Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Noğul
Noğul — Novruz bayramı süfrəsinin şirniyyat növlərindən biri. == Hazırlanması == Sirkə cövhəri əlavə edilməklə bişirilən qatı şəkər şərbəti, keşniş toxumu ve düyü unundan hazırlanır. Forması yumru, səthi kələ-kötür, rəngi ağ, bəzən çəhrayı və sarı olur. == Ziyafət süfrələrində istifadəsi == Qedim zamanlardan el bayramları, məişət şənlikləri və digər mərasim məclislərinin ziyafət süfrələrində çərəz (xuşgəbar) kimi işlənmişdir. Tarixən yaranmış və ənənə halında zəmanəmizədək çatmış el adətinə görə xalq bayramları, xeyir işlərlə (nişan, toy və s.) əlaqədar çay destgahı, nişan və bayramlıq xonçası və s. tədbirlərdə noğuldan geniş istifadə edilir.
Novell
Novell — 1969-cu ildə Novell Data Systmes Inc. adı ilə Utah-da George Canova, Darin Field və Jack Davis tərəfindən quruldu. Novell adının mənası fransızcadan yeni / təzə olan "nouvelle"-dən əmələ gəlir. Novell mərkəzi Massaçusetts-də olan bir Software şirkətidir. Novell dünyanın 22-ci ən böyük kompüter şirkətidir və xüsusi ilə server sistemləri və Linuks Əməliyyat sistemi ilə fəaliyyət göstərir.
Novyal
Novyal (fr. Nauviale, oks. Nòuviala) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12171. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 23 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 552 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 318 nəfər arasında (15-64 yaş arasında) 251 nəfər iqtisadi fəal, 67 hərəkətsiz (fəaliyyət göstərici 78.9%, 1999-cu ildə bu 69.3%) olmuşdur.
Qoşgül (Avurğazı)
Qoşgöl (başq. Ҡушкүл, rus. Кушкуль) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Mixaylovka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 48 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (46%), tatarlar (26%) üstünlük təşkil edir.
Novial dili
Novial dili, (nov-, new + IAL, International Auxiliary Language) — Beynəlxalq yardımcı dil. == İstinadlar == == Xarici keçidlər == Novial Wiki Book: A Novial course for beginners. Novial Discussion Group Arxivləşdirilib 2006-06-21 at the Wayback Machine: Novial discussion group at Yahoo!
Xatirə Nurgül
Xatirə Nurgül (2 avqust 1981, Bakı) — Azərbaycan şairi, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Xatirə Nurgül 2 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri 172 saylı orta məktəbi bitirmişdir. İxtisasca hüquqşünasdır. == Fəaliyyəti == 1998-ci ildən dövrü mətbuatda dərc olunur. Azərbaycan , Ulduz jurnallarında, Ədəbiyyat, "Kaspi" qəzetlərində şeirləri, tərcümələri, araşdırma və esseləri çap edilmişdir. 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzində "Göyərçin yuxusu" adlı şeirlər kitabı işıq üzü görmüşdür. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2003-cü ildə "Vektor" BEM-in "İlin ən yaxşı şeiri", 2004-cü ildə Gənclər Nazirliyinin "İlin gənc şairi" mükafatına layiq görülmüş, 2005-ci ildə QAT-ın "Qarabağ harayı" müsabiqəsinin qalibi olmuşdur. == Şeir kitabları == "Göyərçin yuxusu", şeirlər, Bakı, Vektor.
Nurgül Yeşilçay
Nurgül Yeşilçay (26 mart 1976, Afyonkarahisar) — Türk aktrisası. Sənətçi xüsusilə 2000-ci illərdə oynadığı rollarla tanınır. == Karyerası == Nurgül Yeşilçay 26 mart 1976-cı ildə Afyonkarahisarda anadan olub. Orta təhsilini İzmirdə bitirib. 2001-ci ildə Eskişehir Anadolu Universitetində Teatr Fakültəsini bitirib. O, universitetdə oxuduğu müddətdə rol aldığı "İkinci bahar" serialındakı "Gülsüm" obrazı ilə tanınıb. 2002-ci ildə rejissor Çağan Irmakın çəkdiyi Asmalı Konak serialında "Bahar Karadağ" obrazı ilə daha çox məşhurlaşıb. Elə həmin il Teomanla birlikdə Mumiya Firarda filmində rol aldı. 2003-cü ildə Abdullah Oğuzun rejissoru olduğu Asmalı Konak serialının davamı olan "Asmalı Konak: Hayat" filmində Özcan Dənizlə baş rolu paylaşıb. 2005-ci ildə 12-ci Adana Qızıl Koza Film Festivalında Atıf Yılmazın rejissorluq etdiyi Eğreti Gəlin filmindəki "Kostak emine" roluna görə Ən Yaxşı Qadın Oyunçu Mükafatını aldı.
Novruz
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Novsud
Novsud — İranın Kirmanşah ostanının Pavə şəhristanının Novsud bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,562 nəfər və 438 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Huramilərdən ibarətdir və Gorani dilinin Hurami dialektində danışırlar.
Növdün
Növdün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Nöydün oyk, mür. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Noydun variantında da qeydə alınmışdır. Kənd keçən əsrdə qonşu Şuduq kəndindən aynlmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim tat dilindəki noy/növ (yeni, təzə) və türk dillərindəki dinldın (düşərgə, daya¬nacaq) sözlərindən düzəlib, “yeni düşərgə”, “yeni dayanacaq yeri, kənd” mənasındadır. == Əhalisi == Təxminən 300 nəfər əhalisi var. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 310 nəfər əhali yaşayır. Əhalisi tatlardır.
Çovğun
Çovğun- düzənliklərdə qar yağa-yağa güclü külək əsməsi, küləyin qarı yer səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır. Çovğun hadisələri siklonlarda soyuq cəbhələrin keçməsi ilə bağlı olan kəskin soyuma zamanı yaranır. Qar örtüyünün sovrulması ilə çovğunlar bir sahəni çılpaqlaşdırır, digər sahələrdə isə qar təpəsi yaradır. == Çovğunun növləri == Çovğunun bir neçə növü vardır: səth çovğunu; alt çovğun; ümumi çovğun. === Səth çovğunu === Səth çovğunu çox alçaqdan əsən küləklə yaranır və qar bilavasitə qar örtüyünün səthindən sovrulur. === Alt çovğun === Alt çovğun yumşaq qar böyük hündürlüyə qalxır və görünüşü xeyli pisləşdirir. Alt çovğunun yaranma ehtimalı adətən təzə yağmış qar və kifayət qədər alçaq temperaturlarda daha böyük olur === Ümumi çovğun === Ümumi çovğun kifayət qədər güclü küləklə və bərk qar yağma ilə müşayət olunur == Azərbaycanda çovğun == Azərbaycanda çovğun çox az təkrarlanmaya malik olub, yalnız Abşeron yarımadasında qeyd edilir (1959, 1972-ci il). Güclü qaryağmalar və çovğunlarda kifayət qədər hündür qar təpələri yaranmış, dəmiryol nəqliyyatı müəyyən müddətə dayandırılmışdır, şəhər nəqliyyatının normal hərəkəti pozulmuş, qarın ağırlığı və küləyin təsirindən ağacların budaqları qırılmış, neft sənayesinə və heyvandarlığa böyük zərər dəymişdir. Qar örtüyünün dayanıqsız olduğu Kür-Araz ovalığında, ayrı-ayrı yerlərdə 10-20 ildə bir dəfədən çox olmayaraq zəif çovğun hadisələrinə rast gəlmək olar. Abşeron yarımadası və ona yaxın olan yerlərdə, xəzrinin hakim olduğu ərazilərdə orta çoxillik dövrdə çovğunlu günlərin sayı il ərzində 1-3 gün təşkil edir.
NoSQL
NoSQL — verilənlər bazasının idarə edilməsində ənənəvi relasiya cəbrindən və SQL-dən istifadə etməyən verilənlər bazalarıdır. NoSQL sorğu dili kimi SQLi istifadə etmir. Bu termini ilk dəfə 1998-ci ildə Carlo Strozzi istifadə etmişdir.
Novlu
Novlu (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. ‎Novlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.
Növcü
Yuxarı Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsi tərkibindəki Növcü kəndinin bir hissəsi Yuxarı Növcü kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Kəndin adının mənşəyi Lerik rayonun Nücü kəndi ilə bağlıdır.
Aşıq Novruz
Aşıq Novruz (tam adı:Şairov Novruz Süleyman oğlu) (24 aprel 1929, Daşkənd, Yeni Bəyazid qəzası – 3 noyabr 2000, Yeni Daşkənd, Bərdə rayonu) — aşıq, şair, sazbənd. == Həyatı == Şairov Novruz Süleyman oğlu 24 aprel 1929-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, Daşkəndli məşhur şair Məmmədhüseynin nəticəsidir. Hələ uşaqlıqdan saza-sözə çox böyük marağı olan Novruzun ustadı böyük qardaşı Aşıq Abbasəli olmuşdur. Aşıq Novruz ailəsi ilə birlikdə 1941-ci ildə Gədəbəy rayonuna köçmüş və bir müddət burada yaşadıqdan sonra Şəmkirin Dağ Tatarı kəndinə köçmüşdür. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları departasiya olunduqdan sonra 1954-cü ildə o da Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. 1955-ci ildə ailə həyatı quran Aşıq Novruz dörd oğul və dörd qız atası olmuşdur. 1956-cı ildən ömrünün axırına qədər Bərdə rayonunda Mədəniyyət Evinin üzvü olmuşdur. Aşıq Novruz dəfələrlə radio və teliviziyada çıxışlar etmişdir. Bu gün də onun lent yazılarından Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda saxlanılır.
Bədmüşk Noğulu
Bədmüşk Noğulu (az-əbcəd. بیت‌میش نوغولو‎) – Urmiya şəhərinə aid ənənəvi şiriniyyat növü. Bu şiriniyyatın əsas maddəsi Bədmüşk arağıdır. == Lazım olan ərzaqlar == Şəkər Su Bədmüşk Arağı Qoz içi və ya dilimlənmiş badam Vanil Tartar kremi == Hazırlanma qaydası == Birinci mərhələdə şəkər və suyu ayrı bir qazanda qarışdırın. Sonra şəkər və suyu qarışdırın ki, şərbət istədiyiniz konsistensiyaya malik olaraq, çox qalınlaşsın ki, bal şərbəti kimi olsun. İndi dilimlənmiş badamları böyük bir qazana tökün və 15 dəqiqədən sonra ortaya çıxan şərbətin üzərinə tökün. Bu ümumi proses 30 dəqiqədən saat yarımadək çəkir və Urmiyə noğulunun hazırlanması başa çatdıqdan sonra əsl dadı və iyini hiss etmək üçün noğula bədmüşk arağı əlavə olunur. Ən sonda noğullar qazanın içində 110 dərəcə istilikdə qovurulmalıdır.
Cabir Novruz
Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) (12 mart 1933, Upa, Xızı rayonu – 12 dekabr 2002, Bakı) — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq şairi (1999). == Həyatı == Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967–1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991–1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970–1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. 2002-ci il12 dekabrda vəfat etmişdir. == Yaradıcılığı == Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır.
Cavidan Novruz
Cavidan Novruz (Cavidan Ramiz oğlu Novruz; 12 fevral 1987, Bakı) — aktyor, müğənni, bəstəkar. == Həyatı == Cavidan Novruz 12 fevral 1987-ci ildə Bakı şəhərində xalq artisti Ramiz Novruzun ailəsində anadan olub. Səbail rayonu 7 nömrəli orta məktəbi 2005-ci ildə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram-kino aktyorluğu fakültəsinə Xalq artisti Kamal Xudaverdiyevin kursuna qəbul olub. Universiteti 2009-cu ildə bitirmişdir. == Ailəsi == Cavidan Novruz xalq artisti Ramiz Novruzun oğlu, stilist Şəfəq Novruzovanın qardaşıdır. Ailəlidir. Turan adında bir oğlu var. == Fəaliyyəti == === Musiqi === Aktyorluqla bərabər vokalla da məşğul olub. Azər Zeynalovdan təhsil alıb. Cavidan Novruz müğənnidir.
Fövcül-füsəha
Fövcül-füsəha — XIX əsrdə 40-50-ci illərin ortalarından Lənkəranda təşkil edilmiş ədəbi məclislərdən biri "Fövcül-füsəha" ("Gözəl danışanlar dəstəsi") adlanırdı. Yığıncaqlarında müxtəlif peşə sahiblərinin iştirak etdiyi bu məclisə tanınmış şair və müəllim Mirzə İsmayıl Qasir başçılıq edirdi. Onun əsas üzvləri Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Hüseynqulu Şuriş və başqaları idilər. Onlar klassiklərin əsərlərini mütaliə edir, şerlərinə nəzirə yazır, ədəbi-fəlsəfi və dini məsələlər ətrafında müzakirə açır, mübahisə aparırdılar.
Kili Noyşul
Kili Noyşul (d. 5 mart 1993) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kili Noyşul, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Novruz (ad)
Novruz — Azərbaycan kişi adı və təxəllüs. Novruz Rizayev — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. Novruz Qurbanov — Azərbaycanın Milli Qəhrəmanı. Novruz ağa Oyrot — Elxanlı sərkərdəsi. Novruz Qartal — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). Novruz Axundov — Azərbaycan aktyoru və rejissoru. Novruz Ağayev — biblioqraf, tədqiqatçı, şair. Bu təxəllüsü olan tanınmış şəxslər Cabir Novruz — Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi.
Novruz Allahverdi
Allahverdiyev Novruz Muxtar oğlu (Novruz Allahverdi) — texnika elmləri namizədi; kompüter mühəndisliyi üzrə fəlsəfə doktoru, professor, KTO Karatay Universiteti (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü. == Həyatı == Novruz Allahverdi 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. 1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır. 1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək (1979) texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Hazırda KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürüdür. == Elmi fəaliyyəti == Novruz Allahverdi 10 kitabın və beynəlxalq miqyasda yüksək səviyyəli elmi jurnallarda (əsasən SCI sistemində olan) yayınlanmış bir çox məqalənin müəllifidir. Onun ümumilikdə 200-ə yaxın elmi məqaləsi yayınlanmışdır.
Novruz Allahverdiyev
Allahverdiyev Novruz Muxtar oğlu (Novruz Allahverdi) — texnika elmləri namizədi; kompüter mühəndisliyi üzrə fəlsəfə doktoru, professor, KTO Karatay Universiteti (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü. == Həyatı == Novruz Allahverdi 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. 1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır. 1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək (1979) texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Hazırda KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürüdür. == Elmi fəaliyyəti == Novruz Allahverdi 10 kitabın və beynəlxalq miqyasda yüksək səviyyəli elmi jurnallarda (əsasən SCI sistemində olan) yayınlanmış bir çox məqalənin müəllifidir. Onun ümumilikdə 200-ə yaxın elmi məqaləsi yayınlanmışdır.
Novruz Aslanov
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. == Həyatı == Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. == İkinci dünya müharibəsi == 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.
Novruz Axundov
Novruz Ağa oğlu Axundov (9 may 1938, Naxçıvan) — Azərbaycan aktyoru və rejissoru. == Həyatı == Novruz Ağa oğlu Axundov 1938-ci il may ayının 29-da Naxçıvanda doğulub. Anası Qərbi Azərbaycanın Dərələyəz mahalından, atası Şərurdandır. Uşaq ikən ailəsi Bakıya köçüb. Ailə əvvəl Kürdəxanı, sonra Pirşağıda yaşayıb. Novruz Axundov 1955-ci ildə Kürdəxanı orta məktəbini bitirib. 1962-ci ildə İncəsənət İnstitutunun "Kino və dram aktyorluğu" fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun tələbəsi olub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib. Novruz Axundov "Əhməd haradadır" filmində "Uzunduraz Oqtay" rolunu oynayıb.
Novruz Azərbaycanda
Azərbaycanda Novruz bayramı və ya Azərbaycan Milli Yeni İli — Azərbaycanda baharın və Yeni ilin gəlişinin qeyd edilməsi. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. == Etimologiya == == Tarixi == Ədəbiyyatşünas Əzizə Cəfərzadə "Xıdır Nəbi" bayramı haqqında yazırdı: Tədqiqatçı "Unudulmuş əziz günlərimizdən" adlı məqaləsində bu bayramı xüsusi araşdırır, mahiyyəti, mənası haqqında ətraflı məlumat verirdi. Novruz bayramı ərəfəsində qeyd edilən çillə çıxarma bayramı haqqında isə yazırdı: Əzizə Cəfərzadə çillə çıxarmaq bayramının ağrılı-acılı Kiçik çilləyə vida, baharın gəlməsinə, Novruzun yaxınlaşmasına sevinc bayramı olduğunu vurğulayırdı. Bu bayramın daha çox qadınlar arasında və hansısa bir işinin düzəlməsini əhd edənlərin keçirdiyini bildirirdi: XX əsrin 1920-ci illərinə qədər Azərbaycanda Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi. 1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da bolşeviklər Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün icazə verirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi.
Novruz Ağayev
Ağayev Novruz Ağagül oğlu (1870 (Bakı)—1948 (Bakı)) — biblioqraf, araşdırmaçı, şair N.Ağayev şəxsi mütaliə yolu ilə fars dilini, Yaxın və Orta Şərq xalqlarının tarixi və ədəbiyyatını yaxşı öyrənmişdir. Xüsusilə Məhəmməd Füzuli, Ömər Xəyyam, Əlişir Nəvai kimi klassikləri gözəl bilirdi. O, Bakıdakı "Məcməüş-şüəra" ("Şairlər məclisi") ilə təmasda olmuş, bu məclisin ən görkəmli iştirakçılarından olan Mirzə Abdülxalıq Cənnəti ilə dostluq etmişdir. == Həyatı == XX əsrdə Azərbaycan bibliofil və biblioqrafları arasında bir kitab aşiqi kimi tanınan Novruz Ağayev Bakının Saray kəndində doğulmuşdur. Doqquz yaşında olanda ailələri Bakı şəhərinə köçür, o burada bir neçə il mollaxanada oxuyur; ailə vəziyyətlərinin ağırlığına görə gənc Novruz təhsilini yarımçıq qoymalı olur. Bir müddət baqqal, sonra daşyonan şagirdi işləyir. 1905-ci ildən Bakıda, Rusiya şəhərlərində ticarətlə məşğul olur. 1917-1920-ci illər arasında "Musavat" partiyasının üzvü olub siyasi fəaliyyət göstərir. Sovet hakimiyyəti illərində təsərrüfat idarələrində işləmişdir. == Fəaliyyəti == Hələ cavan vaxtlarından kitab, qəzet, jurnal, əlyazma toplamağa və onları öyrənməyə böyük həvəsi olmuşdur.
Ramiz Novruz
Ramiz Novruz (25 may 1955, Səmədabad, Puşkin rayonu – 21 fevral 2023, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti (1998), Prezident təqaüdçüsü (2018-ci ildən), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası. == Həyatı == Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M. Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T. Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib. O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. O, Akademik Milli Dram Teatrında aşağıdakı rollarda oynayıb: Nəvvab və İran şahzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Seyton ("Maqbet" Uilyam Şekspir), Edmund ("Kral Lir", Uilyam Şekspir), Kreon ("Medeya", J. Anuy), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Səlim bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə), Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə), Toğrul ("Cəzasız günah", Bəxtiyar Vahabzadə), Fərhad ("Sənsiz", Şıxəli Qurbanov), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Andranik və Nostradamus ("Hələ "sevirəm"deməmişdilər…", Ramiz Novruz), Ələs bəy ("Dirilən adam", Mir Cəlal), Qaçaq Süleyman ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Murad ("Xəcalət", Hüseynbala Mirələmov), Cəbrayıl ("Teleskop", Elçin), Attillio ("Silindr", Eduardo de Filippo), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol). R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru. (男子高校生で売れっ子ライトノベル作家をしているけれど、年下のクラスメイトで声優の女の子に首を絞められている。, azərb. Mən liseydə oxuyan oğlanam və uğurlu ranobe müəllifiyəm, lakin seyyu və məndən yaşca kiçik olan bir qız sinif yoldaşım məni boğmağa çalışır.‎) — Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works nəşriyyatı tərəfindən 3 cildi buraxılmışdır. == Media == === Ranobe === Əsər Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyasıdır. Ranobe seriyasının ilk cildi 10 yanvar 2014-cü ildə ASCII Media Works nəşriyyatı tərəfindən buraxılmışdır. 10 iyun 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.