NAHAQ

sif. [ fars. na… və ər. həqq]
1. Haqsız, ədalətsiz, haqq və insafa müğayir; qanunsuz.
[Yusif şah:] Hakimi-vilayətlərə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar… M.F.Axundzadə.

2. Əbəs, yersiz, boş, bihudə. Nahaq iş.
– Nə layiqdir sənin kimi sərvərə; Bais ola belə nahaq işlərə. Q.Zakir.
Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan. S.Vurğun.

□ Nahaq yerə – boş yerə, əbəs, heç bir ehtiyac olmadan. Nahaq yerə gəlmək. Nahaq yerə cəncəl işə qarışdı.
[İbrahim bəy:] Mən bilmirəm, o kimə yamanlıq etmişdi, biçarə lap nahaq yerə bədbəxt oldu. N.Vəzirov.
[Mirzə Cavad:] Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NAHAQ nahaq bax 1. əbəs; 2. haqsız, ədalətsiz
  • NAHAQ əbəs — hədər — faydasız — nəticəsiz
  • NAHAQ əsassız — lüzumsuz
  • NAHAQ haqsız — ədalətsiz
NAĞILVARİ
NAHAQCA
OBASTAN VİKİ
Nahaq yerə, Titanın qəzası (roman)
Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır. Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir.Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi. == Əsərin qısa məzmunu == Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır. Gəmi İngiltərədən ABŞ-a doğru yol alacaqdır.

Digər lüğətlərdə

брейк модели́стка монополи́ст мура́шка сде́лочный францу́зишка блонди́н вдёрнуть грешо́к добывающая промы́шленность задо́рого некруто́й облы́жно передёрг расфокусиро́вка вянуть шевиот draw-link parka tin-kettle ирландка колода ополоуметь ремонтёр угасать