Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nosel
Nosel (Averon)
Cosey
Josei və ya Cosey 18 yaş üstü qadın auditoriyası üçün nəzərdə tutulan anime və manqa janrı. Süjet adətən Yaponiyada yaşayan qadınların gündəlik həyatları haqqda bəhz edir. Cizgi şocoya oxşasa da, ondan bir qədər realistik olur. Sevgi münasibətlərinə daha çox diqqət ayrılır ("Paradise Kiss", "Honey and Clover").
Mosey adası
Mosey adası — Kiçik qumsal ada olub Kiçik Caun boğazında yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çaunski rayonu ərazisində yerləşir. == Toponim == Ada 1932 ildə Şərq-qütb ekpedisiyası zamanı (İ. A. Landin) adlandırılmışdır. Moisey Karaev yerli əhali tərəfindən böyük hörmətə malik olmuşdur. Çukotlar onu Masey adlandırırdılar. Yerli əhalinin dilində Yanranot — "Ayrılmış torpaq" adlandırılır.
Nosel (Averon)
Nosel (fr. Naucelle, oks. Naucèla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12169. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 25 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2017 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1060 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 724 nəfər iqtisadi fəal, 336 fəaliyyətsiz (fəaliyyət göstərici 68.3%, 1999-cu ildə 66.8%) idi.
Nosel (kanton)
Nosel (fr. Naucelle) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1222. Nosel kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Nosel kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 4 758 nəfər təşkil edirdi.
Forrester Osey
Toryak-de-Nosel
Toryak-de-Nosel (fr. Tauriac-de-Naucelle, oks. Tauriac de Naucèla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12276. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 29 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 382 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 218 nəfər arasında (15-64 yaş) 159 nəfər iqtisadi cəhətdən fəal, 59 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 72.9%, 1999-cu ildə bu 69.1%).
Bosye
Bosye (fr. Bossieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38049. Kommunanın 2006-cı il üçün əhalisi 277 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 361 ilə 524 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir. Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır.
Dosye
Dosye – əvvəlki illər ərzində müəyyən mövzu, problem ətrafında materialların toplanması; müəyyən şəxs barədə sənədlər və materiallar toplusu, kadrlar üzrə şəxsi vərəqə; müəyyən məsələyə, işə, şəxsə aid olan sənədlər komplekti, həmçinin bu sənədlər saxlanan qovluq. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Koley
Koley (q.yun. Κωλαῖος) – samoslu qədim yunan səyyahı və gümüş satışı ilə məşğul olan tacir. Atlantik okeanında olmuş adı bizə məlum olan ilk qədim yunandır. == Tartes şəhərinə səfər == Səyyahların adlarının anonim qaldığı qədim dövrdə Koley və Sostratın səyahətləri Herodot tərəfindən əhəmiyyətli sayılmış və o , onların adlarını qeyd etmişdi. Herodot yazır ki, Koley Tartes şəhərinə gedib çıxmış ilk yunandır (e.ə. VII əsrin ortaları) . O , şəhərin hökmdarı Arganthonios tərəfindən yaxşı qaşılanmış və hədiyyələrlə vətəni Yunanıstana yola salınmışdır. Koleyin Tartes şəhərinə səyahəti təsadüf nəticəsində baş tutmuşdu. Əslində, o, Misirə üzürdü, lakin güclü fırtına onun gəmisini istiqamətdən yayındırmışdı və Koley Cəbəllütariq boğazından keçərək müasir İspaniyanın cənub-qərbində yerləşən Tartes şəhərinə üzüb gəlmişdi. Koley bu səfərdən 30 sentner gümüş gətirmişdi, bu çox böyük uğur idi və buna görə də, Koley gümüşün 6 talant məbləğində onda bir hissəsini mis qab hazırlanmasına xərcləyib onu ilahə Hera məbədinə hədiyyə etmişdi.
Lisey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Moisey
Moisey — ad. Moisey Kalankatlı — tarixçi. Moisey Şaxnoviç — Sovet İttifaqı Qəhrəmanı. Moisey Bainov Moisey Qusman Katolikos IV Moisey — Albanların XXXXV katolikosu. Katolikos II Moisey — Albaniyanın XXVII katolikosu. Katolikos III Moisey — Albaniyanın XXXIII katolikosu.
Neogey
Nerey
Nerey (yun. Νηρεύς) — Yunan mifologiyasında çox sevilən və hörmət bəslənilən müdrik, ədalətli, dənizcilərin dostu, xoş xasiyyətli su aləmi (dəniz) tanrısı, Geya və Pontun böyük oğlu. Doridanın əri nereidaların atası. Eyni zamanda Fetidanın əridir. Bəzi mənbələrə görə qazı sayılan Amfitrita Poseydonun arvadıdır.
"Nobel" mükafatı
Nobel Mükafatı — illik beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilk Alfred Nobel tərəfindən qurulan dərnəyə verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra Alan Kapital Nobel fondunu təşkil etmişdir. Həmin Kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən 1.400.000$ (2.380.000 Manat) a bərabərdir. 1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyasını dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat etmişdir 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir.
Alfred Nobel
Nobel Alfred Bernxard (isv. Alfred Bernhard Nobel; 21 oktyabr 1833[…] – 10 dekabr 1896[…], San-Remo, İtaliya) — İsveç mühəndis kimyaçısı. Dinamiti kəşf etmiş, tüstüsüz barıtın tərkibini tapmışdır. Təbiətcə sülhpərvər və ixtiraçı olan isveçli kimyaçı Alfred Nobel dinamiti ixtira etmişdir. Lakin bütün müharibələrə son verəcəyini düşündüyü bu ixtira başqaları tərəfindən son dərəcə ölümcül məhsul kimi görüldü. 1888-ci ildə Alfredin qardaşı Lüdviq vəfat etdiyi zaman, bir fransız qəzeti səhvən Alfredi ölüm taciri adlandıran nekroloq yayımlamışdı. Belə dəhşətli epitafiya ilə tarixdə qalmaq istəməyən Nobel qohumlarını təccübləndirən və məşhur Nobel mükafatlarını təsis edən vəsiyyət qoymuşdur. == Həyatı == Alfred Nobel 21 oktyabr 1833-cü ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur. Alfred Nobel Emmanuel Nobelin 3-cü oğlu olmuşdur. 1842-ci ildə Alfredin 9 yaşı olanda, anası (Andritta Alsell) və qardaşları (Robert və Lüdviq) 5 ili öncə Rusiyanın Peterburq şəhərinə getmiş atası Emmanuelin yanına köçmüşdülər.
Andrez Josef
Andrez Josef (20 may 1998-ci ildə anadan olub) — Dominika Premyer Liqası təmsilçələrindən olan Harlem Yunayted klubunda müdafiəçi kimi çıxış edən peşəkar Dominika futbolçusudur. == Milli karyerası == Jozef ilk dəfə Dominika milli komandasına 2016-cı ilin mart ayında çağırılmışdır. Jozef milli komanda ilə debütünü bir neçə ay sonra 2017 Karib Kuboku seçmə mərhələsində Britaniya Vircin adaları millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və komandası 7-0 hesabı ilə qalib gəlmişdir.
B-Nasty
Alexander Barnes (Pert, Qərbi Avstraliya, Avstraliya, iyul 10, 1992), kimi tanınır B-Nasty, Avstraliyalı reper və hip-hop kollektivinin üzvüdür Wu-Tang Clan Affiliates.
Boney M
Boney M (Boni Em) – AFR-də 1975-1986-cı illərdə mövcud olmuş disko qrupdur. Qrupun adı Avstraliya detektiv serialının adından götürülmüşdür. Almaniyanın "Boney M" disko qrupu 1975-ci ildə musiqi produseri Frenk Farian tərəfindən yaradılıb. == Musiqi karyerası == 1974-cü ildə Frank Farian yeni disko üslubu üzərində eksperiment apararaq "Faby Do You Wanna Bump ?" mahnısını yazır. O zamanlar məşhur avstraliya detektiv serialı qəhrəmanının adından istifadə edərək "Boney M" adı altında auditoriaya təqdim edir. Gözlənilməz uğur və televiziya şouları, konsert programlarına dəvətlər onu tez bir zamanda Karib qrupu qurmağa vadar edir. Kollektivə Maizie Williams, Sheila Bonnick, Natali və rəqqas Mayk daxil olurlar. Lakin bu müvəqqəti variant idi. 1976-cı ildə qrupa Karib adalarından migrantlar, Yamaykalı vokalçı Liz Mitçel və Marsiya Barret, Montserrat adasından rəqqasə Meyzi Vilyams və Aruba adasından rəqqas Bobbi Farrel qatılırlar. Fariandan başqa studiada musiqinin əsas hissələrini Liz Mitçel və Marsiya Barret də ifa etməyə başladılar.
Boney M.
Boney M (Boni Em) – AFR-də 1975-1986-cı illərdə mövcud olmuş disko qrupdur. Qrupun adı Avstraliya detektiv serialının adından götürülmüşdür. Almaniyanın "Boney M" disko qrupu 1975-ci ildə musiqi produseri Frenk Farian tərəfindən yaradılıb. == Musiqi karyerası == 1974-cü ildə Frank Farian yeni disko üslubu üzərində eksperiment apararaq "Faby Do You Wanna Bump ?" mahnısını yazır. O zamanlar məşhur avstraliya detektiv serialı qəhrəmanının adından istifadə edərək "Boney M" adı altında auditoriaya təqdim edir. Gözlənilməz uğur və televiziya şouları, konsert programlarına dəvətlər onu tez bir zamanda Karib qrupu qurmağa vadar edir. Kollektivə Maizie Williams, Sheila Bonnick, Natali və rəqqas Mayk daxil olurlar. Lakin bu müvəqqəti variant idi. 1976-cı ildə qrupa Karib adalarından migrantlar, Yamaykalı vokalçı Liz Mitçel və Marsiya Barret, Montserrat adasından rəqqasə Meyzi Vilyams və Aruba adasından rəqqas Bobbi Farrel qatılırlar. Fariandan başqa studiada musiqinin əsas hissələrini Liz Mitçel və Marsiya Barret də ifa etməyə başladılar.
NoSQL
NoSQL — verilənlər bazasının idarə edilməsində ənənəvi relasiya cəbrindən və SQL-dən istifadə etməyən verilənlər bazalarıdır. NoSQL sorğu dili kimi SQLi istifadə etmir. Bu termini ilk dəfə 1998-ci ildə Carlo Strozzi istifadə etmişdir.
Noreg
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Noren
Noren (暖簾) – otaqda və ya girişdə asılan ənənəvi yapon pərdəsi. Müxtəlif ölçüləri və formaları mövcuddur. == Tarixi == Norenlər ilk dəfə Heyan dövründə istifadə olunmağa başlanmışdır. Belə ki, noren qışda istiliyi saxlamaq, yayda isə evi sərinləşdirmək üçün istifadə olunan alət idi. Muromaçi dövründən etibarən iş yerlərinin giriş hissəsini toz, topraq, pis qoxu və tüstüdən qorumaq üçün noren asılmağa başlanmışdır. Edo dövründə müştərilər restorandan çıxarkən əllərini norenə sürtüb təmizləyirdilər. Noren nə qədər çirkli idisə, restoran bir o qədər yaxşı və bol müştərisi olan restoran hesab olunurdu. Noren üzərindəki simvollarla birlikdə dükkan sahibi üçün reputasiya simvoluna çevrilmişdir. Dükkan işçisi öz dükkanını açarkən çalışırdı ki, keşmiş iş yerinin mötəbərə norenindən istifadə etsin. Dükkan sahibinin bu icazəni verməsi həm işçi üçün fəxr hesab olunurdu, həm də işçi ilə dükkan sahibi arasındakı əlaqəni təmsil edirdi.
Aleksandr Nosov
Aleksandr Mixayloviç Nosov (1924, Rusiya – 3 oktyabr 1943, Krasnodar diyarı) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Aleksandr Mixayloviç Nosov 1922-ci ildə Rusiya Federasiyasının Saratov vilayətinin Antarsk rayonunun Şerbinovka kəndində anadan olub. 1933-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçübdür. 1942-ci ildə könüllü orduya getmişdir. Qvardiyaçı kiçik serjant 56-cı ordunun 2-ci qvardiya atıcı divizyasının 15-ci qvardiya atıcı alayının bölmə komandiri olub. Şimali Osetiya Respublikasının İrafsk rayonunun Uikol qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib və 7 avqust 1943-cü ildə həlak olub. Adına Saratov vilayətində məktəb var. == Təltifləri == Lenin ordeni, Qırmızı Ulduz ordeni ilə təltif edilib. Müharibədə göstərdiyi şücaətlərə görə Aleksandr Mixayloviç Nosov 1943-cü il 25 oktyabr tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Həmçinin bax == == İstinadlar == == Ədəbiyyat == "Azərbaycan Respublikası Xatirə Kitabı", XI cild, M, N (Mu…-N.) hərfləri, Respublika Xatirə Kitabı redaksiyası, Bakı, 2011.
Qərb cəbhəsində bişey-mişey var?
Qərb cəbhəsində yenilik yoxdur (alm. Im Westen nichts Neues‎) - Erix Mariya Remark tərəfindən 1929-ci ildə yazılmış roman. == Haqqında == Burada birinci dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəb­həyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur. İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark birinci dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Bökey Ordası
Bukey ordası — Rusiyanın tərkibində vassal qazax xanlığı. == Tarixi == XIX əsrin birinci yarısinda xan üsul-idarəsinin mövcud olduğu Xivə, Buxara və Kokandda siyasi cəhətdən qeyri-sabitlik mövcud idi, Buxara xanlığı ilə Kokand, Xivə ilə Buxara, Mərkəzi Asiya dövlətləri ilə İran arasında arası kəsilməyən müharibələr gedirdi. Xanlıqlar arasmda vaxtaşırı ərazi ugrunda gedən müharibələr, daxili ziddiyyətlər, ayrı-ayri bölgələrdə xalq üsyanları, bəzi qonşu dövlətlərlə münaqişələr xanliqları zəif salırdı [l,s.54], Eyni zamanda mövcud vəziyyət bəzi dövlətlərin Mərkəzi Asiya va Qazaxıstana marağını artırır, həm də bölgədə həmin dövlətlərin mənafeyi toqquşurdu [2,s.49], Qazaxıstanın ərazisinin bir hissəsi - Kiçik jüz hələ 1731-ci ildə, Orta jüz isə 1740-ci ildə Rusiyanın təbəəliyini qəbul etmişdi. XVIII əsrin ortalarmda Rusiya imperiyasinin sərhədi Ural, Uy (Tobolun qolu) va İrtış «jaylan boyu keçirdi. Qazaxıstanın sərhədyanı rayonlarından uzaq olan ərazilərdə Rusiyanın təsiri hələ hiss olunmurdu. Cənubda isə qazaxlar Xivə və türkmənlərlə həmsərhəd idi. Qazax mülklərinin sərhədləri cənub-şərqdə Sırdəryanın cənubu, cənubda isə Zailiysk Alatausuna qədər uzanırdı. Çinin hakimiyyəti Böyuk jüzün Şarq rayonlarında hələ qalırdı. Onun qərb rayonları faktiki olaraq müstəqil idi. XVIII əsrin sonunda bu vəziyyət tamamilə dəyişdi.
Casey Kasem
Kemal Amin "Casey" Kasem (27 aprel 1932, Detroyt, Miçiqan – 15 iyun 2014) — amerikalı aktyor və aparıcı. == Həyatı == 27 aprel 1932-ci ildə doğulmuşdur. 15 iyun 2014-cü ildə vəfat etmişdir.