Odessadakı Novorossiya İmperator Universiteti
İ.İ.Meçnikov adına Odessa Milli Universiteti və ya qısaca: OMU (ukr. Одеський національний університет імені І.І. Мечникова) — Ukraynanın cənubundakı ən qədim ali təhsil müəssisəsi.
Universitetin tarixi 13 may 1865-ci ildən, Rişelyevski liseyi İmperator Novorosiyski universitetinə dəyişdirilən zamandan, başlanır. 1917-ci ilin Oktyabr inqilabına qədər Novorosiyski universitetini təxminən 6 min insan bitirə bilmişdir.
Rusiyanın cənubunda ali təhsilin tarixi universitetin fəaliyyəti ilə sıx bağlıdır: Ukraynanın cənubunda ali təhsil müəssisələrinin əhəmiyyətli hissəsi onun fakültələri əsasında yaradılmışdır, bunlar belə ali məktəblərdir: Odessa dövlət tibb universiteti, Odessa dövlət iqtisadi universiteti, Odessa milli hüquq akademiyası.
Ukrayna universitetlərinin arasında Odessa universiteti yeganədir ki, Böyük Vətən Müharibəsi illərində hətta evakuasiyada olaraq fəaliyyət göstərirdi. Alternativ Odessa universiteti 1942-ci ildən işğal edilmiş ərazidə işləyirdi.
Meçnikovun adı universitetə 1945-ci ildə verilmişdir.
Universitet özünün yarandığı gündən Ukrayna təhsil sisteminin formalaşmasında aparıcı yerlərdən birini tutur. Kiyev, Xarkov və Lvov universitetləri ilə birlikdə o faktiki olaraq Ukraynanın maarifləndirici şəbəkəsində təhsilin, elmin və mədəniyyətin inkişafının vəziyyətini və perspektivlərini müəyyən edir.