Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nomofobiya
Nomofobiya (ing. "no mobile phobia" ifadəsinin qısaldılmış formasıdır) mobil telefonsuz və ya ondan uzaq qalmaq qorxusudur. == Ümumi baxış == Xüsusilə Avropa və Asiya ölkələrində 2005-ci ildən etibarən mobil telefonlardan istifadə əhəmiyyətli dərəcədə artmışdır. Nomofobiya adətən davranış asılılığı hesab olunur; narkotik asılılığı ilə bir çox xüsusiyyətləri paylaşır. Mobil telefonların internetə qoşulması nomofobiyanın səbəblərindən biridir. Asılılığın artan narahatlıq, emosional qeyri-sabitlik kimi simptomları ola bilər. Bəzi insanlar emosional münasibətlərdə rahatlıq qazanmaq üçün mobil telefonlardan həddindən artıq istifadə edir. Nomofobiya "Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatı", (Beşinci Nəşrdə - DSM-5) təsvir edilməsə də, DSM-IV-də verilmiş təriflərə əsaslanaraq, "spesifik fobiya" kimi təklif edilmişdir. 2008-ci ildə aparılmış tədqiqatın nəticələrinə əsasən müəyyən edilmişdir ki, Britaniyada mobil telefon istifadəçilərinin təxminən 53%-i mobil telefonunu itirdikdə, batareya və ya balansı bitdikdə və ya şəbəkə əhatə dairəsi xaricində olduqda narahat olurlar. 2163 insanı əhatə edən araşdırma, kişilərin təxminən 58%-nin, qadınların isə 47%-nin fobiyaya malik olduğunu müəyyənləşib.
Homofobiya
Homofobiya ( q.yun. ὁμός "oxşar, eyni" φόβος "qorxu") - homoseksuallıq və ya LGBTQ+ ( lezbiyan, gey, biseksual və transgenderlər ) kimi tanınan və qəbul edilən insanlara qarşı mənfi münasibət və hisslər. "Homofobiya" termini Avropa rəsmi sənədlərində istifadə olunur, burada bəzi hallarda bu termin irqçilik, ksenofobiya, antisemitizm və seksizmlə bərabər qoyulur. "Homofobiya" termini tez-tez tənqid olunur, belə ki, homofobiya klinik mənada birfobiya deyil. == Terminologiya və əlaqəli anlayışlar == === Terminin tarixi === "Homofobiya" termini ilk dəfə 1960-cı illərin sonlarında Amerikalı klinik psixoloq Corc Veynberq tərəfindən istifadə edilmişdir. Bir ay sonra “Time” jurnalının üz qabığına həsr olunmuş “Amerikada homoseksual” məqaləsində “homofobiya” sözü işlədildi. İlk dəfə elmi nəşrdə "homofobiya" termini 1971-ci ildə "Homofobiya: Təxmini Şəxsiyyət Profili" adlı məqalədə Kennet Smit tərəfindən istifadə edilmişdir.(ing. Kenneth Smith) 2012-ci ildə Veynberq The Huffington Post - dakı bloqunda homofobiyanın rəsmi psixi pozğunluqlar siyahısına daxil edilməsini təklif etdi. === Ensiklopedik təriflər === Homoseksuallıq Ensiklopediyası (1990) "homofobiya" termininin müxtəlif təriflərinə işarə edərək, onların ümumi xüsusiyyətini - homoseksual insanlara və homoseksuallığa mənfi münasibəti qeyd edir. Həmçinin qeyd edilir ki, cinsi qərəzin fobiya kimi səciyyələndirilməsi bir çox səbəblərdən, o cümlədən cinsi qərəzin mədəni normaların təzahürü deyil, irrasional qorxu və fərdi patologiyanın təzahürü olduğunu ifadə etmək kimi tənqid olunur.
Fotofobiya
Fotofobiya və ya işığa həssaslıq — parlaq işığın gözlərə təsir etdiyi və ağrıya səbəb olduğu bir vəziyyət. Bu, yüngül qıcıqlanmalardan tutmuş ciddi tibbi vəziyyətlərə qədər bir çox müxtəlif vəziyyətlərlə əlaqəli bir simptomdur. Yüngül hallarda, parlaq işıqlı yerdə gözlər qıyılır. Daha ağır hallarda, gözlər demək olar ki, hər hansı bir işıq növünə məruz qaldıqda əhəmiyyətli ağrıya səbəb olur. Fotofobiya miqrenin ümumi simptomudur. Bunlar hormonal dəyişikliklər, qidalar və ətraf mühit dəyişiklikləri də daxil olmaqla müxtəlif amillərin səbəb ola biləcəyi şiddətli baş ağrılarıdır. Digər simptomlar arasında başın bir tərəfində olan ağrı, ürəkbulanma və qusma daxildir.
Monofobiya
Monofobiya— tək qalma fobiyasıdır; eqoist olmaq qorxusu və ya tək qalmaq qorxusudur. Xəstələrin fiziki olaraq xəstə olmasına ehtiyac yoxdur, lakin onlar özlərinə məhəl qoyulmadığını və ya sevilmədiyini hiss edirlər. Monofobiya bəzi digər fobiyalarla, məsələn, agorafobiya ilə birlikdə mövcud ola bilər və ümumiyyətlə agorafobik klasterin bir hissəsi hesab olunur. Bu o deməkdir ki, monofobiya bəzi narahatlıq pozğunluqları və hiperventilyasiya pozğunluqları ilə eyni xüsusiyyətlərə malikdir. Aqorafobik qrupa aid olan fobiyası olan insanların əsas narahatlığı fövqəladə hallarda kömək istəməkdir. Bu o deməkdir ki, insanlar cəmiyyətə qarışmaqdan, izdihamda qalmaqdan, tək qalmaqdan qorxurlar. Onlar oxşar olsalar da, monofobiya, agorafobiya (ictimaiyyətə çıxmaq və ya böyük izdihamın arasına düşmək qorxusu), özünə nifrət və ya sosial narahatlıq ilə eyni şey deyildir. Bu, digər fobiyalarla əlaqəli olan xüsusi bir fobiyadır. == Tərifi == Monofobiyanın müxtəlif tərifləri var, o cümlədən , izolofobiya və eremofobiya. Bunlar bir az fərqlidir, lakin əsasən eyni şeyi ifadə edir.
Tokofobiya
Tokofobia (ingiliscə: Tokophobia) və ya hamiləlik və doğuş qorxusu bu xüsusi fobiyanın təyin olunmuş adıdır. Buna "maleusiofobia"da deyilir (Bu söz "maieusiophobia" sözündəndir), yunanca "maieusis" "doğuş edən qadın" deməkdir (lakin adətən mamaçaya aiddir bu söz). Latın dilində "Parturiphobia" sözünün mənası ("parturire"), "hamilə olmaq" və ya "lockiophobia" deməkdir. === İbtidai və ikinci tokofobiya === İbtidai tokofobiya hamiləlikdən əvvəlki köklü doğuş qorxusudur və yeniyetməlik dövründə başlaya bilər. Bu, adətən öz analarının təcrübələri və ya məktəbdə öyrəndikləri biliklərlə formalaşan bir fobiyadır. İkinci dərəcəli tokofobiya travmatik doğuş təcrübəsi, zəif mamaçalıq təcrübəsi, zəif tibbi xidmət, doğuşdan sonrakı depressiya və ya digər narahatedici hadisələr nəticəsində meydana gəlir.Xəstələrin doğuşla bağlı bəzi reaksiyaları aşağıdakılardır: "Həqiqət budur ki, içimdə yad bir şeyin böyüməsini iyrənc hesab edirəm." "Doğuş haqqında çox düşünməyimin mənim mədəmi bulandırdığını söyləmək mənim üçün çətin deyil". "Bu, sadəcə olaraq psixoloji vəziyyət deyil. Mən fiziki olaraq doğum və hamiləlikdən qorxuram". "Hətta ətrafımdakı dostlarımdan birinin hamilə olduğunu eşidəndə mən əziyyət çəkirəm və hətta doğuşla bağlı hər hansısa bir şeyi izləməyə yaxud da, dinləməyə belə dözə bilmirəm".
Amofobiya
Amofobiya (yun. aichmē - nöqtə və phobos - qorxu) — spesifik fobiyanın bir növüdür. Üçbucaqlar, ulduzlar, kvadratlar, karandaşlar, iynələr, bıçaqlar, dartlar, tikanlı şeylər kimi bitkilər, (alaq otları), kaktus ağacları, şam iynələri, sınmış şüşə, qırıq çini, iti taxta parçaları və hətta çətirin iti ucluğu və mebel və binadakı müxtəlif növ əşyalardan, məsələn, çıxıntılı künclərdən və ya iti kənarlardan qorxmaqdır. Bu qorxuya belonefobiya və ya enetofobiya da demək olar. Bəzən bu ümumi termin daha konkret olaraq iynə qorxusu və ya iynə fobiyası (tripanofobiya) adlanan şeyə istinad etmək üçün istifadə olunur. İynə qorxusu iynə və ya dərialtı inyeksiya ilə bağlı tibbi prosedurlardan həddindən artıq qorxudur. Xəstənin iti cisimlərdən qorxmadığı, lakin yaxınlıqdakı iti cisimlərə baxarkən ağrı və ya narahatlıq hiss etdiyi vizual looming sindromu oxşar vəziyyətlə (qaçınma davranışı) qarışdırılmamalıdır.
Zoofobiya
Zoofobiya — heyvan qorxusudur. Bir və ya bir neçə heyvandan qorxmaqdır. Adətən bu fobiya kiçik yaşlarda ortaya çıxır. Qorxulu heyvanın zərərli cinsdən olması lazım deyil. Bütün növ heyvanlardan qorxmaq olar. Ən ümumi olanlar; itlər, pişiklər və hörümçəklər kimi heyvanlar olsa da, bir çox başqa heyvanlardan da qorxmaq olar. Ziqmund Freydin daha əvvəl qeyd etdiyi kimi, heyvan fobiyası uşaqlar arasında ən çox rast gəlinən psixonevrotik xəstəliklərdən biridir. Tibbdə tam müalicəsi yoxdur. Ümumiyyətlə dərmanlar və müalicələrlə aradan qaldırılmağa və ya azaldılmasına çalışılır.
Homofobia