trafikin test edilməsi üçün paket axınları yaratmaq və ya tutmaq üçün istifadə olunur.
Netta
Dalğıc (lat. Netta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Nevaş
Nevaş (fr. Névache, oks. Nevascha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05093. 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 221 nəfərin (15-64 yaş arasında) 167 nəfəri iqtisadi cəhətdən fəal, 54 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.6%, 1999-cu ildə 74.3%). Fəal olan 167 nəfərdən 157 nəfəri (80 kişi və 77 qadın), 10 nəfəri işsizdir (6 kişi və 4 qadın).
Setar
Setar (fars. سه‌تار‎, pronounced [seˈt̪ʰɒːɾ]; üç + sim) — mizrabla çalınan qədim simli musiqi aləti. Setar üzü nazik taxta ilə örtülmüş armudabənzər çanaqdan, uzun qol və aypıqlar yerlətən kəllə issədən ibarətdir (ümumi uzunluğu 900–2,000 mm-dir). Qolun üzərinə, adətən bağırsaqdan 12–15 pərdə bağlanır. Simləri metaldandır. Əvvəlcə üç simli alət idi, dördüncü sim isə XIX əsrin ortalarında əlavə olunmuşdur. Setarın b.e. IX əsrində İranda meydana gəldiyi ehtimal edilir. Daha mühafizəkar hesablamalara görə, "XV əsrdə və ya daha əvvəl yaranmışdır". Orta əsrlərdə Azərbaycanda tənbur adı ilə geniş yayılmış, Nizami, Nəsimi, Füzulinin əsərlərində tərənnüm edilmişdir.
Neqab
Neqab — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Cuveyn şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,022 nəfər və 3,087 ailədən ibarət idi.
Beta
Beta (ß) — yunan əlifbasının ikinci hərfi, elektron şüalanmasının adı. Alfadan sonra, qammadan əvvəl gələn hərfdir.
Etan
Etan — alkanlar sinfinə daxil olan üzvi birləşmə. Təbiətdə təbii qaz, neft və digər karbohidratların tərkibində rast gəlinir. Maraqlıdır ki, Saturn planetinin təbii peyki olan Titanın səthində aşağı temperatur (−180 °S) şəraitində metan-etan qarışığından ibarət olan maye göllər mövcuddur. Etan ilk dəfə 1834-cü ildə Maykl Faradey tərəfindən kalium asetatın suda məhlunun elektrolizindən almışdır. Ancaq o bu reaksiya məhsulunun metan olduğunu düşünərək araşdırmalara son verdi. Etan rəngsiz, iysiz qazdır. T=-100 °S temperaturda sıxlığı ρmaye.=0,561 q/sm³-dir T=25 °S temperaturda sıxlığı ρqaz.=0,001342 q/sm³ və ya 1,342 kq/m³-dir. Etanın kimyəvi formulu C2H6-dır. Etan karbonla hidrogenin birləşməsindən əmələ gəlib.
Etap
Etap – [fr. etape – məntəqə] 1)yolun, məsafənin bir hissəsi; 2)hər hansı keyfiyyət dəyişikliyi və ya hadisə ilə bağlı olan dövr; 3)hər hansı prosesin bir mərhələsi; 4)deologiya növü mənəviyyat haqqında təlim; 5)hər hansı bir ictimai qrupun, peşənin mənəviyyatı. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Feta
Feta (yun. Φέτα — dilim, hissə) — Yunan pendiri, keçi südünün əlavə olunduğu qoyun südündən hazırlanmış ənənəvi ağ yunan pendiri. Duzlu pendir növüdür. Brınza pendiri kimi Feta pendiridə Azərbaycanda "Ağ Pendir" kimi tanınır. Yunanıstanda qoyun və ya keçi südündən pendir hazırlanmasına aid sənədlər, eramızdan əvvəl 8-ci əsrə aiddir. Bizans dövründə prósphatos (Yunanca: πρόσφατος "son" və ya "təzə") adı altında qeydə alınmış və kiritlilər və fessallilər tərəfindən hazırlanmışdır. XV əsrin sonlarında Kandiyaya gələn İtalyan qonaq Pyetro Kasola burda feta pendirinin ticarətini və duzlu suda saxlaması haqqında məlumat verib. Pendirin yaşlanma müddəti ən azı 3 aydır. Yağ tərkibi% 30 ilə% 60 arasındadır. Oxşar pendirlər Cənub-Şərqi Avropada — Yunanıstan, Bolqarıstan, Serbiya, Bosniya, Xorvatiya, Rumıniya, Aralıq dənizi ölkələrində, Orta Şərqdə — Türkiyə, İsrail və Misirdə (əsasən inək südündən hazırlanır) hazırlanır.
Geta
Aşağı Güləver — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Keta
Keta (lat. Oncorhynchus keta) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Sakit okean sümüklüsü fəsiləsinə daxil olan növlər arasında Qorbuşadan sonra ən tez böyüyən və geniş arealda yayılmış balıqdır. Qiymətli sənaye balığı sayılır. İndiyənə kimi qeydə alınmış ən uzun balıq 100 sm uzunluğa və 15,9 kq çəkiyə sahib olmuşdur. Ömür müddəti 7 ildir. Digər məlumata əsasən Alyaskada 109 sm uzunluğa və 20,8 kq çəkiyə sahib balıqlar aşkarlanmışdır. Bu balıqlar Sakit okean qızılbalıqları arasında ən böyük aereala malik olanlarıdır. Şimal Buzlu okeanda onlar Kolıma, İndigirka, Yana və Lena çaylarına girirlər. Kamçatka, Saxalin, Kuril adaları, Kanadada Makkenzi çayı, Kaliforniyada Monterey körfəzində yayılmışdır.
Meta
Meta — soyad. Ermal Meta — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. İlir Meta — alban siyasətçi.
Neka
Nika — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Nika şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,152 nəfər və 11,941 ailədən ibarət idi.
Nela
Nela — ad. Nela Hasanbeqoviç — Bosniyalı heykəltəraşdır. Nela Kuburoviç — Serbiya siyasətçisi, hüquqşünası, Serbiyanın 2-ci Ədliyyə naziri. Nela Erjişnik — Xorvat və Yuqoslaviya aktrisası və komediyaçısı.
Bertaq
BERTAQ -Naxçıvan əyalətinin Azadçiran nahiyəsində (indi Naxçıvan MR Ordubad rayonunda) kənd adı. Ehtimal ki, sami mənşəli akkad dilində birtu — "qala" və türk dillərində taq — "dağ" sözlərindən ibarətdir.
Gətab
Gətab — İranın Mazandaran ostanının Babül şəhristanının Gətab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,956 nəfər və 1,744 ailədən ibarət idi.
Kətan
Kətan (lat. Linum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. Yağlı kətanın toxumlarında 38-45% yarımquruyan yağ (yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.
Melaq
Melaq (fr. Mélagues, oks. Melagas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12143. Kommuna təxminən Parisdən 580 km cənubda, Tuluza şəhərindən 130 km şərqdə, Rodezdən isə 80 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 66 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 40 nəfər (15-64 yaş arasında) 28 nəfər iqtisadi cəhətdən, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə 60.0%).
Natiq
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov Natiq Əhmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Natiq Əhmədov (çavuş) — Vətən müharibəsi şəhidi. Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Rəsulzadə — Natiq Fərzəliyev — Aktyor Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Atakişiyev — Natiq Cavadov — Natiq Paşa — Natiq Qasımov Natiq Qasımov (iqtisadçı) — iqtisadçı, iqtisadi elmləri doktoru, professor, Azərbaycan vergilər nazirinin müavini (2002–2010). Natiq Qasımov (əsgər) — Birinci Qarabağ müharibəsi döyüşçüsü, itkin.
Nebuq
Nebuq (адыг. Нэбгъу) — Krasnodar diyarının Tuapsinski rayonunda kənd. Nebuq kənd məskunlaşma ərazisinin inzibati mərkəzi. Kənd Qara dəniz sahilində, Nəbuq çayının vadisində yerləşir. Tuapse rayon mərkəzindən 9 km şimal-qərbdə və Krasnodar şəhərindən 94 km cənubda yerləşir. A-147 avtomobil yolu Rusiyanın Qara dəniz sahillərini Adlerdən Cubqaya gedən yol kənddən keçir. Nebuq şimal-qərbdən Mayski və Tümenski, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Aqoy yaşayış məntəqələrinin ərazilər ilə həmsərhəddir: Kənd Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Nebuq üç tərəfdən şam və enliyarpaqlı meşələrlə əhatə olunmuş dağ silsilələri ilə əhatə olunub. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 81 metr yüksəklikdədir. Kəndin sahilyanı hissəsi dəniz səviyyəsindədir.
Netlog
Netlog üzvlərin ünsiyyət qura biləcəyi və ictimai ətraflarını genişlədə biləcəkləri online bir platformadır. Netlogda üzvlər bloglar, şəkillər, videolar, fəaliyyətlər və daha çoxuyla meydana gətirdikləri öz səhifələrini yoldaşlarıyla paylaşa bilirlər. Bu sayədə Avropada gənclərin ictimai ətraflarıyla ünsiyyət qurmalarını təmin edən bənzərsiz bir vasitədir. Netlog NV üzvlərin profillərinə və məskunlaşmalara görə xüsusiləşdirilmiş bənzərsiz bir texnologiya inkişaf etdirildi.
Qətab
Gətab — İranın Mazandaran ostanının Babül şəhristanının Gətab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,956 nəfər və 1,744 ailədən ibarət idi.