online ehtiyat hisseleri baki
www.4teker.az — Azərbaycanda avtomobil ehtiyat hissələrinin onlayn satışını həyata keçirən bir platformadır və Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlara da sürətli çatdırılma xidmətləri təqdim edir.

NİGAR

is. [ fars. ] Əsil mənası “rəsm”, “şəkil”, “surət” olub, şeirdə məcazi olaraq “gözəl”, “məhbubə” mənasında işlənir.
– Yox, – dedim! – Bir dayan! Hələ sözüm var; Gəl mənə bir danış, ey nazlı nigar! S.Vurğun.
Bir yay aldım çıxmaq üçün şikarə; Tuş gəldim bir ahugözlü nigarə. M.Müşfiq.

NİGAHBAN
NİGARAN
OBASTAN VİKİ
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Eldar & Nigar
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Nigar (Kirman)
Nigar — İranın Kirman ostanının Bərdsir şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,291 nəfər və 407 ailədən ibarət idi.
Nigar (Koroğlu)
Nigar — Azərbaycan xalq qəhrəmanı Koroğlunun həyat yoldaşı. "Koroğlu" dastanına görə sultan qızı olmuş, lakin xalq intiqamçıları tərəfinə keçmişdir. Dastanda mərd qadın kimi tərənnüm edilir. Tarixi şəxsiyyət olması müəyyən edilməmişdir.
Nigar Arpadarai
Nigar Cavid qızı Arpadarai (17 yanvar 1982, Bakı) — Azərbaycan Milli Məclisinin VI və VII çağırış deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü. O, 2015–2020 Formula 1 Azərbaycan Qran Prisinin Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri və Milli mətbuat katibi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Nigar Cavid qızı Arpadarai 17 yanvar 1982-ci ildə Bakı şəhərində rəssam ailəsində anadan olmuşdur. O, 1998-ci ildə Bakı şəhəri 44 saylı tam orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə isə magistratura təhsili almış, magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. === Ailəsi === Atası Cavid Arpadarai Süleyman oğlu rəssamdır, 1992–2001-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Anası Lətafət Məmmədova SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. 1980–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. 1996–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Rəssamlıq kafedrasının rəhbəri vəzifəsində işləmişdir.
Nigar Axundova
Nigar Bahadırqızı
Nigar Camal
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. == Həyatı == Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nikahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Nigar Cəfərova
Nigar Həbibi
Nigar Həbibi — incəsənət tarixçisi. O, İsveçrənin Cenevrə Universitetində islam incəsənət tarixi üzrə lektor və Sudavar fondunun əməkdaşıdır. Onun tədqiqatları əsasən İran tarixinin erkən müasir dövrünün rəsm əsərlərinə yönəlmişdir. Onun multidissiplinar yanaşmanı mənimsəyən akademik işi rəssamların karyerasına və həyatına, imzalarının həqiqiliyinə, gender məsələlərinə və bədii himayəçiliyə əsaslanır. Həbibi XVII əsrin sonlarında İranın incəsənəti və rəssamları haqqında bir neçə məqalə dərc etmişdir. == Seçilmiş əsərləri == Habibi, Negar. ʿAli Qoli Jebādār et l'Occidentalisme Safavide: Une étude sur les peintures dites farangi sāzi, leurs milieux et commanditaires sous Shāh Soleimān (1666-94) (fransız). Brill. 2018. 1–157.
Nigar Həsənzadə
Nigar Nəsirova
Nigar Nəsirova (16 sentyabr 1987) — Azərbaycanı təmsil edən atıcı. == Həyatı == Nigar Nəsirova 1987-ci il sentyabrın 16-da anadan olub. 2001-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Ruqiyyə Bağırovadır. Neftçi İdman Klubunun üzvüdür. == Karyerası == Nigar Nəsirova 2006-cı ildə Rusiyada baş tutan gənclər arasında Avropa Çempionatının gümüş medalına sahib oldu. 2017-ci ilin martında Nigar Nəsirova Sloveniyanın Maribor şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Nəticədə Nigar Nəsirova və Ruslan Lunyov 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində bürünc medalın sahibi oldu. Həmin ilin mayında isə Nigar Nəsirova IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirini bürünc medalla başa vurdu, Ruslan Lunyov ilə birgə isə 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirinin qalibi oldu. Nigar Nəsirova Azərbaycanı 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında təmsil edib.
Nigar Sabirqızı
Nigar Sabir qızı Quliyeva (15 sentyabr 1976, Bakı) — İctimai TV (Azərbaycan)- da jurnalist kimi fəaliyyət göstərir. == Bioqrafiya == Nigar Sabir qızı Quliyeva 1976-cı il sentyabrın 15-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1983–1993-cü illərdə Bakının 20 saylı məktəb-liseyində alıb. Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda (indiki adı: Bakı Sosial Pedaqoji Kolleci) təhsilini davam etdirib. Ali təhsilini 1999–2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyətşünaslıq fakültəsində alıb. == Fəaliyyəti == 1996-cü ildə Azərbaycan Radiosunda işə başlayıb. 2008-ci ildə fəaliyyətini İctimai Radioda davam etdirib. Televiziya fəaliyyətinə isə 2010-cu ildə İctimai Televiziyada başlayıb. Həmin ildən "Carçı" informasiya proqramının aparıcısı olub. 2018-ci ildə onun təqdimatı ilə ilk dəfə "İTV Xəbər Yekun" verilişi efirə çıxıb.
Nigar Xan
Nigar Xan (1984, Təbriz, İran) — İran azərbaycanlısı olan Norveç aktrisası. O, ən çox Bollivud mahnıları və film işi ilə tanınır. == Həyatı == Nigar Xan Azərbaycan türkcəsini, farscanı, norveç dilini, ingilis və urdu dillərini mükəmməl şəkildə bilir. O, bakalavr təhsilini marketoloq və reklamçılıq ixtisası üzrə oxumuş, beynəlxalq biznes, film və televiziya işi üzrə iki magistr dərəcəsi almışdır. 2004-cü ilin 21 sentyabrında Sahil Xan ilə evlənmiş, lakin 2005-ci ilin iyulunda boşanmışdır. == Fəaliyyəti == Klassik hind musiqisi olan "Chadti Jawani Meri Chaal Mastani" remiks edilmiş versiyasının videosu ilə məşhur olmuşdur. O, Paradise Hotel realiti-şousunun Norveç versiyasının iştirakçısı olub.
Nigar Mirzəliyeva
Nigar Mirzəliyeva ({28 aprel 2002, Mingəçevir) — Azərbaycanlı peşəkar qadın futbolçu. "Zenit" və Azərbaycanın qadınlardan ibarət milli yığmasının müdafiəçisi == İlkin illəri == Nigar Mirzəliyeva 28 aprel 2002-ci ildə Mingəçevir şəhərində anadan olub. Nigar Mirzəliyeva, 2012-ci ildə Mingəçevirdə məşqlərə başlayıb. Baş Məşqçisi İlqar Hüseynov idi. O, doqquz yaşında olarkən “Bakcell” ilə futbol” proqramı çərçivəsində bir neçə ay “Mançester Yunayted”in akademiyasında təlim məşq proqramında iştirak edib. Çox keçmədən — 2017-ci ildə Nigar Mirzəliyeva AFFA-nın Akademiyasında təhsil almağa başlayıb. == Peşəkar karyerası == Müdafiəçidir. 2018-2019-cu ildə Balakənin "Balxurma" klubunda çıxış edib. 2019—2020-ci illərdə isə, Şəkinin "Marxal" klubunda çıxış edib. Bu dövrdən sonra karyerasına legioner olaraq davam edib.
Nigar Rüstəmova
Nigar Rüstəmova (tam adı: Nigar Rafiq qızı Rüstəmova ) — ADMİU-nun Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı , Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı laureatı. == Həyatı və təhsili == Nigar Rüstəmova 1965-ci ildə Bakı şəhərində anadan olub. 1972-1982-ci illərdə Bakıda 150 №-li orta məktəbdə təhsil alıb, 1982-1987-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dissertanturasına qəbul olunub. 2002-ci ildə “Süleyman Rəhimovun yaradıcılığında milli ədəbi ənənələr” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək, 2003-cü ildə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini əldə edib. 2008-ci ildə dosent elmi adına layiq görülüb. == Fəaliyyəti == Nigar Rüstəmova 1991-2009-cu illərdə ADMİU-da laborant, müəllim, dosent və Elmi şuranın Elmi katibi kimi fəaliyyət göstərib. 2006-2008-ci illərdə ADMİU-nun nəzdində N 02.091 Dissertasiya şurasının Elmi katibi vəzifəsini icra edib, 2009-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin eksperti kimi çalışıb. Milli Məclisin III, IV, V çağırışlarında təhsil və elm sahələrində qəbul edilən qanunların hazırlanmasında yaxından iştirak edib. “Elm haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Təhsil haqqında” Qanunlara edilən əlavə və dəyişikliklər zamanı mütərəqqi dünya təcrübəsindən faydalanmaq məqsədilə bir çox xarici universitet və təhsil qurumları ilə sıx əməkdaşlıq təşəbbüsləri göstərib.
Nigar Ələsgərova
Nigar Məmmədova
Nigar Fikrət qızı Məmmədova (1979) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı. == Həyatı == Nigar Fikrət qızı Məmmədova 1979-cu ildə anadan olmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili almış, London Universitetinin "Qlobal Diplomatiya – Müasir Dünya Diplomatiyası", Miçiqan Universitetinin "Uğurlu danışıqlar: Əsas strategiyalar və bacarıqlar" proqramlarını bitirmişdir. Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyində başlayan Nigar Məmmədova həmin nazirliyin Beynəlxalq Vergi Münasibətləri İdarəsində, 2003–2014-cü illərdə Protokol şöbəsinin rəisi vəzifəsində çalışmış, vergi xidməti müşaviri rütbəsinə yüksəlmişdir. MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) iclasları və digər beynəlxalq tədbirlərin, həmçinin Azərbaycan və Litva hökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tədbirlərinin təşkilatçısı olmuş və Vergilər Nazirliyinin Tədris Mərkəzində mühazirələr oxumuşdur. Nigar Məmmədova 2018-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protokol sektorunun müdiri təyin olunmuş, 2022-ci ilin may ayından DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək isə direktoru vəzifələrində çalışmışdır. 2024-cü ilin sentyabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərində 48 saylı Abşeron birinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. 11 fevral 2010-cu ildə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı ilə təltif edilmişdir. Rus, ingilis və fransız dillərini bilir.
Nigar Şabanova
Nigar Şaban qızı Şabanova (11 dekabr 1988, Bakı) — Azərbaycanın əməkdar artisti (27.05.2018) == Həyatı == Nigar Şabanova 11 dekabr 1988-ci ildə Bakı şəhərində anadan olub. 111 nömrəli tam orta məktəbdə təhsil alıb. 2000-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olmuşdur. Qəzənfər Abbasovun sinfində təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Solo oxuma ixtisasında oxuyub. 2007-ci ildə "Xalq ulduzu" televiziya layihəsində iştirak edib. 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən "Muğam Televiziya Müsabiqəsi 2011"-də iştirak edib və 3-cü yerə layiq görülüb. İlk xarici səfəri Fransaya olub. Sonradan İtaliya, Norveç, Argentina, Yunanıstan, İspaniya, Amerika, Türkiyə, Rusiyada böyük səhnələrdə çıxış edib. Fransada Kann festivalının səhnəsində sinfonik orkestrla çıxış edib.
Nigar Həşimzadə
Nigar Həşimzadə (d. 19 iyul, 1964, Bakı, Azərbaycan) — iqtisadçı, professor, Durham Universitetində professor. == Həyatı == 1964-cü il iyul ayının 19-da anadan olmuşdur. === Ailə üzvləri === Atası Firidun Məmmədəli oğlu Həşimzadə (d. 1935) Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət mükafatı laureatıdır. Anası Munirə Ənvər qızı Nizamətdinova (1932-2015) Fizika-riyaziyyat elmləri doktoru, Fizika professorudur. Babası Məmməd Əli Uğurlu oğlu Həşimzadə (1906-1980). == Hazırkı vəzifələri: == Durham Universiteti, Maliyyə və İqtisadiyyat Departamenti, Professor. Maliyyə, İqtisadiyyat, və İslami Maliyyə, Biznes Məktəbində Beynəlxalq Sığorta Şirkəti proqramlarının İdarə Heyətinin sədri. Elmi işçi, Maliyyə Araşdırmalar İnstitutu Elmi işçi, Vergi Araşdırma Mərkəzi İşçi, CESifo Tədqiqat Şəbəkəsi Baş Redaktor, Vergi Administrasiyası jurnalı == Könüllü vəzifələri == 2016-cı il oktyabr - dekabr: Könüllü araşdırmaçı CESifo Münhen, Almaniya 2009-cu il yanvar - may: Könüllü professor, Kornell Universiteti, ABŞ == Təhsili == 1998 - 2003: Kornell Universiteti, Ithaca, Nyu York, Amerika Birləşmiş Ştatları.
Nigar Köçərli
Nigar Köçərli (15 oktyabr 1975, Bakı) — Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi. == Həyatı == Nigar Köçərli 15 oktyabr 1975-ci ildə Bakı şəhərində ailəsində anadan olub. 138 saylı məktəbi gümüş medal ilə bitirib. 1997-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1997–1999-cu illərdə xarici şirkətin Azərbaycan nümayəndəsi olub, 1999–2001-ci illərdə BMT-nin layihəsində çalışıb. 2001-ci ildən kitab biznesi ilə məşğul olmağa başlayıb. 17 avqust 2003-cü ildə 600 dollar sərmayə ilə ilk "Əli və Nino" kitab mağazasını açıb. Hazırda "Əi və Nino" kitab şəbəkəsi 11 kitab mağazasından, eləcə də "Alinino.az" onlayn mağazasından ibarətdir. === Ailəsi === Fridun Köçərlinin qardaşı qızıdır. Tofiq Köçərlinin qardaşı qızıdır.
Nigar Mahmudova
Nigar Mütəllimzadə
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. == Həyatı == Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nikahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Nigar Rəfibəyli
Nigar Xudadat qızı Rəfibəyli (23 iyun 1913, Yelizavetpol – 9 iyul 1981, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967). == Həyatı == Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930–1932), "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor (1931), "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor (1937–1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunmuşdur. "Çadra" adlı ilk şeri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şerlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Nigar Usubova
Nigar İbrahim qızı Usubova (2 may 1914, Qazax – 15 sentyabr 1995, Bakı) — Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, fortepiano kafedrasının müdiri, tədris-elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib. General İbrahim ağa Usubovun qızıdır.[mənbə göstərilməlidir] == Həyatı == Nigar İbrahim qızı Usubova 1914-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu, 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1952-ci ildən 1970-ci ilədək konservatoriyanın fortepiano kafedrasının dosenti, tədris-elmi işlər üzrə prorektoru olub. 1960-cı ildə əməkdar incəsənət xadimi adını alıb. 1966-cı ildən fortepiano üzrə professor, 1959-1969-cu illərdə fortepiano kafedrasının müdiri vəzifəsində çalışıb. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib.
Mir Həmzə Nigari
Mir Həmzə Nigari (1805, Cicimli, Laçın rayonu – 1885, Amasya) — Sufi şairi, təsəvvüf alimi. == Həyatı == Seyid Mir Həmzə Seyid Nigari Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində 1805-ci (bəzi mənbələrə görə 1795, 1797) ildə dünyaya gəlmiş Qarapapaq türklərindəndir. Atası Mir Paşa (türk mənbələrində Seyid Əmir Paşa) təxəllüsü ilə tanınan Mir Rüknəddin əfəndi, anası isə Qız Xanım adı ilə tanınan Xeyrənsə Xanım olmuşdur. Təhsilini Şəkinin Dəhnə kəndində dövrün alimlərindən dərs alaraq tamamladıqdan sonra mürşid axtarmaq məqsədilə səyahətə çıxmışdır. Səyahəti əsnasında Mövlanə Xalid Bağdadinin adını eşitmiş və Bağdada getmək üçün yola çıxmış, ancaq Harputa çatanda Mövlanə Xalidin vəfat etməsi xəbərini almış, sonra Sivasa gəlmiş, daha sonra isə Qarabağa qayıtmışdır. Qarabağda ikən, rəvayətə görə, “ulu babası Həzrət Əlinin mənəvi işarəsi” ilə "Hər bir nəfəsi Məsih-əsa, hər bir nəzəri nazir-i kimya" dediyi İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə gəlmişdir. Şeyx İsmayılın müridi olmuşdur. Kürdəmirdə şeyxin yanında mənəvi tərbiyyəsinə başlayan Həmzə Nigari şeyxini təqib edərək ardından Anadoluya gəlmiş, Sivas və Amasiyada müxtəlif fasilələrlə 20 ildən çox şeyxinin yanında qalmışdır. İsmayıl əfəndidən izin alaraq, müqəddəs məkanları ziyarət üçün səfərə çıxmış, əvvəlcə Konyaya Mövlana Cəlaləddin Rumi türbəsinə, sonra isə Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə getmişdir.
Mirhəmzə Seyyid Nigari
Mir Həmzə Nigari (1805, Cicimli, Laçın rayonu – 1885, Amasya) — Sufi şairi, təsəvvüf alimi. == Həyatı == Seyid Mir Həmzə Seyid Nigari Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində 1805-ci (bəzi mənbələrə görə 1795, 1797) ildə dünyaya gəlmiş Qarapapaq türklərindəndir. Atası Mir Paşa (türk mənbələrində Seyid Əmir Paşa) təxəllüsü ilə tanınan Mir Rüknəddin əfəndi, anası isə Qız Xanım adı ilə tanınan Xeyrənsə Xanım olmuşdur. Təhsilini Şəkinin Dəhnə kəndində dövrün alimlərindən dərs alaraq tamamladıqdan sonra mürşid axtarmaq məqsədilə səyahətə çıxmışdır. Səyahəti əsnasında Mövlanə Xalid Bağdadinin adını eşitmiş və Bağdada getmək üçün yola çıxmış, ancaq Harputa çatanda Mövlanə Xalidin vəfat etməsi xəbərini almış, sonra Sivasa gəlmiş, daha sonra isə Qarabağa qayıtmışdır. Qarabağda ikən, rəvayətə görə, “ulu babası Həzrət Əlinin mənəvi işarəsi” ilə "Hər bir nəfəsi Məsih-əsa, hər bir nəzəri nazir-i kimya" dediyi İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə gəlmişdir. Şeyx İsmayılın müridi olmuşdur. Kürdəmirdə şeyxin yanında mənəvi tərbiyyəsinə başlayan Həmzə Nigari şeyxini təqib edərək ardından Anadoluya gəlmiş, Sivas və Amasiyada müxtəlif fasilələrlə 20 ildən çox şeyxinin yanında qalmışdır. İsmayıl əfəndidən izin alaraq, müqəddəs məkanları ziyarət üçün səfərə çıxmış, əvvəlcə Konyaya Mövlana Cəlaləddin Rumi türbəsinə, sonra isə Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə getmişdir.
Miri Yusif & Nigar Camal (konsert)
== Konsert haqqında == 22 iyun 2012-ci ildə "Sea Breeze" otelində Miri Yusifin Nigar Camalla birgə keçirilən konserti. Konsertin təşkilatçısı SS Production şirkəti olub.
Nigar Axundova (sənətşünas)
Nigar Vəli qızı Axundova (27 may 1953, Bakı) — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi (1995), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == 1953-cü il mayın 27-də anadan olub. Vəli Axundovun qızı, anası Sara Axundova Ağaoğlulardandır. == Mükafatları == 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. == Əsərləri == Qadınlar musiqidə. "Musiqi dünyası" jurnalı, №1, 1999; Ex orient a lux. /ing. dil./ "Caspian" jurnalı, B., 1999; Lüsernada keçirilən musiqi festivalı "Composer in residence" - Firəngiz Əlizadə. "Musiqi dünyası", №1, 2000; Azad Əliyevlə müsahibə /İfaçılıq rubrikasında/.
Nigar Helmi Abbasbəyli
Nigar Helmi Abbasbəyli (21 fevral 1975, Bakı şəhəri) — Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəznində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü (IAA/AIAP). "Miras" qrupunun yaradıcısı və kreativ direktoru. == Həyatı == Nigar Helmi Abbasbəyli 21 fevral 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Mədəniyyət və Incəsənət kollecini, 1998-ci ildə Xəzər Universitetinin Beynəlxalq jurnalistika və inglis dili filologiya və tərcuməçiliyi fakültəsini, 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. === Şəxsi həyatı === Məmməd Abbasbəyli ilə ailəlidir. 3 övladları var. Naxçıvan Milli Şurasının sədri, repressiya qurbanı Mirzə Nəsrulla Əmirovun nəticəsidir. == Karyerası == Rəssamlıq karyerasına 2012-ci ildən başlamışdır. 2021-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Nigar Helminin son silsilə əsərləri Qarabağ mövzusuna həsr olunub.
Səndən nigaranam (Aygün Kazımova mahnısı)
Səndən nigaranam — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Baba Vəziroğluya, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnı ermənicə, tatca, rusca, ərəbcə və s. dillərdə ifa olunmuşdur. Mahnını Brilliant Dadaşova, Ayan Babakişiyeva, Nəsibə Abdullayeva, Elnur Məmmədov, Aygün Bəylər, Elçin Cəfərov, Gülay Qədirova, Qoçaq Əsgərov, Lalə Məmmədova, Samir Dərgah, özbək müğənni Lola Ahmedova, ərəb müğənni Şəhrazad, erməni müğənni Tiqran Asatryan, yunan qrupu "Avangard Band" ifa etmişdir. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim etmişdir.

Digər lüğətlərdə