Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Novruzgülü
Novruzçiçəyi (lat. Primula) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Növlərinin əksəriyyəti gözəl çiçəkli çox da hündür olmayan ot bitkiləridir. Növruzçiçəkləri bahar ərzində əsasən gül açır; onların çiçəkləri bənövşəyi ola bilər, sarı, açıq-qırmızı, və ya ağ. Ümumiyyətlə, onlar filtrlənən günəş işığını üstün tuturlar. Çoxlu növ alp iqlimlərə uyğunlaşdırılır. Novruzçiçəklərinin bəzisi pulcuqlu qanadlılar növünün larvae-si (kəpənək qurdları) ilə qida bitkiləri kimi istifadə edilir. Burqundiya kəpənəyinin Hersoqu daxil olmaqla, Böyük Sarı Underwing, Daha kiçik Geniş məhdudlaşdırılan Sarı Underwing, Setaceous Yəhudi Xarakteri və Gümüş əsas Xalçası fərqləndirilir. Becərilən novruzçiçəkləri bəzi "flowering" forması novruzçiçəyinin (P.vulgaris hibridləri) əksinə kimi polyanthus (P. elatior hibridləri) kimi adətən tanınır. == Təsnifat == Novruzçiçəyinin botaniklərə müasir dövrə kimi 14 növü məlumdur.
Bahar novruzgülü
Dərman novruzgülü
Rəngbərəng novruzgülü
Voronov novruzgülü
İrikasacıq novruzgülü
Xoruzgülü
Xoruzgülü və ya dağçiçəyi (lat. Adonis) — qaymaqçiçəklilər fəsiləsindən bitki cinsi. Bir və ya çoxillik ot bitkisidir. Yarpaqları çox bölümlüdür. 20-dək, Azərbaycanda 5 növü məlumdur. Zəhərli olduğundan heyvanlar yemir. Ən çox yayılanı bahar xoruzgülüdür (Adonis vernalis). Otunun və çiçəyinin sulu cövhərindən ürək və ürək-damar nevrozlarında istifadə olunur. == Növləri == Adonis aestivalis L. — Yay xoruzgülü Adonis amurensis Regel & Radde — Amur xoruzgülü Adonis annua L. — Payız xoruzgülü [syn. Adonis autumnalis L.] [syn.
Alovlu xoruzgülü
Alovlu xoruzgülü (lat. Adonis flammea) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Amur xoruzgülü
Amur xoruzgülü (lat. Adonis amurensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Apennin xoruzgülü
Adonis pyrenaica (lat. Adonis pyrenaica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Bahar xoruzgülü
Bahar xoruzgülü (lat. Adonis vernalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. (Dərman xoruzgülü, qaradağlı, dərman bahargülü, xoruzgülü, ağ hərif, pörtmə otu, dovşan laləsi, tüklü, xovlu, liflicə, dovşan laləsi, ovçu otu) == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovları qısa, tünd-qəhvəyi olub, sıxtükcüklü kökləri vardır. Gövdəsinin hündürlüyü 20-50 sm, budaqlanan, bəzən sadə, yan budaqları əsas gövdədən inkişaf edir. Gövdənin aşağı hissəsində qoltuq tumurcuqlarının pulcuqları vardır. Gövdənin yuxarı hissəsində oturaq yaşıl yarpaqlar, güclü şaqqalanmış çox kiçik (1 mm-ə qədər) yarpaqcıqları vardır. Gövdəsinin qurtaracağında iri çiçəkləri (diametri 2-7 sm) vardır. Kasayarpağı 5, yaşıl, bəzən çəhrayı və ya qəhvəyi çalarlı olmaqla, azacıq tükcüklüdür. Birtoxumlu mürəkkəb meyvələrdən ibarətdər.
Qızılı xoruzgülü
Qızılı xoruzgülü (lat. Adonis chrysocyatha) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Sibir xoruzgülü
Sibir xoruzgülü (lat. Adonis sibirica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. == Sinonimləri == Sibir xoruzgülünün sinonimləri aşağıdakılardır: : Adonanthe apennina (L.) Sennikov Adonanthe sibirica (Patrin ex DC.) Spach Adonis apennina var. dahurica Ledeb. Adonis apennina var. sibirica (Patrin ex DC.) Ledeb. Adonis apennina subsp. sibirica (Patrin ex DC.) Korsh. Adonis ircutiana Fisch. ex DC. Adonis sibirica Patrin ex Ledeb.
Türküstan xoruzgülü
Türküstan xoruzgülü (lat. Adonis turkestanica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Volqa xoruzgülü
Volqa xoruzgülü (lat. Adonis volgensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Xırdaçiçək xoruzgülü
Bahar xoruzgülü (lat. Adonis vernalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. (Dərman xoruzgülü, qaradağlı, dərman bahargülü, xoruzgülü, ağ hərif, pörtmə otu, dovşan laləsi, tüklü, xovlu, liflicə, dovşan laləsi, ovçu otu) == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovları qısa, tünd-qəhvəyi olub, sıxtükcüklü kökləri vardır. Gövdəsinin hündürlüyü 20-50 sm, budaqlanan, bəzən sadə, yan budaqları əsas gövdədən inkişaf edir. Gövdənin aşağı hissəsində qoltuq tumurcuqlarının pulcuqları vardır. Gövdənin yuxarı hissəsində oturaq yaşıl yarpaqlar, güclü şaqqalanmış çox kiçik (1 mm-ə qədər) yarpaqcıqları vardır. Gövdəsinin qurtaracağında iri çiçəkləri (diametri 2-7 sm) vardır. Kasayarpağı 5, yaşıl, bəzən çəhrayı və ya qəhvəyi çalarlı olmaqla, azacıq tükcüklüdür. Birtoxumlu mürəkkəb meyvələrdən ibarətdər.
Yay xoruzgülü
Yay xoruzgülü (lat. Adonis aestivalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Novruzlu
Novruzlu — Azərbaycan soyadı və təxəllüsü. Bu soyadı olan tanınmış şəxslər Qafar Novruzlu — Aktyor Novruz Novruzlu — "Savalan" qrupunun bədii rəhbəri İskəndər Novruzlu — məşhur el şairi, xanəndə, bəstəkar, tar ifaçısıYaşayış məntəqələri Novruzlu (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Novruzlu (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Yeni Novruzlu — Azərbaycanın Saatlı rayonunda kənd.
Novruz Novruzlu
Novruz Novruzlu (12 may 1960, Ordubad – 20 noyabr 2018, Bakı) — müğənni, aktyor, Savalan qrupunun bədii rəhbəri və Akademik Opera və Balet Teatrının solisti. == Həyatı və fəaliyyəti == Novruz Novruzlu 12 may 1960-cı ildə Ordubad şəhərində anadan olub. 5 yaşında ikən atasını itirib. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. Oxuduğu müddətdə "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib. Universiteti bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun" tamaşasında Əsgər rolunu ifa edib. Ömrünün sonunadək Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.
Novruzlu (Ağdam)
Novruzlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kənd inzibati-ərazi dairəsində kənd.Kənd 1993-cü il 22 iyul tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanın imzaladığı 27 Sentyabr 2020-də başlayan 2-ci Qarabağ müharibəsini bitirən müqaviləyə görə, Ağdam rayonun Novruzlu kəndi 20 noyabr 2020 tarixində işğaldan azad olundu. == Əhalisi == 1993-cü il 4 iyul statistikasına görə 698 ailə, 2666 nəfər.
Novruzlu (Qoşaçay)
Novruzlu (fars. نوروزلو‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 678 nəfər yaşayır (136 ailə).
Novruzlu (Saatlı)
Novruzlu — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Novruzlu kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Novruzlu kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin ortalarında Dəllər kəndindən ayrılmış novruzlu nəsli­nin həmin kəndə məxsus pay torpaqlarında məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Sarısu gölü ilə Kür çayının arasında, Mil düzündə yerləşir. == Əhalisi == Əhalisinin sayı 626 nəfərdir.
Novruzlu (Sayınqala)
Novruzlu (fars. نوروزلو‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Pərviz Novruzlu
Pərviz Qorxmaz oğlu Novruzlu (15 oktyabr 1997; Çərçiboğan, Şərur rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Novruzlu 15 oktyabr 1997-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Şərur rayon Çərçiboğan kənd tam orta məktəbində orta təhsil almışdır. == Hərbi xidməti == Pərviz Novruzlu 2015-ci ilin oktyabrından Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qrupunun üzvü kimi müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidməti dövründə 15-17 avqust 2016-cı il tarixində keçirilmiş “Ən yaxşı kəşfiyyat qrupu” yarışında 1-ci yeri tutduğuna görə Fəxri fərmanla təltif olunmuşdur. 23 mart 2017-ci ildə hərbi xidməti kəşfiyyatçı əsgər kimi başa vurmuş və sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Pərviz Novruzlu 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı-qumbaraatan olaraq vuruşmuşdur. Pərviz Novruzlu 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Qafar Novruzlu
Aktyor == Həyatı == Novruzlu Qafar Süleyman oğlu 1964-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında anadan olmuşdur. Bakı şəhərində musiqi texnikumunu bitirmiş, 1994-cü ilə kimi "Dastan" və "İrs" folklor ansambllarında çalışmış daha sonra isə aktyorluq sənətinə başlamışdır. Azərbaycan Dövlət Televiziyasında bir çox tamaşalarda satirik rollara dəvət almış, Azərbaycanın görkəmli aktyorları ilə tərəıf müqabili olmuşdur. 1997-ci ildən isə Milli bayramımız olan Novruz şənliklərində əsas personajlardan biri olan Kosa obrazı ilə Xalqımız arasında sənətdə öz sözünü demişdir. 1997-ci ildən 2011-ci ilədək bütün Dövlət Tədbirlərinə dəvət almış, hətta Dövlət başçılarımızın diqqət mərkəzində olmuş və onlar tərəfindən çox maraqla izlənilmişdir. Son zamanlar isə Azərbaycanda "Demokratik" məmurların sayəsində diqqətdən kənar qalmışdır. == Xarici keçidlər == [1] == Filmoqrafiya == "Qayınana" əməliyyatı (film, 1999) Bağdada putyovka var...