Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ATSC Sparkasse Wildcats Klagenfurt
Klagenfurt — 1979-cu ildə yaradılmış Avstriya qadın voleybol klubudur. Avstriyanın avro kuboklarda oynayan tək-tük komandalarındandır.
ATSC Sparkasse Wildcats Klaqenfurt QVK
Klagenfurt — 1979-cu ildə yaradılmış Avstriya qadın voleybol klubudur. Avstriyanın avro kuboklarda oynayan tək-tük komandalarındandır.
Atuc
Atuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Toponimik tədqiqatlarda bu oykonim belə izah olunur: Atuc mənbələrdə və bəzi müasir türk dillərində rast gəlinən "iki arx arası əkin sahəsi", "suvarma üçün ayrılan lək və ya şum sahəsi" mənalı "atız" sözünün "c" dialekt variantını əks etdirir. Yaşayış məntəqəsi XIX əsrdə Qonaqkənddən gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 19 nəfər əhali yaşayır.
JTBC
JTBC (kor. 제이티비씨; Joongang Tongyang Broadcasting Company qısaltması; jtbc kimi stilizə edilmişdir) ən böyük səhmdarı 25 faizlik hissə ilə JoongAng Ilbo-nun olduğu Cənubi Koreyalı bir kabel televiziyası şəbəkəsi və yayım şirkətidir. 1 dekabr 2011-ci ildə başlamışdır.JTBC 2011-ci ildə Dong-A Ilbonun Channel A, Chosun Ilbonun TV Chosun və Maeil Kyungjenin MBN-lə yanaşı dörd yeni Cənubi Koreyanın ümummilli generalist televiziya şəbəkələrindən biridir. Dörd yeni şəbəkə, KBS, MBC, SBS və digər kiçik kanallar kimi mövcud ənənəvi pulsuz televiziya şəbəkələrini 1990-cı ildə tənzimlənmədən sonra işə saldı.
NASA
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi. NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsi ilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. == Tarixi == 1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı.
NTFS
NTFS (New Technology File System) – Yeni texnologiya fayl sistemlərinin kompüterlərin saxlama mühitlərini istifadə etməyini təmin edir. Windows ilə istifadə olunan 2 əsas fayl sistemi mövcuddur: FAT və NTFS. Microsoft-un əməliyyat sistemlərindən biri olan Windows NT əməliyyat sistemini NTFS fayl sistemi olmadan təsəvvür etmək olmaz. O, mövcud fayl sistemlərinin ən müvəffəqiyyətlisidir. NTFS istər şəbəkə məsələlərində, istərsə də İnternet mühitində digər fayl sistemlərinin verə bilmədiyi üstünlüklərə malikdir. Funksional nöqteyi nəzərdən NTFS, Linux əməliyyat sistemlərinin istifadə etdiyi fayl sistemlərinə (Ext 2/3, ReiserFS) daha uyğundur. NTFS bütün faylları həm istifadəçi, həm də sistem tərəfindən təyin olunan atributlu obyektlər kimi emal etməklə obyekt-yönlü tətbiqi proqramları dəstəkləyir. == Tarixi == 1990-cı illərin əvvəllərində Microsoft və IBM sonrakı nəsil qrafik əməliyyat sistemini yaratmaq üçün müştərək layihəni formalaşdırdılar. Layihənin nəticəsi OS/2 oldu, lakin sonralar Microsoft və İBM bəzi problemlərdə razılaşmadılar və ayrıldılar. OS/2 İBM layihəsi olaraq qaldi, Microsoft Windows NT-də işləməyə başladı. OS/2 fayl sistemi HPFS fayl sisteminin bir neçə vacib yeni xüsusiyyəti özündə saxladı.
Ness
Ness (yun. Νέσσος) Yunan mifologiyasında öz qanı ilə Heraklı zəhərləmiş olan kentavr, İksion və Nefelanın oğludur.. Heraklla döyüşdən Yeven çayına qaçmış, lakin Herakl onu Yeven çayında Deyaniranı zorlamaq istədiyi üçün öldürmüşdür. Ölərkən Deyaniraya onun qanının və torumunun yığıb qarışdırarsa, bunun müqabilində Heraklın ona olan məhəbbəti təmin edilmiş olacağını deyir. . Diğər bir mənbədə onun Lokra qaçaraq və orada ölməsi bildirilir. Nessin və digər kentavrların qəbiri Xalkidadakı Tafiass təpəsindədir.
Nisa
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır.Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Nitsa
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. == Coğrafiyası == Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Nuts
𐕎 (səslənməsi /n/, transkripsiyası N, n) — Alban əlifbasının 31-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Նուց (Nucʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə N səsini bildirir. Erməni tədqiqatçı Aşot Abramyan bu qrafemin formasını erməni əlifbasındakı Ն hərfi ilə əlaqəli hesab edirdi. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Nıso
Nıso — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 90 nəfərdir. == Toponimiyası == Keçmişdə kəndi Milə də adlandırmışlar. Oykonim Nıso variantında da qeydə alınmışdır. Tədqiqatçılar bu oykonimi talış dilindəki nıso (gündüşməz, quzey) sözündən hesab edirlər.
Nəsr
Nəsr — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var.Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: povest, roman, novella, oçerk, memuar və s. == Povest == Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Azərbaycan ədəbiyyatında povestin ilk nümunəsi M.F.Axundzadənin “Aldanmış kəvakib” əsəri sayılır.
Otsu
Otsu (yap. 大津市) — Yaponiyanın Honşu adasında olan Kansai regionunda yerləşən Şiqa prefekturasının paytaxtı.
ETSN
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi — Azərbaycan Respublikasında nazirlik. == Haqqında == Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasında həyata keçirilən struktur islahatları çərçivəsində, ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən biri-birini təkrarlayan Dövlət Ekologiya və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Komitəsi, "Azərmeşə" İstehsalat Birliyi, Geologiya Komitəsi, "Azərbalıq" Dövlət Konserni və Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilmiş və onların bazasında Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 485 saylı Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsi Respublika Prezidentinin 18 sentyabr 2001-ci il tarixli 583 saylı Fərmanı ilə təsdiq edilmişdir.
ETSI
Avropa Telekommunikasiya Standartları İnstitutu (beynəlxalq qısa adı - ETSI) 32 dövlət tərəfindən formalaşdırılmış bir qurumdur. ETSI-nin gördüyü işlər Avropada informasiya şəbəkələrinin yaradılması və inkişafı problemlərini əhatə edir. Məsələn, İnstitut rəqəmli Avropa simsiz rabitə, GSM “mobil rabitə üzrə qlobal sistemini” və yerli şəbəkədə küyəbənzər siqnalların istifadəsinin standartlarını hazırlayıb. İnstitut mürəkkəb çoxnizamlı funksional profillərin və Euro-ISDN şəbəkəsinin işlənib hazırlanması üzrə vacib işlər aparır. ETSI aşağıdakı standartları hazırlayıb: rəqəmli simsiz avropa rabitəsi; ümumavropa TETRA radiomagistralı.
Antonio Nusa
Antonio Eromonsele Nordbi Nusa (17 aprel 2005) — Eliteserien təmsilçilərindən olan "Stabek" klubunda sol cinah hücumçusu kimi çıxış edən peşəkar Norveç futbolçusu. == Karyerası == Nusa futbolçu karyerasına yerli "Lanqhus" klubunda başlamışdır. 13 yaşı olarkən "Stabek" klubunun akademiyasına qəbul olmuşdur. 2021-ci ilin əvvəlində ona əsas komandada oynamaq üçün şans verilmişdir. Yoldaşlıq oyununlarında qollarla yadda qalan Nusa klub ilə peşəkar müqavilə imzalamışdır. O, Eliteseriendə debütünü 30 may 2021-ci ildə "Rosenborq" klubuna qarşı oyunda etmişdir.Nusa karyerasında ilk qolunu 27 iyun 2021-ci ildə "Bodo Qlimt" klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə klub rəqibinə 1-4 hesabı ilə məğlub olmuşdur. 3 gün sonra "Vikinq" klubu ilə keçirilən görüşdə Nusa dublla yadda qalmış və klub rəqibi ilə 3-3 hesabı ilə bərabərliyə razılaşmışdır. 16 yaş 71 günlüyündə qolla yadda qalan Nusa Martin Edeqordan (15 yaş 151 günlük) sonra Eliteseriendə qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. == Şəxsi həyatı == Nusa Norveçdə anadan olmuşdur.
Atuc (dəqiqləşdirmə)
Yaşayış məntəqələri AzərbaycandaAtuc — Quba rayonunda kənd. Aşağı Atuc — Quba rayonunda kənd.
Aşağı Atuc
Aşağı Atuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun faktiki mövcud olan Aşağı Atuc kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Aşağı Atuc kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin sonlarında Atuc kəndindən çıxmış bir qrup ailənin həmin kəndə məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Yaşayış məntəqəsi əvvəlki kənddən bir qədər aşağıda yerləşdiyi üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2236 nəfər əhali yaşayır.
Ben-Nəsr
Ben-Nəsr (ərəb. بن ناصر‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Taybet dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimalında, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 494 kilometr (307 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 101 metr (331 ft) yüksəklikdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,5 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == 16 nömrəli respublika əhəmiyyətli avtomobil yolu şəhərdən keçir.
Brooklyn Nets
Bruklin Nets Nyu-York ştarının Nyu-York şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır.
Bruklin Nets
Bruklin Nets Nyu-York ştarının Nyu-York şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır.
Cesc Fabregas
Sesk Fabreqas (4 may 1987[…]) — ispan futbolçu. Hazırda Fransanın Monako komandasında çıxış edir. == Karyerası == Sesk Fabreqas 4 may 1987-ci ildə İspaniyada Arenys de Mar bölgəsində anadan olub. Katalaoniyada doğulan Fabreqas futbola "Barselona"nın alt akademiyasında aşağı yaş qruplarında başlayıb. 2003-cü ilə qədər "Barselona"nın gənclər komandasında çıxış edib. Bu klubun əsas heyətində çıxış etməmişdən əvvəl "Arsenal"a transfer olunub. "Arsenal"ın heyətində 3 ildə 68 oyun keçirib. 2006 FİFA Dünya Kubokunda İspaniya milli futbol komandasının heyətində çıxış edib.
Compact Disc
Sıxılmış Disk (ing. Compact Disc-CD) — 1980-ci illərin əvvəlində musiqinin rəqəmli formada saxlanmasını təmin etmək üçün Phillips, PolyGramm və Bayer şirkətlərinin birgə iştirakı ilə yaradılmış optik informasiya daşıyıcısıdır. Sonralar CD-nin formatı genişləndirilərək başqa verilənləri də saxlamağa şərait yaradılır. Ondan bəri CD. ROM kimi bu disklər kompüterlərdə də verilənləri saxlamaq və nəql etmək çünü tətbiq olunur. == Tarixi haqqında == 7 iyul 1964-cü ildə dünyada ilk multimedialı kompakt-disk işıq üzü görmüşdür. Bu diskə "The Beatles" qrupunun "Ağır günün gecəsi" (A Hard Day’s Night) adlı tam metrajlı filmi yazılmışdı. Kompakt disk 1979-cu ildə Phillips və Sonz tərəfindən işlənmişdir. Phillips özünün öncədən sahib olduğu lazer disklərinin əsasında yeni istehsal prosesi işləyir. Sony öz sırasında rəqəmli profesional maqnitafonlarda işlədilən informasiyanın yazılma formatını — PCM-i (Pulse Code Modulation) daxil edir. 1982-ci ildə Hannover yaxınlığındakı zavodda kompakt disklərin kütləvi istehsalına başlanır.
Etsu Respublikası
Ezo Respublikası (yap. 蝦夷共和國, transkripsiyanın digər variantı Etsu Respublikası) — 1868–1869-cu illərdə Ezo adasında mövcud olan dövlət. Tarixi mənbələrdə Asiyada yaranan ilk respublika kimi qeyd edilir.
Euphorbia antso
Euphorbia antso (lat. Euphorbia antso) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fəxrul Nisa
Fəxrul Nisa (1091, Bağdad - 1179 Bexda) — Kürd əslli hədis alimi, atasının adı Ahmət bin əl-Fərəc bin Ömər əl- Dinavəri'dir.Əbi Xəttab əl-Batırvani, Əbi Abdullah əl-Hüseyn bin Əhməd əl-Neabi və Talha bin Məhəmməd əl-Zeynəbi kimi bir çox alimdən dərs aldı.
Nüşa
Nüşa (rus. Нюша; tam adı: Nüşa Vladimirovna Şuroçkina rus. Ню́ша Влади́мировна Шу́рочкина; doğum adı: Anna Vladimirovna Şuroçkina rus. Анна Владимировна Шурочкина; 15 avqust 1990, Moskva) - rusiyalı gənc musiqiçi, bəstəkar, rəqqas, prodüsser. Populyar müğənni. == Biografiya == 15 avqust 1990 tarixində musiqiçi ailəsində dünyaya gəlib. Atası - Vladimir Şuroçkin "Laskoviy May" qrupunun keçmiş solisti və onun prodüseri olub. Anası 2 yaşında atası ilə boşanır. Ögey anası Oksana Şurockinadan isə ögey bacısı Mariya Şiroçkina var. O gənclər arasında üzgüçülük üzrə ikiqat Avropa çempionudur.
Branislav Nuşiç
Branislav Nuşiç (8 (20) oktyabr 1864, Belqrad – 19 yanvar 1938[…], Belqrad) — serbiyalı yazıçı və dramaturq. == Bioqrafiya == Tacir ailəsində anadan olub. Gimnaziyanı bitirdikdən sonra Avstriyada universitetə daxil olur və daha sonralar Belqrad universitetində hüquqdan təhsil alır. 1883-cü ildə "Xalq deputatı" adlı ilk komediyasını yazır. Bu əsər 1896-cı ildə səhnəyə qoyulur. 1924-cü ildə isə elə həmən əsərin ilk dəfə kütləvi çapına başlanır. Nuşiç Serb-bolqar müharibəsinin iştirakçısı olub.
Dayqo Nişi
Dayqo Nişi (d. 28 avqust 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.