Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
National Dastak
«National Dastak» — 20 dekabr 2015-ci ildən yayımlanmağa başlayan Hindistan veb telekanalı. Əksər hallarda mediya tərəfindən əhəmiyyət verilməyən məsələlərə toxunan telekanal Bahucan bölməsinə də geniş yer ayırır. Bavendra Prakaş bu telekanalın vebsayt redaktorudur. Şambu Kumar Sinx isə telekanalda müxbir və baş redaktor vəzifəsində çalışır. Youtube-da olan National Dastak kanalının 2 milyondan çox abunəçisi var. Kanal Hindistanda abunəçilər tərəfindən ən çox izlənilən on hind dilli YouTube xəbər kanalından biridir. «National Dastak» canlı reportajları, siyasi xəbərləri ilə tanınır. Telekanal Hindistanda marginal və zərər çəkmiş bölmələr üzrə sənədli filmlər və proqramlar seriyası hazırlayır. Kanalın vebsaytı 2017-ci il məlumatlarına əsasən, Hindistanın 25000 ən yaxşı vebsaytı arasında 1165-ci yerdə qərarlaşmışdır.
National Geographic
National Geographic Channel - ABŞ-nin Milli Coğrafiya Cəmiyyətinin istehsalı olan elmi filmlər translyasiya edən amerikan telekanalı. Kanalda həmçinin elm, təbiət, mədəniyyət və tarixə dair sənədli filmlər tez-tez yayımlanır. Kanalın siqnalı bu gün dünyanın 171 ölkəsində 38 dildə, o cümlədən rus dilində gecə-gündüz mövcuddur. Kanalın ümumi auditoriyası dünya üzrə 440 milyon evdir. 1997-ci ilin sentyabrında, National Geographic Channel Böyük Britaniyada, Avropada (AFR istisna olmaqla) və Avstraliyada yayımlara başlamışdır. 1998-ci ilin iyul ayında, National Geographic Channel, NBC Asia Channel əvəzləyən Star TV operator şəbəkəsində Asiyaya gəldi. Eyni şey, 1998-ci ildə Avropada NBC'nin sona çatması ilə baş verdi. Bu gün kanal 143-dən çox ölkədə, 160 milyondan çox ev üçün və 38 dildə mövcuddur. ABŞ-də National Geographic Kanalı 2001-ci ilin yanvarında National Geographic Cəmiyyətinin və Fox Entertainment Groupun birgə təşəbbüsü olaraq meydana gəlmişdir. 2004-cü il noyabrın 1-də Almaniyada da telekanal yayıma başladı.
National Mall
National Mall (ing. National Mall) — ABŞ-nin paytaxtı Vaşinqton şəhərində yerləşən milli parkdır. Milli Park Xidməti tərəfindən idarə olunur. Hər il təxminən 24 milyon insan ziyarət edir. Milli Xiyabanın əsasında layihə, XVIII əsrin sonlarında hazırlanmışdır. Pyer Şarl Lanfan, layihənin özü yalnız XX əsrin əvvəllərində həyata keçirildi. Milli Xiyabanın bütün məkanı əsas abidələrin yerləşdiyi zonalara bölünür. Hava mənzərəsindən baxıldığında, xiyabanda mərkəzində Vaşinqtonun bir heykəli, şimalda — Ağ Ev, şərqdə — Kapitol, cənubda — Tomas Cefferson memorialı, qərbdə — Avraam Linkoln heykəli yerləşir. Bu abidələr arasında parklar, muzeylər və ABŞ Nəbatat bağı yerləşir.
The National
The National (azərb. Milli‎) — 2014-ci ildə yaranmış Şotlandiya qəzetidir. Qəzet Şotlandiyanın iqtisadi-siyasi, sosial və mədəni həyatı barədə oxucuları məlumatlandırır. The National özünü "Şotlandiyanın müstəqilliyini dəstəkləyən qəzet" kimi təsvir edir və qəzətin başlığında Şotlandiyanın xəbəri var.
National Biodiversity Network
Milli Biomüxtəliflik Şəbəkəsi (Böyük Britaniya) (MBŞ) 2000-ci ildə Birləşmiş Krallıqda yaradılmış,biomüxtəliflik haqqında məlumatı müxtəlif media vasitəsilə, o cümlədən MBŞ Atlas-ın məlumat axtarış veb-saytı vasitəsilə internetdə əldə etmək öhdəliyinə sadiq olan birgə müəssisədir. Böyük Britaniya və İrlandiyada 60.000-ə qədər insanın biomüxtəliflik məlumatlarını müntəzəm olaraq qeyd etdiyi təxmin edilir. Bu səylərin əksəriyyəti könüllüdür və 2000-ə yaxın milli cəmiyyət və qeyd sxemləri vasitəsilə təşkil olunur. Böyük Britaniya hökuməti öz agentlikləri vasitəsilə həmçinin biomüxtəliflik məlumatlarını toplayır və bu məlumatların birləşdirilməsi və şərhi üçün əsas elementlərdən biri Yerli Ətraf Mühitin Qeydləri Mərkəzlərinin şəbəkəsidir. 2012-ci ildə ən çox ianə toplayan Böyük Britaniyanın ən yaxşı 1000 xeyriyyə təşkilatı sırasına daxil edilmişdir. NBN Trust (tərcümə: MBŞ Güvən) - Şəbəkənin qurulmasını asanlaşdıran təşkilat - biomüxtəliflik məlumatlarının toplanması, birləşdirilməsi və mübadiləsi üçün razılaşdırılmış standartları dəstəkləyir və təkmilləşdirilmiş çıxışı təşviq edir. Hazırkı tərəfdaşlıq 200-dən çox ictimai və könüllü təşkilat və fərdi üzvlərdən ibarətdir. MBŞ Atlas hazırda 900-dən çox müxtəlif məlumat dəstindən 230 milyondan çox növ qeydinə malikdir (Sentyabr 2020). NBN Atlas-dakı məlumatlara Böyük Britaniya, Şimali İrlandiya və İnsan Adası vəhşi təbiəti ilə maraqlanan hər kəs daxil ola bilər və müxtəlif interaktiv alətlərdən istifadə etməklə paylama xəritələrinə baxmağa və məlumatların endirilməsinə imkan verdiyi üçün müxtəlif səviyyələrdə axtarış edilə bilər. . Xəritələr tarix diapazonuna görə fərdiləşdirilə bilər və növlərin paylanmasındakı dəyişiklikləri göstərə bilər.
National Historic Landmark
Milli Tarixi Abidə və ya qısaca olaraq NHL (ing. National Historic Landmark) ― ABŞ federal hökuməti tərəfindən tarixi əhəmiyyətinə görə tanınmış tikili, əsər və ya regiona verilən addır. Tarixi Yerlərin Milli Ryestirində yerləşən 80 000-ə yaxın tikili, əsər və regiondan yalnız 2 430 ədədi NHL kateqoriyasına aid edilmişdir. Milli Tarixi Abidə Regionu və ya NHLD (ing. District National Historic Landmark), NHL tərəfindən tanınan və bir qrup tarixi baxımdan əhəmiyyətli binanı və ya əsəri özündə ehtiva edən regionlara deyilir. 9 oktyabr 1960-cı ildə, o zamankı ABŞ Daxili İşlər Naziri Fred Andrew Seatonun 92 əsəri NHL kateqoriyasında təsnif etməsini elan etməsi ilə başlamışdır. NHL təsnifatına daxil olan ilk əsərin, Ayova ştatının Sioux City şəhərində yerləşən Başçavuş Floyd məzarı və memorial abidəsi olmasına və bu qərarın 30 iyun 1960-cı ildə verilməsinə baxmayaraq, digər 91 əsərin elanı isə həmin il 9 Oktyabr tarixinə qədər siyasi səbəblərə görə təxirə salınmışdır. ABŞ Daxili İşlər Naziri tərəfindən NHL olaraq seçiləcək bir əsər üçün aşağıdakı şərtlərdən biri və ya bir neçəsi tələb olunur: Milli əhəmiyyətli tarixi bir hadisənin baş verdiyi bir region olmalıdır. Tarixi əhəmiyyət kəsb edən insanların yaşadığı və ya işlədiyi yerlər olmalıdır. Milləti formalaşdıran və ya əhəmiyyətli dərəcədə təsir göstərən bəzi fikirlərlə əlaqəli ikonik bir əsər olmalıdır.
National Pearls (albom)
National Pearls - Azərbaycan musiqiçisi Qara Dərvişin 2015-ci ildə işıq üzü görən ilk albomu.
National Geographic Azərbaycan (jurnal)
National Geographic Azərbaycan — 2014-cü ildən 2015-ci ilə qədər fəalliyyət göstərmiş Azərbaycan jurnalı.
National Center for Biotechnology Information
Milli Biotexnoloji Məlumat Mərkəzi (ing. National Center for Biotechnology Information, NCBI) — molekulyar biologiya və tibb sahələrində bir sıra önəmli məlumat bazası və kompüter proqramlarını ehtiva edən internet portalı. Bioinformatika sahəsinin ən önəmli informasiya qaynaqlarından biridir. Ən önəmli databankları GenBank, PubMed və sairədir. Molekulyar biologiya sahəsində ən çox istifadə olunan bioloji ardıcıllıqları emal etmək üçün bioinformatika proqramı olan BLAST da burada yerləşir. NCBI ABŞ-də bioloji elmlər sahəsindəki araşdırmaların böyük bir hissəsini maliyyələşdirən Milli Sağlamlıq İnstitutları (ing. National Institutes of Health, NIH) adlı qurumun bir qolu olan Milli Tibb Kitabxanasına (ing. National Library of Medicine, NLM) tabedir. ABŞ-nin Maryland əyaləti Bethesda şəhərində yerləşir. Qurumun direktoru 1989-cu ildən məşhur bioloq və BLAST proqramının yazıçılarından biri olan David Lipmandır.
Women's National Basketball Association
Women's National Basketball Association və ya qısaca WNBA Amerika Birləşmiş Ştatlarında yaradılmış peşəkar qadın basketbol liqası təşkilatıdır. 22 aprel 1996-cı ildə yaradılıb və ilk oyunları 1997-ci ildə olub. 12 komandadan ibarətdir. WNBA Şərq və Qərb olmaqla iki konfransa bölünür. Hər iki konfransda altı komanda iştirak edir. Detroit Shock – 1998–2009 Tulsa, Oklahoma'ya daşınıb. Orlando Miracle – 1999–2002 Uncasville, Connecticut'a daşınıb. Utah Starzz – 1997–2002 San Antonio, Texas'a daşınıb. Tulsa Shock – 2010–2015 Arlington, Texas'a daşınıb. San Antonio Stars – 2003–2017 Las Vegas, Nevada'ya daşınıb.
Syndicat national de l'édition phonographique
The Syndicat national de l'édition phonographique (SNEP) — Fransada musiqi industriyası ilə məşğul olan şirkət. Şirkət 1922-ci ildə yaradılmışdır.
Arena Nationala
Arena Nationala — Rumıniyanın Buxarest şəhərində yerləşən, damı yığılıb açıla bilən futbol stadionudur. Stadion 2011-ci ildə, 2007–2008-ci illərdə sökülmüş "Orijinal Milli Stadionu"nun yerində inşa edilib. Stadionda Rumıniya milli futbol komandasının ev oyunları və Rumıniya kuboku finalı daxil olmaqla böyük futbol oyunları keçirilir. Styaua Buxarest və Dinamo Buxarest klublarının ev stadionudur. Stadionun tutumu 55.634 nəfərdir. Stadion UEFA Euro 2020də qarşılaşmalara ev sahibliyi edəcək. Stadionda musiqi konsertləri də keçirilir.
Nasional Sosializm
Nasional sosializm (alm. Nationalsozialismus‎) və ya qısaca Nasizm — totalitar, ekstremist, ultrasağ, irqçi və antisemit alman ideologiyası, 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya, "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası, Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur. Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi. Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adətən totalitar ağalığı və təcavüzkarlığı ilə fərqlənirlər. Nasional Sosializm alman cəmiyyətinin müəyyən hissəsini Birinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdəki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyasının təzahürüdür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializminə, etatizmə, nasionalizmə, rasizmə, millitarizmə əsaslanan nasist idealogiyasının yaranmasına gətirib çıxartdı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahələrə nəzarət edən bir partiyanın və partiya-dövlət diktaturasının yaranmasına səbəb oldu. Cəmiyyətdə totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalaşdı, şəxsiyyətin bütün mənəvi dayaqları da eroziyaya uğradı.
Nationale Volksarmee
Nationale Volksarmee (Azərbaycanca mənası: Milli Xalq Ordusu) — 1956-cı ildə qurulan və 1990-cı ilə qədər fəaliyyət göstərən Almaniya Demokratik Respublikasının (Şərqi Almaniya) silahlı qüvvələridir. 1945-ci ildə Nasist Almaniyası müharibəni uduzdu və 1949-cu ildə Almaniyanın bölünməsi nəticəsində Almaniyanın şərq hissəsi Sovet hakimiyyəti altına düşdü. 1949–1956-cı illər arasında 7 il ərzində Qırmızı Ordu Şərqi Almaniyanın təhlükəsizliyini təmin etdi. Nationale Volksarmee, Sovet rəhbərliyinin nəzarəti altında olan sosialist fikirli Şərqi Alman hökumətinin qərarı ilə 1956-cı ildə yaradılmışdır. Qırmızı Ordudan silah və texnika köməyi alan Nationale Volksarmee, hər fürsətdə hərbi nümayişlər və təbliğatlar edərək Şərqi Alman xalqını təsiri altına almağa çalışırdı. 1990-cı ildə Almaniyanın birləşdirilməsindən sonra ləğv edildi və Almaniya Federativ Respublikasının (Bundeswehr) silahlı qüvvələrinə qoşuldu.
Nominal cərəyan
Nominal cərəyan - avadanlığın uzun müddət işləyə bildiyi, onun izolyasiya və cərəyandaşıyan hissələrinin qızma şərtinə görə yolverilən ən böyük cərəyandır. Nominal cərəyan demək olar ki, istənilən elektrik avadanlığının ( açarların, transformatorların, elektrik veriliş xətlərinin, şinlərin, elektrik yuvalarının və s.) əsas parametrlərindən biridir və avadanlıqların pasportunda göstərilir. EAQQ -də naqillərin qızmaya görə en kəsiklərinin seçilməsi üçün yolverilən cərəyan termini istifadə olunur. Elektrik avadanlıqlarının nominal cərəyanlarının sırası, A ( ГОСТ 6827-76 uyğun olaraq): 1. Bu seriya, əsas parametri nominal cərəyan olan elektrik avadanlığı və elektrik enerjisi qəbuledicilərinə aiddir. 2. İstehlakçı və istehsalçı arasındakı razılığa əsasən 37500, 75000, 150000 A cərəyanların istifadəsinə dəyişdirici aqreqatlar və onlar üçün nəzərdə tulumuş transformatorlara icazə verilir. 3. Mötərizədə göstərilən cərəyanların qiymətləri yeni layihələrdə istifadə edilmir. 4.
Nominal qiymətləndirmə
Nominal qiymətləndirmə - Qiymətli kağızın dəyərini göstərmək üçün (əməliyyat həyata keçirmək məqsədi ilə deyil) qeyd olunan qiymət. Nominal - Qiymətli kağızın, kağız pulun, yaxud sikkənin üzərində göstərilən dəyəri, ilkin dəyəri. Qiymətli kağızın nominal dəyəri, adətən, onun bazar dəyərindən fərqli olur. Bazar dəyəri nominal dəyərdən yuxarı olan qiymətli kağızlar ajio, əks halda isə disajio adlanır. Bir sıra ölkələrdə qiymətli kağızların nominal dəyəri göstərilmədən emissiya oluna bilər. Bəzi ölkələrdə isə qiymətli kağızın minimum nominal dəyəri müvafiq qanunvericilik əsasında müəyyənləşdirilir. Nominal dəyərsiz - Heç bir nominalı olmadan buraxılan səhmlərdir. Nominal dəyər təmsil etdikləri satış dəyərinə və ya baza aktivlərinə heç bir aidiyyəti olmayan səhmlərin nominal və ya üzərində göstərilən dəyəridir. Səhmin dəyərinin nominal dəyərdən aşağı düşməsi kimi xoşagəlməz hallarda nominal dəyərli səhmlər səhmdarlara qarşı məsuliyyətin yaranması imkanının qarşısını almır. Nominal faiz dərəcəsi - İnflyasiya nəzərə alınmadan hesablanmamış cari faiz dərəcəsidir.
Nominal sərtlik
Sərtlik — iqtisadi kəmiyyətlərin dəyişməyə müqavimət göstərmək qabiliyyəti. Məsələn, tez-tez deyilir ki, nominal qiymətlər və ya əmək haqqı qısa müddətdə yapışqandır. Bazar qüvvələri sənayedə əməyin real maya dəyərini azalda bilər, lakin nominal əmək haqqı qısa müddətdə əvvəlki səviyyələrdə qalmağa meylli olacaqdır. Bu, qiymətlərin tənzimlənməsi, müqavilə öhdəlikləri, həmkarlar ittifaqları, insanların davamlılığı və ya ehtiyacı, şəxsi maraq və s. kimi institusional amillərə əsaslana bilər. Uzunmüddətli perspektivdə qiymətlər və əmək haqqı iqtisadi vəziyyətdən asılı olaraq çevik olmağa və dəyişməyə meyllidir. Sərt qiymətlər Keynsçi iqtisadiyyatda, xüsusən də Yeni Keynsçilikdə mühüm rol oynayır. Keyns və onun bilavasitə ardıcılları (neokeynsçilər) hesab edirdilər ki, məcmu tələb azaldıqda qiymətlər tarazlıq səviyyəsinə düşə bilmədiyi üçün bazarlar tarazlığa çata bilmir. Onlar həmçinin tsiklik işsizliyin mövcudluğunda yapışqan qiymətləri günahlandırdılar. Yeni Keynsçilikdə yapışqan qiymətlər qısamüddətli tarazlığın uzunmüddətli tarazlıqdan fərqli olmasına səbəb olur.
Nominal alış
Amerika hüquqi praktikasında nominal alış agentin tez-tez mal və ya xidməti özləri ala bilməyən və ya istəməyən şəxs üçün mal və ya xidmət almağa razı olduğu və agentin həmin mal və ya xidmətləri satın aldıqdan sonra həmin şəxsə köçürdüyü hər hansı bir alışdır. Ümumiyyətlə, mal və ya xidmətlərin son alıcısı agentin əvvəlcədən məlumatı ilə cinayət törətmək üçün həmin mal və ya xidmətlərdən istifadə etmədikdə və ya son sahibin malı almaq və ya satın almaq üçün qanuni imkanı olmadıqda belə bir alış qanunidir. xidmətlər. Bəzi yurisdiksiyalarda, son istifadəçi qanuni olaraq məhsul və ya xidməti özləri ala bilməsə belə, belə alışlar qanunidir. Qanuni saman alışlarına misal olaraq səhhətinə görə mağazaya gedə bilməyən yaşlı vətəndaşlar üçün ərzaq məhsulları almaq və ya pis kredit tarixçəsi səbəbindən kredit ala bilməyənlər üçün avtomobil almaq olar. Bəzi hallarda agent son sahibindən pul və ya kompensasiya ala bilər. Agent və vəsaitin son istifadəçisi yalançı ipoteka sənədləri imzalamaqla kreditoru aldatmadıqda və ya kredit şərtləri vəsaiti əldə etmək üçün agentin xidmətlərindən istifadəni xüsusi olaraq qadağan etmədikdə, agent vasitəsilə kreditlərin alınması qanunidir. Alınan məhsul və ya xidmətin son istifadəçinin malik olması və ya istifadəsi üçün qanuni olmamasına baxmayaraq, saman satınalmaları qanunidirsə, son istifadəçi məhsul və ya xidmətin qanunsuz sahibliyi və ya alınmasına görə məsuliyyət daşıya bilər, lakin qanuni səlahiyyəti olan agent fürsət və alış-veriş etdi, bir qayda olaraq, o, öz hərəkətlərinə görə məsuliyyət daşımır. Birləşmiş Ştatlarda silahın əsas sahibinin kimliyi haqqında yalan danışan potensial odlu silah alıcısı (federal lisenziyalı dilerdə) federal odlu silah əməliyyatı qeydində yalan ifadə verməkdə ittiham oluna bilər. Nəzərə alın ki, bu halda əşyanın başqa şəxs üçün alınması həmin şəxsin qanuni sahibi statusundan asılı olmayaraq, ipso-fakto qeyri-qanunidir.
Nasional-Demokrat Partiyası (Avstriya)
Nasional-Demokrat Partiyası (alm. Nationaldemokratische Partei‎; NDP) — Avstriyada siyasi partiya. 1967-ci ildə yaradılan NDP neonasist partiyası idi. Partiya ölkənin antinasist qanunvericiliyini pozduğuna görə 1988-ci ildə ləğv edilmişdir.
Televisión Nacional de Chile
Televisión Nacional de Chile (TVN) Çili bir ictimai xidmət televiziya yayımçısıdır. Prezident Eduardo Frei Montalva'nın əmri ilə quruldu və 18 Sentyabr 1969-cu ildə ölkə miqyasında başladıldı. O vaxtdan bəri şirkət bir neçə dəfə yenidən təşkil edildi və fəaliyyət sahələri bu illər ərzində artaraq Çilinin aparıcı televiziya yayımçılarından biri halına gəldi. və Cənubi Amerika. 1970-ci il tarixli 17 377 saylı qanun, TVN-nin ictimai, muxtar, plüralist və təmsilçi bir ictimai xidmət olması lazım olduğunu təsbit etdi. TVN-in ictimai missiyası milli mədəni kimliyi, demokratiya dəyərlərini, insan haqlarını, ətraf mühitə qayğı və müxtəlifliyə hörməti təşviq etmək vəzifəsini müəyyənləşdirir. Bundan əlavə, Televisión Nacional, xidmətlərinin proqramlaşdırılmasını Milli Televiziya Şurası (CNTV) tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq idarə edir.
Classical Notions of Happiness
Classical Notions of Happiness — ABŞ musiqiçisi Cordananın debüt studiya albomu. 27 mart 2020-ci ildə Grand Jury Music tərəfindən buraxılıb.
Alman Nasional-Sosialist Fəhlə Partiyası
Nasional Sosialist Alman Fəhlə Partiyası (alm. Nationalsozialistische Deutsche Arbeiterpartei‎) — Veymar Respublikası dövründə yaranan alman siyasi partiyasıdır. O dövrlərdə Almaniya imperiyasının Birinci dünya müharibəsini uduzması və ağır itkilər verməsi və sonda Versal sazişi ilə alman xalqının bütün haqlarının alınması və xalqın qısaca əzilməsi bu qatı milliyətçi partiyanın yaranmasına səbəb oldu. Müharibədən sonra böyük böhranında baş verməsi ilə alman xalqı işsiz və evlərinə günlərlə çörək aparmayacaq vəziyyətə gəlmişdi. Partiyanın üzvlərinin sürətlə artması da bununla əlaqədardır. 20-ci əsrdə alman siyasətində çox böyük yer tutan partiyanın ideologiyası nasional sosializm olmuşdur. Hakimiyyəti dövründə anti-marksist, anti-semitist, anti-kapitalist siyasət yeritmişdir. == Tarixi == Tarixi olaraq partiyanın sələfi kiçik bir qüvvə olan alman millətçiləri idi. Müharibədən sonra Almaniyanın pis vəziyyətdə olması Anton Drekslerin Almaniya Fəhlə Partiyasını qurması ilə nəticələndi. Bu partiya müharibədən sonra Almaniyada qurulan ilk partiyalardan idi.
Nasional Sosialist Alman Fəhlə Partiyası
Nasional Sosialist Alman Fəhlə Partiyası (alm. Nationalsozialistische Deutsche Arbeiterpartei‎) — Veymar Respublikası dövründə yaranan alman siyasi partiyasıdır. O dövrlərdə Almaniya imperiyasının Birinci dünya müharibəsini uduzması və ağır itkilər verməsi və sonda Versal sazişi ilə alman xalqının bütün haqlarının alınması və xalqın qısaca əzilməsi bu qatı milliyətçi partiyanın yaranmasına səbəb oldu. Müharibədən sonra böyük böhranında baş verməsi ilə alman xalqı işsiz və evlərinə günlərlə çörək aparmayacaq vəziyyətə gəlmişdi. Partiyanın üzvlərinin sürətlə artması da bununla əlaqədardır. 20-ci əsrdə alman siyasətində çox böyük yer tutan partiyanın ideologiyası nasional sosializm olmuşdur. Hakimiyyəti dövründə anti-marksist, anti-semitist, anti-kapitalist siyasət yeritmişdir. Tarixi olaraq partiyanın sələfi kiçik bir qüvvə olan alman millətçiləri idi. Müharibədən sonra Almaniyanın pis vəziyyətdə olması Anton Drekslerin Almaniya Fəhlə Partiyasını qurması ilə nəticələndi. Bu partiya müharibədən sonra Almaniyada qurulan ilk partiyalardan idi.
Nasional Fəaliyyət və Gümrah İnkişaf
Nasional Fəaliyyət və Gümrah İnkişaf (türk. Nasyonal Aktivite ve Zinde İnkişaf, NAZİ) — 1969-cu ildə bir qrup keçmiş Respublikaçı Kəndlilər Millət Partiyasının (CKMP) üzvləri tərəfindən Türkiyənin İzmir şəhərində yaradılmış neonasist və türkçü siyasi birlik. Birlik iki döyüş bölməsini saxlayırdı. Üzvlər "Hücum dəsətləri" formaları geyinirdilər və Hitler salamından istifadə edirdilər. Liderlərdən biri olan Gündüz Qapancıoğlu 1975-ci ildə yenidən Milliyyətçi Hərəkat Partiyasına (MHP) qəbul olunmuşdur. Bir neçə gün sonra dərnək MHP ilə birləşərək özünü ləğv etmişdir. Dərnək nisbətən kiçik idi, 1969-cu ildə təxmini 20 üzvü var idi və bu, pik nöqtə idi.
İran Nasional Sosialist İşçi Partiyası
İran Nasional Sosialist İşçi Partiyası (farsca: حزب سوسیالیست ملی کارگران ایران, transliterasiya: Hezb-e Sosiyālist-e Melli-ye Kārgarān-e Irān) və ya farsca adının baş hərflərindən ibarət abreviatur olan SUMKA (farsca:سومکا) adı ilə tanınan, İranda fəaliyyət göstərmiş neonasist partiyadır. Partiyanın simvolu Faravaharin sadələşdirilmiş versiyası idi və həm fon rənginə, həm də işarəsinə görə Nasist Almaniyasının bayrağına çox bənzəyirdi. Partiyanın əsası 1951-ci ildə Davud Münşizadə tərəfindən qoyulmuşdur. Partiyanın özü-özlüyündə çox az səviyyədə sahib olduğu dəstək İran universitetlərindəki tələbələrdən gəlməkdə idi. Məhəmməd Rza şah Pəhləvi hakimiyyətinin tənqidçiləri iddia edirlər ki, o, SUMKA-nı maliyyələşdirmiş və siyasi dəstək vermişdir. Partiyanın real qurulması 1952-ci ildə baş verdi. Münşizadə ilə partiyanı quran əsas şəxs Morteza Kossariyan idi. Münşizadə 1937-ci ildən etibarən Almaniyada yaşamışdı və keçmiş SS üzvü olmuş, Berlin döyüşündə iştirak etmişdi. O, bu döyüşdə yaralanmışdı. Kossarian özü də keçmiş SS üzvü idi və Barbarossa planının hazırlanmasında iştirak etmiş, Kiyev, Stalinqrad kimi döyüşlərdə almanlar tərəfində döyüşmüşdü.