Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qiymə Nisar
Qiymə Nisar yalnız Qəzvin bölgəsinə aid olan yemək növüdür. Qiymə Nisar, Qiymədən fərqli olaraq sulu deyil. == Lazım olan ərzaqlar == 3 stəkan isladılmış düyü 350 qram qıyılmış ət 2 ədəd incə doğranmış soğan 1 yemək qaşığı portağal qabığı dilimləri Yarım stəkan yağ 2 yemək qaşığı tomat pastası 1 çay qaşığı qara ədviyyəsi 1 çay qaşığı plov ədviyyəsi Yarım fincan gülab 1 yemək qaşığı dəmlənmiş zəfəran Yarım stəkan qurudulmuş zirinc Lazım olan miqdarda limon tozu Lazım olan miqdarda duz 4 yemək qaşığı püstə və badam dilimləri == Hazırlanma qaydası == İlk olaraq uyğun bir tava seçib, ocaq üstünə qoyub, içinə yağı töküb qızdırın. Sonra öncədən doğranmış soğanları töküb yaxşıcasına qızardın, belə ki soğanın rəngi qızıla çevirilsin. Soğanı qovurduqdan sonra doğranmış əti yağın içinə töküb və qovurun. Qovurma zamanı ətə bir az sarıkök əlavə edib və ədviyyatın ətrini almaq üçün bir az qızardın. Ətin rəngi dəyişdikdə və pis qoxusunun aradan qaldırılmasından sonra daha yaxşı rəng almaq üçün tomat pastası əlavə edib qovurun . Bu addımdan sonra qaraya 3 stəkan su töküb, ət və ləpənin yaxşı bişməsi və suyunun çəkilməsi üçün qabın qapağını örtün. Son 2 dəqiqəlik bişmədə qaynadılması üçün içərisinə gül suyu və bir az zəfəran töküb, qabaqcadan isladılmış düyünü süzün. Öncədən nəzərdə tutulmuş qabın içinə bir az su və yağ töküb, qoyarıq qızsın.
Vey Nisar (Qürvə)
Vey Nisar (fars. وينسار‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,249 nəfər yaşayır (547 ailə). Əhalisini kürdlər təşkil edir.
Əmir Heşmət Nisari
Əmir Heşmət Nisari (Əbülhəsən xan Hacı Məhəmmədəli bəy oğlu Nisari, 1259 Hicri şəmsi-?) — İran Məşrutə hərakatının fəal üzvü. == Həyatı == Əbülhəsən xan Hacı Məhəmmədəli bəy oğlu Qaradağ vilayətinin Qərbi Dizmar mahalının Üştibin kəndində anadan olmuşdu. Əslən İrəvan çuxurundandır.Əmir Heşmət Nisari Səttar xanın sağ əli idi. O, ağır savaşlarda həmişə öndə olardı. Bilikli bacarıqlı və işbilən olduğundan əyalət Əncüməninin qərarı ilə Xoyun, Səlmasın valisi təyin edilmişdi. 1909-cu ildə Səttar xanın əmri ilə Urmiyəyə vali dəyişilmişdi. Məhəmməd Əmin Rəsulzadə onun Urmiyada işlədiyi dönəmdə yazır: "Urmiyə inqilab vaxtında əncümən qurub beydəqi-hürriyyət ucaltmış İran şəhərlərindən biridir. Bura əhalisi inqilabın o müdhiş fəlakətlərindən bir o qədər əziyyət görməmişlər. Bunlar nə biri-birləri ilə, nə də hökumət qoşunu ilə bir o qədər müdafiə və mücahidədə bulunmamışlar. Bunların bir çox müdafiə və mücahidləri vəhşi kürd əqvamının talanına, qarətinə qarşı olmuşdur ki, bu qarətgərlərin müdafiələrinin birində öldürülmüş bir erməni fədaisinin təntənəli dəfni hənuz əhalinin xatirindən çıxmamışdır.
Hisar
Hisar (Bükan)
Lisar
Lisar — İranın Gilan ostanında yerləşən şəhər. Lisar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2,599 nəfər yaşayır (679 ailə).
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Nisan
Nisan (ivr. ‏נִיסָן‎‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
Nisa
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır.Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Eldar & Nigar
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Hisar (Bostanabad)
Hisar (fars. حصار‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 139 nəfər yaşayır (32 ailə).
Hisar (Bükan)
Hisar (fars. ‎حصار‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 476 nəfər yaşayır (86 ailə).
Hisar (Maku)
Hisar (fars. حصا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 391 nəfər yaşayır (70 ailə).
Hisar (Sayınqala)
Hisar (fars. حصار‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (78 ailə).
Hisar (Sərab)
Hisar (fars. حصار‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (96 ailə).
Hisar (Xudabəndə)
Hisar (fars. حصار‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,437, nəfər yaşayır (361 ailə).
Hisar (Çaroymaq)
Hisar (fars. حصار‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 45 nəfər yaşayır (10 ailə).
Hisar (Ərdəbil)
Hisar (fars. حصار‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (15 ailə).
Hisar Gərmxan
Hisar Gərmxan — İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Gərmxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 716 nəfər və 182 ailədən ibarət idi.
Hisar Xürvan
Hisar Xürvan (fars. حصارخروان‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 3,949 nəfər yaşayır (1,318 ailə).
Hisar məscidi
Hisar məscidi (digər adı ilə Yaqub Bəy Məscidi və ya Molla Yaqub Məscidi) — İzmirin Konak ilçəsində, Kemeraltı, Kızlarağası hanı və adını verdiyi Hisarönü bölgəsi yaxınlığında məscid. == Tarixi == Hisar Məscidinin Aydınoğulları bəyliyinin Osmanlı hakimiyyətindən asılı düşməsindən 150 il sonra Aydınoğulları nəslindən olan Özdemiroğlu Molla Yaqub Bəy tərəfindən tikdirildiyi qəbul edilir. Hicri təqvimlə 1006, Miladi təqvimlə 1597/1598-ci ildə inşa edilən məscid İzmirin tarixi və ən böyük məscididir. Araşdırmalara görə məscid 1402-ci ildə Teymuri İmperiyasının qurucu lideri, Teymurun ələ keçirdiyi və dağıtdığı İzmir Liman qalasının dağıntıları üzərində qurlub. Bu qala 1231–1235 illərində limanın girişində inşa edilmişdi. 1671–1672-ci illərdə İzmirə gələn Övliya Çələbi həm Kadifekalenin, həm də bu qalanın varlığını qeyd edir. Məscidin adı Liman Qalasının aşağı qapısının qarşısında yerləşdiyi üçün Hisar Məscidi idi. Məscidin mehrabı üçlüdür və italyan təsirini daşıyır. Bu xüsusiyyəti ilə üç mehrablı nadir məscidlər arasındadır. Bu məscidin banisinin üç nəfərdən ibarət olması ilə əlaqələndirilir.Bəzi mənbələrdə binanın tikildiyi ərazidə əvvəl Latın kilsəsinin olduğu deyilir.
Nigar (Kirman)
Nigar — İranın Kirman ostanının Bərdsir şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,291 nəfər və 407 ailədən ibarət idi.
Nigar (Koroğlu)
Nigar — Azərbaycan xalq qəhrəmanı Koroğlunun həyat yoldaşı. "Koroğlu" dastanına görə sultan qızı olmuş, lakin xalq intiqamçıları tərəfinə keçmişdir. Dastanda mərd qadın kimi tərənnüm edilir. Tarixi şəxsiyyət olması müəyyən edilməmişdir.
Nigar Arpadarai
Nigar Cavid qızı Arpadarai (17 yanvar 1982, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü. O, 2015–2020 Formula 1 Azərbaycan Qran Prisinin Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri və Milli mətbuat katibi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Nigar Cavid qızı Arpadarai 17 yanvar 1982-ci ildə Bakı şəhərində rəssam ailəsində anadan olmuşdur. O, 1998-ci ildə Bakı şəhəri 44 saylı tam orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə isə magistratura təhsili almış, magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. === Ailəsi === Atası Cavid Arpadarai Süleyman oğlu rəssamdır, 1992–2001-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Anası Lətafət Məmmədova SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. 1980–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. 1996–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Rəssamlıq kafedrasının rəhbəri vəzifəsində işləmişdir.
Nigar Axundova
Nigar Axundova (sənətşünas)
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Hisar Sefid (Bicar)
Hisar Sefid (fars. حصارسفيد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (60 ailə). Əhalisini kürdlər təşkil edir.
Mişar (dəqiqləşdirmə)
Mişar — alət. Mişar — filmlər seriyası. Mişar — 2004-cü ildə yaymlanan film. Mişar 2 — 2005-ci ildə yaymlanan film. Mişar 3 — 2006-cı ildə yaymlanan film. Mişar 4 — 2007-ci ildə yaymlanan film. Mişar 5 — 2008-ci ildə yaymlanan film. Mişar 6 — 2009-cu ildə yaymlanan film. Mişar 3D — 2010-cu ildə yaymlanan film. Mişar 8 — 2017-ci ildə yaymlanan film.
Rişar Berri
Rişar Berri (fr. Richard Berry; 31 iyul 1951, Paris, Fransa) — fransız aktyoru, rejissoru və ssenaristi. == Həyatı == Rişar Berri 31 iyul 1950-ci ildə Parisdə anadan olmuşdur. Onun Əlcəzair əsilli fransız valideynləri ticarətlə məşğul olurdular. O, 10-cu Paris dairəsində, sonra isə Bulon-Biyankurda böyümüşdür. 1966-cı ildə Rişarın 16 yaşı olanda teatrla maraqlanır. O, həvəskar aktyor truppasına yazılır və Jan Rasin, Pyer Kornel, Molyer, Bomarşenin yaradıcılığı ilə tanış olur. 1969-cu ildə o, dram üzrə Milli Konservatoriyanın müsabiqəsini keçə bilir. 1973-cü ildə ilk mükafatını alır. 1974-cü ildə o, Klod Pinotonun "Şillə" filmində çəkilməklə kinoya gəlir.
Rişar Marten
Rişar Marten (d. 1943, Nis, Fransa) — Fransa dramaturqu. Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri. == Həyatı == == Yaradıcılığı == Ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyov olan "Kabusun gözüylə" filmində baş rolun ifaçısı Rişar Marten olmuşdur.